30 Nis 2011

Müxalifətçi gənclər ADNA-da hadisələrinin ildönümü ilə bağlı tədbir keçiriblər


Bu gün bir qrup gənc Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş kütləvi qətlin ikinci ildönümü ilə bağlı tədbir keçirib.

APA-nın məlumatına görə, AXCP, Müsavat, ADP Gənclər Təşkilatlarının, 10 Dekabr”, “Azad Gənclik” və “Nida” təşkilatından olan gənclər Cəfər Cabbarlının heykəlinin qarşısından ADNA-nın faciə baş verən ikinci korpusunadək yürüş edib. Daha sonra aksiya iştirakçıları ADNA-nın ikinci korpusunun qarşısına gül düzüb, şamlar yandırıblar.

AXCP Gənclər Təşkilatının rəhbəri Əbülfəz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan gəncliyinin bir daha belə faciə yaşamasını istəmirlər: “İki il əvvəl baş verən hadisə hər kəsi sarsıtdı. Biz bir daha belə hadisənin təkrarlanmamasını arzu edirik”.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı