3 May 2011

Azərbaycanda 1 milyon dollarlıq telelayihəyə start verilir


Azərbaycanda ilk dəfə “Azərbaycansayağı ekstrim” adlı telelayihəyə start verilir.

Lent.az-ın məlumatına görə, bununla bağlı xalq artisti Aygün Kazımova mətbuat konfransı keçirib.


Qeyd edək ki, realiti-şouda Aygün Kazımova, Nadir Qafarzadə, Pişik Günel, Rüfət Axundov, Nurlan Əzizbəyli, “Dəyirman” qrupunun solisti Malik, psixoloq Dəyanət İsmayılov, Lətafət Ələkbərova, Lamiyə Rəhimli və başqaları iştirak edəcəklər.


Layihəyə təxminən 1 milyon dollar məbləğində maliyyə sərf olunacağı açıqlanıb.


12 mayda iştirakçılar Afrikaya yollanacaq. Realiti-şou isə iyunda başlayacaq. 12 iştirakçı səhrada ekstremal şəraitdə yaşayacaq. Elə məkanlar var ki, ora paraşütlə enməli olacaqlar. Hər şeydən öncə onlar həkim nəzarətindən keçib şouya qatılacaqlar.


Qalib gələn iştirakçıya bahalı idman avtomobili hədiyyə olunacaq. Eləcə də, o, Heydər Əliyev zirvəsini fəth etmək imkanı əldə edəcək.


Teleşou 8 avqustda “Space” telekanalında nümayiş olunacaq.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı