3 May 2011

Azərbaycanda 150 kredit təşkilatının lisenziyası var


Bank olmayan kredit təşkilatlarının sayı artır

Aprel ayının 1-ə qədər olan müddətdə bank əməliyyatları aparmaq üçün 150 kredit təşkilatının lisenziyası olub.

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunların 106-sı bank olmayan kredit təşkilatlarıdır.

Respublikada 44 bankın lisenziyası olub, onların 1-i dövlət, 43-ü isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 22 bank fəaliyyət göstərib. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 13 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.

Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 646-a bərabər olub. Bunların 38-i dövlət, 608-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 39-a, bank şöbələrinin sayı 123-ə bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 8-ə bərabərdir. Bunlardan 5-i nümayəndəlik, 2-si törəmə bank, digəri filialdır.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı