3 May 2011

Azərbaycanda aqrar məsələ ilə bağlı Xüsusi Komissiya yaradıldı


Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin müasir tələblər səviyyəsində inkişafının təmin olunması məqsədi ilə Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmlərdə islahatların yeni mərhələsinin həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün aşağıdakı tərkibdə Xüsusi Komissiya yaradılıb:

Komissiyanın sədri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri


Komissiyanın üzvləri

İsmət Abasov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Mahmud Kərimov – Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti

Qərib Məmmədov – Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri

Azər Əmiraslanov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri

Rüfət Əsədov – Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Aqrar-sənaye şöbəsinin müdiri


Xüsusi Komissiyaya Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsinə dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı