3 May 2011

Azərbaycanda elektron imzanın tətbiqinə başlanır


Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Milli Sertifikasiya Xidmətləri Mərkəzinin təqdimat mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirdə elektron imza istifadəsi üçün yaradılan infrastrukturun təqdimatı olub.
Qeyd edək ki, layihəni tender yolu ilə qalib gəlmiş “Ultra”, “Azerin” və “Microsoft Azərbaycan” şirkətlərinin hazırlayıb. Tədbirdə elektron imzanın yaradılması və ondan istifadə ilə bağlı məlumat verilib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, elektron imza əl imzası ilə bərabər hüquqa malikdir. O deyib ki, elektron imzanın tətbiqi ölkədə elektron səsvermə, elektron təhsil, elektron ticarət və elektron müqavilə kimi yeniliklərə imkan verəcək.


Ə.Abbasov onu da qeyd edib ki, Azərbaycanda yaxın vaxtlarda elektron hökumətin də tətbiqinə başlanacaq: “Hesab edirəm ki, Azərbaycanda elektron imza geniş vüsət alacaq. Bu, həm vaxt, həm də digər məsələlərdə itkinin qarşısını alacaq”.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı