3 May 2011

Böyük Vətən Müharibəsi iştirakçılarına və onların ailələrinə birdəfəlik yardım ayrıldı


Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımların müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb

Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 66-cı ildönümü ilə əlaqədar 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 200,0 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.

Bu Sərəncamın icrası məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8,7 milyon (səkkiz milyon yeddi yüz min) manat məbləğində vəsait ayrılması tapşırılıb.

Maliyyə Nazirliyi həmin vəsaitin Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini təmin etmək, Dövlət Sosial Müdafiə Fonduna isə birdəfəlik maddi yardımların müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı