3 May 2011

Əbülfəs Qarayev Fələstinin ölkəmizdəki səfiri ilə görüşüb


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim arasında görüş keçirilib.

Lent.az-ın məlumatına görə, görüş zamanı turizm və mədəniyyət sahələri üzrə iki ölkə arasında münasibətlərin daha da fəal surətdə inkişaf etməsini təmin etmək üçün mədəniyyət və turizm nazirlərinin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın Fələstində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, habelə bəzi konkret tədbir və layihələr müzakirə edilib.

Tərəflər, həmçinin iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsinin göstəricisi kimi mədəniyyət və turizm sahəsində iki anlaşma memorandumunun imzalanmasının vacibliyini vurğulayıb. Eyni zamanda sözügedən anlaşmaların müxtəlif layihələrinin inkişafına xidmət edəcəyi fikrində olduqlarını bildirib.

Ə.Qarayev 2013-cü ildə təşkil olunması planlaşdırılan Ümumdünya Mədəniyyətlərarası Forumunda iştirak etmək üçün Fələstinin mədəniyyət nazirini dəvət edib. Həmçinin, görüş zamanı regional, qlobal və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı