5 May 2011

Elastik smartfon hazırlanıb


Onu əymək də olur, qatlamaq da

Kanada alimləri elektron mürəkkəb displeyli elastik telefon prototipi hazırlayıblar. XezerXeber-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “PaperPhone” adlı yeni işləmənin əsasını “E Ink” texnologiyası ilə işlənib hazırlanmış 9,5 düymlü elastik ekran təşkil edir.


Prototipi “Apple iPhone” smartfonu ilə müqayisə edən müəlliflər öz işləmələrini elastik “iPhone” adlandırırlar. Qurğu müasir smartfonların bütün funksiyaları, məsələn, musiqili faylların saxlanılması və işə salınması, telefon zənglərinin həyata keçirilməsi, eləcə də elektron kitabların oxunması ilə təmin edilib. Elektron mürəkkəbin istifadəsi nəticəsində “PaperPhone” kiçik enerji sərfiyyatına malikdir.


Prototipin tərtibatçıları qeyd edirlər ki, bu smartfonu əymək, adi kitabda olduğu kimi səhifələrin vərəqlənməsi üçün bucaqlarını qatlamaq və bu kimi digər əməliyyatlar etmək olar. Müəlliflərin fikrincə, yaxın beş il ərzində bu cür texnologiya bazarda geniş vüsət alacaq.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı