3 May 2011

İctimai Palatanın Koordinasiya Şurası toplandı


Mayın 3-də İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib.

Koordinasiya Şurasından Lent.az-a daxil olan məlumata görə, bugünkü iclasda bir sıra məsələlər müzakirə olunsa da, İP-in növbəti mitinqlərlə bağlı qərarı müzakirəyə çıxarılmayıb.

Bununla belə, iclasda İP-in aprelin 29-da keçirilən axırıncı sessiyasında qəbul edilən qərarlar müzakirə edilib, həmçinin, bu ayın 6-da İP-in İqtisadiyyat Komissiyasının iclasının keçirilməsi qərarlaşdırılıb.

Məlumata görə, iclasda hazırda həbsdə olan qurumun üzvü, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin vəziyyəti ilə bağlı bəyanat qəbul edilib, həmçinin, Avropa Birliyinə müraciət qəbul olunub. Müraciətdə tələbələrin universitetlərdən çıxarılması və ya müxtəlif vasitələrlə təzyiqlərə məruz qalması gündəmə gətirilib.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı