3 May 2011

“Məhv olmuş gündəliklər” Gənc Tamaşaçılar Teatrında


Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir yeni tamaşa hazırlanır.

Teatrda xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında eyniadlı yeni tamaşa üzərində yaradıcılıq prosesinə başlanıb. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq xalq artisti Vaqif Əsədov pyesin Azərbaycan dilində yeni versiyası üzərində məşqlər aparır. Tamaşanın tərtibatı da rejissorun özünə məxsusdur. Musiqi tərtibatı Mixail Simanovskiyə, rəqslərin quruluşu Nicat Kazımova aiddir. Rejissor assistentləri isə Sona Mustafayeva və Elnur Kərimovdur.



Yeni səhnə əsərində əsas rolları əməkdar artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Nəsibə Eldarova, Rasim Cəfərov, Elnur Hüseynov, Nicat Kazımov, Elnur Kərimov, Günel Məmmədova, Şəbnəm Hüseynova, Elşən Rüstəmov, Sərvər Əliyev, Rəşad Səfərov, Kərəm Hadızadə, Elşən Şirəliyev, Manaf Dadaşov, Asya Atakişiyeva, Nigar Məmmədova, Roza İbadova, Anar Seyfullayev ifa edəcək.


Tamaşanın premyerası yeni - 84-cü teatr mövsümünün ilk günlərində – sentyabr ayının 20-ə nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, sözügedən əsər hələ 2002-ci ildə teatrın rus bölməsinin aktyorlarının ifasında hazırlanıb. Kollektiv bu tamaşa ilə Moskva vilayətinin Dmitrov, Taldom və Dubna şəhərlərində uğurla çıxış edərək, Rusiya teatr mütəxəssislərinin və tamaşaçıların marağına səbəb olub.

Xəyalə

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı