3 May 2011

Müxalifətçi gəncin apelyasiya şikayətinə baxıldı


Mayın 3-də Sumqayıt Şəhər Məhkəməsində aprelin 29-da saxlanılaraq, 7 sutka həbs cəzası alan Nurlan Əliyevin qərardan apelyasiya şikayətinə baxılıb.

Bu barədə Lent.az-a məlumat verən vəkil Anar Qasımovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə (xırda xuliqanlıq) təqsirləndirilən N.Əliyev polisə söyüş söydüyü səbəbiylə 7 sutka həbs alıb.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin həbsi zamanı şəhər məhkəməsinin bir sıra qanunsuzluqlara imza atdığını söyləyərək, həmin faktları məhkəmənin diqqətinə çatdırdıqlarını bildirib.


A.Qasımov bildirib ki, hakim iş gününün sonu olduğu üçün məhkəmənin yekun qərarının elan edilməsini mayın 4-ə təxirə salıb.

Proses sabah davam etdiriləcək.

Qeyd edək ki, Nurlan Əliyevin atası Müsavat Partiyasının üzvüdür. O, aprelin 17-dəki mitinq zamanı həbs edilərək, 4 sutka həbs cəzası almışdı.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı