3 May 2011

Prokuror Cabbar Savalanlıya cəza istədi


Mayın 3-də Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Cabbar Savalanlının növbəti məhkəmə prosesi keçirilib.

C.Savalanlının vəkili Əsabəli Mustafayevin Lent.az-a verdiyi məlumata görə, bugünkü prosesdə müstəntiq Ziyadxan Əliyev və AXCP üzvünü ilkin müayinədən keçirən həkim ifadə verib.

Ardınca çıxış edən dövlət ittihamçısı məhkəmədən Cabbar Savalanlının 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını tələb edib.

Hakim C.Savalanlının vəkilləri müdafiə üçün vaxt istədiyi üçün prosesi sabaha – mayın 4-ə təxirə salıb.

Xatırladaq ki, C.Savalanlının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) mühakimə edilir. O, bu il fevralın 5-də saxlanılmışdı.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı