3 May 2011

Qərbin maraqlarını Liviyada Macarıstan təmsil edəcək


Macarıstan istisna ilə, Avropa Birliyinə üzv ölkələrin hamısı Liviyanın paytaxtı Tripolidəki səfirliklərini bağlayıb, diplomatlarını evakuasiya edib.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Avropa Komissiyası rəsmən Macarıstanı Liviyada bütün Avropa Birliyinin diplomatik maraqlarını təmsil edən ölkə kimi tanıyıb. Macarıstan hazırda Avropa Birliyinə rəhbərlik edir. Macarıstan hərbçiləri Liviyaya qarşı əməliyyatlarda iştirak etmir. Tripolidə Macarıstanla bərabər Rusiya, Çin, Cənubi Amerika və Afrika dövlətlərinin səfirlikləri fəaliyyət göstərir. Türkiyə isə səfirliyini mayın 2-də bağlayıb.



Qeyd edək ki, aprelin 30-da gecə Tripolinin bombalanması nəticəsində Liviya prezidenti Müəmmər Qəddafinin kiçik oğlu və 3 nəvəsi həyatını itirib. Bundan qəzəblənən xalq kütlələri Tripolidə Böyük Britaniya və İtaliyanın səfirliklərinə hücum çəkib.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı