3 May 2011

Ərdoğan: “Qəddafi hakimiyyətdən çəkilməlidir”


“Övlad və nəvə itkisi böyük itkidir”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Liviya prezidenti Müəmmər Qəddafiyə çağırış edib. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, Liviyada demokratiyanın bərqərar olması üçün artıq Müəmmər Qəddafinin hakimiyyətdən çəkilməsi lazımdır.


O deyib ki, Müəmmər Qəddafinin Türkiyənin tövsiyələrini nəzərə almayaraq ,qan tökməyə üstünlük verib: “Liviyada artıq söz bitdi. Müəmmər Qəddafi artıq tarixi addım atmaq məcburiyyətindədir. Mövcud vəziyyətdə ən məqbul çıxış yolu əmanəti sahibinə, xalqa təhvil verməkdir. Liviya ailə mülkiyyəti deyil. Liviyada tökülən qan liviyalıların qanıdır. Qarlaş qanı üzərində sülh və ədalət qurula bilməz. Liviya liderinin özünün və ölkəsinin gələcəyi üçün Liviyadan çıxmasını, hakimiyyətdən çəkilməsini istəyirik. Övlad və nəvə itkisi böyük itkidir. Ata və baba olaraq, Müəmmər Qəddafinin bu ağrı-acını yaşadığını bilirik və bu acını Liviya xalqının da yaşamasını istəmirik”.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı