5 May 2011

Üçölçülü tranzistor texnologiyası yarıdıldı!


“Intel’ korporasiyası yarımkeçiricilər sənayesində “inqilab” etdiyini elan edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi satına istinadən verdiyi məlumata görə, yarımkeçiricilərin kütləvi istehsaldakı 50 illik tarixində ilk dəfədir ki, üçölçülü struktur texnologiyası tətbiq ediləcək.

Şirkət üçölçülü tranzistorlu prosessorların seriyalı istehsalına birinci başlamaq istəyir. “Intel” tərəfindən işlənib hazırlanmış yeni “Tri-Gate” texnologiyasının 2011-ci ilinin sonuna kimi “Ivy Bridge” kod adlı prosessorların istehsalında tətbiq olunması planlaşdırılır. Çiplər 22 nanometrlik texnoloji proses üsulu ilə hazırlanacaq.


“Intel” nümayəndələrinin sözlərinə görə, 3D-struktura keçid inqilabi dəyişiklikdir, çünki indiyədək kütləvi elektronika istehsalında yalnız düz səthli struktur istifadə olunub. Bu nəinki istehlakçı elektronikası, eyni zamanda tibbi avadanlıqlardan tutmuş kosmik cihazlara kimi istənilən digər sahəyə də aiddir. Şirkətin prezidenti və baş icraçı direktoru Pol Otellini deyib ki, üçölçülü üsuldan istifadə edərək yenidən tranzistor icad ediblər”.


Yeni texnologiyanın mahiyyəti silisium altlığın tətbiqindən ibarətdir. Elementlər yuxarı qalxaraq, idarəedici cərəyan üçün bir dəfəyə üç üzlük açır və bu cərəyan ikiölçülü strukturlarda olduğu kimi bir dar kanaldan deyil, üç səthdən keçə bilir. 22 nanometrlik texnoloji proses üzrə hazırlanmış və kiçik gərginlikdə işləyən üçölçülü tranzistorlar 32-nm texnologiya üzrə istehsal olunmuş adi tranzistorlardan fərqli olaraq 37 faiz daha yüksək məhsuldarlıq səviyyəsinə malikdir. Yeni tranzistorlarla təchiz olunmuş prosessorlar ikiölçülü strukturlu 32-nm çiplərlə müqayisədə həmin məhsuldarlıq göstəricisi təqdim etməklə 50 faizdən az enerji sərf edir.

  • Oxunub: 85 dəfə
  • Bookmarka əlavə edin
  • Bu

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı