24 Haz 2011

Abel Məhərrəmov Orta Doğu Texniki Universitetinin rektoru ilə görüşüb


Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Orta Doğu Texniki Universitetinin rektoru, professor Əhməd Açarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BDU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ali məktəb haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, onun beynəlxalq əlaqələrindən danışıb. Rektor Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlıqdan, birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən bəhs edib. Bildirib ki, universitet qardaş Türkiyənin Orta Doğu Texniki Universiteti ilə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

Öz növbəsində Orta Doğu Texniki Universitetinin rektoru Əhməd Açar Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Qonaq BDU-nun nailiyyətlərindən məmnun qaldığını, təhsil ocaqları arasında ikitərəfli sıx əlaqələrin faydalı olacağına əminliyini vurğulayıb. O, rəhbərlik etdiyi ali məktəbin BDU ilə beynəlxalq münasibətlər, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Daha sonra qonaqlar universitetlə tanış olub, xoş təəssüratla ayrılıb.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı