29 Haz 2011

BNEZ-in koks və katalitik riforminq qurğularında təmir işləri başa çatdı


Sobalarda yandırılan qazların qızdırılması üçün yeni istidəyişdiricilər sistemə qoşulub

Heydər Əliyev adına Bakı neft emalı zavodunda müasir texnologiyaların nailiyyətlərindən istifadə edilməsi, məhsuldarlığın artırılması və yüksək iqtisadi göstəricilərə nail olunması məqsədi ilə texnoloji qurğularda mütəmadi olaraq cari və əsaslı təmir işləri aparılır. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, zavodun 31 nömrəli katalitik riforminq qurğusunda cari təmir işləri başa çatdırılıb.

Təmir zamanı qurğunun soyutma siteminin havasoyuducu və istidəyişdiriciləri yuyulub təmizlənib. “bp”-nin təklifi əsasında sobalarda yandırılan qazların qızdırılması üçün yeni istidəyişdiricilər də sistemə qoşulub. Hazırda qurğu saatda 100 kubmetr məhsuldarlıqla istismar olunur.

Zavodun koks qurğusunda da əsas təmir işləri yerinə yetirilib. Əsaslı təmir qurğunun I axınının 302/1, 302/2 nasoslarının sobalara gedən çıxış xətlərinin təzələnməsi ilə başlanıb. Bundan sonra qurğunun II axınında təmir aparılıb. 302 /1,2,3,4 nasoslarına 301-ci kolondan gələn qəbul xətləri dəyişdirilib, 302/3, 302/4 nasoslarının çıxış xətləri sobalara qədər dəyişdirilərək yeniləri ilə əvəz olunub. Təmir dövründə qurğudan xaric olunan ağır qazoylda suyun qalmaması üçün temperaturun yüksəldilməsi məqsədi ilə 310-cu kolonun aşağı hissəsinə 300-350 temperaturda ağır qazoyl vermək üçün əlavə xətt çəkilib. Artıq koks qurğusu da müvəffəqiyyətlə işə buraxılıb. Qurğu hazırda normal rejimlə, 75-80 ton məhsuldarlıqla istismar olunur.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı