23 Haz 2011

Bəxtiyar Hacıyevin iki vəsatəti təmin edildi


İyunun 23-də Gəncə Apelyasiya Məhkəməsində Gəncə şəhər Nizami rayon məhkəməsinin deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev haqda çıxardığı qərardan verilmiş apelyasiya şikayətinə ilkin baxış keçirilib.

Bu barədə Lent.az-a vəkil Əlayif Həsənov məlumat verib. O deyib ki, hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin iki vəsatəti təmin edilib: “Biz bir neçə vəsatət qaldırdıq. Bəxtiyarın işi üzrə icraata xitam verilməsi və Konstitusiya Məhkəməsi yeni icraata başlanması, məhkəmədə videoçəkilişin təmin edilməsi, girov müqabilində azad edilmə və şəxsi zaminlik barədə vəsatətlərimiz təmin edilmədi. Birinci instansiya məhkəməsinin çıxardığı qərarla bağlı materialların və Bəxtiyar tutulduğu zamanı işgəncəyə məruz qalması barədə Respublika Prokurorluğunun araşdırdığı işin yekunu ilə əlaqədar sənədin bizə verilməsi haqqında vəsatətlərimiz təmin olundu”.

Məhkəmə növbəti prosesi iyul ayının 5-nə təyin edib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı