29 Haz 2011

İnternet nəhəngi sosial şəbəkəsini yaratdı


“Facebook”-la rəqabət aparacaq

“Google” internet-şirkəti özünün “Google Plus” adlı sosial şəbəkəsini yaradıb.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, resursun tərtibatçıları yeni sosial şəbəkənin “Facebook”-la rəqabət aparacağını bildiriblər.

“Google Plus”-un ən əsas üstünlükləri sırasında istifadəçilər üçün gizlilik parametrlərinin rahat qurulması, dostların ayrı-ayrı qruplara (circles – dairələr) bölünməsi, eləcə də hər bir bu cür “dairə” üçün spesifik çıxış hüquqlarının verilməsi imkanlarını qeyd etmək olar. Sosial şəbəkədə “Sparks” (“Qığılcımlar”) funksiyası da təqdim olunub. Bu funksiyanın köməyi ilə istifadəçilər onları maraqlandıran mövzular üzrə informasiya tapa biləcəklər.

Nəhayət, “Google Plus”-da “Hangouts” qrup videokonfransları funksiyası da mövcuddur. Hazırda internet-şirkətin sosial şəbəkəsi test rejimində fəaliyyət göstərir və burada qeydiyyat yalnız elektron poçt vasitəsilə xüsusi göndərilmiş dəvətlər üzrə aparılır. “Google Plus”-un nə zaman kütləvi istifadəyə veriləcəyi hələ bildirilmir.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı