24 Haz 2011

Korrupsiyaya qarşı Mübarizə İdarəsində 3 yeni rəis


İdarənin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılıb

Azərbaycan Prezidentinin 11 mart 2011-ci il tarixli “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər haqqında” Fərmanına əsasən, idarənin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılıb.


Lent.az-ın Baş Prokurorluğun saytına istinadən idarədə yeni yaradılan şöbələrin rəisləri də artıq təyin olunub. Məlumata görə, idarənin tərkibində yeni yaradılan 3 şöbəyə yeni rəislər təyin olunub. Quliyev Əli Tofiq oğlu idarəsinin İstintaq şöbəsinin rəisi təyin edilib. Əliyev Rövşən Əli oğlu Təşkilati və informasiya təminatı şöbəsinə rəis, Əliyev Vüqar Nurəddin oğlu isə Preventiv tədbirlər və təhqiqat şöbəsinə rəis təyin olunub.


Qeyd edək ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində bir sıra köklü tədbirlər həyata keçirilib. Milli təhlükəsizlik nazirinin müavini Əli Nağıyev vəzifəsindən azad olunaraq, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəis müavini təyin olunub. Həmçinin, yeni qəbul olunan qanunla idarəyə əməliyyat-axtarış tədbirləri həyata keçirmək hüququ verilib.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı