3 Tem 2011

Azərbaycanın möhtəşəm qələbəsi dünya mətbuatında


Eldar Qasımov və Nigar Camalın Eurovision 2011'dəki uğurlu çıxışı beynəlxalq KİV-lərin əsas mövzusuna çevrilib

Azərbaycanın möhtəşəm qələbəsi dünya mətbuatında

Eldar Qasımov və Nigar Camalın “Eurovision 2011”dəki uğurlu çıxışı beynəlxalq KİV-lərin əsas mövzusuna çevrilib“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi olan həmyerlilərimiz Eldar Qasımov və Nigar Camalın uğurlu çıxışı dünya mətbuatının əsas mövzusuna çevrilib. Həmin şərhlərin bəzilərini təqdim edirik:

“CNN Türk”: "Yüksek Sadakat" qrupunun finala keçə bilmədiyi mahnı yarışmasının qalibi 4 favorit arasından seçildi. Bu, Azərbaycan oldu. Azəri ifaçı Nigar səhnəyə Türkiyə bayrağı ilə çıxdı".

ORT kanalı: “Yarışmaya gedən yol çətin, mükafata gedən yol isə gözlənilməz oldu. Azərbaycana nadir hallarda 8-dən az xal verilirdi. Səsvermənin sonunu gözləmədən mətbuat mərkəzində jurnalistlər öz sevincini yaşayan azəri kolleqalarını əhatəyə aldılar. Daha bir neçə ölkənin səs verməsi hələ qalırdı, amma Avropaya artıq bəlli idi - növbəti yarışma şərq ab-havası ilə olacaq. Eldar və Nigarın çıxışı gözəl bir nağıla, bioqrafiyaları isə iki şahzadə haqqında hekayətə bənzəyirdi. İki uşaq anası və xoşbəxt evdar qadın olan Nigar oxumağı həmişə arzu etmişdi. 19 yaşlı Eldar da “Eurovision”u fəth etməyi arzulayırdı. Belə də görüşdülər..."

BBC telekanalı: “Azərbaycan təmsilçiləri El və Nikki 221 xal toplayaraq, Avropanın ən yaxşı mahnısının ifaçıları olublar. 56 illik tarixi olan müsabiqəyə Azərbaycan 2008-ci ildə qoşulub, amma artıq ilk dəfədir ki, bu yarışmanın qalibi olur".

“Euronews" telekanalı: “Almaniyanın Düsseldorf şəhərində keçirilən mahnı müsabiqəsinin qalibi Azərbaycandan olan El və Nikki dueti oldu. Eldar Qasımov və Nigar Camal 221 xal toplayaraq, "Running Scared" mahnısı ilə qələbə çaldılar. Nikki hazırda Londonda yaşayır. O, 2001-ci ildə Bakıda Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" ixtisası üzrə ali təhsilini başa vurub. Eldar isə ötən il beynəlxalq münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. Cəmi 4 ildir ki, “Eurovision”da iştirak edən Azərbaycanın indiyədək ən böyük uğuru 2009-cu ildə Aysel Teymurzadə-Araş dueti ilə qazandığı 3-cü yer olmuşdu".

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı