1 Tem 2011

Eto`O Özbekistanda oynayacaq?


Özbəkistanın mətbuatının yazdığına görə, “Barselona”nın kamerunlu hücumçusu Samuel Eto`O “Kuruvçi” klubunda çıxış edə bilər. Bu barədə adıçəkilən klubun saytında məlumat verilib: “Artıq Samuel Eto`O ilə ilkin razılıq əldə etmişik. O, iyulun 17-də Daşkəndə gələcək və ilin ikinci yarısını klubumuzda keçirəcək. Samuel komandamıza Asiya Çempionlar Liqasında uğur qazanmağa kömək edəcək”.
Artıq “Kuruvçi”nin baş məşqçisi Mircəlal Kasımov da bu xəbəri təsdiqləyib: “Eto`Onun gələcəyi barədə yayılan xəbərlər şayiə deyil. Düzdür, onun hansı şərtlərlə komandamızda çıxış edəcəyini dəqiq bilmirəm. Lakin Samuelin Asiya Çempionlar Liqasında “Kuruvçi”yə kömək edəcəyi dəqiqdir”.
“Barselona” klubu məlumatı təkzib etsə də, hazırda ABŞ-da dincələn Eto`O-nun viza almaq üçün sənədlərini Özbəkistana göndərdiyi bildirilir.
Xatırladaq ki, “KuruvçiiləBarselonaarasında əldə olunmuş razılığa əsasən, Kataloniya klubunun 8 meneceri yaxın günlərdə Özbəkistana gələrək, adıçəkilən klubun inkişafına kömək edəcəklər.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı