1 Tem 2011

“Eurovision-2012”-nın keçirilmə yerinin müəyyənləşdiriləcəyi vaxt açıqlandı


Ötən həftə Cenevrədə Avropa Yayım Birliyi (EBU) və Azərbaycanın İctimai Televiziyası (İTV) 2012-ci ildə “Eurovision Song Contest” müsabiqəsinin təşkil edilməsi üçün ilk addımları atıblar. Müsabiqənin 2012-ci il mayın 22, 24 və 26-da keçirilməsi planlaşdırılır. Telekanal Avropa teleşousunun keçirilməsi hüququnu Azərbaycan mayın 14-də Düsseldorfda keçirilən 56-cı müsabiqədə qalib gəldikdən sonra qazanıb. Trend-in məlumatına görə, bu barədə müsabiqənin rəsmi saytının məlumatında deyilir.

“İTV-nin nümayəndə heyəti ötən həftə “Eurovision” mahnı müsabiqəsinin təşkilinə həsr edilən intensiv brifinq keçirmək üçün EBU-nun Cenevrədəki mənzil-qərərgahında olub. EBU tərəfindən ətraflı planlaşdırma və müsabiqənin keçiriləcəyi yerə tələblər, təhlükəsizlik və akkreditasiya haqqında məlumatlar təqdim edilib. "Eurovision"-a görə məsuliyyət daşıyan EBU-nun komandası, eləcə də müsabiqənin rəhbər orqanı və Referens qrup (Təşkilat Komitəsi) suallara cavab verməyə hazır idilər”, - saytda deyilir.

İnfrastuktur, mehmanxana, aeroport və ictimai nəqliyyatın yenilənməsi üçün İTV-nin, hakimiyyət orqanlarının təşəbbüskarı olduğu müxtəlif layihələr təqdim edilib.

“Azərbaycanlı həmkarlarımız bizə 2012-ci ilin müsabiqəsi ərəfəsində atılan ilk addımlar haqqında məlumat veriblər. İnsanların qəbul edilməsi böyük maddi-texniki və yaradıcılıq vəzifəsidir və biz Azərbaycan tərəfinin ən yaxşı "Eurovision" müsabiqəsi təşkil etməyə hazır olduğunu görməyimizə şadıq”, - müsabiqənin icraçı supervayzeri Con Ola Sand deyib.

Görüş zamanı qərara alınıb ki, EBU “Eurovision” mahnı müsabiqəsinin rəsmi loqotipindən qansuz istifadəyə qarşı fəaliyyət göstərəcək. “Biz başa düşürük ki, Azərbaycandakı müsabiqənin loqotipindən istifadəyə böyük maraq var. Müsabiqəyə maraq yüksək qiymətləndirilsə də, müsabiqənin loqotipi EBU-nun mülkiyyətidir və yalnız İTV və müsabiqənin rəsmi tərəfdaşları tərəfindən istifadə oluna bilər”, - müsabiqənin rəhbəri Siets Bakker qeyd edib.

““Eurovision” müsabiqəsinin keçirilməsi ilə bağlı yerinə yetirilməli standart tələblərə uyğun olaraq, EBU Azərbaycan hökumətinə tədbir zamanı təhlükəsizliyə, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə əsasən, söz azadlığı və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin iştirakçılar, azarkeşlər, akkreditə olunan jurnalistlər və ayrı-ayrı ölkələrin vətəndaşları üçün söz azadlığının təmin edilməsinə zəmanətin verilməsi xahişi ilə müraciət edib. Bundan başqa, EBU “Eurovision” müsabiqəsinə akkreditə olunan bütün jurnalistlərə müddətsiz vizanın verilməsini də xahiş edir. Belə zəmanətlər, gözlənildiyinə görə, yaxın həftələr ərzində veriləcək”, - saytda deyilir.

“Eurovision”-un keçiriləcəyi yerə gəldikdə, İTV həm mövcud, həm də bu yaxınlarda tikilən yerlərin müxtəlif variantlarını nəzərdən keçirir. Gözlənildiyinə görə, 2012-ci ildə müsabiqənin keçiriləcəyi yer haqqında qərar avqustda Təşkilat Komitəsinin ilk iclası zamanı qəbul ediləcək.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı