2 Tem 2011

stirahət günü çimərliklərdə suyun temperaturu necə olacaq?


Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatında bildirilir. Mülayim şimal küləyi axşama doğru arabir güclənəcək, havanın temperaturu gecə 19-23, gündüz 26-31 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 3-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı