3 Tem 2011

Tolik də oxuyacaq: Günel Məhərrəmova ilə prodüserin dueti yazılacaq


Məşhur prodüser Tolik müğənni ilə birgə mahnı oxuyacaq, Günel Məhərrəmova isə xaricdən ajiotaj yaradacaq klip gətirib.
Müğənni Günel Məhhərəmova yeni klip çəkdirib. Müğənninin prodüseri Pərviz Fəqanın məlumata görə, musiqisi Tunar Rəhmanoğluya, sözləri isə Oqtay Kamilə məxsus olan “Sevmərəm” adlı mahnıya Günel klip çəkdirib.

"Bu klip xarici ölkələrin birində çəkilib və Qafqazda, eləcə də Türkiyədə maraqla qarşılanacaq. Klipdə əks olunan görüntülər ajiortaj yaradacaq” - deyən Pərviz, klipin hazırda montaj prosesində olduğunu qeyd etdi.

Əlavə edib ki, Günel Məhərrəmovanın xaricdə çəkilən bu klipi maraqlı görüntüləri ilə tamaşaçıların yaddaşında qalacaq: "Klipdə nələr olacağını və hansı xarici ölkədə çəkilməsi haqqında məlumat verə bilmərəm. Çünki həmin xarici ölkədə görüşlərimiz oldu və görüş zamanı imzaladığımız müqavilyə əsasən, klip hazır olmayana qədər ictimaiyyətə heç bir məlumat verilməyəcək. Sadəcə olaraq, onu deyə bilərəm ki, klipin təqdimat mərasimində bütün suallara cavab tapılacaq. Hazırda klip montajdadır".

P.Fəqan onu da bildirdi ki, Günelin yeni duet ortağı prodüser Tolik (Tarix Əliyev) olacaq. Onun sözlərinə görə, Günel və Tolikin ifa edəcəkləri mahnı müğənni Röya Ayxanın repertuarından olacaq.

Günel Məhərrəmova ilə Tolikin birgə mahnı ifa etməsi şou xarakterli layihədir. Layihə yeni ildən sonra gerçəkləşəcək. İfaçılar müğənni Röyanın repertuarından olan bir mahnı seçib oxuyacaqlar. Hələ ki, layihə üzərində hazırlıq işləri gedir.

Tolik adı ilə məşhurlaşmış Tarix Əliyev müğənni Röyanın prodüseridir.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı