3 Tem 2011

Universitetlər bağlanır


Şimali Koreyada tələbələr ölkə iqtisadiyyatını dirçəltmək üçün çalışacaq Şimali Koreya ölkədəki bütün universitetləri bağlayır. İngiltərənin "Daily Telegraph" qəzetinin yazdığına görə, universitetlərdə 10 ay dərs olmayacaq. Bu müddət ərzində yerli tələbələr ölkə iqtisadiyyatını yenidən dirçəltmək üçün nəzərdə tutulan tədbirlərdə iştirak edəcək. Universitetdə dərslər gələn ilin aprel ayına kimi olmayacaq.

Yerli mətbuata istinadən verilən məlumatda bir necə aya məzun olacaq şəxslərin və xarici tələbələrin bu qadağadan kənarda qaldığı yazılıb. Digər tələbələr isə inşaat layihələri ilə yanaşı, qasırğadan ziyan görən əkin sahələrinin bərpasında çalışacaq.

Bəzi mütəxəssislər hökumətin tələbələri ölkənin hər 4 tərəfinə dağıtmaq məqsədi altında başqa səbəblərin olduğunu düşünür. Tokionun Vaseda universitetinin professoru Toşimitsu Şigemura Şimali Koreya hökumətinin Şimali Afrikadakı "Yasəmən inqilabı”ndan qorxduğunu və eyni hadisələrin ölkədə təkrarlana biləcəyindən ehtiyat edərək belə addım atdığını bildirib. Onun sözlərinə görə, ötən ay Şimali Koreya toqquşmalar zamanı istifadə edilə biləcək gözyaşardıcı qaz və dəyənəkləri Çindən alıb.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı