Vergilər Nazirliyi dəyişikliyə hazırlaşır
Fiziki və hüquqi şəxslər gələcəkdə elektron vergi bəyannamələrini elektron imza ilə təqdim edə biləcək. Lent.az-ın verdiyi məlumata görə, bunu Vergilər Nazirliyinin Baş Vergilər İdarəsinin rəisi Zaur Fətizadə söyləyib.
Zaur Fətizadə bildirib ki, hər bir vətəndaş elektron imza aldığı halda bu elektron imzadan istifadə edəcək: “Bu, ilk növbədə rahatlıqdır. Bir var ki, 15 kodu yadda saxlayasan, bir də var ki, vahid elektron imzan olsun. Bu, həm vergi ödəyiciləri, həm də bizim üçün rahatdır”.