5 May 2011

Elastik smartfon hazırlanıb

Onu əymək də olur, qatlamaq da

Kanada alimləri elektron mürəkkəb displeyli elastik telefon prototipi hazırlayıblar. XezerXeber-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “PaperPhone” adlı yeni işləmənin əsasını “E Ink” texnologiyası ilə işlənib hazırlanmış 9,5 düymlü elastik ekran təşkil edir.


Prototipi “Apple iPhone” smartfonu ilə müqayisə edən müəlliflər öz işləmələrini elastik “iPhone” adlandırırlar. Qurğu müasir smartfonların bütün funksiyaları, məsələn, musiqili faylların saxlanılması və işə salınması, telefon zənglərinin həyata keçirilməsi, eləcə də elektron kitabların oxunması ilə təmin edilib. Elektron mürəkkəbin istifadəsi nəticəsində “PaperPhone” kiçik enerji sərfiyyatına malikdir.


Prototipin tərtibatçıları qeyd edirlər ki, bu smartfonu əymək, adi kitabda olduğu kimi səhifələrin vərəqlənməsi üçün bucaqlarını qatlamaq və bu kimi digər əməliyyatlar etmək olar. Müəlliflərin fikrincə, yaxın beş il ərzində bu cür texnologiya bazarda geniş vüsət alacaq.
Devamını Gör »

Türkiyəni dəhşətə salan 2 olay

Bir evdə ana ilə 3 qızını, başqa bir evdə isə ər-arvadı qətlə yetiriblər

Bu gün Türkiyədə iki dəhşətli olay baş verib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, İstanbulun Pendik Güzelyalı məhəlləsində ər və arvad başından güllələnib.

Şeref Gürsoy və həyat yoldaşı Nedime Gürsoy evlərində öldürülmüş halda aşkarlanıblar. Polisin apardığı araşdırma zamanı az əvvəl 100 min dollara torpaq sahəsi satan Şeref Gürsoy ilə böyük qardaşı arasında pul bölgüsü ilə bağlı mübahisə yarandığı üzə çıxıb. Olayın bu məsələ ilə əlaqəsi araşdırılır.

Bu gecə Qaziantepin Konak məhəlləsində Ana Gül Aksoy, 14 yaşlı qızı Melisa, 8 yaşlı əkiz qızları Məleykə və Kadər evlərində başlarından tapança ilə vurularaq öldürülüblər. Ailənin 17 yaşlı qızı Gizəm atası ilə tez-tez mübahisə etdiyi üçün həmin gün babası evində qalıb və bu səbəbdən də qətliamdan qurtulub.


Olayla bağlı maraqlı nüanslar da var. Mayın 4-də axşam Aksoy ailəsinin evi önündə Cüma Ayhan adlı bir nəfər tapançadan atəş açıb. O, pul məsələsi ilə bağlı Adəm Aksoyla mübahisə etdikdən sonra havaya atəş açıb. Bundan sonra Adem Aksoy və Cuma Ayhan polis şöbəsində olub. Onlar ifadələri alındıqdan sonra sərbəst buraxılıblar. Saat 06:00 radələrində evə dönən Adəm Aksoy uzun müddət qapını döysə də, qapını açan olmayıb. Pəncərənin şüşəsini qırıb evə daxil olan ata həyat yoldaşını və 3 qızını qanlar içərisində yataqda görüb. O, küçəyə çıxaraq insanlardan yardım istəyib və qonşuları polisə xəbər veriblər.


Gül Aksoyun bir həftə əvvəl saxta sənəd düzəltdiyi üçün azadlıqdan məhrum edilmiş, yalnız 2 ay əvvəl azadlığa çıxmış həyat yoldaşı Adəm Aksoyuqn yenidən bu işlə məşğul olması ilə bağlı polisə şikayət etdiyi də öyrənilib. Polis Adəm Aksoy və Cuma Ayhanı yenə saxlayıb. Adəm Aksoy polisə ifadəsində deyib ki, xanımını və qızlarını o öldürməyib, səhər evə gələndə cəsədləri ilə qarşılaşıb. Sorğu zamanı halı pisləşən Adəm Aksoy daha sonra sərbəst buraxılıb. Cuma Ayhan da ana və 3 qızın ölümü ilə əlaqəsi olmadığını bildirib və da ifadə verdikdən sonra sərbəst buraxılıb.
Devamını Gör »

Üçölçülü tranzistor texnologiyası yarıdıldı!

“Intel’ korporasiyası yarımkeçiricilər sənayesində “inqilab” etdiyini elan edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi satına istinadən verdiyi məlumata görə, yarımkeçiricilərin kütləvi istehsaldakı 50 illik tarixində ilk dəfədir ki, üçölçülü struktur texnologiyası tətbiq ediləcək.

Şirkət üçölçülü tranzistorlu prosessorların seriyalı istehsalına birinci başlamaq istəyir. “Intel” tərəfindən işlənib hazırlanmış yeni “Tri-Gate” texnologiyasının 2011-ci ilinin sonuna kimi “Ivy Bridge” kod adlı prosessorların istehsalında tətbiq olunması planlaşdırılır. Çiplər 22 nanometrlik texnoloji proses üsulu ilə hazırlanacaq.


“Intel” nümayəndələrinin sözlərinə görə, 3D-struktura keçid inqilabi dəyişiklikdir, çünki indiyədək kütləvi elektronika istehsalında yalnız düz səthli struktur istifadə olunub. Bu nəinki istehlakçı elektronikası, eyni zamanda tibbi avadanlıqlardan tutmuş kosmik cihazlara kimi istənilən digər sahəyə də aiddir. Şirkətin prezidenti və baş icraçı direktoru Pol Otellini deyib ki, üçölçülü üsuldan istifadə edərək yenidən tranzistor icad ediblər”.


Yeni texnologiyanın mahiyyəti silisium altlığın tətbiqindən ibarətdir. Elementlər yuxarı qalxaraq, idarəedici cərəyan üçün bir dəfəyə üç üzlük açır və bu cərəyan ikiölçülü strukturlarda olduğu kimi bir dar kanaldan deyil, üç səthdən keçə bilir. 22 nanometrlik texnoloji proses üzrə hazırlanmış və kiçik gərginlikdə işləyən üçölçülü tranzistorlar 32-nm texnologiya üzrə istehsal olunmuş adi tranzistorlardan fərqli olaraq 37 faiz daha yüksək məhsuldarlıq səviyyəsinə malikdir. Yeni tranzistorlarla təchiz olunmuş prosessorlar ikiölçülü strukturlu 32-nm çiplərlə müqayisədə həmin məhsuldarlıq göstəricisi təqdim etməklə 50 faizdən az enerji sərf edir.

  • Oxunub: 85 dəfə
  • Bookmarka əlavə edin
  • Bu
Devamını Gör »

Azərbaycan Prezidenti İmişli rayonuna səfər edib

Bu gün Saatlı rayonuna səfərini başa çatdıran Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İmişli rayonuna gəlib.

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısı Heydər Əliyevin İmişli şəhərinin mərkəzindəki mədəniyyət və istirahət parkında ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlər barədə məlumat verilib. Qeyd edilib ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılıb və park salınıb. Dövlət başçısı görülmüş işlərdən razı qaldığını bildirib.

Prezident İlham Əliyev İmişli-Qaravəlili-Mirili avtomobil yolunun yenidənqurmadan sonra açılışında da iştirak edib. Dövlətimizin başçısına yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Uzunluğu 12 kilometr olan bu yol əvvəllər istifadəyə yararsız halda olub. Prezident İlham Əliyevin sərəncamına əsasən, 42 minə yaxın əhalisi olan yeddi yaşayış məntəqəsini əhatə edən İmişli-Qaravəlili-Mirili avtomobil yolunun əsaslı təmir işlərinə ötən ilin sonlarında başlanıb. Yolun istifadəyə verilməsi həmçinin İmişli və Saatlı rayonları arasındakı gediş-gəliş məsafəsini də iki dəfə azaldıb.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Devamını Gör »

“BMW”nin 7-ci seriyası yeniləndi

İstehsala başlanmasından 2 il sonra “BMW” şirkəti 7-ci seriyaya əl gəzdirmək niyyətinə düşüb.

XezerXeber-in “xelopolis.com”a istinadla xəbərinə görə, yeni versiya sınaq zamanı görüntülənib. Yenilənmə ilkin olaraq avtomobilin faralarında və bamperlərdə nəzərə çarpır. lakin salonda hər hansı dəyişikliyin olub-olmadığı naməlumdur.

Yeni modelin 2012-ci ildə Pekin avtosalonunda təqdim edilməsi nəzərdə tutulub. Çünki Çin bazarında “BMW”yə maraq böyükdür.
Devamını Gör »

Bin Ladenin ölümü ABŞ-ın bir sirrinin də üstünü açdı

“əl-Qaidə” lideri ilə bağlı əməliyyatda yaradıldığı məxfi saxlanılan vertolyotdan istifadə edildiyi üzə çıxdı

ABŞ “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin öldürülməsi ilə bağlı Pakistanda keçirilən əməliyyatda bu günə qədər yaradılmasını gizli saxladığı xüsusi vertolyotlardan istifadə edib.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu, həmin vertolyotlardan birinin Üsamə bin Ladenin olduğu evə gecə xüsusi təyinatlıları endirərkən divara sürtülməsi və çətinliklə yerə enməsi nəticəsində üzə çıxıb. Pentaqonun tapşırığına əsasən, xüsusi təyinatlılar “əl-Qaidə” liderini öldürdükdən sonra həmin vertolyotu partladıblar. Ancaq buna baxmayaraq, vertolyotun quyruq hissəsi qalıb və onun fotoşəkilləri internetdə yayımlanıb. Bu vertolyotun quyruq hissəsi hazırda dünyada məlum olan heç bir vertolyot tipinə bənzəmir. Hərbi mütəxəssislər bunun ABŞ-ın indiyə qədər məxfi saxladığı, bənzəri olmayan, radara yaxalanmayan bir vertolyot olduğunu bildirirlər. Leksinqton İnstitutunun professoru Dan Cour vertolyotun quyruğunun bu vaxta qədər bənzəri olmayan quruluşa sahib olduğunu söyləyib. O, vertolyotun hazırlanmasında çox səs çıxmasını təmin edən xüsusi materiallardan istifadə olunduğunu, vertolyotun pərinin üzərində radara yaxalanmayan bir diskin olduğunu qeyd edib.

ABŞ xüsusi təyinatlıların bir keçmiş döyüşçüsü “The Army Times” dərgisinə açıqlamasında deyib ki, bu vertolyotun “Eagle” vertolyotlarının modernləşdirilmiş variantı olduğunu ehtimal edir.
Devamını Gör »

“Xəzər Lənkəran”dan 2 yeni rekord

Əsası 2004-cü ildə qoyulan “Xəzər Lənkəran” klubu futbol üzrə NBC Bank Azərbaycan Kubokunun finalına son 5 ildə 4-cü dəfə yüksəlib.

XezerXeber-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk 2 cəhddə yarımfinalda dayanan Lənkəran komandası 2006/2007-ci il mövsümündən sonra yalnız 1 dəfə həlledici görüşdən kənar qalıb.

2007-ci ilə təsadüf edən ilk finalında “MKT-Araz”ı 1:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” növbəti mövsümdə Bakı “İnter”inə əlavə vaxtda qalib gəlib – 2:0. Beləliklə, “ağ-yaşıllar” ardıcıl iki mövsüm ölkə kubokuna sahib olub. Lakin 2009-cu ildə bu komanda finala yüksələ bilməyib. Ötən mövsüm isə Lənkəran təmsilçisi həlledici görüşdə “Bakı”ya əlavə vaxtda vurulan qollarla uduzub – 1:2.

“Xəzər Lənkəran” ötən mövsümlərdə hər 3 finala Ağasəlim Mircavadovun rəhbərliyi altında çıxıb. İndi isə lənkəranlılar ilk dəfə başqa mütəxəssislə - rumıniyalı Mirça Redniklə bu qədər irəliləyib. Bununla da “Xəzər Lənkəran” Azərbaycan rekorduna imza atıb. Heç bir Azərbaycan klubu ardıcıl 5 finaldan 4-nün iştirakçısı olmayıb. Düzdür, “Qarabağ” 6, “Neftçi” 5, “Kəpəz” və bu ilki finalı da saysaq, “İnter” 4 dəfə bunu bacarıb. Lakin onların bu uğurları daha çox fasilələrlə müşayiət olunub.

Qeyd edək ki, “Xəzər Lənkəran”la “İnter” arasındakı final görüşü mayın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.
Devamını Gör »

Prezident İlham Əliyev “Aqrolizinq” ASC-nin Saatlı filialının açılışında iştirak edib

Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Heydər Əliyevin Saatlı şəhərinin mərkəzindəki parkda ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. 

XezerXeber-in AzərTAC-a istinadən verdiyi məlumata görə, dövlət başçısına məlumat verilib ki, ümumi ərazisi 5,6 hektar olan Heydər Əliyev adına park və meydanda geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, fəvvarə quraşdırılıb.
Burada Heydər Əliyev muzeyi də fəaliyyət göstərir. Prezident İlham Əliyev görülmüş işlərdən razı qaldığını bildirib.
Dövlət başçısı “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Saatlı “Aqroservis” filialının açılışında da iştirak edib. Kənd təsərrüfatı naziri İsmət Abasov Prezident İlham Əliyevə məlumat verib ki, ümumi sahəsi 1 hektar olan “Aqrolizinq” ASC-nin yeni yaradılan Saatlı “Aqroservis” filialının tikintisinə 2010-cu ildə başlanıb. Filialın ərazisində inzibati bina, təmir emalatxanası, texnikaların saxlanılması üçün talvar və açıq meydança yaradılıb. Bundan əlavə, filialda gübrə və pestisidlər anbarı da var. Ümumi tutumu 2 min ton olan anbarda Almaniyadan gətirilmiş pestisidlər, Rusiya, Ukrayna və Qazaxıstan istehsalı olan mineral gübrələr fermerlərə veriləcək. Filialda 30 nəfər daimi işlə təmin edilib.
Filialda Finlandiya, Rusiya, Türkiyə və Polşada istehsal edilən kənd təsərrüfatı texnikaları ilə yanaşı, Gəncə avtomobil zavodunda buraxılan traktorlar da var. “Aqrolizinq” ASC ilə Gəncə Avtomobil Zavodu arasında bağlanmış müqaviləyə əsasən, hər il cəmiyyət zavoddan 500 traktor alır. Bundan əlavə, Gəncə Avtomobil Zavodunda bu traktorlar üçün kotanlar da istehsal edilir. İndiyədək, “Aqrolizinq” ASC zavoddan 1890 traktor alıb. Saatlı filialında isə hazırda ümumilikdə 290 texnika var. Onlardan 88-i traktor, 27-si kombayn, yerdə qalanları isə asılan və qoşulan texnikalardır.

Prezident İlham Əliyev cəmiyyətin rayonlararası təchizat, regional logistik bazalarının və aqroservis filiallarının əvvəlki vəziyyətini əks etdirən fotolara baxıb. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı “Aqroservis” filialı ilə tanış olan dövləti başçısı kollektivə uğurlar arzulayıb.
Devamını Gör »

Bərdədə 5 otaqlı evdə partlayış: 2 yaralı

Bu gün Bərdə rayonunda partlayış hadisəsi baş verib.

XezerXeber-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şorəlli kəndində ümumi sahəsi 192 kv metr olan birmərtəbəli 5 otaqlı fərdi evdə qaz sızmasından partlayış olub. Yanğına keçməyən partlayış nəticəsində mətbəxin pəncərələri dağılıb, hadisə zamanı evdə olan 2 nəfər yanıq xəsarətləri alıb. Yaralılar xəstəxanaya aparılıb.


Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Devamını Gör »

Bu gün Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Bu gün Sumqayıt şəhərində intihara cəhd olub.

Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, özünü dənizə atmış şəxs dalğıc-xilasedicilər tərəfindən sahildən 70 metr aralıda sudan çıxarılaraq xilas edilib.


Əməliyyat saat 14:30-da başa çatdırılıb.
Devamını Gör »

“Baku Steel Company”da 6 nəfər zəhərlənib

Bu gün Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından XezerXeber-e verilən məlumata görə, hadisə Nərimanov rayonu ərazisində, Əliyar Əliyev küçəsi 36 ünvanında yerləşən “Baku Steel Comany” şirkətinə məxsus Qara Metalların Təkrar Emalı müəssisəsində baş verib.

Məlumata görə, səhər saatlarında yük avtomobili ilə müəssisəyə metal qırıntıları gətirilib. Qırıntıların arasında iri çən diqqət çəkib. Bu zaman işçilər çənin içində maye olduğunu görərək onu açmağa ehtiyatlanıblar. Nəticədə yükü gətirmiş şəxslər çənin qapağına açmaq qərarına gəliblər. Hadisə də elə bu zaman baş verib. Məlum olub ki, 6 tonluq çənin içindəki maye təhlükəli ammonyak turşusudur. Hava ilə reaksiyaya girən kimi ammiak turşusu buxarlanmağa başlayıb və ətrafda olan şəxslər zəhərlənib.

Ammiakın buxarlanmasından orada olan 6 nəfərə ziyan dəyib. Zəhərlənən şəxslər təcili olaraq yaxınlıqda yerləşən “Baku Steel Company” şirkətinin tibb məntəqəsinə çatdırılıb. Taksologiya şöbəsinə yerləşdirilən şəxslərə tibbi yardlm göstərilib.

Faktla bağlı ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis Bölməsindən Lent.az-a bildirdilər ki, onlara həmin ərazidə hadisə baş verməsi ilə bağlı məlumat daxil olub. Lakin əraziyə çatdıqda orada hər hansı insidentə rast gəlinməyib.
Devamını Gör »

Portuqaliya finalını möcüzə əngəlləyə bilər

Bu gecə keçiriləcək yarımfinal mərhələsinin cavab görüşləri ilə futbol üzrə Avropa Liqasının finalçıları müəyyənləşəcək.

Lent.az-ın məlumatına görə, İspaniyanın “Vilyarreal” klubu Portuqaliya “Portu”suna 1:5 hesablı sarsıdıcı məğlubiyyətdən sonra finala vəsiqə üçün möcüzə yaratmalıdır.

Digər cütlükdə heç də hər şeyə aydınlıq gəlməyib. Portuqaliyanın “Braqa” klubu “Benfika” ilə matçda 1:2 hesablı səfər məğlubiyyətinin əvəzini 1 cavabsız qolla çıxa bilər.

00:05. “Vilyarreal” (İspaniya) – “Portu” (Portuqaliya)
Baş hakim: Canluka Rokki (İtaliya)
İlk görüş – 1:5

“Vilyarreal” klubu tarixində ilk dəfə Avropa kuboklarının finalına çıxmaq üçün böyük tapşırığın öhdəsindən gəlməlidir. “Sarı sualtı qayıq” ən böyük hesablı məğlubiyyətinə ilk görüşdə düçar olub. Avrokuboklar tarixində indiyədək yalnız 3 klub ilk matçda üzləşdiyi 4 qolluq fərqi cavab oyununda aradan qaldıra bilib. “Portu” İspaniyada keçirdiyi son 5 səfər qarşılaşmasının heç birində uduzmayıb. Bu oyunlarda 3 qələbə, 2 heç-heçə qeydə alınıb. Digər tərəfdən, “Vilyarreal” Avropa Liqasındakı 7 ev oyununda yüz faizlik nəticə göstərib. İspaniya klubu öz meydançasında 20 qol vurduğu halda cəmi 4-ünü buraxıb.

00:05. “Braqa” (Portuqaliya) – “Benfika” (Portuqaliya)
Baş hakim: Martin Atkinson (İngiltərə)
İlk görüş – 1:2

Həm “Braqa”, həm də “Benfika” aprelin 18-də İrlandiyanın paytaxtı Dublində keçiriləcək final matçına vəsiqə üçün yaxşı şansa malikdir. 2:1 hesablı ev qələbəsi “Benfika”nın futbolçularının ayıq-sayıqlığını zəiflədə bilməz. Ötən mövsüm Lissabon komandası Avropa Liqasının ¼ finalında mübarizəni dayandırıb. “Benfika” öz meydançasında “Liverpul”u 2:1 hesabı ilə yensə də, cavab görüşündə 1:4 hesablı məğlubiyyətlə üzləşib. “Braqa” cari Avrokubok mövsümündə 8 ev oyunundan yalnız 1-də yenilib. Bu, ötən il sentyabrın 28-də Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor”la oyunda baş verib – 0:3. Qalan görüşlərdə 6 qələbə və 1 heç-heçə qeydə alınıb. “Benfika” isə əvvəlki 7 səfər oyununda yalnız 1 dəfə qalib gəlib. Bu, 1/16 final mərhələsində Almaniya “Ştutqart”ı ilə oyuna təsadüf edib – 2:0.

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
Devamını Gör »

Əsəd 40 yaşa qədər kişiləri həbs etdirir

Suriya hakimiyyəti etiraz aksiyalarının qarşısını almaq istiqamətindəki təşəbbüslərini davam etdirir.

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, hakimiyyət cümə namazından öncə ölkə ərazisində islahat tələb edənlərin müqavimətini həbslərlə qırmağa çalışır. Suriya polisi üsyanın mərkəzi Dera şəhərində bütün evlərə basqın edərək, yaşı 40-a çatan bütün kişiləri həbs edib. Daha sonra isə Suriya Dövlət Televiziyası əməliyyatın başa çatdığını və əsgərlərin mərhələli şəkildə şəhərdən çəkildiyini bildirib. 10 günə yaxındır, mühasirədə olan şəhərdə komendant saatı tətbiq edilir, qadağalara əməl etməyənlər vurulur.

Suriyanın paytaxtı Dəməşqdə də vəziyyət gərgin olaraq qalır. Paytaxt yaxınlığındakı Sakbada bu sabah 300-dən çox insan həbs edilib. Ancaq bütün bunlara baxmayaraq, müxalifət etirazları davam etdirməkdə qərarlıdır.
BMT-nin baş katibi Pan Gi Mun Suriya prezidenti Bəşər Əsədə zəng vurub və onu güc tətbiqinə qon qoymağa çağırıb. Bu gün Romada keçirilən Liviya Koordinasiya Qrupunun toplantısında isə Suriyaya sanksiyaların tətbiqi məsələsi müzakirə ediləcək.
Devamını Gör »

“Bosch”: Məhsullarımızın 92 faizi ətraf mühitə zərər vermədən istifadə oluna bilər

Dünyada məişət texnikalarının üçüncü istehsalçısı olan “Bosch” şirkəti Azərbaycanda “Yaşıl texnologiyalar”a həsr olunmuş mətbuat konfransı keçirib.

“APA-Economics”in məlumatına görə, tədbirdə ətraf mühitlə bağlı məsələlərin müasir dünyanın ən mühüm mövzularından birinə çevrildiyi bildirilib: “Qlobal istiləşmə, biosferanın çirklənməsi və digər mühüm ekoloji amillər planetimizin canlı aləminə günü-gündən daha da pis təsir göstərir. Gənc nəsillərin gələcəyi bizdən asılıdır. Hər bir ölkənin vətəndaşı fərdi, korporativ və ictimai şəkildə uşaqlarımızın xoşbəxt gələcəyi uğrunda mübarizəyə qoşulmalıdır. İllər boyunca məişət texnikaları istehsalında ekoloji təmiz texnologiyaları tətbiq edən “Bosch” markası bu məsələnin ciddiliyini nəzərə alaraq, eko-məhsulların əsas müsbət cəhətlərini və onlara üstünlük verilməsinin vacibliyini alıcıya çatdırmağı öz vəzifəsi hesab edir”.

Tədbirdə həmçinin bildirilib ki, “Yaşıl Texnologiyalar” yalnız bu günə deyil, həm də sabaha qoyulan sərmayədir: “Şirkətin missiyası davamlı inkişaf və istehsal prinsiplərinə əsaslanır. Təbiət, cəmiyyət və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayan “Bosch” istehsalatın müxtəlif mərhələlərində təbii resurslardan səmərəli istifadə edir. Müasir “Bosch” məhsullarının keyfiyyəti özündə həm ekoloji, həm də dizayn ideyalarının mükəmməlliyini birləşdirir. Ekoloji cəhətdən tamamilə təmiz məhsulların hazırlanmasına sərf edilmiş uzunmüddətli əmək artıq öz bəhrəsini verib. Yeni texnologiyaların tətbiqi ilə işlənib hazırlanmış “Bosch” məhsullarının istehsalında son 30 il ərzində təbii resurslardan səmərəli istifadədə rekord səviyyəyə, 60% suya və 70% elektrik enerjisinə qənaət edilməsinə nail olunub. Ümumiyyətlə, məhsullarımızın 92%-i ətraf mühitə zərər vermədən istifadə oluna bilər”.

“Bosch” şirkəti müxtəlif təbəqədən olan insanları nəzərə alaraq “Yaşıl Texnologiyalar”ı işləyib hazırlayıb ki, hər bir insan davamlı gələcəyin möhkəmləndirilməsinə öz töhfəsini verə bilsin. “Yaşıl Texnologiyalar”a üstünlük verən ailə, təkcə uşaqlarının gələcəyinə yox, həm də bu gününə sərmayə qoyur. Çünki eko-məhsul alan ailə, kommunal xidmətlərə qənaət edir. Gələcəkdə də, “Bosch” məhsulları davamlı inkişafın fəlsəfəsinə müvafiq olaraq planetimizin gələcəyinə öz töhfəsini verməkdə davam edəcək.
Devamını Gör »

Eldar və Nigar ilk beşliyə başçılıq edir

Təmsilçilərimiz onları dəstəkləyənlərə təşəkkür etdilər

“Eurovision” Mahnı Müsabiqəsinin rəsmi fan klubu OGAE-nin müsabiqədə akkreditasiya olunan jurnalistlər və yarışma pərəstişkarları arasında keçirdiyi ənənəvi sorğunun nəticəsinə görə, Azərbaycan iştirakçıları may ayının 10-da birinci yarımfinalından finala vəsiqə qazanan iddiaçıların ilk beşliyinə başçılıq edir. Lent.az-ın itv.az-a istinadən məlumatına görə, Düsseldorfda olan Azərbaycanın “Eurovison-2011” təmsilçiləri Eldar və Nigar pərəstişkarına, eləcə də jurnalistlərə təşəkkür ediblər.


Eldar və Nigar deyib: “İlk gündən Düsseldorfda müsabiqənin abı-havasına heyran olduq. Pərəstişkarlar, jurnalistlər və iştirakçılar arasında heyranedici dərəcədə dostluq mühiti bizə daha çox enerji verir. Bizi dəstəkləyənlərə minnətdarıq. Bu, Düsseldorfda əsas ifaya hazırlaşmaqda bizə böyük qüvvə verir”.
Devamını Gör »

2009-cu ildə batan təyyarədən cəsədlərin çıxarılmasına başlandı

Əməliyyat 4 min metr dərinlikdə keçirilir

Rio-de-Janeyro - Paris reysini həyata keçirərkən 2009-cu ildə Atlantik okeanı üzərində qəzaya uğrayan və 228 insana məzar olan “Air France” təyyarəsindən cəsədlərin çıxarılmasına başlanıb. Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, əməliyyat okeanın 4 min metr dərinliyində həyata keçirilir.

Mini batiskafların yardımı ilə həyata keçirilən əməliyyatda qurbanlardan birinə aid cəsəd çıxarılıb.
Devamını Gör »

Müxalifətçi gənclər müdafiə komitəsində birləşdi

Bu gün Müsavat Partiyasının qərargahında bir qrup gənclər təşkilatları son günlərdə həbs olunan gənclərin müdafiəsilə bağlı tədbir keçirib.

Bu barədə Lent.az-a Müsavat Gənclər Təşkilatı sədrinin müavini Səxavət Soltanlı məlumat verib. Müsavat, AXCP, ADP, VHP gənclər təşkilatları, həmçinin, “Azad Gənclik”, “Gənclər Klubu” İB, “10 dekabr”, “Nida və daha bir neçə gənclər təşkilatlarının qatıldığı tədbirdə həbs olunan gənclərin müdafiə komitəsinin yaradılması barədə qərar çıxarılıb.

Tədbirin sonunda müdafiə komitəsi adından gənclərin həbsinə etiraz əlaməti olaraq, bəyanat qəbul edilib.
Devamını Gör »

TQDK-dan yenilik

Dörd hərf yazmaq kifayətdir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik edir.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mobil texnologiyaların imkanlarından istifadə edən TQDK yeni bir xidməti – sms MƏLUMATLANDIRMA xidmətini istifadəyə verir.
“Azercell Telekom” MMC-nin məzmun təminatçısı olan “LSİM MMC”-nin təqdim etdiyi proqram təminatı vasitəsi ilə artıq istənilən şəxs TQDK-nın yenilikləri barədə məlumatları mobil telefonları vasitəsilə əldə edə biləcəklər. Məlumatlandırma xidməti vasitəsi ilə sınaq imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə, magistratura səviyyələrinə qəbulla bağlı bütün məlumatları telefon vasitəsilə öyrənmək mümkün olacaq.
Bu xidmətdən yararlanmaq üçün sadəcə müvafiq açar sözlərin baş hərflərini - A (abituriyent), B (bakalavr), S (sınaq) və ya O (orta ixtisas) yazıb 82002-yə göndərmək kifayətdir. Abunə olmaq istəyən şəxs 4 məlumat blokundan hər hansı birinə, yaxud hamısına abunə ola bilər. Hər blok üçün 1 aylıq abunə haqqı 53 qəpikdir.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı