24 Haz 2011

Korrupsiyaya qarşı Mübarizə İdarəsində 3 yeni rəis

Devamını Gör »

“ABŞ-Azərbaycan birgə hərbi təlimləri texniki səbəbdən təxirə salınıb”

Araz Əzimov: “Bu təlimlərin yaxın zamanlarda keçirilməsi mümkündür”

“ABŞ-Azərbaycan birgə hərbi təlimlərinin təxirə salınması texniki problemlərlə bağlı idi”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib. O, təlimlərin gələcək taleyinə də aydınlıq gətirib: “Bu təlimlərin yaxın zamanlarda keçirilməsi mümkündür”.

Qeyd edək ki, bu il ABŞ-Azərbaycan birgə hərbi təlimləri növbəti dəfə təxirə salınıb. 15-25 may tarixlərində “Regional cavab-2011” adı altında ABŞ - Azərbaycan birgə hərbi təlimləri keçirilməli idi.
Devamını Gör »

İran İslam İnqilabını Mühafizə Korpusunun 3 rəhbər şəxsi “qara siyahı”ya düşüb

Avropa Birliyi Suriya hakimiyyətinə aksiyaları yatırmağa maddi və siyasi dəstək verdiyi üçün İran İslam İnqilabını Mühafizə Korpusunun 3 rəhbər şəxsinə qarşı sanksiya tətbiq edib.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, sanksiya həmin şəxslərin Avropa Birliyi ölkələrinə gəlişinə qadağa qoyulması və banklardakı hesablarının dondurulmasını əhatə edir.

Analoji sanksiya Suriyanın 4 yüksək rütbəli məmuruna qarşı da tətbiq olunub. Bununla da Suriyada Avropa Birliyinin sanksiyası ilə üzləşən şəxslərin sayı 30 nəfərə çatıb. Avropa Birliyinin bəyanatında prezident Bəşər Əsədin başında durduğu rejimin hərəkətlərinin onun legitimliyini şübhə altına aldığı da vurğulanıb.
Devamını Gör »

Prezidentlərin Kazan görüşü başlayıb

Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü başlayıb.

APA-nın məlumatına görə, bu, prezidentlərin qeyd olunan formatda sayca doqquzuncu görüşüdür. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərini müzakirə edəcəklər. Görüşün sonunda baza prinsiplərinin əks olunduğu xüsusi sənədin imzalanması gözlənilir.

Görüşdə hər üç ölkənin ölkənin xarici işlər nazirləri, prezidentlərin köməkçiləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.
Devamını Gör »

Uinston Parksın komanda yoldaşı avtomobil qəzasında öldü

Kosta-Rika milli komandasının futbolçusu Dennis Marşall avtomobil qəzasında ölüb.

Lent.az-ın məlumatına görə, 25 yaşlı müdafiəçi paytaxt San-Xosenin şərqində dağ yolunda qəzaya düşüb.

Onun idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Danimarkanın “Olborq” klubunda çıxış edən Marşalldan əlavə, onun yanında olan bir qadın da dünyasını dəyişib.

Qeyd edək ki, Kosta-Rika yığması ABŞ-da keçirilən “Gold Cup” turnirində çıxış edib. İyunun 19-da keçirilmiş görüşdə Dennis Marşall Hondurasın qapısına qol vurub. O, “Xəzər Lənkəran”dan ayrılan hücumçu Uinston Parksla eyni millidə komanda yoldaşı olub.
Devamını Gör »

Abel Məhərrəmov Orta Doğu Texniki Universitetinin rektoru ilə görüşüb

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Orta Doğu Texniki Universitetinin rektoru, professor Əhməd Açarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BDU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ali məktəb haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, onun beynəlxalq əlaqələrindən danışıb. Rektor Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlıqdan, birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən bəhs edib. Bildirib ki, universitet qardaş Türkiyənin Orta Doğu Texniki Universiteti ilə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

Öz növbəsində Orta Doğu Texniki Universitetinin rektoru Əhməd Açar Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Qonaq BDU-nun nailiyyətlərindən məmnun qaldığını, təhsil ocaqları arasında ikitərəfli sıx əlaqələrin faydalı olacağına əminliyini vurğulayıb. O, rəhbərlik etdiyi ali məktəbin BDU ilə beynəlxalq münasibətlər, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Daha sonra qonaqlar universitetlə tanış olub, xoş təəssüratla ayrılıb.
Devamını Gör »

İsrail Türkiyəyə kompensasiya ödəyəcək

Bu barədə iddianı İsrailin “Haaretz” qəzeti yazıb

Türkiyə ilə İsrail arasındakı gizli görüşlər İsrail baş nazirinin müavini və strateji işler naziri Moşe Yaalon ilə Türkiyə xarici işlər nazirliyinin müşaviri Firidun Sinirlioğlu arasında baş tutub.

Lent.az-ın “Haaretz” qəzetinə istinadən məlumatına görə, İsrail tərəfi keçən ilin may ayında Mavi marmara gəmisinə edilən hücum zamanı ölən 9 türkün ailəsinə kompensasiya ödəməyi qəbul edib. Ancaq İsrail Türkiyənin digər tələbi olan üzr istəmək məsələsinə yaxın durmur. Bunun yerinə isə İsrail ölümlərə görə “məyusluğunu” bildirib.

Qəzet İsrail xarici işlər nazirliyində qaynaqların bu məlumatı təsdiqlədiyini yazıb. Məlumata görə, Türkiyə tərəfi bu məlumatın mətbuata çıxmasından narahatlıq keçirir.
Devamını Gör »

Suriya yenə qana boyandı

Bu cümə günü də Suriya şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilir.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, paytaxt Dəməşq, Hama, Humus, Dera, Kamışlı və Haseke şəhərlərində insanlar küçələrə axışıblar.

Aksiyalarda Bəşər Əsəd rejiminin legitimliyini itirdiyi yönündə şüarlar səsləndirilib. Dəməşqdə təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına atəş açıb. Ən azı 2 nəfər həyatını itirib.
Devamını Gör »

Mirmahmud Mirəlioğlu yenidən KXCP sədri oldu

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) II qurultayı başa çatıb.

APA-nın məlumatına görə, günün ikinci yarısında qurultayda partiyanın rəhbər şəxsləri hesabat xarakterli çıxış ediblər. Sonra partiyanın rəhbər strukturuna seçki keçirilib. Mirmahmud Mirəlioğlu KXCP sədri postuna alternativsiz keçirilən seçkidə qalib gəlib. Ali Məclisə keçirilən seçkidə isə 60 nəfər səs çoxluğu ilə qanunverici orqana düşə bilib. Nəzarət Təftiş Komitəsi isə 5 nəfərdən formalaşıb.


Fasilədən sonra Ali Məclisin yeni tərkibdə ilk iclası keçirilib. Bəybala Əbil Ali Məclisin sədri vəzifəsinə seçilib.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı