2 Tem 2011

Məşhur futbolçunun sevgilisi: “Səkkiz ay hər gün sekslə məşğul olduq”

“Ştutqart”ın futbolçusu Artur Bokanın keçmiş sevgilisi, almaniyalı model Gina-Liza Lohfink yataq sirlərini paylaşıb. O, futbolçu ilə ayrılmasının səbəbini belə izah edib: “Münasibətlərimiz 8 ay davam etdi. Hər gün sekslə məşğul olurduq. Buna baxmayaraq, məni aldadırdı. Bunu qəbul etməyim mümkün deyildi”.

24 yaşlı model bir müddət əvvəl qadınla dodaq-dodağa öpüşməsi ilə gündəmə gəlmişdi. Çimərlikdə çəkilən klip üçün müğənni Loona ilə öpüşən model bundan ləzzət aldığını bildirib: “Bu, mənim qadınla ilk öpüşməm deyildi. Üstəlik, qadınla öpüşmək çox gözəldir”.
Devamını Gör »

Rəhim Rəhimlinin keçmiş sevgilisi ərə gedir

opulyar bəstəkar-müğənni Rəhim Rəhimlinin keçmiş sevgilisi müğənni Vüsalə Əliyeva Mete adlı türk biznesmenə ərə gedir.

hazırda İstanbulda yaşayan Vüsalənin toyu sentyabrın 18-nə planlaşdırılıb. Toydan sonra cütlük «bal ayı»nı keçirmək üçün İtaliyaya yollanacaq.

Xatırladaq ki, Rəhim Rəhimli ilə Vüsalə Əliyeva arasında 3 il sevgi münasibətləri olub. Sonradan onlar ayrılsalar da, dost olaraq qalırlar. Toya Rəhimin də gedəcəyi bildirilir.

«Rəhimi toyuma mütləq dəvət edəcəyəm. Gəlib-gəlməyəcəyini deyə bilmərəm. Amma heç bir halda ondan inciməyəcəyəm», - deyə Vüsalə bildirib.
Devamını Gör »

Azərbaycanın tanınmış müğənnisi üçüncü dəfə ana olacaq

Hələ ana olmağa hazırlaşanları demirik. İndi də populyar müğənninin hamiləliyi barədə söhbətlər gəzir. Bir qız və bir oğul anası olan Aynur Dadaşova üçüncü dəfə ana olmağa hazırlaşır.

Müğənni ANS PRESS-ə açıqlamasında bu barədə danışmaq istəmədiyini bildirdi: “Efirdə, mətbuatda heç vaxt şəxsi həyatım haqqında danışmaq istəməmişəm. Bu, o demək deyil ki, şəxsi həyatımda gizlətməli nə isə var. Sadəcə, mən şəxsi həyatımla gündəmə gəlmək istəmirəm. Övladlarımdan reklam kimi istifadə etməyi sevmirəm”.
Devamını Gör »

stirahət günü çimərliklərdə suyun temperaturu necə olacaq?

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Trend-in məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatında bildirilir. Mülayim şimal küləyi axşama doğru arabir güclənəcək, havanın temperaturu gecə 19-23, gündüz 26-31 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 3-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti təşkil edəcək.
Devamını Gör »

Azərbaycanlı ekstrasens Ziraddin Rzaev məşhur proqramın qonağı olub

Rusiyanın müxtəlif kanallarında vaxtaşırı görməyə alışdığımız həmyerlimiz, tanınmış ekstrasens Zirəddin Rzayev bu dəfə Andrey Malaxovun Rusiyanın “ORT” kanalında yayımlanan “Pust qovoryat” verilişinin qonağı olub.

“Qoy danışsınlar” - deyən Malaxovun verilişində Zirdəddin nədən danışıb?

Veriliş hələ efirə getmədiyi üçün bu barədə indidən geniş danışmağın düzgün olmadığını söyləyən ekstrasens marağımızı nəzərə alaraq bəzi məqamları açıqladı: “Pust Qovoryat”ın budəfəki mövzusu kriminala həsr olunmuşdu və mənim ekstrasens qabiliyyətimdən istifadə edərək nəyi məsləhət edəcəyimi soruşdular. Qısaca olaraq onu deyə bilərəm ki, verilişdə iştirak edən kriminalistlər verdiyim istiqamətlə razılaşdıqlarını bildirdilər”.

Xatırladaq ki, “Pust qovoryat”ın bu gün çəkilmiş proqramı yaxın günlərdə efirə veriləcək.
Devamını Gör »

Gəncədə rok festivalı keçiriləcək

yulun 9-10-da Gəncə şəhərində “Gənc Gəncə Rok Festivalı” adı altında rok festivalı keçiriləcək.

İki gün davam edəcək festival “Bakı Küləyi” qurumunun təşkilatçılığı ilə “Ramada Plaza”da keçiriləcək.

Lent. az-ın məlumatına görə, festivalda “Empathy”, “Live or leave”, “PadZehir”, “BluesBoys”, “Pharaon”, “NewSkin”, “Milan” rok qrupları iştirak edəcək.

Bu, Gəncədə keçiriləcək sayca ikinci rok festivalıdır. Məqsəd Azərbaycanda milli rokun inkişafına dəstək olmaqdır.
Devamını Gör »

Bakı sakini Kürdə, Rusiya vətəndaşı Xəzərdə batıb

Bakı şəhər sakini Rövşən Əsədov Kür çayında çimərkən boğulub.

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, hadisə iyunun 30-da Kürün Tovuz rayonunun Girzan kəndi ərazisindən keçən hissəsində baş verib. R. Əsədovun meyitinin tapılması istiqamətində tədbirlər görülür.

Rusiya Federasiyasının vətəndaşı Gennadiy Qorşkov Astara şəhərinin ərazisində dənizdə çimərkən boğulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə iyulun 1-də qeydə alınıb. Həmin gün başqa bir boğulma hadisəsi Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisindəki İdman Kompleksində baş verib. Kərgəlan kənd sakini Miryusif Miriyev hovuzda çimərkən boğularaq ölüb.
Devamını Gör »

Voleybolçularımızın Çempionlar Liqasındakı rəqibləri

Voleybol üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.

Apasport.az saytının xəbərinə görə, Avstriyanın paytaxtı Vyanada baş tutan mərasimdə Bakının qadınlardan ibarət “Rabitə” və “Azərreyl” klublarının da rəqibləri bəlli olub.

B qrupuna düşən “Rabitə” “Fənərbaxça Acibadəm” (Türkiyə), “Myulhaus” (Fransa) və “Drezdner” (Almaniya) ilə mübarizə aparacaq.
D qrupunda yer alan “Azərreyl” isə “Berqamo” (İtaliya), “VaqıfGünəş Bank” (Türkiyə), “Tomis” (Rumıniya) ilə qarşılaşacaq.
Devamını Gör »

Silvio Berluskoni və Sifarişli qadın

İtaliyanın Baş Naziri Silvio Berluskoni ilə pul müqabilndə birlikdə olduğunu iddia edərək birdən-birə dünya miqyasında şöhrət qazanmış sifarişli qadın Patrisia D" Addario İtaliyanın dövlət televiziyası RAİ ekranlarına da çıxmağa nail olaraq önəmli açıqlamalar verib. O gecəni baş nazirlə birlikdə keçirdiyini deyib və nə yuvanın quşu olduğu barədə Berluskoninin əvvəlcədən məlumatlı olduğunu bildirib. Onların arasında yeganə sifarinli qadın olan Partrisiya bu gecə üçün iş adamı Campolo Tarantinidən pul aldığını bəyan edib.

Devamını Gör »

Beyonsdan son xəbərlər

Sinqapurda konsert verən Beyons ən böyük qrim otağının ona verilməsini tələb edib. Amma ən böyük qrim otağı ondan əvvəl gələn Lindsey Lohana verilibmiş. Qaradərili müğənninin tələbi ilə Hollivud aktrisasını ən böyük qrim otağından çıxararaq onu Beyonsun ixtiyarına veriblər. Qalmaqal ulduzu olan Lindsey Lohan bu olaydan özünü təhqir olunmuş hiss edib. Konsertdə çıxış edərkən Beyons bütün kondisionerlərin yalnız ona yönəldilməsini tələb edib və bu zaman onun müsiqiçiləri və rəqs qrupu istidən əziyyət çəkiblər.
Devamını Gör »

Samir Bağırov Azərbaycanı tərk etdi

Son illər depressiya vəziyyətində həyat tərzi sürən Samir Azərbaycanı birdəfəlik tərk edib. Onu vətəndən küsdürən səbəblərdən biri də onunla eyni vaxtda səhnəyə çıxan sənət dostlarının xalq artisti adı aldıqları halda onun əməkdar artist adına belə laiq görülməməsidir. Anasının ABŞ-da yaşamasına baxmayaraq müğənni Moskvada yaşamağa qərar verib. Onun məqsədi Rusiya şou-biznesinə qatılmaqdır.
Devamını Gör »

Səhnəyə ayaqyalın çıxan ilk müğənni

Nəhayət ki, Röyanın səbirsizliklə gözlənilən "Ulduz nağılı " konserti baş tutdu. Müğənni dünya tarixində hamiləliyinin 9-cu ayında konsert verən ilk sənətçi oldu. Ayaqları şişdiyindən öz ölçüsünə uyğun ayaqqabı tapmayan Röya Azərbaycanda səhnəyə ilk dəfə ayaqyalın çıxan sənətçi kimi də tarixə düşdü. Amma müğənni annons edildiyi kimi 6 gün deyil 5 gün konsert verdi.
Devamını Gör »

Salma Hayek evləndi

Bu ilin 14 fevralında nigah qıyan cütlük, dərhal ardından bal ayına çıxmışlardı. Toy isə 2 ay sonra reallaşdı. Salma Hayek ilə Gucci firmasının sahibi Francois-Henri Pinaultun toyu nəhayət baş tutdu və toya məşhurlar dolmuşdu. Cütlüyün toyu Hayekin yoldaşı Pinaultun ailəsinə aid olan ağ mərmərdən tikilmiş Palazzo Grassidə verildi. Cütlük daha əvvəl 2006-cı ildə burada tanış olmuşdu.
Devamını Gör »

Heftenin en yaxshi geyinen ulduzlari

Madonna
Victoria Beckham
Ali Larter
Devamını Gör »

“18 ildə Azərbaycanda 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”

“Təhlükəsiz şəhər” xidmətinin videonəzarət vasitələrinin əhatə dairəsi mərhələli şəkildə genişləndirilib, bu informasiya resursunun fəaliyyətə başladığı dövrdən yol hərəkəti qaydaları əleyhinə olan 47 minə yaxın inzibati xəta, 6000-dən çox hadisə aşkarlanaraq zəruri tədbirlər görülüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın daxili işlər naziri Ramil Usubov məlumat verib.Nazir bildirib ki, bu gün daxili işlər orqanlarında qanunla müəyyən edilmiş mühüm vəzifələri layiqincə yerinə yetirə bilən istedadlı və yüksək ixtisaslı kadr potensialı, peşəkar özək formalaşıb: “Orta və böyük rəis heyətində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi yüksələn xətt üzrə inkişaf edərək 1994-cü illə müqayisədə 58,3 faizdən 90 faizədək, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33,3 faizdən 77 faizədək yüksəlib. Kadrların, xüsusən gənclərin xidmətdə möhkəmlənməsi və inkişafı üzrə tədbirlər də sistemli şəkildə həyata keçirilir”.

R. Usubov deyib ki, Heydər Əliyevin 9 avqust 1994-cü il tarixdə imzaladığı “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmandan ötən dövrdə həyata keçirilən əməliyyat axtarış tədbirləri ilə 23 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib: “Əllərdə qanunsuz saxlanılan 34 minə yaxın odlu silah yığılıb və qeyd olunan illərdə onun tətbiqi ilə törədilən cinayətlərin sayı təxminən 11 dəfə azalıb. Bu müddətdə axtarışda olan 78 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 5 tona yaxın narkotik vasitə çıxarılıb. Həyata keçirilən profilaktik tədbirlərin nəticəsi olaraq son illər bir sıra ağır cinayətlərin azalması tendensiyası müşahidə olunur”.

Nazirin sözlərinə görə, ötən il əhalinin hər 100 min nəfərinə nisbətdə Azərbaycanda ağır və xüsusilə ağır cinayətlərdən olan qəsdən adam öldürmə və ona cəhdlər cəmi 2,7 fakt, quldurluqlar 1,9 fakt, hədə-qorxu ilə tələb etmələr 0,3 fakt, banditizm 0.01 fakt təşkil edib ki, bu da əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.

“Bütün bunlar, həm həyata keçirilən kompleks qabaqlayıcı tədbirlərin, həm də daxili işlər orqanlarının fədakar əməyinin nəticəsidir. Təkcə ötən il xidməti vəzifələrinin icrası zamanı 153 əməkdaş xəsarət alıb, 5 nəfər həlak olub. Bu heç də adi rəqəm deyil, deyərdim ki, şəxsi heyətimizin xidməti vəzifələrinin icrası zamanı hər cür rəşadətə hazır olduğunun göstəricisidir”, - deyə, R. Usubov bildirib.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı