DÜNYAdan xeberler etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
DÜNYAdan xeberler etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

5 Tem 2011

Moskvada məsləhətləşəcək həmsədrlər bölgəyə səfər edəcəklər

Həmsədrlər ATƏT-in yeni baş katibi və Minsk Qrupunun üzvləri ilə görüşüblər

İyulun 4-də Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrləri ATƏT-in yeni baş katibi Lamberto Zannyer və Minsk Qrupunun üzvləri ilə görüşüblər. APA-nın xəbərinə görə, həmsədrlər görüşlə bağlı bəyanat yayıblar. Bəyanatda deyilir:

“Həmsədrlər baş katibi və Minsk Qrupunu Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçirilmiş görüşü haqqında məlumatlandıraraq baza prinsiplərinin razılaşdırılmasının başa çatdırılması üçün vacib olan sonrakı addımları müzakirə ediblər. Tərəflər Kazanda əsas prinsiplərə dair yekun razılıq əldə etməsələr də, görüşdə tərəqqiyə nail olunub. Görüşdən sonra tərəflər baza prinsipləri üzrə mümkün qədər tez razılığa gəlmək məqsədilə danışıqlara davam edəcəklərini təsdiqləyiblər. Mövcud fikir ayrılıqları tərəflərin baza prinsiplərini qəbul etməsinə və sülh müqaviləsinin hazırlanması fazasına keçməsinə əngəl olmamalıdır. Prezidentlər D. Medvedev, N. Sarkozi və B. Obamanın Dovil bəyanatında bildirildiyi kimi, prosesin ləngidilməsi tərəflərin razılığa gəlmə istəklərini şübhə altında qoya bilər”.

Qeyd edək ki, həmsədrlərin yaxın vaxtlarda Moskvada məsləhətləşmə keçirməsi və bölgəyə səfər etməsi planlaşdırılır.
Devamını Gör »

4 Tem 2011

Azərbaycan diasporunun nümayəndələrinə fəxri adlar verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan diasporu nümayəndələrinin bir qrupuna fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Lent.az Azərtac-a istinadən xəbər verir ki, elm, mədəniyyət, incəsənət, jurnalistika, bədən tərbiyəsi və idman sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə fəxri adlar verilib:

“Əməkdar Elm Xadimi”

Natiq Məmməd oğlu Atakişiyev
Eldar İsmayıl oğlu Vəliyev
Tofiq Davud oğlu Məlikli


“Əməkdar İncəsənət Xadimi”

Cahangir Mütəllib oğlu Novruzov
Ebrahim Ehrari

“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”

Məmməd Həşimoviç Cəfərov


“Əməkdar Artist”

Arif Abdulla oğlu Mirzəyev
Mərdan Əhmədiyyə oğlu Feyzullayev


“Əməkdar Rəssam”

Teymur Rəsul oğlu Rzayev


“Əməkdar Jurnalist”

Mahir Canmirzə oğlu Həmzəyev


“Əməkdar Mədəniyyət İşçisi”

Gülşən Lətif qızı Kazımova
Devamını Gör »

3 Tem 2011

Misirin sabiq rəsmiləri korrupsiyaya görə mühakimə ediləcək

Misirin ədliyyə rəsmiləri sabiq baş nazir Əhməd Nazif və sabiq maliyyə naziri Yusif Butros Qalinin korrupsiya ittihamları ilə mühakimə olunacaqlarını bildirir.
Misirin ədliyyə rəsmiləri sabiq baş nazir Əhməd Nazif və sabiq maliyyə naziri Yusif Butros Qalinin korrupsiya ittihamları ilə mühakimə olunacaqlarını bildirir.
Rəsmilər bu iki şəxsi ictimai vəsaitləri mənimsəməkdə və dövlətdən 16 milyon dollar oğurlamaqda ittiham edir.
Rəsmilər hələlik məhkəmə tarixini müəyyən etməyiblər.  Sabiq baş nazir hazırda həbsdə saxlanılır.  Butros Qali isə xaricdədir.
Qarşıdan gələn mühakimələr devrilmiş Misir prezidenti Hüsni Mübarəkin və onun yaxın ətrafının mühakimə olunmasına dair nümayişçilərin israrlı tələblərinə cavabdır.
Devamını Gör »

Liviyanın xarici işlər naziri istefa verərək Londona gəlib

Rəsmi Tripoli Musa Kussanın istefasını "şəxsi qərar" kimi qiymətləndirir
Liviya lideri Müəmmər Qəzzafinin sözçüsü deyib ki, xarici işlər naziri Musa Kussanın istefası "şəxsi qərardır".  Onun sözlərinə görə sabiq nazir səhhətində olan problemlərdən əziyyət çəkirdi.  Musa İbrahim bildirib ki, cənab Kussanın istefası Liviya hökumətinə zərbə deyil və o, istədiyi vaxt vətənə qayıda bilər.
Britaniyanın xarici işlər naziri deyir ki, Liviyanın xarici işlər naziri Musa Kussanın istefa verərək Londona səfər etməsi Müəmmar Qəzzafi hökumətinin təyziq altında parçalandığını göstərir.
William Hague bu gün əlavə edib ki, Britaniya Koussaya diplomatik toxunulmazlıq statusu verməyib və o, Britaniya rəsmiləri ilə könüllü şəkildə danışıb.
Kussa Tunisdən Londona dünən səfər edib. O, Britaniya rəsmilərinə Qəzzafi hökumətində tutduğu vəzifədən istefa verdiyini bildirib.
Devamını Gör »

BBC Hacı Zeynalabdin Tağıyev barədə veriliş yayımlayıb

Süjet BBC-nin qeyri-adi insan talelərindən bəhs edən Outlook proqramında yayımlanıb.
Böyük Britaniyanın BBC radiosu Azərbaycanın neft milyonçusu, filantropluğu ilə tanınan Hacı Zeynalabdın Tağıyev barədə veriliş yayımlayıb.

Fuad Abdullayev ulu babasının Azərbaycanın ən zəngin adamlarından biri Zeynalabdın Tağıyev olduğunu biləndə 18 yaşı vardı. O, Sevinc Osmanqızına ulu babasının 1924-cü ildə vəfat etməsindən sonra ailəsinin acınacaqlı tarixçəsi, nənəsi Sara xanımın öz atasının adını bərpa etmək uğrunda gördüyü işlərdən danışıb. Süjet Zeynalabdın Tağıyevin ilk nefti aşkar etdiyi Bibi Heybətdə başlayır və bir vaxtlar Tağıyevlər ailəsinin evi olan, hazırda isə Azərbaycan Tarix Muzeyi yerləşən binanın qarşısında bitir.

ANS PRESS-in məlumatına görə, xalq arasında “millətin atası” kimi tanınan Zeynalabdin Tağıyev barədə süjet BBC-nin qeyri-adi insan talelərindən bəhs edən “Outlook” proqramında
Devamını Gör »

Qəddafinin həbsinə order verildi

Haaqa məhkəməsi həmçinin Liviya liderinin oğlunun həbsini sanksiyalaşdırıb Beynəlxalq Cinayət Məhkəməsi bu gün Liviya lideri Müəmmər Qəddafinin həbsinə order verib. Haaqa məhkəməsinin prokuroru Luis Moreno-Okamponun müraciətinə əsasən, həmçinin Müəmmər Qəddafinin oğlu Seyf-əl-İslamın və Liviyanın kəşfiyyat rəisi Abdulla Sənussinin həbsinə dair order verilib.

Qeyd edək ki, ittihamçı Luis Moreno-Okampo polkovnik Qəddafinin aksiya iştirakçılarının öldürülməsi ilə bağlı may ayında məhkəməyə müraciət etmişdi.
Devamını Gör »

Yunanıstanda 48 saatlıq tətil başlayıb

Tətili dövlət və özəl sektorda çalışan işçilərin həmkarlar ittifaqları elan edib
Yunanıstanda hökumətin yeni sərt iqtisadi tədbirlər planına etiraz olaraq dövlət və özəl sektorda çalışan işçilərin iri həmkarlar ittifaqları 48 saatlıq tətil elan edib. Tətil nəticəsində nəqliyyatın hərəkəti iflic vəziyyətə düşəcək. Belə ki, bütün ölkədə ictimai nəqlyyat fasilələrlə işləyəcək, qatarların hərəkəti dayandırılacaq. Aviadispetçerlərin də tətilə qoşulması turistlər üçün problemlər yaradacaq. Onlarla aviareys təxirə salınıb. Tətilə qoşulan xəstəxanalar isə məhdud iş rejimində işləyəcək. Həmkarlar ittifaqları və siyasi partiyalar kütləvi nümayişlər də planlaşdırıb.
Devamını Gör »

Universitetlər bağlanır

Şimali Koreyada tələbələr ölkə iqtisadiyyatını dirçəltmək üçün çalışacaq Şimali Koreya ölkədəki bütün universitetləri bağlayır. İngiltərənin "Daily Telegraph" qəzetinin yazdığına görə, universitetlərdə 10 ay dərs olmayacaq. Bu müddət ərzində yerli tələbələr ölkə iqtisadiyyatını yenidən dirçəltmək üçün nəzərdə tutulan tədbirlərdə iştirak edəcək. Universitetdə dərslər gələn ilin aprel ayına kimi olmayacaq.

Yerli mətbuata istinadən verilən məlumatda bir necə aya məzun olacaq şəxslərin və xarici tələbələrin bu qadağadan kənarda qaldığı yazılıb. Digər tələbələr isə inşaat layihələri ilə yanaşı, qasırğadan ziyan görən əkin sahələrinin bərpasında çalışacaq.

Bəzi mütəxəssislər hökumətin tələbələri ölkənin hər 4 tərəfinə dağıtmaq məqsədi altında başqa səbəblərin olduğunu düşünür. Tokionun Vaseda universitetinin professoru Toşimitsu Şigemura Şimali Koreya hökumətinin Şimali Afrikadakı "Yasəmən inqilabı”ndan qorxduğunu və eyni hadisələrin ölkədə təkrarlana biləcəyindən ehtiyat edərək belə addım atdığını bildirib. Onun sözlərinə görə, ötən ay Şimali Koreya toqquşmalar zamanı istifadə edilə biləcək gözyaşardıcı qaz və dəyənəkləri Çindən alıb.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı