QTİSADİYYAT etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
QTİSADİYYAT etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

1 Tem 2011

Dəniz nəqliyyatı işçiləri “Tərəqqi” medalı ilə təltif edildi

Azərbaycan Respublikası prezidenti İlham Əliyev bir qrup dəniz nəqliyyatı işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın “AzərTAC” agentliyinə istinadən məlumatına görə, Xəzər Dəniz Gəmiçiliyi işçilərinin peşə bayramı günü ilə əlaqədar, dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

Axundov Muxtar Bəhrəm oğlu
Babayev Vahid Əlimirzə oğlu
İsmayılov Vilayət Təhmiraz oğlu
Məmmədov Faiq Vaqif oğlu
Niftəliyev Ramiz Həsrət oğlu
Ramazanov Məhəmməd Hacalı oğlu
Rəhimov Vamik Malik oğlu
Səmədov Ziyad Əli oğlu
Süleymanov Afrayım Məhəmməd oğlu
Teymurov Fikrət Cümşüd oğlu.
Devamını Gör »

“Pic3D” plyonkası adi displeyi 3D-panelə çevirəcək

Yaponiyanın “Global Wave” şirkəti adi ekranda stereoskopik təsvirə baxmaq imkanı verən “Pic3D” plyonkasını təqdim edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni plyonkada işıq şüalarının keçirtmə qabiliyyəti 90 faiz, görünüş bucağı isə 120 dərəcə təşkil edir.

Bu zaman irihəcmli təsvirə baxmaq üçün xüsusi eynəyə ehtiyac yoxdur. “Global Wave” 12,1 (1280×800 pikselov), 15,6 (1366×768), 21,5 (1920×1080) və 23 (1920×1080) düym diaqonallı displeylər üçün plyonkalar istehsal etməyi planlaşdırır. Bundan əlavə, işləmənin “iPad 2” planşet kompüterləri, “iPhone” smartfonları və “iPod” touch pleyerləri üçün versiyalarının da təklif olunacağı nəzərdə tutulur.

3D təsvirə baxmaq üçün xüsusi proqram təminatı yükləmək lazım olacaq. “Windows” və “iOS” platformaları üçün artıq versiyalar hazırlanıb.

“Pic3D”-in satışı cari ilin avqust ayında başlanacaq. Onun qiyməti isə ölçüsündən asılı olaraq 25-186 dolları civarında olacaq.
Devamını Gör »

29 Haz 2011

BNEZ-in koks və katalitik riforminq qurğularında təmir işləri başa çatdı

Sobalarda yandırılan qazların qızdırılması üçün yeni istidəyişdiricilər sistemə qoşulub

Heydər Əliyev adına Bakı neft emalı zavodunda müasir texnologiyaların nailiyyətlərindən istifadə edilməsi, məhsuldarlığın artırılması və yüksək iqtisadi göstəricilərə nail olunması məqsədi ilə texnoloji qurğularda mütəmadi olaraq cari və əsaslı təmir işləri aparılır. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, zavodun 31 nömrəli katalitik riforminq qurğusunda cari təmir işləri başa çatdırılıb.

Təmir zamanı qurğunun soyutma siteminin havasoyuducu və istidəyişdiriciləri yuyulub təmizlənib. “bp”-nin təklifi əsasında sobalarda yandırılan qazların qızdırılması üçün yeni istidəyişdiricilər də sistemə qoşulub. Hazırda qurğu saatda 100 kubmetr məhsuldarlıqla istismar olunur.

Zavodun koks qurğusunda da əsas təmir işləri yerinə yetirilib. Əsaslı təmir qurğunun I axınının 302/1, 302/2 nasoslarının sobalara gedən çıxış xətlərinin təzələnməsi ilə başlanıb. Bundan sonra qurğunun II axınında təmir aparılıb. 302 /1,2,3,4 nasoslarına 301-ci kolondan gələn qəbul xətləri dəyişdirilib, 302/3, 302/4 nasoslarının çıxış xətləri sobalara qədər dəyişdirilərək yeniləri ilə əvəz olunub. Təmir dövründə qurğudan xaric olunan ağır qazoylda suyun qalmaması üçün temperaturun yüksəldilməsi məqsədi ilə 310-cu kolonun aşağı hissəsinə 300-350 temperaturda ağır qazoyl vermək üçün əlavə xətt çəkilib. Artıq koks qurğusu da müvəffəqiyyətlə işə buraxılıb. Qurğu hazırda normal rejimlə, 75-80 ton məhsuldarlıqla istismar olunur.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı