“Sampdoriya” Şevçenkonu icareye götürmek isteyir
“Sampdoriya” “Çelsi”nin ukraynalı hücumçusu Andrey Şevçenkonu icarəyə götürmək istəyir. “Biz Şevçenkonu icarəyə götürmək fikrindəyik. Yeni mövsümdə onun komandamıza xeyri dəyə bilər. Lakin əsas problem Şevçenkonun yüksək əməkhaqqı istəməsidir”, - deyə “Sampdoriya”nın baş meneceri Beppe Marotta bildirib.
İtaliya mətbuatının yazdığına görə, artıq Şevçenko da Genuya klubunda oynamağın əleyhinə olmadığını açıqlayıb.