3 May 2011

Vergilər Nazirliyi dəyişikliyə hazırlaşır

Fiziki və hüquqi şəxslərə elektron vergi bəyannaməsini təqdim etmək üçün elektron imza lazım olacaq

Fiziki və hüquqi şəxslər gələcəkdə elektron vergi bəyannamələrini elektron imza ilə təqdim edə biləcək. Lent.az-ın verdiyi məlumata görə, bunu Vergilər Nazirliyinin Baş Vergilər İdarəsinin rəisi Zaur Fətizadə söyləyib.


Zaur Fətizadə bildirib ki, hər bir vətəndaş elektron imza aldığı halda bu elektron imzadan istifadə edəcək: “Bu, ilk növbədə rahatlıqdır. Bir var ki, 15 kodu yadda saxlayasan, bir də var ki, vahid elektron imzan olsun. Bu, həm vergi ödəyiciləri, həm də bizim üçün rahatdır”.
Devamını Gör »

Azərbaycanla Vatikan arasında saziş imzalanıb

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində Azərbaycanla katolik kilsəsi arasında hüquqi münasibətləri tənzimləyən saziş imzalanıb.

APA-nın Müqəddəs Taxt-Tacın mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, sazişi komitə sədri Hidayət Orucov və Vatikan nunsisi arxiyepiskop Klavdio Qucerotti imzalayıblar.

Səkkiz bənddən ibarət saziş katolik kilsəsinin Azərbaycandakı hüquqi vəziyyətini, o cümlədən katolik dininə sitayiş etmək azadlığını tənzimləyir, katolik kilsəsinə kilsə qanunvericiliyinə uyğun olaraq missiya təşkil etmək və həyata keçirmək hüququ verir, katolik kilsəsini və onun bütün institutlarını hüquqi şəxs kimi tanıyır və qeydiyyatdan keçirir, yerli katolik icmasının Müqəddəs Taxt-Tacla sərbəst ünsiyyətini təmin edir, kilsə əməkdaşları üçün işçi vizaların verilməsi və yaşayış konsessiyası məsələlərini tənzimləyir.
Devamını Gör »

Azərbaycanda 150 kredit təşkilatının lisenziyası var

Bank olmayan kredit təşkilatlarının sayı artır

Aprel ayının 1-ə qədər olan müddətdə bank əməliyyatları aparmaq üçün 150 kredit təşkilatının lisenziyası olub.

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunların 106-sı bank olmayan kredit təşkilatlarıdır.

Respublikada 44 bankın lisenziyası olub, onların 1-i dövlət, 43-ü isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 22 bank fəaliyyət göstərib. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 13 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.

Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 646-a bərabər olub. Bunların 38-i dövlət, 608-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 39-a, bank şöbələrinin sayı 123-ə bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 8-ə bərabərdir. Bunlardan 5-i nümayəndəlik, 2-si törəmə bank, digəri filialdır.
Devamını Gör »

Əbülfəs Qarayev Fələstinin ölkəmizdəki səfiri ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim arasında görüş keçirilib.

Lent.az-ın məlumatına görə, görüş zamanı turizm və mədəniyyət sahələri üzrə iki ölkə arasında münasibətlərin daha da fəal surətdə inkişaf etməsini təmin etmək üçün mədəniyyət və turizm nazirlərinin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın Fələstində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, habelə bəzi konkret tədbir və layihələr müzakirə edilib.

Tərəflər, həmçinin iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsinin göstəricisi kimi mədəniyyət və turizm sahəsində iki anlaşma memorandumunun imzalanmasının vacibliyini vurğulayıb. Eyni zamanda sözügedən anlaşmaların müxtəlif layihələrinin inkişafına xidmət edəcəyi fikrində olduqlarını bildirib.

Ə.Qarayev 2013-cü ildə təşkil olunması planlaşdırılan Ümumdünya Mədəniyyətlərarası Forumunda iştirak etmək üçün Fələstinin mədəniyyət nazirini dəvət edib. Həmçinin, görüş zamanı regional, qlobal və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Devamını Gör »

Oyun vaxtı dava, oyundan sonra qətl

Braziliyanın Qoyaniya ştatının çempionatında “Qoyas” və “Vila Nova” komandaları arasında keçirilmiş yarımfinal matçından sonra azarkeş güllələnib.

Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, “Qoyas”ın 19 yaşlı fanatı “Serra Durado” stadion yaxınlığında başından aldığı güllə yarasından keçinib.

Oyunun özü də kifayət qədər qalmaqallı olub. Əvvəlcə qarşılaşma 20 dəqiqəlik dayandırılıb. Meydançaya soxulan arı beçəsini qovmaq üçün yanğınsöndürənlərin xidmətindən istifadə olunub. Görüşün sonlarında isə futbolçular arasında dava düşüb.

Qeyd edək ki, iyunda “Serra Durada” stadionunda Braziliya və Hollandiya yığmaları arasında yoldaşlıq görüşü keçirilməlidir.
Devamını Gör »

Azərbaycanda elektron imzanın tətbiqinə başlanır

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Milli Sertifikasiya Xidmətləri Mərkəzinin təqdimat mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirdə elektron imza istifadəsi üçün yaradılan infrastrukturun təqdimatı olub.
Qeyd edək ki, layihəni tender yolu ilə qalib gəlmiş “Ultra”, “Azerin” və “Microsoft Azərbaycan” şirkətlərinin hazırlayıb. Tədbirdə elektron imzanın yaradılması və ondan istifadə ilə bağlı məlumat verilib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, elektron imza əl imzası ilə bərabər hüquqa malikdir. O deyib ki, elektron imzanın tətbiqi ölkədə elektron səsvermə, elektron təhsil, elektron ticarət və elektron müqavilə kimi yeniliklərə imkan verəcək.


Ə.Abbasov onu da qeyd edib ki, Azərbaycanda yaxın vaxtlarda elektron hökumətin də tətbiqinə başlanacaq: “Hesab edirəm ki, Azərbaycanda elektron imza geniş vüsət alacaq. Bu, həm vaxt, həm də digər məsələlərdə itkinin qarşısını alacaq”.

Devamını Gör »

Bin Laden neftin qiymətini ucuzlaşdırdı

Dünya bazarında neftin qiyməti ucuzlaşıb.

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qiymətin düşməsinə Üsamə bin Ladenin öldürülməsi ilə bağlı xəbər təsir edib.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 0,41 dollar düşərək 113,52 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,77 dollar itirərək 125,12 dollar təşkil edib.
Devamını Gör »

İlhamə Quliyevaya “Primadonna” adını verənlər məlum oldu

Düz 13 il sonra xalq artisti İlhamə Quliyevaya “Primadonna” adını verənlərin kimliyi məlum olub.

Lent.az-ın məlumatına görə, bu sirr mayın 2-də keçirilən “Yaxşıların yaxşısı” mükafatlandırma mərasimində açılıb. Sən demə, sözügedən mükafat ilk dəfə 13 il öncə İlhamə Quliyevaya “Primadonna” təltifnaməsi ilə təqdim olunub. O vaxtdan xalq artisti sənətin primadonnası kimi qəbul olunub.
Devamını Gör »

Abramoviçdən 90 milyon avroya seksual futbol sifarişi

İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç yeni futbolçuların alınmasına 80 milyon funt sterlinq (təqribən 90 milyon avro) ayırıb.

Lent.az-ın “The Sun”a istinadən verdiyi məlumata görə, Abramoviç komandasının baxımlı oyun göstərməsini istəyir.

Rusiyalı milyarder belə oyunu “seksual futbol” adlandırır. Onu darıxdırıcı matçlarda 1:0 hesablı qələbədənsə, dramatik və baxımlı mübarizə nəticəsində qazanılan 4:3 hesablı qələbə daha çox sevindirir. Heyətin gücləndirilməsinə ayrılan pullar yay transfer dövründə xərclənəcək. “Çelsi”nin yaradıcı yarımmüdafiəçi, sürətli cinah yarımmüdafiəçisi və cinah müdafiəçisi alması planlaşdırılır. Klubun əsas transfer hədəfləri “Arsenal”ın yarımmüdafiəçisi Sesk Fabreqas, “Tottenhem”in yarımmüdafiəçisi Qaret Beyl və Hollandiya “Ayaks”ının müdafiəçisi Qreqori van der Vildir. Komandanın yeni transferləri ola biləcək futbolçular arasında Uesli Sneyder, Tomas Müller, Adam Conson, Eşli Yanq, Luka Modriç və Andrey Arşavin də var.

Qeyd edək ki, Roman Abramoviçin bəhs etdiyi “seksual futbol” müxtəlif illərdə Hollandiya yığmasının oyununa deyilib.
Devamını Gör »

Kürdə də suyun səviyyəsi artır, Talaçay daşıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1-2 may tarixlərində yağan intensiv yağışlar nəticəsində Balakən-Şəki bölgəsinin ərazisindən axan Kişçay, Kürmükçay, Şinçay, Zəyzitçay, Küngütçay, Əyriçay, Başdaşaqılçay, Talaçay, Balakənçay, Katexçay, Mazımçay, Ağçay çaylarında sululuq kəskin artmış, Talaçaydan sel keçib.


Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 1167 m3/san, yəni ongünlük normanın 162 faizini (2010-cu ildə 825 m3/san olmaqla 115 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 350 m3/san, yəni ongünlük normanın 177 faizini (2010-cu ildə 448 m3/san olmaqla 226 faizini) təşkil edir.

Devamını Gör »

Xocavəndli məcburi köçkünlər limitdən artıq enerji istehlak edib

“Beyləqan Elektrik Şəbəkəsi”ndə 45 min manat debitor borc yığılıb

Beyləqan rayonu ərazisində müvəqqəti məskunlaşmış Xocavənd rayonundan olan 1000 məcburi köçkünün ilin əvvəlindən bəri limitdən artıq elektrik enerjisi istehlak etməsi nəticəsində “Beyləqan Elektrik Şəbəkəsi”ndə 45 min manat debitor borc yığılıb.


Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda pərakəndə məskunlaşmış təxminən 1200-ə yaxın məcburi köçkün istehlakçının sayğaclaşdırılmasına da hazırlıq görülür. “Beyləqan Elektrik Şəbəkəsi”ndə xocavəndli istehlakçılara 35/10 kV gücündə yarımstansiya, 10 KVA-lıq iki transformator xidmət göstərir. İstismarın daha da yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlər davam etdirilir. Belə ki, 110 kilovoltluq “Yeni Beyləqan” yarımstansiyasından qidalanan tələbatçıların çoxalması, xüsusən məcburi köçkünlər üçün daha 300 mənzillik qəsəbənin tikilməsi ilə əlaqədar əlavə güc artımı nəzərdə tutulur. Digər yarımstansiya və xətlərdə də qrafik üzrə nəzərdə tutulan tədbirlər reallaşdırılacaq.
Devamını Gör »

Üsamə bin Laden: “Məni ölüm gözləyir!”

Ərəb KİV-lərində “əl-Qaidə” liderinin toplantısının görüntüləri yayımlandı

Ərəb KİV-lərində “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin 2001-ci ilin dekabrında keçirdiyi toplantının görüntüləri yayımlanıb. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, 2001-ci il 11 sentyabrda Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin qoşa qüllələrinə hücumdan 3 ay sonra keçirilən toplantıda Üsamə bin Laden öldürüləcəyini gözlədiyini bildirib.

“Əl-Qaidə” lideri yaxın ətrafının satqınlığı nəticəsində öləcəyini vurğulayıb. O, arvadına ölümündən sonra ərə getməməyi, uşaqlarına isə “əl-Qaidə” və onun şəbəkələrində çalışmamağı tövsiyə edir.

Qeyd edək ki, amerikalılar Üsamə bin Ladenin yerini köməkçisinin sayəsində aşkarlayaraq öldürüblər
Devamını Gör »

Narkotik vasitə aludəçisi özünü öldürdü

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü İlham Bayramov yaşadığı mənzildə özünü öldürüb. İ.Bayramov kəndirlə özünü asıb. Onun narkotik vasitələrin aludəçisi olduğu bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.
Devamını Gör »

Müxalifətçi gəncin apelyasiya şikayətinə baxıldı

Mayın 3-də Sumqayıt Şəhər Məhkəməsində aprelin 29-da saxlanılaraq, 7 sutka həbs cəzası alan Nurlan Əliyevin qərardan apelyasiya şikayətinə baxılıb.

Bu barədə Lent.az-a məlumat verən vəkil Anar Qasımovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə (xırda xuliqanlıq) təqsirləndirilən N.Əliyev polisə söyüş söydüyü səbəbiylə 7 sutka həbs alıb.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin həbsi zamanı şəhər məhkəməsinin bir sıra qanunsuzluqlara imza atdığını söyləyərək, həmin faktları məhkəmənin diqqətinə çatdırdıqlarını bildirib.

Devamını Gör »

“Məhv olmuş gündəliklər” Gənc Tamaşaçılar Teatrında

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir yeni tamaşa hazırlanır.

Teatrda xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında eyniadlı yeni tamaşa üzərində yaradıcılıq prosesinə başlanıb. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq xalq artisti Vaqif Əsədov pyesin Azərbaycan dilində yeni versiyası üzərində məşqlər aparır. Tamaşanın tərtibatı da rejissorun özünə məxsusdur. Musiqi tərtibatı Mixail Simanovskiyə, rəqslərin quruluşu Nicat Kazımova aiddir. Rejissor assistentləri isə Sona Mustafayeva və Elnur Kərimovdur.

Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı