24 Haz 2011

Korrupsiyaya qarşı Mübarizə İdarəsində 3 yeni rəis

Devamını Gör »

“ABŞ-Azərbaycan birgə hərbi təlimləri texniki səbəbdən təxirə salınıb”

Araz Əzimov: “Bu təlimlərin yaxın zamanlarda keçirilməsi mümkündür”

“ABŞ-Azərbaycan birgə hərbi təlimlərinin təxirə salınması texniki problemlərlə bağlı idi”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov verib. O, təlimlərin gələcək taleyinə də aydınlıq gətirib: “Bu təlimlərin yaxın zamanlarda keçirilməsi mümkündür”.

Qeyd edək ki, bu il ABŞ-Azərbaycan birgə hərbi təlimləri növbəti dəfə təxirə salınıb. 15-25 may tarixlərində “Regional cavab-2011” adı altında ABŞ - Azərbaycan birgə hərbi təlimləri keçirilməli idi.
Devamını Gör »

İran İslam İnqilabını Mühafizə Korpusunun 3 rəhbər şəxsi “qara siyahı”ya düşüb

Avropa Birliyi Suriya hakimiyyətinə aksiyaları yatırmağa maddi və siyasi dəstək verdiyi üçün İran İslam İnqilabını Mühafizə Korpusunun 3 rəhbər şəxsinə qarşı sanksiya tətbiq edib.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, sanksiya həmin şəxslərin Avropa Birliyi ölkələrinə gəlişinə qadağa qoyulması və banklardakı hesablarının dondurulmasını əhatə edir.

Analoji sanksiya Suriyanın 4 yüksək rütbəli məmuruna qarşı da tətbiq olunub. Bununla da Suriyada Avropa Birliyinin sanksiyası ilə üzləşən şəxslərin sayı 30 nəfərə çatıb. Avropa Birliyinin bəyanatında prezident Bəşər Əsədin başında durduğu rejimin hərəkətlərinin onun legitimliyini şübhə altına aldığı da vurğulanıb.
Devamını Gör »

Prezidentlərin Kazan görüşü başlayıb

Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin üçtərəfli görüşü başlayıb.

APA-nın məlumatına görə, bu, prezidentlərin qeyd olunan formatda sayca doqquzuncu görüşüdür. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərini müzakirə edəcəklər. Görüşün sonunda baza prinsiplərinin əks olunduğu xüsusi sənədin imzalanması gözlənilir.

Görüşdə hər üç ölkənin ölkənin xarici işlər nazirləri, prezidentlərin köməkçiləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edirlər.
Devamını Gör »

Uinston Parksın komanda yoldaşı avtomobil qəzasında öldü

Kosta-Rika milli komandasının futbolçusu Dennis Marşall avtomobil qəzasında ölüb.

Lent.az-ın məlumatına görə, 25 yaşlı müdafiəçi paytaxt San-Xosenin şərqində dağ yolunda qəzaya düşüb.

Onun idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Danimarkanın “Olborq” klubunda çıxış edən Marşalldan əlavə, onun yanında olan bir qadın da dünyasını dəyişib.

Qeyd edək ki, Kosta-Rika yığması ABŞ-da keçirilən “Gold Cup” turnirində çıxış edib. İyunun 19-da keçirilmiş görüşdə Dennis Marşall Hondurasın qapısına qol vurub. O, “Xəzər Lənkəran”dan ayrılan hücumçu Uinston Parksla eyni millidə komanda yoldaşı olub.
Devamını Gör »

Abel Məhərrəmov Orta Doğu Texniki Universitetinin rektoru ilə görüşüb

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Orta Doğu Texniki Universitetinin rektoru, professor Əhməd Açarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

BDU-nun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ali məktəb haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, onun beynəlxalq əlaqələrindən danışıb. Rektor Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlıqdan, birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən bəhs edib. Bildirib ki, universitet qardaş Türkiyənin Orta Doğu Texniki Universiteti ilə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

Öz növbəsində Orta Doğu Texniki Universitetinin rektoru Əhməd Açar Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Qonaq BDU-nun nailiyyətlərindən məmnun qaldığını, təhsil ocaqları arasında ikitərəfli sıx əlaqələrin faydalı olacağına əminliyini vurğulayıb. O, rəhbərlik etdiyi ali məktəbin BDU ilə beynəlxalq münasibətlər, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Daha sonra qonaqlar universitetlə tanış olub, xoş təəssüratla ayrılıb.
Devamını Gör »

İsrail Türkiyəyə kompensasiya ödəyəcək

Bu barədə iddianı İsrailin “Haaretz” qəzeti yazıb

Türkiyə ilə İsrail arasındakı gizli görüşlər İsrail baş nazirinin müavini və strateji işler naziri Moşe Yaalon ilə Türkiyə xarici işlər nazirliyinin müşaviri Firidun Sinirlioğlu arasında baş tutub.

Lent.az-ın “Haaretz” qəzetinə istinadən məlumatına görə, İsrail tərəfi keçən ilin may ayında Mavi marmara gəmisinə edilən hücum zamanı ölən 9 türkün ailəsinə kompensasiya ödəməyi qəbul edib. Ancaq İsrail Türkiyənin digər tələbi olan üzr istəmək məsələsinə yaxın durmur. Bunun yerinə isə İsrail ölümlərə görə “məyusluğunu” bildirib.

Qəzet İsrail xarici işlər nazirliyində qaynaqların bu məlumatı təsdiqlədiyini yazıb. Məlumata görə, Türkiyə tərəfi bu məlumatın mətbuata çıxmasından narahatlıq keçirir.
Devamını Gör »

Suriya yenə qana boyandı

Bu cümə günü də Suriya şəhərlərində hökumət əleyhinə aksiyalar keçirilir.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, paytaxt Dəməşq, Hama, Humus, Dera, Kamışlı və Haseke şəhərlərində insanlar küçələrə axışıblar.

Aksiyalarda Bəşər Əsəd rejiminin legitimliyini itirdiyi yönündə şüarlar səsləndirilib. Dəməşqdə təhlükəsizlik qüvvələri aksiya iştirakçılarına atəş açıb. Ən azı 2 nəfər həyatını itirib.
Devamını Gör »

Mirmahmud Mirəlioğlu yenidən KXCP sədri oldu

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) II qurultayı başa çatıb.

APA-nın məlumatına görə, günün ikinci yarısında qurultayda partiyanın rəhbər şəxsləri hesabat xarakterli çıxış ediblər. Sonra partiyanın rəhbər strukturuna seçki keçirilib. Mirmahmud Mirəlioğlu KXCP sədri postuna alternativsiz keçirilən seçkidə qalib gəlib. Ali Məclisə keçirilən seçkidə isə 60 nəfər səs çoxluğu ilə qanunverici orqana düşə bilib. Nəzarət Təftiş Komitəsi isə 5 nəfərdən formalaşıb.


Fasilədən sonra Ali Məclisin yeni tərkibdə ilk iclası keçirilib. Bəybala Əbil Ali Məclisin sədri vəzifəsinə seçilib.
Devamını Gör »

23 Haz 2011

Bəxtiyar Hacıyevin iki vəsatəti təmin edildi

İyunun 23-də Gəncə Apelyasiya Məhkəməsində Gəncə şəhər Nizami rayon məhkəməsinin deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev haqda çıxardığı qərardan verilmiş apelyasiya şikayətinə ilkin baxış keçirilib.

Bu barədə Lent.az-a vəkil Əlayif Həsənov məlumat verib. O deyib ki, hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin iki vəsatəti təmin edilib: “Biz bir neçə vəsatət qaldırdıq. Bəxtiyarın işi üzrə icraata xitam verilməsi və Konstitusiya Məhkəməsi yeni icraata başlanması, məhkəmədə videoçəkilişin təmin edilməsi, girov müqabilində azad edilmə və şəxsi zaminlik barədə vəsatətlərimiz təmin edilmədi. Birinci instansiya məhkəməsinin çıxardığı qərarla bağlı materialların və Bəxtiyar tutulduğu zamanı işgəncəyə məruz qalması barədə Respublika Prokurorluğunun araşdırdığı işin yekunu ilə əlaqədar sənədin bizə verilməsi haqqında vəsatətlərimiz təmin olundu”.

Məhkəmə növbəti prosesi iyul ayının 5-nə təyin edib.

Qeyd edək ki, Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 321.1-ci (Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilinib. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Devamını Gör »

Hakimiyyətin zahiri hicab siyasəti

Tehran hakimiyyətinin “Qərb mədəniyyətinə” qarşı savaşı davam edir.

Ancaq bunun səmərəsiz olduğu da istisna deyil. Çünki insanların daxili işlərinə hakimiyyətin qarışması ölkədə müəyyən sosial gərginlik yaradıb.

Bir neçə gün öncə hakimiyyət “mənəvi təhlükəsizlik planı”nı açıqlayıb. Yeni planda İslam Respublikası vətəndaşlarının xarici görünüşünə dair yeni məhdudiyyətlər qoyulub.

Həmin yasağa əsasən, kişilərə “qərbsayağı zəncirlərin” və başqa bu sayaq bəzək əşyalarından istifadə etmək, qısa qol köynəklər geyinmək, qadınlara isə bədənin görünməsinə imkan verən qısa ətəkli şalvarlar, dar paltarlar, şəffaf geyimlər geyinmək qadağan edilib.

Bundan başqa İran İslam Məclisi iranlılara it saxlamağı da yasaqlayan qanuna səs verib. Sənədin girişində (preambula) bu məsələyə belə islam hüquqi donu geyindirilib: “İt saxlamaq mədəniyyətdə ciddi problemlər yaradır və Qərbin bayağı ənənəsinin kor-koranə təlqin edilməsidir”.

“Mənəvi təhlükəsizliyin” qorunmasına, eləcə də it saxlamanın qadağası ilə bağlı qanun yerinə yetirilməsinə 70 min nəfərlik xüsusi polis qüvvəsi nəzarət edəcək.

Hər il olduğu kimi bu ildə isti havalarda Tehranda hicab qaydalarına nəzarəti gücləndirmək, “mənəvi təhlükəsizliyin” qorunması məqsədi ilə şəhərin küçə və meydanlarında, parklarda və başqa ictimai yerlərdə reydlər keçirilir.

Ötən həftənin əvvəlindən başlayan bu tədbir zamanı rəngli və ya bir az açıq rəngdə paltar, manto geyən qadınların saxlanılmasına daha çox rast gəlinir.

İran hüquq mühafizə qüvvələri komandanının nümayəndəsi Əhmədrza Radan jurnalistlərə açıqlamasında deyib ki, bundan sonra “mənəvi təhlükəsizlik” layihəsi ardıcıl olaraq həyata keçiriləcək: “Bu layihəyə əsasən dar paltar geyən, saçı yaylıqdan çıxan və it gəzdirən xanımlar saxlanaraq ciddi xəbərdarlıq alacaq, bəzi hallarda isə məsuliyyətə cəlb ediləcəklər”. Əhmədrza Radan islam qaydalarına zidd qadın geyimləri hazırlayan yerli istehsalçılara da ciddi xəbərdarlıq ediləcəyini, onların məsuliyyətə cəlb olunacağını vurğulayıb.

Tehran hakimiyyətinin bu sayaq yasaqlarına baxmayaraq, ölkədə yüngül əxlaqlıların sayı azalmır. İran Qadın Araşdırmaları Mərkəzinin rəsmi “womenrc.com” saytının məlumatına əsasən, ölkədə fahişəliyə görə 6053 qadın tutulub. Onların çoxu 12-25 yaş arasında olan qadınlardır.

Əhmədrza Radan bu günlərdə keçirdiyi mətbuat konfransında demişdi ki, ölkədə 400-500 küçə qadının “faydalı işlə məşğul olması üçün” iş şəraiti yaratmaq imkan var.

Mərkəzin məlumatında isə bildirilib ki, İran İslam Respublikasında küçə qadınlarının sayını müəyyənləşdirmək mümkün deyil. “GünAZTV”nin məlumatına əsasən, bir müddət əvvəl İranın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (Behzisti təşkilatı) ictimai məsələlər şöbəsi təkcə Tehran küçələrində 2000 fahişə və 500 nəfər evdən qaçmış qızın polis tərəfindən tutulduğunu bildirmişdi. Ekspertlər (karşünaslar) isə hesab edir ki, bu rəqəm 4 mindən də çoxdur.

Ötən il bu ad altında keçirilən kampaniya zamanı Təbrizin “Vəli-əsr” məhəlləsində 26 yaşlı Elnaz Babazadə adlı gənc qız başını “islam qaydalarına” uyğun örtmədiyinə görə, hakimiyyətin məmurları tərəfindən öldürülmüşdü.

İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası, “bəsic” adlanan yarımhərbi dəstənin üzvləri Təbrizin “Vəli-əsr” məhəlləsində Elnaz Babazadənin sürdüyü maşını saxladaraq, onun “baş örtüyünün islam qaydalarına uyğun örtülmədiyini” bildirmiş, onlarla polis bölməsinə getməsini tələb etmişdilər. Elnaz Babazadə onların bu tələbinə tabe olmaq istəməmişdi.

Bundan sonra hakimiyyətin 3 məmuru Elnazın üstünə odlu silah çəkərək, idarə etdiyi şəxsi minik maşınına soxulmuş, xəlvəti yerə aparmışdılar. Bu üç məmur gənc qızı zorlayaraq, tapança ilə başından vurub, qətlə yetirmişdilər. Cinayəti törətdikdən sonra Elnaz Babazadənin cəsədini isə Təbrizin “İmamiyyə” qəbiristanlığına atmışdılar.

Elnaz Babazadəyə təcavüz edib, qətlə yetirənlərdən biri qvardiya komandirlərindən birinin oğludur. Qatil hərəkətlərinə bəraət qazandıraraq, demişdi ki, “Allahın əmrini” yerinə yetirib, “hicabsızlığa” qarşı mübarizə aparıblar.

Xatırladaq ki, inqilabın ilk illərində hakimiyyətə qarşı çıxan bakirə qızlara həbsxanada zorla siğələr kəsir, “o dünyaya bakirə getmək günahdır” deyib, zorlayırmışlar. Görünür, hakimiyyətə məxsus bəsic kimi qüvvələr o dərəcədə arxayındır ki, özlərini 30 il öncə kimi aparmaqdan çəkinmir.

Elnazın ailəsi məsələ ilə bağlı məhkəməyə müraciət etsə də, qatil və cinayətdə adı hallanan daha iki nəfərin adı bəlli olsa da, qvardiya məsələni araşdırmağı öz üzərinə götürərək, qətli ört-basdır etmişdi.

Xatırladaq ki, İranda “hicabı” pozanlara qarşı cərimələrin miqdarı artıb, şərtlər ağırlaşdırılıb. Əxlaq polisi cərimə ödəməyən, yaxud həmin polislərə “müqavimət göstərən” qadınları şöbəyə aparır. Polis idarəsində onlar sorğu-sual edilir, “eyni cinayəti” bir daha təkrarlamayacaqlarına dair qadınlardan izahat alınır, sonra sərbəst buraxılır. Bununla yanaşı “tutulmuş qadınlar” cərimələnir: gün eynəyindən istifadəyə görə, 15 dollar cərimə, uyğun olaraq, qısa ətək mantoya görə 25 dollar, qırmızı və ya yaşlı rəngli mantoya görə 25 dollar, laklanmış hər barmağa görə 5 dollar, solyari ilə qaralmaya görə 25 dollar, saçların süni boyalarla rənglənməsinə görə, 50-150 dollar cərimə.

Cərimələnən vətəndaşa təqdim olunan qəbzdə onun adı, fotosu, qanun pozuntusunun növü (məsələn, sağ əldə 3, solda 4 barmaq laklanıb), pasporta oxşar “dövlət kartı”, bundan başqa həmin şəxsi saxlamış polisin xidməti nömrəsi, qulluq etdiyi hərbi hissənin növü və s. göstəriciləri yazılır.

Saçın üzərində eynəyə görə 12 dollar, qısa qollu pencəyə 20 dollar, açıq rəngli pencəyə 20 dollar, makiyaj 20 dollar, cəlbedici rənglənmiş saça 120 dollar cərimə ödəməlidir.

“Hicab qaydalarını pozanlar” 1300 dollar məbləğində cərimə edilir. Bundan başqa şəhərin küçələrində hər gün yeniyetmə məktəbli qızlar “Çarşab marşı” oxuyur. Marşın sözləri belədir: “Qardaş, qardaş çarşab geyinməyin mükafatı Cənnətdir, Çarşabı düzgün geyinməmək utancdır, utanc”.

Hicab paltar və ona oxşar zahiri elementlərlə yekunlaşmır. Əsas məsələlərdən bir bu qaydaların icrasını tələb edənlərin mənəvi saflığıdır.

Bu yaxınlarda “Quran” təfsiri dərsində çıxış edən Dini Ekspertlər şurasının üzvü ayətullah Seyid Əli Məhəmməd-Dəstqeyb deyib ki, bəzən ruhanilər və başqa din alimləri haqqın tapdandığını görsələr də, öz maddi maraqlarına görə, buna göz yumur, susurlar: “Cəmiyyətdə özlərini din qabaqcılı kimi göstərən ruhanilər “Quran”a və peyğəmbər ənənəsinə əməl etmədiyi halda bunu adi insanlardan gözləmək və tələb etmək olmaz. Onlar üzlərini bizə tutub deyirlər ki, özünüz “Quran”a əməl etmədiyiniz bir halda niyə bunu bizdən tələb edirsiniz? Bunlar Allah ayələrini cüzi məbləğə satan, od-alovu öz qarınlarına tökən şəxslərdirlər. Əgər şiə alimlərinin əksəriyyəti, iddia etdikləri kimi, “Quran” və peyğəmbər ənənəsinə tabe olsaydılar, bu gün insanların durumu indikindən qat-qat yaxşı olardı. Din alimi öz dediyinə əməl etməyəndə, “Quran” və peyğəmbər ənənəsini kənara qoyanda, insanların da dini əqidəsi getdikcə zəifləyir. Ruhanilər öz nəfslərinin qabağını ala bilməyəndə insanlar da onun qabağını ala bilməzlər. İnsanlar din alimlərinin əməlinə baxırlar. Görəsən, insanlara “yalan danışmayın, heç kəsə böhtan atıb onu biabır etməyin və kiməsə zülm etməyin” deyən ruhanilərin özləri də buna əməl edirlərmi?”

“Cəmiyyətimizdə yalan, qeybət və böhtan baş alıb gedir. Qəzetlər hər gün müxalifləri lağa qoyur, onları təhqir edir və böhtan xarakterli yazılar dərc edir. Bütün bunlar islam əxlaqına ziddir” - bunu ayətullah Xomeyninin vəfatının növbəti ildönümündə Qum şəhərinin imam cüməsi, ayətullah Rza Ustadi deyib.

Rza Ustadi bildirib: “Bu gün sistemimiz hər sahədə inkişaf etsə də, əxlaqi cəhətdən heç bir inkişaf yoxdur. Biz istər sistemimizdə, istərsə də cəmiyyətimizdə əxlaq baxımından geriləmişik. Təəssüflər olsun ki, cəmiyyətdə islam əxlaqına riayət olunmur”

Baş örtüyü, zahiri hicabla bağlı məsələdə hakimiyyət öz hikkəsini yeridir. Axı, İran cəmiyyəti heç vaxt dinsiz olmayıb. Məgər İran əhalisi 1979-cu il fevral inqilabından sonra islamı qəbul edib?! Təbii ki, yox.

O zaman İran rəhbərliyi bu sayaq əməlləri ilə daha çox dindar olduğunu gözə soxması çox gülünc görünür. Bu ölkədə qadın gözəllik salonları da var. Bu salonlar dövlətə vergi də ödəyir və s. Onda bütün belə müəssisələr nədən qapadılmır?

Bütün bu yasaqlar daha çox zahiri mahiyyət daşıyır. Hicabdan danışanlar əsas məsələdən öz əməllərindən və törətdikləri cinayətlərdən “xəbərsizdirlər”. Yoxsa, bu əməllərin hicaba aidiyyatı yoxdur. Odur ki, bu sayaq kampaniyalar əslində din adı altında kimlərinsə hikkəsinə xidmət edir. Bütün bunlardan belə bir sual da doğur – din adından istifadə edərək ölkə vətəndaşlarına yalan danışanlar daha çox hicabı pozub, islama zərbə vurur, yoxsa saçı yaylığından görünən qadın vətəndaş?...
Devamını Gör »

Maykl Cekson dünyanın ən istedadlı müğənnisi seçildi

“New Musical Express”in 10 milyon oxucusu dünya tarixində 20 ən istedadlı müğənnini müəyyənləşdirib.

Lent.az-ın “newsru.com” saytına istinadən verdiyi məlumata görə, pop kralı Maykl Cekson səsvermənin nəticələrinə görə son anda dostu Freddi Merkurini üstələyərək birinci yerdə qərarlaşıb.

10 milyon oxucunun bir neçə müğənniyə səs vermək imkanı olub. Maykl Cekson 9,02 milyon, Queen Freddi isə 8,39 milyon səs alıb. Üçüncü yerdə 7,17 milyon səslə Elvis Presli, dördüncü yerdə 6,47 milyon səslə Eksl Rouz qərarlaşıb. İlk onluğa düşən yeganə qadın müğənni isə Areta Franklin olub.

Maykl Cekson da daxil olmaqla, “TOP-20”-yə daxil olan müğənnilərin yarısı vəfat edib.
Devamını Gör »

Prezident İlham Əliyevin Belçikaya səfəri başa çatıb

Azərbaycan prezidenti İlham Əliyevin Belçika Krallığına işgüzar səfəri iyunun 23-də başa çatıb.

APA-nın məlumatına görə, iki günlük səfər çərçivəsində Azərbaycan dövlət başçısı bir sıra görüşlər keçirib, Brüsseldə Krans Montana Forumunun rəsmi açılışında iştirak edib
Devamını Gör »

İnsanda altıncı hissin olduğu təsdiqləndi!

Massaçuset Tibb Universitetinin alimləri insanda altıncı hissin olduğunu təsdiq ediblər.

Lent.az-ın “Live Science” portalına istinadən verdiyi məlumata görə, insanda maqnit sahələrini fərqləndirməyə imkan verən zülal mövcuddur.

Alimlər insanın gözündəki tor qişasından alınan zülalı milçəyin orqanizminə yerləşdiriblər. Bundan sonra milçək maqnit sahələrini fərqləndirməyə başlayıb. Alimlər bu nəticələrə əsaslanaraq qeyd ediblər ki, bu, insan hüceyrəsinin maqnit sensoru kimi işləyə biləcəyini təsdiqləyir. Ancaq insanın bu xüsusiyyətində istifadə etməsinin mümkün olub-olmadığı məlum deyil.

Professor Stiven Rippet deyib ki, bu, alimləri altıncı hiss ideyasına baxmağa məcbur edir: “Həmin zülalın insan orqanizmində maqnit sahələrinə cavab verməsi mümkündür”.

Qeyd edək ki, keçmiş təhqiqatlar zamanı məlum olub ki, maqnit sahələrini müəyyənləşdirmək qabiliyyəti dəniz tısbağalarına və köçəri quşlara lazımi yerləri tapmağa kömək edir. Bu xüsusiyyət adi görmə qabiliyyətini üstələyir.
Devamını Gör »

Şakira dünyaya ağıl verdi

Kolumbiyalı müğənni, BMT-nin xoşməramlı səfiri Şakira iyunun 22-də Qüdsdə olub.

Lent.az-ın məlumatına görə, estrada ulduzu ərəb-İsrail məktəbinə baş çəkdikdən sonra qısa nitq söyləyib.

Şakiranın İsrailə səfərində məqsəd təhsilin dünyada və regionda sülh-sabitliyə nail olunma vasitəsi kimi əhəmiyyətini göstərməkdən ibarətdir. Onun atası Uilyam Mebarek Çadid ərəb əsillidir. O, Livandan Kolumbiyaya emiqrasiya edib. Ərəb əsilli kolumbiyalı müğənni İsrail prezidenti Şimon Pereslə birgə mətbuat konfransı keçirib. İspaniyanın “Barselona” klubunda çıxış edən müdafiəçi Jerar Pikenin rəfiqəsi deyib: “Bütün dünya eyni komanda olsaydı, yaxşı olardı. “Barselona” kimi. Məni anlayın, hazırda bəşəriyyət qarşısında qlobal istiləşmə, xəstəliklər, dünyada insanların bərabərsizliyi kimi çoxlu çağırış və problem durur. Onları həll etmək lazımdır. İnsanlar birləşməli və bərabərsizlik, diskriminasiya və seqredasiyaya qalib gəlməlidirlər. Təhsil dünyanın mahiyyətidir. Mən buna dərindən inanıram”.

Qeyd edək ki, Şakira İsrailə tək yox, Pike ilə birgə gedib.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı