29 Haz 2011

“Qeyri-adi məhkəmə”nin premyerası qeyri-adi məkanda

Bakı Uşaq Teatrının hazırladığı “Qeyri-adi məhkəmə” tamaşasının premyerasının vaxtı müəyyənləşib. Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltanın Lent.az-a verdiyi məlumata görə, tamaşanın premyerası iyunun 30-da 7 saylı cəzaçəkmə müəssisəsində baş tutacaq.

Tamaşa Ədliyyə Nazirliyinin sifarişi ilə Arzu Soltanın “Heç kəsə zəmanət verilmir” pyesi əsasında hazırlanıb. QİÇS-lə bağlı maarifləndirici xarakter daşıyan, interaktiv üslubda – seminar tamaşa janrında hazırlanan “Qeyri adi məhkəmə” cəzaçəkmə müəssisələrində nümayiş üçün nəzərdə tutulub. Buna baxmayaraq, tamaşa teatrın öz repertuarına da daxil edilib.

Tamaşanın quruluşçu rejissoru teatrın bədii rəhbəri, direktoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltan, rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynovdur.

Tamaşada Cavanşir Məhərrəmov, Günel Həmidova, Niyaz Qasımov, İlhamə Əhmədova, Könül Şahbazova, Ruslan Mürsəlov, Əlisurət Əliyev, İntiqam Soltan və əməkdar artist Vidadi Əliyev iştirak edir.

Xatırladaq ki, “Qeyri-adi məhkəmə”yə ictimai baxış mayın 20-də Bakı Uşaq Teatrında olmuşdu.
Devamını Gör »

İnternet nəhəngi sosial şəbəkəsini yaratdı

“Facebook”-la rəqabət aparacaq

“Google” internet-şirkəti özünün “Google Plus” adlı sosial şəbəkəsini yaradıb.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, resursun tərtibatçıları yeni sosial şəbəkənin “Facebook”-la rəqabət aparacağını bildiriblər.

“Google Plus”-un ən əsas üstünlükləri sırasında istifadəçilər üçün gizlilik parametrlərinin rahat qurulması, dostların ayrı-ayrı qruplara (circles – dairələr) bölünməsi, eləcə də hər bir bu cür “dairə” üçün spesifik çıxış hüquqlarının verilməsi imkanlarını qeyd etmək olar. Sosial şəbəkədə “Sparks” (“Qığılcımlar”) funksiyası da təqdim olunub. Bu funksiyanın köməyi ilə istifadəçilər onları maraqlandıran mövzular üzrə informasiya tapa biləcəklər.

Nəhayət, “Google Plus”-da “Hangouts” qrup videokonfransları funksiyası da mövcuddur. Hazırda internet-şirkətin sosial şəbəkəsi test rejimində fəaliyyət göstərir və burada qeydiyyat yalnız elektron poçt vasitəsilə xüsusi göndərilmiş dəvətlər üzrə aparılır. “Google Plus”-un nə zaman kütləvi istifadəyə veriləcəyi hələ bildirilmir.
Devamını Gör »

BNEZ-in koks və katalitik riforminq qurğularında təmir işləri başa çatdı

Sobalarda yandırılan qazların qızdırılması üçün yeni istidəyişdiricilər sistemə qoşulub

Heydər Əliyev adına Bakı neft emalı zavodunda müasir texnologiyaların nailiyyətlərindən istifadə edilməsi, məhsuldarlığın artırılması və yüksək iqtisadi göstəricilərə nail olunması məqsədi ilə texnoloji qurğularda mütəmadi olaraq cari və əsaslı təmir işləri aparılır. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, zavodun 31 nömrəli katalitik riforminq qurğusunda cari təmir işləri başa çatdırılıb.

Təmir zamanı qurğunun soyutma siteminin havasoyuducu və istidəyişdiriciləri yuyulub təmizlənib. “bp”-nin təklifi əsasında sobalarda yandırılan qazların qızdırılması üçün yeni istidəyişdiricilər də sistemə qoşulub. Hazırda qurğu saatda 100 kubmetr məhsuldarlıqla istismar olunur.

Zavodun koks qurğusunda da əsas təmir işləri yerinə yetirilib. Əsaslı təmir qurğunun I axınının 302/1, 302/2 nasoslarının sobalara gedən çıxış xətlərinin təzələnməsi ilə başlanıb. Bundan sonra qurğunun II axınında təmir aparılıb. 302 /1,2,3,4 nasoslarına 301-ci kolondan gələn qəbul xətləri dəyişdirilib, 302/3, 302/4 nasoslarının çıxış xətləri sobalara qədər dəyişdirilərək yeniləri ilə əvəz olunub. Təmir dövründə qurğudan xaric olunan ağır qazoylda suyun qalmaması üçün temperaturun yüksəldilməsi məqsədi ilə 310-cu kolonun aşağı hissəsinə 300-350 temperaturda ağır qazoyl vermək üçün əlavə xətt çəkilib. Artıq koks qurğusu da müvəffəqiyyətlə işə buraxılıb. Qurğu hazırda normal rejimlə, 75-80 ton məhsuldarlıqla istismar olunur.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı