17 May 2011

Rusiya avtomobil bazarında liderliyi ələ alır

 Yaxın aylarda Rusiya avtomobil satışına görə Fransa və İtaliyanı qabaqlayacaq.

Ekspertlər hesab edir ki, təzə avtomobillərin satışına görə Rusiya bu il yalnız Almaniyadan geri qalacaq. Lent.az-ın “novgorodauto.ru” saytına istinadla xəbərinə görə, Şimal qonşumuzda bu il 2.4 milyon təzə avtomobil satılacaq. Almaniyada isə bu rəqəm 3.14 milyona bərabər olacaq.

Fransada bu il 2.07, İngiltərədə 1.94, İtaliyada isə 1.9 milyon avtomobil satılacağı ehtimal edilir.

Rusiyada avtomobil satışının artmasına səbəb hökumətin ötən il başladığı utilizasiya proqramı olub.
Devamını Gör »

9 yaşlı sərxoş sürücü

İngiltərənin şimalındakı Cumbria qəsəbəsində 9 yaşlı uşaq içkili vəziyyətdə avtomobil idarə edərkən yaxalanıb.

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, polis yaşı çox az olduğu üçün uşağı sərbəst buraxıb. Son 2 ildə İngiltərənin şimalında yetkinlik yaşına çatmamış 2 min 467 azyaşlı sürücü saxlanılıb. Polis bildirib ki, saxlananlar arasında 10, 11 yaşlı uşaqlar var, onlar əsasən avtomobil oğurlayarkən yaxalanıblar.
Devamını Gör »

Fatih Terim: ““Qalatasaray”ın adı varsa...”

Türkiyəli mütəxəssis Fatih Terim “Qalatasaray” futbol klubundan aldığı baş məşqçilik təklifini dəyərləndirib.

Lent.az-ın məlumatına görə, 58 yaşlı “İmperator” klubunun yeni prezidenti Ünal Aysalın təklifinə müsbət reaksiya verib.

“Lig TV”də “Qalatasaray”ın UEFA Kubokunu qazanmasının 11-ci ildönümü münasibətilə hazırlanan verilişə telefonla qatılan Terim deyib: “Qalatasaray”ın adı varsa, bəzi şeylərin üzərində çox dayanılmır. Gerisi təfərrüat olur. İnşallah, danışıqlar nəticəsində bir şey alınacaq. Hər şeyin xeyirlisi olsun. Ən önəmli məsələ budur”.

Təcrübəli mütəxəssis “Ali Sami Yen” stadionuna ilk dəfə 1974-cü ildə ayaq basdığını xatırladıb və 2011-ci ildə də “Qalatasaray”ı “bizim yuvamız, bizim klubumuz” adlandırıb. Terim 2000-ci ildəki kimi pressinq tətbiq edən bir komandanın sonradan formalaşmadığını bildirərək, məhz belə bir komanda yaradacağını söyləyib. O, UEFA Kubokunu qazanmış futbolçular üçün “İnşallah, bu ölkə sizi heç unutmayacaq" deyib.
Devamını Gör »

“Bugatti”yə rəqib gəlir?

İngiltərənin “Mclaren” şirkəti yeni “Mega Mac” modeli üzərində işləyir.

XezerXeber-in “auto123.com”a istinadla xəbərinə görə, 2014-cü ildə satışa çıxarılacaq bu modellə ingilislər “Bugatti Veyron”a rəqib hazırlamaq istəyirlər.

Qiyməti 500 000 avro olacaq avtomobil cəmi 500 ədəd hazırlanacaq. avtomobil 799 at gücü V8 mühərriklə təchiz ediləcək. Maksimal sürəti 321 km/saat olacaq avtomobil 100 km/saata cəmi 2.8 saniyəyə çatacaq. Maksimal sürətə çatmaq üçün isə cəmi 22 saniyə sərf ediləcək.

İdman modellərinin şassisi üzərində hazırlansa da, avtomobil görünüşcə “Formula 1” modellərindən fərqlənəcək.
Devamını Gör »

“Mingəçevir” SES-in sel sularının qəbuluna və buraxılmasına hazırdır

Hidroaqreqatlar sökülüb, yenilənir

“Mingəçevir” və “Varvara” su elektrik stansiyalarının (SES) daxil olduğu “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”ndə yenidənqurma işləri aparılır. Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, yenidənqurma layihəsi çərçivəsində “Mingəçevir” SES-də yeni Baş İdarə Şitinin tikintisinə başlanılıb.


Bir saylı hidroaqreqat tam sökülüb, üç saylı hidroaqreqatın turbininin quraşdırılması üçün hazırlıq işləri görülür. Yeni 110 kV-lik yarımstansiyanın da tikintisinə başlanılıb. Eyni zamanda yardımçı tikililərin də tikintisi davam etdirilir.


“Varvara” SES-də isə 1 və 3 saylı hidroaqreqatlar sökülüb və 2 saylı hidroaqreqatda bu işlər davam etdirilir. Eyni zamanda aşağı məcrada sağ və sol sahildə təmir-bərpa işləri aparılır.


Silsilə üzrə yaz-yay daşqını üçün tərtib edilmiş tədbirlər planı da yerinə yetirilib. Stansiya sel sularının qəbulu və buraxılmasına tam hazırdır.
Devamını Gör »

15 May 2011

Türkmənistan qazını Azərbaycan üzərindən Avropaya ötürəcək

Aşqabad ilk dəfə AGRİ layihəsinə qoşulmaq niyyətində olduğunu rəsmən açıqlayıb


Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Rumıniyaya 3 günlük səfərini başa vuraraq ölkəsinə dönüb. Lent.az-ın “haberaktuel.com” saytına istinadən verdiyi məlumata görə, Qurbanqulu Berdıməhəmmədovun Rumıniya səfəri zamanı əsas müzakirə mövzusu türkmən qazının Rusiyadan yan keçməklə Avropaya ixracı olub.

Əsas diqqət “Nabucco” və AGRİ (Azerbaijan - Georgia - Romania Interconnector) layihələrinə yönəlib. Türkmənistan ilk dəfə AGRİ layihəsinə qoşulmaq niyyətində olduğunu rəsmən açıqlayıb. Qurbanqulu Berdıməhəmmədovun rumıniyalı həmkarı Trayan Basesku ilə görüşündən sonra yayımlanan prezidentlərin ortaq açıqlamasında da bu, xüsusi qeyd edilib. Hər iki tərəf enerji sahəsində əməkdaşlıq etmək niyyətində olduğunu bəyan edib, türkmən qazını Avropaya, xüsusən Rumıniyaya “Nabucco” və AGRİ layihələri çərçivəsində ötürülməsinin önəmli olduğu vurğulanıb.

Qeyd edək ki, 2010-cu ildə Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında imzalanan AGRİ layihəsi Azərbaycan təbii qazının boru kəməri ilə Gürcüstanın Poti limanında tikiləcək qaz zavoduna ötürülməsini, bu zavodda qazın yüksək təzyiq altında mayeləşdirilməsini, maye qazın da tankerlərlə Qara dəniz üzərindən Rumıniyanın Köstence limanına daşınmasını və bu limandakı terminalda yenidən təbii qaz halına gətirilməsini, sonradan Rumıniya üzərindən boru xətti ilə Avropaya ötürülməsini nəzərdə tutur.

Avropa Birliyi ilə təbii qaz ixracı məsələsində əməkdaşlığa hazır olduqlarını bildirən Qurbanqulu Berdıməhəmmədov deyib ki, əsas məsələ siyasi iradə, eyni zamanda qaz ixracı ilə bağlı Türkmənistan, Avrorpa Birliyi və Azərbaycan arasında anlaşmadır. O, qəti addımların atılması və konsorsiumun qurulması üçün yeni imkanların açıldığını vurğulayıb. Qurbanqulu Berdıməhəmmədov Türkmənistan üçün Azərbaycan və Gürcüstanın Avropaya bir koridor rolunu oynadığını vurğulayıb.
Devamını Gör »

Şimşək çaxacaq, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Gecə və səhər arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 17-21 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 15-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti təşkil edəcək.
Devamını Gör »

Azərbaycan “Eurovision”a ev sahibliyini təsdiqləyən sənədi aldı

Adil Kərimli: “Azərbaycan bu müsabiqəni ən yüksək səviyyədə təşkil edəcək”

“Azərbaycanı bu qalibiyyət münasibəti ilə təbrik edirəm. Azərbaycanının bu yarışmanı yüksək səviyyədə həyata keçirəcəyinə əminik”. APA-nın Düsseldorfa ezam olunmuş müxbirinin məlumatına görə, bu sözləri “Eurovision” müsabiqəsinin icraçı direktoru Jon Ola Sand deyib. İcraçı direktor Azərbaycana ev sahibliyini həvalə edib və ev sahibliyini təsdiqləyən sənədi Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə nümayəndə heyətinin rəhbəri Adil Kərimliyə təqdim edib. Jon Ola Sand Azərbaycana bu məsuliyyətli işdə uğurlar arzulayıb və bütün Azərbaycan xalqını qalibiyyət münasibəti ilə təbrik edib.
Adil Kərimli APA-ya açıqlamasında bu qələbə sevincini bölüşüb: “Bu qələbə sevinci inanılmaz bir hissdir. Hələ də bu sevincə inana bilmirik, bizə elə gəlir ki, başqasının sevincinə sevinirik. Bu bütün türk dünyasının qələbəsidir. Azərbaycan bu müsabiqəni ən yüksək səviyyədə təşkil edəcək. Müsabiqədə iştirakımız boyu dövlət başçımız cənab İlham Əliyev hər zaman bizə dəstək olub və buna görə dövlət başçımıza təşəkkür edirik”. A.Kərimli deyib ki, Azərbaycan gedər-getməz “Eurovision-2012” mahnı müsabiqəsinə hazırlıq mərhələsinə başlanılacaq. Dördüncü dəfə iştirak ərzində Azərbaycanın ən yüksək dərəcələri əldə etdiyini vurğulayan A.Kərimli, bu tezliklə Azərbaycanın qələbə qazanmasını ölkəmizin bu müsabiqəyə ciddi hazırlığı ilə əlaqələndirib.
Devamını Gör »

Prezident və birinci xanım qalibləri təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva mayın 15-də Eldar Qasımov və Nigar Camala zəng edərək, onları Almaniyanın Düsseldorf şəhərində keçirilən 56-cı “Evrovision - 2011“ mahnı müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə təbrik edib, onlara yeni-yeni uğurlar arzulayıblar.

APA-nın xəbərinə görə, prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, prezident və xanımı gənclərimizin Avropanın 43 ölkəsinin təmsilçiləri arasında birinci yer tutmasını Eldar və Nigarın qələbəsi olmaqla yanaşı, eyni zamanda, dövlətimizin və xalqımızın böyük uğuru olduğunu vurğulayıblar.

Eldar Qasımov və Nigar Camal təbrikə görə Azərbaycan prezidentinə və xanımına dərin minnətdarlıqlarını bildirib, qələbəyə aparan yolda onlara daim göstərilən dəstəyə, diqqət və qayğıya görə təşəkkür ediblər.
Devamını Gör »

“Eurovision” qaliblərinə xüsusi təyyarə ayrıldı

Almaniyadakı heyətimiz və qaliblər bu gecə dönür

Azərbaycan “Eurovision“ qələbəsi yaşadan Eldar Qasımov və Nigar Camal onları müyiət edən nümayəndə heyəti ilə birlikdə Azərbaycana dönürlər.

APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, qalib təmsilçilərimiz üçün AZAL Dövlət Konserni tərəfindən xüsusi təyyarə ayırılıb.

Təyyarənin Heydər Əliyev Beynəlxalq Hava Limanına səhər saat 05:00 radələrində enəcəyi gözlənilir.

APA-nın müxbiri xəbər verir ki, bütün Avropa, eyni zamanda bu il müsabiqəyə ev sahibliyi edən Almaniyanın çoxsaylı televiziya kanalları və radio dalğalarında qalib təmsilçilərimizdən danışılır. Bütün radio dalğaları Eldar Qasımov və Nigar Camalın ifa etdiyi “Running Scared” mahnısını səsləndirirlər. Şəhərin mərkəzi küçələrində əcnəbilər belə, Azərbaycan bayrağını dalğalandırırlar. Hər kəs Azərbaycan nümayəndə heyətini təbrik edir və ölkəmizə gəlmək istəyini bildirirlər.

Onu da bildirək ki, mayın 14-də keçirilən final mərhələsindən sonra Düsseldorf şəhərinin ən böyük əyləncə məkanlarından birində Azərbaycanın qalibiyyəti qeyd olunub. Azərbaycanın adı ilə bağlı olan bağlanış tədbirində digər ölkə təmsilçiləri də iştirak ediblər.
Devamını Gör »

“Biz Eurovisionu ugurlu təşkil edəcəyik!”

EBU-nun baş direktoru İnqrid Deltenre: “Əminəm ki, Azərbaycan “Eurovision-2012”-ni möhtəşəm şəkildə həyata keçirəcək

Avropa Yayım Birliyinin (EBU) baş direktoru İnqrid Deltenre “Eurovision-2011” müsabiqəsində qələbə qazanan Azərbaycanı təbrik edib, ölkəmizin bu müsabiqənin ən yüksək səviyyədə təşkil edəcəyindən əminliyini dilə gətirib.

APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, EBU-nun baş direktoru İctimai Teleradionun baş direktoru İsmayıl Ömərovla görüşüb.

“İctimai Televiziyanın 2010-cu ilin iyulunda Bakıda Avropa Yayımları Birliyinin Baş Assambleyasının yay sessiyasına necə ev sahibliyi etdiyini çox gözəl xatırlayıram. Belə Baş Assambleya EBU-nun tarixində yenilik idi. Əminəm ki, 2012-ci ildəki “Eurovision” müsabiqəsi də möhtəşəm olacaq“.

İctimai Televiziyanın baş direktoru İsmayıl Ömərov Azərbaycanın bir çox möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. O, ölkəmizin son illərdə əldə etdiyi uğurları xatırladaraq, Azərbaycanın bu beynəlxalq layihəni də uğurla təşkil edəcəyini söyləyib.

İctimai Teleradionun baş direktoru tədbirin Azərbaycanda yüksək səviyyədə təşkili üçün bütün imkanların olduğunu qeyd edərək, tezliklə müsabiqənin təşkilatı məsələlərinin müzakirəsinə başlanacağını deyib.
Devamını Gör »

Biz bacardıq!

İlk dəfədir ki, böyük fərəhin yaratdığı həyəcan içində kompüter arxasına keçirəm; ilk dəfədir ki, barmağımdan monitora tökülən hərflərin belə sevindiyini hiss edirəm...

İllərdir belə sevinmədik, illərdir qələbə arzuladıq, bəzən dostların, qardaşların qələbəsini öz uğurumuz bilib yaşadıq. Amma ötən gecə ÖZ QƏLƏBƏMİZİ yaşadıq.

Bütün hallarda qələbə – bir millətin ruhunun ayaqda qalması, öz ölkəsi və Vətəni ilə fəxr etməsi, qürurunun qaytarmasını saxlayan əsas faktdır. Bu qələbə güclülərin yarışmasında əldə ediləndə, idraka, intellektə, sənətə əsaslananda, Avropanın nəzərlərinin dikildiyi bir mədəniyyət paytaxtında qazanılanda daha gözəl olur.

Bəli, biz bacardıq – Avropanın ən ünlü musiqi yarışmasında kiçik, bir çoxlarının görmədiyi, görmək istəmədiyi Azərbaycanın dillərdə dolaşmasını, diqqətə gəlməsini duymaq çox xoşdur!

Biz bacardıq – 4 illik çalışmalar, əziyyətlər öz bəhrəsini verdi;

Biz bacardıq – öz mədəniyyətimizlə bir Avropa dövləti olduğumuzu, Avropa dəyərlərini bölüşdüyümüzü, Avropa geomədəni çevrəsində yaşadığımızı sübut etdik.

Avropa insanı da artıq Azərbaycanı qəbul etməyə hazır olduğunu nümayiş etdirdi.

Bu qələbənin fərəhini artıran çalarlar çoxdur: illərdir bu yarışmaya qatılan, hətta bir dəfə qalib olmağı bacaran Türkiyə finala vəsiqə qazana bilməmişdi. Türkiyənin bir xəyal qırıqlığı vardı; Azərbaycan finala çıxdı, yarışdı, qazandı və… Qələbənin müəlliflərindən biri - Nigar səhnəyə Türkiyə bayrağını da daşıdı.

Türkiyə yarışmadan kənarda qalsa da, qələbə yaşadı – bayrağı yarışmanın qalibi kimi dalğalandı.

Bir baxsanız Türkiyə mətbuatına? Nələr yazmırlar… «Biz qalib gəlsək, Azərbaycanın bayrağını da Türkiyə bayrağı ilə birgə qaldırardıqmı» ritorikası qardaş ölkəni silkələyir: Bir daha, bir daha və bir daha Azərbaycanın nümunə göstərdiyinə, qardaş sevgisi ilə Türkiyəni duyğulandırdığına bir heyrət və məftunluq bildirilir. Finala çıxmayan Türkiyəni qalib edən qardaş Azərbaycanı bir millətin ikinci dövləti bağrına basmağa hazır!

Dünyanın bütün telekanallarının baş xəbəri Azərbaycan!

Dünyanın bütün KİV-lərinin manşeti Azərbaycan!

Bu böyük qələbəni bir ermənilər qısqandı, – yarış bitər-bitməz gələn il Bakıda keçiriləcək «Avroviziya-2012» yarışmasına qatılmayacaqları barədə indidən xəbərdarlıq etdilər, - bir də erməni kimi düşünənlər.

Bəli, Azərbaycan «Avroviziya -2011»-in baş mükafatını Bakıya gətirdi. İlk dəfə olaraq coğrafi baxımdan Avropada olmayan bir Asiya ölkəsi Avropa yarışmasının qalibi oldu – Avropanın mədəni çevrəsi “Avroaziya”ya doğru genişləndi.

Biz yenə ilk olduq – ilk Cümhuriyyətimiz kimi, ilk demokratiya daşıyıcısı kimi… Azərbaycan Qərbin Şərqə açılan qapısı olduğunu bir daha sübut etdi; Azərbaycan Şərqin Qərbə doğru yönələn baxışlarının mərkəzləşdiyi bir məkan olduğunu yenə təsdiqlədi.

2009-cu ildə Azərbaycan İslam ölkələrinin mədəniyyət paytaxtı idi.

2011-ci ildə Azərbaycan Avropanın mədəni paytaxtına çevrildi.

Təsəvvür edirsinizmi, Azərbaycanın belə təbliğatı, bütün dünyanın dilində dolaşması üçün nələr lazımdır – illərmi, onillərmi? Milyardlarmı, onmilyardlarmı?

Demək çətindir. Amma Azərbaycan bunu qısa bir sürədə bacardı – öz mədəniyyəti, sənəti, dünyaya açıqlığı, tolerantlığı sayəsində.

Avropa onun dilində danışan bir Azərbaycanı axır ki, gördü, qəbul etdi, sıralarına qatdı.

Azərbaycan bir gecənin içində boyunun artmasını, böyüməsini yaşadı: insanlar gecə səhərə qədər qələbə sevincini yaşamaq, bölüşmək üçün küçələrə çıxdı – Bakı gecəsi gündüzə çevrildi.

Təki bütün gecələrimiz gündüzə çevrilsin!

Şübhəsiz ki, “Avroviziya” müsabiqəsinin seçim turlarında münsiflərin tərəfkeşlik etdiklərini daha kimsə dilinə gətirməyəcək!

Şübhəsiz ki, bizə qələbə yaşadanlara, bu qələbədə payı olanlara hamı minnətdar olacaq!

Şübhəsiz ki, düzgün qurulmuş xarici siyasi-mədəni kursu hamı dəstəkləyəcək!

Şübhəsiz ki, bütün şübhələr aradan qalxacaq!

Niyyət, amal safdırsa, məqsəd Vətənin adını ucaltmaqdırsa – hədəfə çatmaq həmişə şübhəsiz olur.

Bizə qələbə yaşadanlara təşəkkürlər!

Hamını – bütün sevinənləri, fərəhlənənləri, hətta hər uğurda bir «əmma» axtaran soydaşlarımızı, Azərbaycanı sevən hər kəsi təbrik edirəm.

Qoy, Bakının bundan sonra bütün açılan sabahları bugünkü kimi hamımıza sevinc, xoşbəxtlik gətirsin!
Devamını Gör »

10 May 2011

Rza Zərrabdan Ebru Gündəşə jest

Məşhur türk müğənni Ebru Gündəşə həyat yoldaşı azərbaycanlı iş adamı Rza Zərrab maraqlı jest edib.

XezerXeber-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Rza Zərrab hazırda hamilə olan həyat yoldaşı üçün Bodrumdakı bir oteldə lüks nömrə kirayə götürüb. Ebru Gündeş iyulun 1-dən sentyabrın 1-ə qədər iki ay müddətində orada istirahət edəcək. O, hamilə müğənninin qızmar yay günlərində istidən əziyyət çəkməməsi üçün bu addımı atıb.

Rza Zərrabın Ebru üçün lüks nömrə sifariş etdiyi otel Bodrum Rixos Premium adlanır. Bu oteldə standart otaqların bir gecəlik məbləği 800 lirədir. Lüks nömrələrin bir günlük qiyməti isə 5 min dollardan başlayır.
Devamını Gör »

Gizli və aşkar Azərbaycan davası

Heydər Əliyevin dövlət və millət davasının tarixini Mehriban Ələkbərzadə XezerXeber-e yazır

Heydər Əliyev qədim türk torpağı olan Naxçıvanda dünyaya gəlmişdi. Əsrlərlə qanlı vuruşmalar, qırğınlar məkanı olan ulu bir diyarda. Nuhun yer üzü kimi qədəm qoyduğu bu əbədi torpaq təbiətinə tam müvafiq olan, güclü şəxsiyyətləri ilə əsrdən-əsrə qranitləşib.

Təbii ki, Heydər Əliyevin də, dünyagörüşü, mənəviyyatı, əxlaqı... çox-çox qədim dövrlərin düşüncə mədəniyyətini - genetik sahibliyini özündə saxlamışdı. Onun istər rəsmi, istər qeyri-rəsmi hesab ediləcək ən səmimi danışıqlarında belə, bu qranitləşmiş türk yurdunun leksikonunu, intonasiyasını eşidirdik.

Hədsiz qibtə ediləsi isə o idi ki, Şərq müdrikliyi ilə O, Qərb kübarlığı, Avropa standartları kimi qəbul edilmişlərlə müqayisədə yenə də kübar, ali, yenə də uca olurdu.

Naxçıvanın çox sərt təbiəti var. Bu yurdun toxunulmaz gözəlliyi, müqəddəs məkanları, insanı öz kökü haqda düşünməyə vadar edən coğrafiyası, ilin dörd fəslini eyni vaxtda özündə saxlayan təbiəti var. Naxçıvan öz sərt həyat tərzi ilə yerli əhalini - xarakterindən tutmuş, zahiri görünüşünə, səsinə-ədasına qədər öz təbiətinə tam oxşar edib. Ümumiyyətlə, Naxçıvan sonacan öyrənilə bilməyəcək qədər-qədim, qədim olduqca sirli yurd-kökən yerimizdir.

Heydər Əliyev də görünməyən, amma kəşf etdikcə elə kəşf edilən keyfiyyətləri ilə, nə qədər zaman keçməsindən asılı olmayaraq, BÖYÜKlüyünü saxlayır və onu yenə də öyrənməyə sövq etdirir.

Heydər Əliyev Azərbaycan xalqının tarixində çox məharətli idarəedici, yıxılmaqda olan bir dövlətin yeni qurucusu kimi yazıldı. Amma Heydər Əliyev bir şəxsiyyət, bir siyasətçi-millətçi, milli kimliyində bir nümunə kimi də, bənzərsiz və valehedici idi. Hətta çəkinmədən, cəsarət edərək:

“Heydər Əliyev Azərbaycan tarixinin bir hissəsi idi!” - deyərdik.

Demək, bütün vacib mütləqiyyətlərdən başqa, Heydər Əliyev Azərbaycanı yenidən quran Böyük Nüfuzdan başqa, bizə həm də Tarix kimi lazım idi.

Maraqlıdır ki, Heydər Əliyev özü də daim bu tarixi axtarırdı. Çünki o, hər bir zaman axarında tarixin yazıldığını həssaslıqla duyurdu...

Tarix isə gələcəyə ötürülən keçmiş deməkdir.

Heydər Əliyev əslində özü-özünün tarixçisi idi. Zaman ona tabe idi.

Zamanın tarixini də özü yazırdı - gördüyü və özünü təsdiq etdiyi tarixi hadisələri ilə.

Heydər Əliyev Milli Təhlükəsizlik Komitəsinin sədri kimi fəaliyyətə başlayandan ta son gününə qədər Azərbaycan Müstəqil Respublikasının Prezidenti kimi yaşadığı hər an, hər gün, hər il... tarixin yazıldığını unutmadı. Və ancaq tarixdə qalmağı məsləhət ola bilən əmələ yiyəlik etməyi, imza qoymağı özünə rəva gördü.

Bəli, Heydər Əliyev Tarixdə yaşamağın Millət və Dövlət kimi yaşamaq mahiyyətini çox yaxşı bilirdi.

İ T H A F

Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır.
HEYDƏR ƏLIYEV

Üç müxtəlif zaman və hakimiyyət yaşadı O.

Sadəcə yaşamadı, onu yaşayaraq, ona müdaxilə edərək, onu formalaşdıraraq onunla bərabər bu zamanları keçdi. Ən diqqətəlayiq şərt isə odur ki, ən çətin zaman şərtlərində, çox ziddiyyətli dövrlərdə, hətta millət və dövlət kimi məğlubiyyətin son addımında olduğu vaxtlarda, şəxsiyyət və zəka kimi cəmiyyətdən kənarlaşdırılanda da, tənhalığa deyil, millətinin içinə - daha dəqiq desək, doğulduğu, ayaq açdığı torpağa getdi. Getdi ki, yenidən həmin torpaqdan və insanlardan güc alaraq, gərəkli nüfuzunu təsdiq etsin.

SONRA isə gərəkli olanı etsin. Etsin ki, məmləkətini yenidən nüfuzuna toxunulması mümkünsüz məqamına qaytarsın. Qayıdışı ilə də azmış, səpələnmiş, çaşmış milli ruhları bərpa edə bilsin!

Çox uca boyu vardı... Hamıdan uca idi.

Yoxsa böyük insan olduğunu bildiyindən həmişə dik saxladığı başı ona ucalıq gətirirdi?

İlandağın ətəyində böyüyən insanın böyük olmağa haqqı vardı. Təpələrdən yox, Gəmiqaya zirvəsindən Azərbaycana baxmaq ona qismət olmuşdu axı. Bu tək tale idi, bəxt idi, yoxsa, “hər bir təsadüf zərurətdən doğur” fikrinin təsdiqi idi?

KİM idi axı Əlirza oğlu Əliyev Heydər?

Adi bir dəmiryolçunun adi övladı, yoxsa adi insan həyatına rəğmən öz qeyri-adiliyini, seçilmiş insan olduğundan millətin ən müxtəlif taleyüklü məsələlərində qüdrətini sübut etmək israrında olan güclü bir varlıq?

Hər halda, Heydər Əliyev sonu və sonucu bilə bilməzdi. Amma bütün hallarda, heç bir vaxt ya məğlub, ya aciz - mümkünsüz zamanda qalan bir rəhbər – adını özünə yaxın buraxmadı. “Hər şeyi gələcəyə saxlayan” təsirini bağışlasa da, ən gizli qatlarda bütün doğma bildiyi elləri (mən qəsdən ölkələri demirəm) bir yerə yığmaq, çoxdan bir-birindən uzaq, soyuq, biganə düşmüş eyni millətin müxtəlif qollarını müxtəlif zirvə toplantıları adı altında bir yerə yığaraq, bir konsensusa gətirmək məqsədi naminə çalışdı. O, qəsdən bunu konkret ad altında açıqlamırdı. Heydər Əliyev, sadəcə, iş görürdü.

Heydər Əlirza oğlu Əliyev - istər dövlət təhlükəsizliyi orqanlarında, istərsə də Azərbaycan Respublikasının bilavasitə rəhbərliyində çalışdığı illərdə bir başqası üçün tam mümkünsüz və həddən ziyadə cəsarətli qərarlar qəbul edirdi. Heydər Əliyev bu qərarları güzəştə getmədən, mövqeyini dəyişmədən, amma siyasi manevrlə həyata keçirən ZƏKA idi. Mərkəz üçün hansı “bəraət, yaxud isbat”dan asılı olmayaraq, düşündüyü ən ciddi məsələləri həll etməkdən çəkinmirdi.

Bu Böyük insan demək olar ki, bir dəfə də sözündən dönmədi.

Özündən əvvəlki respublika rəhbərlərinin mərkəzdən asılılığı, liberallığıyla baş saxlamaq təcrübələrini görməsinə baxmayaraq, Heydər Əliyev, zamanında millətinin ilk və son cavabdehi olduğunu unutmurdu. Hər hansı hakimiyyəti dövründə, hətta hakimiyyətdə olmadığı zamanda da... öz milli və prinsipial şəxsiyyətini bütün kəskinliyi ilə təsdiq etdi. Ən maraqlısı isə o idi ki, Onu Kremlə aparanda da, Kreml sədaqətinə - yəni məmləkət və millətinə qarşı çıxa biləcəyini təxmin etməmiş deyildilər.

O isə Heydər Əliyev idi.

Göründüyü qədər sadə, yumşaq, birmənalı qəbul edilən rəhbər deyildi.

Hər halda, nə qədər zaman keçir-keçsin, bütün ictimai-siyasi şüur Heydər Əliyevi əfsanəvi şəxsiyyət kimi tanıyacaq. Bax, bu, birmənalıdır.

O, HEYDƏR ƏLİYEV ki, sovet imperiyasının ən güclü qurucularından biri, həmçinin sovet quruluşundan imtina edən ən güclü siyasətçilərdən biri olaraq, böyük rus imperiyasının ən qədim dövründən ehtiyatla yanaşdığı türk birliyinə nail olmaq istəyirdi. O hamıdan öncə əmin olmuşdu ki, müxtəlif tərəflərin qıcanmış dişlərini necə zərərsizləşdirmək olar.

O, hələ SSRİ tərkibində ən qabaqcıl bir ölkəsinin sahibi olduğu zamanda, elə o rejimin içində vətən xaini ittihamını ləyaqətlə qazanmış “pantürkist CAVİDİN” Azərbaycana gətirilməsində israr göstərdi. Əslində Əliyev dolayısı ilə, həmin rejimin özünə türkçülük ideyasının və bu birliyin varislik mütləqliyinin təsdiqini edirdi. Bütün bu prosesdə bir türk oğlunun (Heydər Əliyevin) bütün sürgün və edam olunmuş türkçülərin ruhu qarşısında milli varis missiyasını yerinə yetirdi.

Bəli, zaman var idi ki, Ermənistanda “beynəlxalq” erməni terrorizmi Heydər Əliyevi aradan götürmək üçün baş catladırdı. Hətta Daşnaksütun partiyası bəyan etmişdi ki: “Heydər Əliyev aradan götürülməzsə, Qarabağ bizə vətən yox, məhbəs olacaq”.

1960-cı illərdə ermənilərin özlərinə tarixi vətən saydıqları “Naxçıvan işğalı” planının məhz Əliyev tərəfindən alt-üst edilməsini yəqin ki, hec bir zaman unuda bilmirdilər. Bu fakta Naxçıvanın 90-cı illərdəki müdafiəsini də əlavə etsək, düşmənlərinin ona xüsusi baxışlarını açıqlamamaq da olar.

Hələ 69-cu ildən, yəni “Qarabağ” ssenarisinin çoxdan yazıldığını bilən Heydər Əliyevin milli ordu yaratmaq cəhdinin o zaman kimləri və niyə narahat etməsi, “müstəqil məmləkət” yuxusunu belə görməyənlərin (Moskvanın strategiyasına kölə olanların) qəzəbinin səbəbini də tam aydın edir.
Ata Əliyevin Kremldəki fəaliyyəti və təbii ki, Azərbaycan təəssübü onun ordakı düşmənləri ilə bərabər, xaricdəki erməni lobbisini, hətta içimizdəki Əliyevə qarşı yaradılmış qrupun “fəaliyyəti” də bir nəticə vermədi. Onun milli şüurun formalaşması naminə gördüyü bir sıra məsələləri nəinki inkişaf etməyə qoymayan, hətta düşməncəsinə ölkə üçün etdiklərinin tamamilə üstündən xətt çəkməyə müvəqqəti müvəffəq olanlar onu Kremldən uzaqlaşdırandan sonra da sakitləşə bilmədilər. Vaxtı ilə onun respublikada gördüyü dövlət əhəmiyyətli işlərə kölgə salmaq taktikasına keçdilər. Əslində, elə məqsəd də onun məhz bu dövlət üçün etdiklərini yox etmək idi.

...Hələ 70-ci illərdə, Heydər Əliyev Azərbaycanda hərbi məktəb yaratmaq istəyəndə Kreml mümkün maneələri yaradırdı. Aydın məntiqdir ki, hər hansı bir xalqın, dövlətin gücü onun ordusundadır. Orduda isə sadəcə inersiya ilə toplaşmış qeyri-peşəkarlar könüllülərlə deyil, mükəmməl hərbi təhsil və təcrübə keçmiş hərbçilər olmalıdır. Ordunun əsası isə onun zabit korpusu təşkil etdiyini, bu zabitlərin mütləq olaraq xüsusi təhsil və xüsusi təlim görməsi mütləqliyini gözəl bilən Heydər Əliyev Moskvanın qeyri-slavyanlara gizli olsa da qəddar fərqli münasibətinin tüğyan etdiyi bir zamanında türk (Azərbaycan) ordusunun mütləqliyi barədə düşünürdü. Kim bilməsə də o bilirdi ki, haçansa Azərbaycanın müstəqil bir dövlət olması, düşmənlərimiz üçün böyük təhlükə olacaq. Mərkəzin bu ideyanı - artıq həyata keçirdiyi layihəni dəstəkləməyəcəyini də bilirdi. Amma Əliyev - cəhd edərək, israr etməyi bacardı.

Heydər Əliyev milli hisslərlə yaşamağını qəti nümayiş etdirmədi. Əksinə, rəsmi olaraq ümumi sovet məkanın bir parçası olduğumuzu, daha sonra tolerant və beynəlmiləlçi olmağımızı təkrar-təkrar vurğulayırdı. O, düşündüklərini aşkar etməklə yox, milli kimliyini heç bir zaman unutmayan və bunu məharətlə qoruyan şəxsiyyət idi. Çünki Heydər Əliyev millətçi damğasının nə olduğunu gözəl bilirdi. Odur ki, nə vaxtsa özünü qorumağa vadar olacaq Azərbaycana milli şüur və milli kimlik əqidəli hərbçiləri formalaşdıracaq məktəb faktorunun ən mühüm iş olduğunu zamanında unutmadı.

“Əsas məsələ ondadır ki, belə hərbi istiqamətli məktəbin yaradılması mənim hələ o zaman gözlədiyim nəticəni indi çox uğurla doğruldur. İndi Naxçıvanski adına olan bu hərbi məktəb suveren Azərbaycanın milli ordusunun və hərbi kadrlarının bazasına cevrilib”.

Əslində, atılmış məhz bu addım Azərbaycanın tarixində dövlətçilik naminə mütləq görüləcək işin yekun mərhələsi idi. 1918-dən Əliağa Şıxlinski tərəfindən başlanmış milli hərbçi kadrların yetişməsi ilə bağlı məramın sona çatdırıla bilinmədiyini, sonra yenə də sovet məkanında H.Əliyevin milli hərbi məktəbin yaradılması və dondurulması faktı, nəhayət, yalnız və yalnız H.Əliyevin HƏRBCİLƏR yetişdirmək üçün əvvəl orta-daha sonra ali təhsil məktəbləri acaraq onu qorumağa qüdrəti çatdı. Azərbaycan üçün ən vacib, həlli çox müşkül olan işi təkcə o görə bildi. O istəyirdi ki, içindəki yiyəlik hissi ilə, Azərbaycanı qoruyacaq zabitlərin milliyəti Azərbaycan türkü, soyadları isə Əli, Vəli, Məmməd olsun.

Sonralar Müstəqil Azərbaycanın Prezidenti olan Heydər Əliyev deyəcəkdi: “...indi mən hərbi hissələrdə, döyüş bölgələrində, cəbhədə olarkən zabitlərlə rastlaşdım. Çoxları mənə tanışdır. Naxçıvanski adına hərbi məktəbin məzunlarının hamısı ilə görüşmüşdüm... Mən hər dəfə 13, 14, 15 yaşında oğlanların orda hərbi paltarda, hərbi intizamla, əsgəri addımlarla bizim önümüzdən kecib gedəndə bəzən gözlərimdən yaş gəlirdi. Mən onlara baxdıqca düşünürdüm ki, nə yaxşı biz bu işləri vaxtında görmüşük... Bu iş indi Azərbaycanın bu günü üçün nə qədər lazımmış!”

Bakıda yaratdığı və gizli “milli zabitlərdən ibarət milli ordu”ya yetişmək məqsədi daşıyan Hərbi məktəbin daha sonra Azərbaycanın şimal bölgələrinin birində filialının açılışı heç də tam olaraq onun istədiyi nəticəni vermədi. Əslində, verə də bilməzdi. Məkan düsturu diktə etməli idi. Milli kadrlardan yox-qeyri millətdən olan hərbçilər, əslində sovet ideologiyasına tabe olacaqdı. Bu addım milli şüura xidmət etmirdi. Heydər Əliyev də bunu vaxtında müşahidə etdi. Təbii ki, çox az sonra böyük səbr və manevrlə bu filial ləğv edildi. Nəticəsi uzun müddət ordumuzda izi qalsa da... zamanında ləğv edildi. Necə illik fasilədən sonra digər - daha məqsədə uyğun bir bölgəmizdə Hərbi məktəbin filialının açılmasına nail oldu. Məhz təmiz türk (azərbaycanlı) qanlı hərbçilər yetişdirmək üçün. Bəlkə də nə vaxtsa böyüklüyünü bərpa edəcək Azərbaycanın, bütün vətəndaşlarının uzaq saya biləcəyi Bakıda yox, strateji baxımdan vacib bilinən, məhz yerli hərbçi kadrların mükəmməl şəkildə artırılması üçün, məhz Naxçıvanda yaradıldı. Sonralar milli şüur və uzaqgörənlik kimi qəbul edilmiş bu qərar əslində onun üçün, gələcəyində ərazinin qoruyacaq insanların milli kökəninə sədaqətinə inam hissi idi.

Nəhayət, Kremldə tarixi düşmənlərimizlə üzbəüz, həm də tək qalan bu türk oğlu, tərksilah edildi. Vətəninə dönməyə məcbur olmağı da birmənalı qarşılanmadı.

Gəlin fikirləşək. 1970-75ci illərdə “H.Əliyev Qarabağ məsələsində bizimçün böyük maneədir” deyən düşmənlərimiz nədə “haqlı” idilər?

Heydər Əliyev hələ KQB-nin sədri kimi Azərbaycanın 1-ci katibi Vəli Axundova göndərdiyi 1967 il 26 iyun tarixli 10/579 №-li məxfi məktubda yazırdı:

“İyunun 23-dən 24-nə keçən gecə Stepanakertdə küçələrə erməni dilində “Dağlıq Qarabağın Ermənistana birləşməsini tələb edən” 300 vərəqə yayılıb ki, bu vərəqələrin müəllifinin axtarıb tapılması və mütləq cəzalanması üçün Stepanakertə əməliyyat qrupu göndərilmişdir. Nəticə etibarı ilə təqsirkarlar ciddi cəzalanmışlar”.

Və elə 1967-ci ildə Şuşada olan ata Əliyev erməni quldurlarının azərbaycanlıları qətlə yetirməsi ilə bağlı məsələni 15 gün araşdırdı. Şuşada 1905-1907, 1920-ci illərdə erməni-türk davaları nəticəsində viran edilmiş ev və abidələrin hələ də bərpa edilmədiyini gördü, söylədi, ancaq həyata keçmədiyindən sonralar özü bir başqa taktika ilə bu işi gördü.

QISA XRONİKA

60-cı illərin ortalarında Ermənistan SSR-də növbəti antiAzərbaycan hərəkatı qızışdı. Erməni daşnaklarının Qarabağ iddiaları öncə Naxçıvanda gerçəkləşməliydi. Dünyanın müxtəlif yerlərindən ermənilər “Tarixi vətənləri” Naxçıvana köçməli, yerli maddi mədəniyyət abidələrini erməniləşdirməli və Azərbaycanın bu qədim tarixi olan bölgəsini də Ermənistana birləşdirməliydilər. Bu niyyət XVlll əsrdə Andronikin Zəngəzur və Mığrını işğal etdiyi bir zamanda əsaslı şəkildə qoyulsa da, NAXÇIVAN tarixi qətiyyətlə bu tələdən qurtuldu.

20-ci ildə bolşeviklərin köməyi ilə Andronikin işğal etdiyi ərazilərə Zəngilanın Nüvədi kəndi də əlavə edilərək Azərbaycanı Azərbaycandan ayıraraq dəhlizi 46 km çatdırmışdılar. 1965-ci ilin aprelin 23-də uydurma erməni genosidinin 50, cəllad Andronikin isə 100 illiyinin Ermənistanda geniş qeyd edilməsi Qərbi Azərbaycandan azərbaycanlıların növbəti dəfə sıxışdırılıb, qovulmasına güclü təkan oldu. Bu ermənilərin illər boyu apardığı mübarizənin nəticəsi idi. Hətta erməni mətbuatında “Biz Azərbaycana daha nəyi güzəştə getməliyik? Onsuz da tarixi torpaqlarımızın bir hissəsi kimi Naxçıvanın da azad edilməsini yarıda dayandırdıq, onları türklərə güzəştə getdik”... kimi fikirlərini acıq-acığına bildirərək, əməli olmasa da tarixi müharibəni bizdən fərqli olaraq beyinlərdə aparırdılar. 1969-cu il 7 may tarixli qərarı ilə isə sərhəd rayonlarında 2 min hektardan çox Azərbaycan torpaqlarının Ermənistana verilməsi haqqında hələ 1938-ci ildə verilmiş qərarı təsdiq etdi. Lakin az sonra Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyev bu qərarın icrasına yol vermədi.

Maraqlı budur ki xarici ölkələrdəki erməni diasporu baş verənlərə rəğmən, Qarabağ torpaqları naminə antiazərbaycan, əslində isə antitürk təbliğatını bütün üsullarından istifadə edirdilər. Ata Əliyevin bütün cəhdlərə qarşı ağır artilleriya gücünü ona bağışlaya bilmirdilər. İstər gizli, istər aşkar mərkəzə, Kremlə əsassız şikayət, böhtan yağdırırdılar. Bu, ata Əliyevi ehtiyatlı olmağa bir daha sövq etsə də, ermənilərin nələrə qadir olmasını xəbərdarlığını da edirdi.

Ata Əliyev 1920-ci ildə N.Nərimanovun etdiyi və daha sonra kimsənin (heç bir rəhbərin) etmədiyini nümayiş etdirdi. 1970-ci illərdə aşkarcasına Şuşa məscidinə getdi və ərazi aborigenlərinin dini mənsubiyyətini açıq vurğuladı.

Xüsusi qeyd edilməli hadisə isə Azərbaycanın böyük və klassik şairləri Vaqifin, Natəvanın yaşadığı yerlərin abadlaşdırması oldu. Bu adi abadlıq, ya klassik mədəniyyətə verilən qiymət, ya xidmət deyildi. Bu, Qarabağın Azərbaycanın qədim diyarı olması, bu qədim diyarın isə, əbədi və əzəli paytaxtının isə Şuşa şəhəri olmasının təsdiqi idi. Bu tarixi təsdiq isə özündən əvvəl və sonrakı gələcək üçün vacib zaman mərhələsi idi.

Elə 70-ci illərdə Qarabağın qədim paytaxtının Şuşa olmasının rəsmi ideoloji səviyyədə etirafına ehtiyac yaranmışdı. Yenə də məhz ermənilərin Qarabağın Ermənistana birləşməsi məsələsində xüsusi israr etdiyi bir vaxt idi. Ata Əliyev Sovet-İran münasibətlərinin soyuqluğundan istifadə edərək, Şuşada möhtəşəm bir tədbir keçirərək, Qacarın yürüşü vaxtı Qarabağ xanının xarici siyasət üzrə ən məsul şəxsi - vəzir Vaqifi Qarabağın Rusiyaya xüsusi xoş münasibətinin yaradıcı kimi təqdim etdi. Əslində ata Əliyevin ərazinin yiyəlik hissini özündə saxlayanın milli kimliyini təsdiq etməsi işini gördü. Əlbəttə, ilk baxışda onun etnik mənsubiyyəti deyil, fəaliyyəti və şair istedadı təbliğ edilirdi. Əlavə etsək ki, şair Vaqif Molla Pənah soyadlı idi, onda ermənilərin VƏTƏN bildikləri ərazidə tarixi şəxsiyyət kimi TÜRK oğlunun etnik mənsubiyyətini göstərmək idi. Böyük şairin böyük yubileyindən başqa bu, məkan və coğrafiya təsdiqi, artıq strateji və ideoloji iş idi. Özü də əvəzsiz iş idi.

Eyni zamanda ŞUŞADA ata Əliyev öz çıxışında belə bir mesaj da verdi: “Azərbaycanın ən qədim şəhərinin - Şuşanın özündən də qədim, zəngin tarixi vardır…”

Daha maraqlı bir məqam gizli qatda Dağlıq Qarabağa milli ruhun qaytarılması idi. Bu ərazilərdə məhz qədim iz - məkan və mədəni izlərin öyrənilməsi ən azı coğrafi sahiblik iddiasına xidmət idi ki, ata Əliyev bunu həddən ziyadə peşəkarlıqla, qabardılmayan sahiblik hissi ilə çox asta həyata keçirirdi. 1969-cu ildə Azərbaycanlı arxeoloq Hüseynov tərəfindən kəşf edilən, qədim tarix nümunəsi kimi SSRİ də 1-ci, Dünyada 4-cü qədim yaşayış məskəni Azərbaycandakı Azıx mağarası haqqında sənədli filmin çəkilməsi də unudulmayıb... 70-80-ci illərdə onun dünyada nümayişində çox israrlı olan ata Əliyev, həm də bu mağarada Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbələrinin təcrübə keçməsini də tövsiyə edirdi. Bu tövsiyə bir tapşırıq kimi yerinə yetirilirdi. Vətəninin ucqarlarındakı maddi mədəniyyəti gözləriylə görüb mənimsəmək, milli kökənini, tarixini, ruhunu formalaşdırmaq imkanı bir tapşırıq kimi verilmişdi. Təbii ki bu tapşırığı hamı birmənalı dərk edə bilməzdi. Gizli məqsəd daşıyan bu işlər açıqlama tələb etmirdi, məmləkətinə sahiblik hissi gətirirdi.

Və Əliyevi bu cür icra daha çox qane edirdi.

Bu taktik gedişlər zamanı isə Əliyev 1981-ci ilin oktyabr ayında Az. KP MK və Nazirlər Sovetinin qəbul etdiyi “Azərbaycan SSR-də şəhərsalma, arxitektura və arxeologiya abidələrinin mühafizəsi və bərpasını daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərarından sonra xüsusi olaraq Azıx mağarasının mühafizəsi gücləndi. Başqa sözlə desək, Azərbaycana aid mədəni abidənin, bir az da dəqiqləşdirsək, TARİXİNİN qorunması təmin edildi... Şübhə edilmir ki, ermənilər böyük həvəs və məmnuniyyətlə bu izi siləcəkdilər. Daha sonra, Şuşanın tarixi ilə bağlı ata Əliyev mütləq bildiyi hələ indilərdə tamlığı ilə açılması və dərk edilməsi mümkün olan bir xeyli vacib işlər gördü ki, ermənilərin Əliyev soyadlı bu türk oğlunu sevməməkləri üçün əsas faktor oldu.

Ata Əliyev Vilayətdə sabahkı gün üçün ən vacib olan Tarixi İrs – Tarixi İZ məsələlərinə xüsusi diqqət ayırdı. O Şuşadadakı “Qala divarlarının” bərpasına xeyli vəsait ayırdı. Vilayətin ucqar kəndlərində duruş gətirib qalan türk əhalisinin - yəni azərbaycanlıların rayon mərkəzi ilə mütəmadi əlaqəli qalması üçün heç vaxt yolu olmayan kəndlərə belə yollar çəkdirdi. Məktəblər birinci növbədə olmaqla, ictimai-sosial-məişət obyektlərinin tikilməsi ilə həyat şəraitinin yaxşılaşması işini gördü. Bu isə demoqrafik inkişaf demək idi.

O Yuxarı Qarabağın Aranla əlaqəsi, digər Azərbaycan rayonlarına marşrutların müxtəlifliyi, regionların birləşməsi, iqtisadi cəhətdən sıx əlaqələr üçün strateji işlər gördü. Kommunikasiyaların sayını artırdı. İdeoloji ilə stratejini birləşdirdi. Bu isə artıq tarixi xidmət idi.

Ermənilər H.Əliyevə qarşı ittiham təbliğat kampaniyasını şiddətləndirdi, onu qatı türkçü adlandıraraq, Azərbaycanda pantürkist məktəblər, millətçi alimlər yaratmaqda günahlandırırdılar. Hətta Muradyan soyadlı erməni Qorbaçova ünvanlandığı məktubda: “Əliyevin müttəhimlər kürsüsündə otumasını” tələb edərək, yazırdı: “Əliyev, siz Naxçıvanda, Dağlıq Qarabağda və Azərbaycanda ermənilərin yaşamasına qəsdən imkan yaratmırdınız. Siz Respublika KP MK-nin birinci katibi vəzifəsində işlədiyiniz müddətdə Müsavat hökumətinin, sonradan isə Azərbaycan SSR-nin partiya-hökumət rəhbərliyinin 1920-1987 illərdə həyata keçirdiyi ermənilərə qarşı sərt etnik siyasəti daha çox gücləndirdiyiniz üçün cəzalanmalısınız. Əlyev! Yuxusunda belə ermənilərə yer olmayan Bosfordan Baykaladək böyük TURAN görən sizi və Z.Bünyadovun yaratdığı pantürkist tarix məktəbini necə zərərsizləşdirmək olar?”

H.Əliyev bütün bu iddia və nifrətin qarşısını tək alırdı, bu böhtan qarşısında da tək qalırdı. Ağılla, məharətlə hədələrin, iftiraların, hətta terrorun qarşısını kəsirdi. Elə buna görə də ata Əliyev zamanında ermənilər nə Dağlıq Qarabağ, nə də Naxçıvan istəklərini həyata keçirə bilmədilər. Erməni millətçiliyi qızıl dövrünü yaşamaq üçün misilsiz güc sərf etdiyi halda böhrana düşmüşdü - səbəb ancaq və ancaq Əliyev idi. Ata Əliyev Moskvaya - mərkəzə gedəndə də Dağlıq Qarabağ məsələsini xüsusi diqqətdə saxlamağı tapşırsa da, bu tapşırıq unuduldu. Və ata Əliyev Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən istefasından çox qısa müddət sonra ermənilər Dağlıq Qarabağ məsələsini qaldırmağa, öz xeyirlərinə həll etməyə, beləliklə Azərbaycan faciəsi yazılmasına müvəffəq oldular.

Zaman isə çox qəribə və gözlənilməz halda çarxını tamam başqa bir səmtə yönəltdi. Dünyaya AD olaraq məhz onun əli ilə yazdığı məmləkətinin paytaxtına dönməyə vadar olan Əliyev, özünü “xalq nümayəndələri” adlananların çılğın müqavimətinə tab gətirməyə, nə isə sübut etmək üçün fiziki gücü çatmadığı bir vəziyyətdə, şəxsiyyət qürurunu qorumağa məhkum oldu. Ölkəyə atalıq edəcək bu İNSAN - Heydər Əliyev Bakıda qala bilmədi. O, düşmənlərimizin Azərbaycandan qoparıb zorla ayırdığı Azərbaycana - öz kiçik yurdu Naxçıvana getməyə məcbur oldu.
Bu, ermənilərin çoxdan göz dikdikləri Naxçıvanda kəskin bir dönüş yaratdı. Torpaqlarının ermənilər tərəfindən işğalına, ardı-arası kəsilməyən qaçqınların Qərbi Azərbaycan torpaqlarından - Ermənistan adlanan respublikadan və Qarabağdan qovulmasına imkan vermiş Azərbaycan hakimiyyəti, onsuz da ondan təcrid edilmiş Naxçıvanın hayında deyildi. Naxçıvan isə hər tərəfdən mühasirədə idi. Naxçıvanın ən çətin vəziyyətində H.Əliyevin orda olması evin atasının, yəni güc, inam dayağının olması demək idi.

Əliyev zamanının ən doğru addımını atdı - vaxtı ilə Araz-Türk respublikası taleyini yaşayan babalarının yolu ilə gedərək, kömək üçün bütün türklərin yeganə istinadı olan Türkiyəyə əl uzatdı. Türkiyə tariximizin bütün səhifələrində olduğu kimi qardaş missiyasını yerinə yetirməkdən çəkinmədi. Çox çətin vəziyyətdə olan Naxçıvana yenə də yardım, dəstək verdi.
Ümid körpüsü ilə, Naxçıvana doğrudan da ümid gətirdi. Ən çətin zamanında türk yurdunun ən təmiz, müxtəlif etniklərə və siyasi çirkaba bulaşmamış bölgəsinə gələn Əliyev, artıq xalqının içində daha böyük güc yığdı. Və özünəməxsus siyasətlə Naxçıvandan başlayaraq yiyəlik hissinin oyatmaq, ərazi bütövlüyünü qoruyaraq, vassallıqdan imtina edə bilmək gücünü - general taktikası ilə həyata keçirməyə başladı... Çox az sonra da buna nail oldu.

Müstəqil məmləkət olan Azərbaycan ayaq üstə çətinliklə dayanırdı. Tez-tez büdrəyib, göz yaşları tökərək, ruhunu saxlayıb, ərazilərinin işğalına müqavimət göstərməyə gücü çatsa da, digər GÜClərə iradə nümayiş etdirə bilmirdi. Üstəlik, daxili dartışmalar - iddialar, maraqlar da toqquşurdu. Bu da kənarda dayanıb baxan düşmənin ürəyincə idi. Başıpozuqluq, siyasi və mənafe birliyi olmayan bir yurdu parçalamaq üçün münasib zaman yaranmışdı. Məmləkəti – hamını eyni hədəfə yönəltmək qüdrəti, bütün tərəfləri ümumi mənafe naminə bir məsləkə yönəltməyə vadar edən bir NÜFUZ mütləq idi. Bu - SON GÜMAN idi.

Müstəqilliyini əldə edən bu məmləkət, öz dövlət maşınını qura bilmirdi. Ərazilərinin 20%-nin işğalı, iqtisadi sıxıntı, elan edilməmiş müharibədə hərbi məğlubiyyət, əhalisinin məcburi qaçqın və köçkün düşməsi, soyqırımlara məruz qalması, satqınlıqla hakimiyyət mübarizəsinin ərazi bütövlüyünə qalib gəlməsi... bütün bunlar “Müstəqillik” sevincindən çox, acı “sahibsizlik” aqibəti gətirirdi. Xalq isə tam oyanmışdı. Artıq onu nə pafoslu sözlər, nə quru ümidlər, nə də acizlikdən doğan göz yaşları qane etmirdi. Bu “milli təhlükəni” görməyən rəhbər məhv olmaq, ya da vassallıqda yaşamaq istəməyən xalqı etiraza, üsyana vadar etdi. Xalq öz faciəsinin əsas kökünü anladığından, “rəhbər”dən Şərəf, Ləyaqət tələb etməsinə baxmayaraq, dəyişən rəhbərlər acizlik nümayiş etdirirdilər... Zaman doğrudan da çətin zaman idi. Azərbaycan tarixinin ən ağır günlərində, ölkənin ciddi sınaqlar qarşısında çaşqın qaldığı bir dövr idi. Azərbaycanın vətənpərvər ziyalıları isə artıq diz üstə çökmüş Azərbaycanı ayağa qaldırmaq, mütləq Yeni ideologiya və bu labüd ideoloji müharibəyə sərkərdə-başçı seçilməsi qərarına gəlmişdi. Təbii ki, bu “başçı” artıq dəfələrlə inamında sınmış xalqın etibar edə biləcəyi “Şəxsiyyət” olmalı idi. “Azərbaycan sizin sözünüzü gözləyir!” müraciəti isə Heydər Əliyevə ünvanlanmışdı. O Əliyevə ki, Moskvadan sonra ancaq doğulduğu torpaqda - Naxçıvanda yaşamağa məcbur idi. O Əliyevə ki, Naxçıvanda “ata yurdu qorumaq” məhkumluğunda qalmışdı.

Azərbaycanın taleyini düşünən nüfuzlu şəxsiyyətlərinin imzaladıqları müraciətdə Heydər Əliyevə
ölkənin xilası üçün, məhz onun, yeni ideologiyaya və onun yeni siyasi partiyasına rəhbərlik etməsini xahiş etdilər. Böyük təcrübəyə malik, kimsənin inkar etməsi mümkünsüz olan, böyük dövlət xadimi Heydər Əliyev, blokada şəraitində qalmış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi.

Əslində, Heydər Əliyev xalqın içində idi. H.Əliyev millətinin içində milli oyanış, milli qurtuluş mərhələsini keçirdi. Azərbaycan dövlətçiliyini gözləyən erməni işğalçılarına qarşı mübarizədə milli həmrəyliyin olmamasının acı nəticəsi çox tez göründü. Hətta acınacaqlı məğlubiyyətlərdən doğan - stixiyalı birlik belə lazımı effekt vermirdi. Milli birliyin böyük ideologiyası və inamsızlıqdan, ya ki düşüncə fərqliliyindən pərən-pərən düşmüş bu ərazinin türklərinə atalıq edə bilən böyük NÜFUZa ehtiyac son həddə çatmışdı.

Bu elə bir nüfuz olmalı idi ki, millətin xilası, ərazinin qorunması naminə etdiyi çağırışında yaşından və siyasi təbəqəsindən asılı olmayaraq hamını onunla hesablaşmağa məcbur edə bilsin.

Bu nüfuzu isə, Əliyev Naxçıvana qayıtdığı ilk gündən qazanmışdı.

1991-ci ilin dekabrın 16-da Naxçıvan MR Ali Məclisini hər il dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunması kimi qərar verdi. 1991-ci il dekabrın 31-də Ali Məclisin sədri H.Əliyevin təşəbbüsü ilə birinci dəfə Naxçıvanda müxtəlif ölkələrdən gəlmiş azərbaycanlıların iştirakı ilə bayram edilmişdi. 1993-cü ildə yenə Əliyevin təşəbbüsü ilə bu qərar Azərbaycan Respublikasının dövlət iradəsi ilə də təsdiq edilərək qeyd edildi. Atalıq missiyasını davam etdirən Əliyev bütün səfərlərində dünyada yaşayan bütün azərbaycanlılara milli birliyin formalaşmaqda olan, çox mürəkkəb siyasi və coğrafi məkanda müstəqilliyini saxlayan bir dövlətin bütün azəri türklərinə ehtiyacı olduğunu dönə-dönə vurğulamışdı.

Ağlagəlməz mürəkkəb siyasi ambisiyalar içində bulunan Azərbaycan 2-ci dəfə müstəqilliyini
itirmək təhlükəsinin son addımlığında idi. Daxili parçalanma məhkumluğu, daha başqa vassallıqlar, yeni ərazilərin itirilməsi... mütləq idi .

ATA missiyasını boynuna götürən Əliyev, konkret problemlərin həlli üçün bütün yolları eşitdi, düşündü və zamanın onun xeyrinə işləyə biləcək məchulluğuna qalib gəldi.

Onu QALİB edəcək özünəməxsus ADDIMını atdı.

Bu addım onun ən müdrik ,ən dəqiq və vaxtında hesabladığı ən böyük addım idi.

Xalqın içində... məxsus olduğu millətin yanında olaraq, birgə atılacaq addımını!
O, yalnız o, mövcud şəraitə müqavimət kimi, dünyanın müxtəlif ölkələrinə səpələnmiş 50 milyonluq böyük Azərbaycan xalqının ayağa qalxıb, öz haqqını tələb etməyə çağırdı. Bu isə... hələ Azərbaycan tarixində ilk dəfə bütün dünyaya verilən ilk sərt mesaj idi.
Heydər Əliyev dünyada modelləşmə getdiyi halda, etnik təyinatın qəbul olunmadığını da gözəl bilirdi. Ata Əliyev məmləkətinin gələcəyini düşünərək, onu müxtəlif zərbələrdən qorumaq üçün bir çox taktikalar tətbiq etməklə bərabər, xüsusi manevr də etməyi lazım bildi. Azərbaycanın bir dövlət kimi qıcıq oyatmaması üçün Əliyev, müdafiə kompleksi olaraq, dünyaya özünü və ölkəsini konkret – Azərbaycan dili, Azərbaycan milləti kimi, Azərbaycan maraqlarından təqdimatını etdi.

Bizə hələ çox vaxt gərək olacaq ki, onun etdiklərinin mənasını dürüst başa düşək. Ən vacib məsələləri qabartmadan, xüsusi işıq salmadan sadəcə həll edərdi.

Xüsusi vurğulanması mütləq olan fakt isə, hədsiz səy bahasına hər bir azərbaycanlının taleyində
Heydər Əliyev dühasının milli strategiya kimi qəbul etdiyi, yiyəlik hissinin dirçəlməsı faktıdır. Bu tək yaşadığımız 10, ya 100 illik zaman üçün deyil...əbədi və əzəli Azərbaycan və Azərbaycançılıq
naminə, nəsillərin şüurunda cücərəcək, əzəmətli bir ağacın toxumu idi. Biz azərbaycanlıların
N.Nərimanovun, M.Ə.Rəsulzadənin, hətta Ə.Elçibəyin bütün milli, ideoloji, hətta az zaman
üçün olsa da, əməli “müstəqillik hissi və müstəqil ölkənin müstəqil vətəndaşı olmaq qürurunun”
nə olduğunu şüurlarımıza damızdırması faktdır. Lakin bu milli kimliyi və müstəqilliyi qoruya
biləcək savaşlarda məğlub olmağımız - sərt səslənsə də, tarixi həqiqət idi.

Təxminən bir əsrə qədər zaman məsafəsindən sonra... qüdrəti, zəkası, təcrübəsi və siyasi gücü ilə millətinə “atalıq” etmək missiyasını çiyinlərində daşıyan ata ƏLİYEV, özünə qədərki aqibətlərdən tam fərqli mövqe tutaraq, vahimə və təşviş burulğanında, xəyanətlər içində vətəndaşmüharibəsi, etnik toqquşmalardan yolunu itirmiş xalqın toxtaması üçün ZAMAN əldə etdi.

Məhz 1993-cü ilin iyunundan H.Əliyev Azərbaycanda qurtuluş mərhələsinə başladı.

Dövlətin idarə sükanı “son ümid” sayılan müdrik ATAnın əlində idi...
Devamını Gör »

Qadınlar sualtı qayıqlara enirlər

Dünyada qadınlar ilk dəfə sualtı qayıqlarında həqiqi hərbi xidmət keçəcəklər. 

XezerXeber-in “mignews.com” saytına istinadən verdiyi məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin 18 qadın zabiti sualtı qayıqlarda hərbi xidmətlə bağlı hazırlıq keçməyə başlayıblar.

Qadın zabitlərdən 9 nəfəri artıq bu ilin noyabrında sualtı qayıqlarda xidmətə başlayacaqlar. Digər 9 nəfər isə atom sualtı qayıqlarda hərbi xidmətlə bağlı əlavə kurs keçəcək və gələn ilin fevralında xidmətə başlayacaqlar.
Devamını Gör »

Bin Laden cinsi gücünü artırmağın da qayğısına qalırmış...

Evində təbii “Viaqra” tapıldı, 29 yaşlı arvadı danışdı

“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin Pakistanın Abodabad şəhərindəki evində dərman dolabında cinsi gücü artıran qarışıq aşkarlanıb.

XezerXeber-in “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, dərman qarışığı arasında olan “Avena” cinsi istək və gücü artırmaq məqsədi ilə istifadə olunur. Bir sözlə, bu qarışığı əsl təbii “Viaqra” saymaq olar. Üsamə bin Ladenin böyrək xəstəsi olduğu söylənsə də, onun 29 yaşlı arvadı Əməl Pakistan hüquq-mühafizə orqanlarının suallarına cavab olaraq bildirib ki, əri zəif, yaxud çəlimsiz olmayıb. 17 yaşında olarkən Üsamə bin Ladenlə evlənmiş yəmənli Əməl Üsamə bin Ladenin 10 il əvvəl 2 böyrəyindən əməliyyat olunduqdan sonra tamamilə sağaldığını qeyd edib. Onun sözlərinə görə, Üsamə bin Laden dializə getməyib, daha çox qarpız yeyərək sürətlə sağalıb.

Əməl amerikalı xüsusi təyinatlılarının mayın 2-də gecə keçirdiyi əməliyyat barədə də danışıb: “Silah səslərini eşidəndə işıqları söndürüb, yatağa girmişdik. Üsamə bin Laden “AK-47” markalı avtomatını götürməyə çata bilmədi, vuruldu”.
Qeyd edək ki, Əməl əməliyyat zamanı ayağından vurulub.
Devamını Gör »

Baş nazir “Fukusima-1”də böhran başa çatanadək maaş almayacaq

Yaponiyanın baş naziri Naoto Kan qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasında böhran sona çatana qədər maaş almaqdan imtina edib.

“Kiodo” agentliyinə istinadən verdiyi məlumata görə, Naoto Kan deyib ki, deputat kimi parlamentdən aldığı maaşla dolanır.

O bildirib ki, AES-i idarə edən TEPCO şirkəti kimi hökumət də qəzaya görə məsuliyyət daşıyır: “Nazirlər Kabineti atom enerjisini inkişaf etdirmək kursunu əsas götürüb. Mən də məmur kimi bu strategiyaya görə məsuliyyət daşıyıram və xalqımdan üzr istəyirəm”.

XezerXeber-in
Devamını Gör »

Maradona üçün yeni iş

Bir müddət öncə İsveçrənin “Ksamaks” futbol klubunu alan çeçenistanlı sahibkar Bulat Çaqayev Argentina milli komandasının keçmiş baş məşqçisi Dieqo Maradonaya futbol klubunda rəsmi nümayəndə vəzifəsini təklif edəcək.

“Le Matin” nəşrinə istinadən verdiyi məlumata görə, Maradona klubun baş məşqçisi də təyin oluna bilər.

51 yaşlı argentinalı mütəxəssisin konkret səlahiyyətlərinin nədən ibarət olacağı məlum deyil. Çaqayevlə Maradona arasında danışıqlar mayın 12-də “Ksamaks”ın oynadığı Nevşatel şəhərində aparılacaq. Bu görüş Rusiyanın Qroznı şəhərində “Terek” futbol klubunun yeni stadionunun açılışına həsr olunmuş yoldaşlıq matçının ertəsi gün baş tutacaq. Maradona da həmin oyunda iştirak edəcək. “Terek”in vitse-prezidenti məhz Çaqayevdir.

XezerXeber-in
Devamını Gör »

Yazıçı Anara Heydər Əliyev Mükafatı verildi

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Yazıçılar Birliyinin sədri Anara Heydər Əliyev Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.

“AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, Anar Rzayev bu mükafata Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb.

XezerXeber-in
Devamını Gör »

Gədəbəy Rayon Məhkəməsinin hakimi işdən çıxarıldı

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Gədəbəy Rayon Məhkəməsinin hakimi Hüseyn Tariyel oğlu Hüseynovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb.

XezerXeber-in
“AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, Hüseyn Hüseynovun vəzifədən azad edilməsinə qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozması səbəb olub.
Devamını Gör »

“Microsoft” “Skype”ni aldığını təsdiqlədi

“Microsoft” şirkəti “Skype” internet-servisini aldığını təsdiqləyib. 

XezerXeber-in “Uolt Strit Cournal” nəşrinə istinadən verdiyi məlumata görə, bu barədə “Microsoft”un saytında rəsmi məlumat yerləşdirilib.

“Microsoft” “Skype”-ni 8,5 milyard dollara alacağını açıqlayıb. Hər iki şirkətin Direktorlar Şurası da bunu təsdiqləyib. “Skype” “Microsoft”-un tərkibinə ayrıca bölmə kimi daxil olacaq. “Microsoft”un tabeçiliyinə keçdikdən sonra da “Skype”nin rəhbəri Toni Beyts postunda qalacaq.
Devamını Gör »

Bir düymə ilə bütün qapı-pəncərələri betonlanan ev – FOTO

Polşanın paytaxtı Varşavada bütün təbii fəlakətlərdən qorunmaq və arzulanmayan qonaqlardan can qurtarmaq üçün xüsusi bir ev tikilib.

XezerXeber-in “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, ev 2 min 500 kvadratmetr ərazidə inşa edilib. Ev sahibinin pultun 1 düyməsini basması ilə özünü “dəyişir”. Beton lövhələr evi örtür, bütün girişlər bağlanır. Evin memarları Robert Konieczni və Marcin Jojkodur. Memarlar evin qiymətini açıqlamayıblar.
Devamını Gör »

7 May 2011

“Əli Yavaşın “Qəbələ” ilə hələ 3 illik müqaviləsi var”

“Futbol akademiyamıza rəhbərlik edən Əli Yavaşın Türkiyənin “Qalatasaray” klubuna qayıdışının mümkünlüyünə dair məlumatlardan mətbuat vasitəsilə xəbər tutmuşuq”.

Bu sözləri Lent.az-a açıqlamasında “Qəbələ” klubunun meneceri Zaur Əzizov deyib. Əzizov bildirib ki, Yavaşla “Qəbələ” arasında bu yaxınlarda 3 illik yeni müqavilə bağlanılıb. Başqa sözlə, türkiyəli mütəxəssis 2014-cü ilin oktyabrınadək Azərbaycan klubunun futbol akademiyasına rəhbərlik edəcək. Digər tərəfdən, “Qəbələ” rəsmisinin fikrincə, “Qalatasaray”da mayın 14-də keçiriləcək seçkidə məhz Turqay Kıranın prezident seçiləcəyini indidən söyləmək mümkün deyil. Çünki bu vəzifəyə daha 3 şəxs - Ünal Aysal, Mehmet Helvacı və Cemal Özgörkey də iddialıdır.


Qeyd edək ki, Turqay Kıranın “Qalatasaray” prezidenti seçiləcəyi halda Əli Yavaşı qaytarmaq istədiyini “Hürriyet” qəzeti yazıb. Kıran Yavaşı “Cim-Bom”un aşağı yaşlılardan ibarət komandasının başına gətirmək istəyir. Bu da təsadüfi deyil. Çünki türkiyəli mütəxəssis əvvəlki fəaliyyəti dövründə “Qalatasaray”a Arda, Uğur Uçar, Fərhad, Aydın kimi istedadlı futbolçular qazandırıb.
Devamını Gör »

“Xəzər Lənkəran” Rövşən Əhmədovun 20 səhvini aşkarlayıb

“Xəzər Lənkəran” futbol klubu NBC Bank Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində “Bakı” ilə keçirilən cavab oyununun baş hakimi Rövşən Əliyevin idarəçiliyindən narazı qalıb. 

XezerXeber-in məlumatına görə, ötən gün AFFA prezidenti Rövnəq Abdullayevə müraciət edən Lənkəran təmsilçisi indi də Əhmədovun görüş ərzində verdiyi mübahisəli qərarların videoçarxlarını rəsmi saytında yerləşdirib.


Videoçarxların sayı isə nə az-nə çox, düz 20-dir. “Xəzər Lənkəran” həmin epizodlarda baş hakimin qərarlarının yanlış olduğunu iddia edir.
Devamını Gör »

Azərbaycan “Eurovision-2011”in finalına çıxacaq

Hər il olduğu kimi, bu il də “Eurovision” müsabiqəsini işıqlandıran çoxsaylı jurnalistlər, eləcə də müsabiqənin pərəstişkarları arasında səsvermə həyata keçirilir.

APA-nın Düsseldorfa ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, yarımfinal öncəsi səsvermə yarımfinallarla əlaqədar, final öncəsi isə finalın nəticələri ilə bağlı keçirilir. Avropa mediasının və fanatların rəyinə görə, Azərbaycan artıq final mərhələsinə vəsiqə qazanıb. Hətta ölkəmiz mayın 10-da keçiriləcək I yarımfinalda 19 təmsilçi arasında səsverməyə görə birincidir. Avropa mediasının fikrincə, I yarımfinalda iştirak edəcək 19 ölkədən Azərbaycanla yanaşı, Rusiya, Norveç, Türkiyə, Yunanıstan, Macarıstan, Polşa, Ermənistan, Serbiya, İslandiya finala keçəcək.


Mayın 12-də keçiriləcək II yarımfinalın səsverməsinə görə isə, İrlandiya, İsveç, Bosniya və Hersoqovina, Danimarka, Estoniya, Avstriya, Rumıniya, Ukrayna, İsrail, Latviya finalda çıxış etmək hüququ qazanacaq.

Qeyd edək ki, hər yarımfinalda 19 ölkə finala çıxmaq uğrunda mübarizə aparacaq. Hər yarımfinaldan isə 10 ölkə mayın 14-də baş tutacaq final mərhələsində iştirak etmək şansı qazanacaq. “Eurovision-2011” müsabiqəsində ümumilikdə 43 ölkə iştirak edir və bu ölkələrdən beşi birbaşa finalda çıxış edir.
Devamını Gör »

Xarici İşlər Nazirliyi əməkdaşları üçün oyun təşkil edir

May ayının 9-da Şahmat Klubunda (12:00-15:00) Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə diplomatik xidmət orqanları əməkdaşları üçün birinci Brain Ring intellektual oyunu təşkil olunacaq.

XezerXeber-e XİN-dən daxil olan məlumata görə, oyunun keçirilməsində məqsəd diplomatların asudə vaxtlarının səmərəli təşkili və intellektual biliklərinin inkişaf etdirilməsidir.


Qeyd edək ki, sözügedən oyun komanda formatında (4 nəfərdən ibarət) 3 mərhələdə (1/4, 1/2 və final) və olimpiya sistemi ilə keçirilir. Oyun XİN-nin müvafiq idarələrinin əməkdaşlarından ibarət olan Təşkilat Komitəsi tərəfindən (Anar Mütəllimov, Natiq Baxışov, Emil Səfərov, Yalçın Rəfiyev) keçirilir. Oyunun aparıcısı N.Baxışov, hakimlər A.Mütəllimov, E.Səfərov, Y.Rəfiyevdir.


Oynanılan suallar başlıca olaraq məntiqi xarakter daşıyır və tarix, ədəbiyyat, incəsənət, idman – bütünlükdə ümumi dünya görüşü ilə əlaqəlidir.


Yarışda 8 komanda iştirak edəcək. Qaliblər kubok və XİN-nin rəhbərliyi tərəfindən imzalanmış diplomla mükafatlandırılacaq.
Devamını Gör »

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də “İctimai Şura” yaradır

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qurumun nəzdində “İctimai Şura” yaradılması barədə qərar qəbul edib. 

XezerXeber AzərTAc-a istinadən xəbər verir ki, “İctimai Şura”da ƏƏSMN, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı və özündə 600-dən çox vətəndaş cəmiyyəti institutunu birləşdirən Qeyri-Hökumət Təşkilatları Milli Forumu təmsil olunub - “İctimai Şura” 4 işçi qrupdan ibarət olacaq: dövlət sosial yardımları; dövlət sosial xidmətləri; əlilliyin müəyyən olunması, əlilliyi olan insanların tibbi-sosial reabilitasiyası; işsiz və işaxtaran vətəndaşlar üçün sosial müdafiə tədbirləri.


Səslənən təklif və tövsiyələr nəzərə alınmaqla “İctimai Şura”nın nizamnaməsi və fəaliyyət istiqamətlərinin hazırlanması barədə qərar qəbul edilib.
Devamını Gör »

ABŞ-da iki müsəlman təyyarədən endirildi

ABŞ-da iki müsəlman dini liderin mindiyi təyyarənin pilotları təyyarəni idarə etməkdən imtina edib. 

XezerXeber-in Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, ABŞ-ın Memfis Universitetində ərəbcə köməkçi elmi işçi olduğu bildirilən Masudur Rəhman və onunla birlikdə səfər edən dindar dostu təyyarədən endirilib. Rəhman ənənəvi hind geyimində, dostu isə ərəb geyimində olub. Rəhman bildirib ki, əvvəlcə onların hər ikisini təyyarədən endiriblər, lakin bir müddət sonra səfər etmələrinə icazə verilib.
Devamını Gör »

Ramil Usubov Gəncədə vətəndaşları qəbul etdi

Vətəndaşların polisin fəaliyyəti ilə bağlı müraciətlərinin əksəriyyəti yerindəcə həll edilib

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun martın 15-dən başlayaraq bölgələrdə vətəndaşlarla keçirdiyi görüşlərin növbətisi baş tutub. Daxili İşlər Nazirliyindən Lent.az-a daxil olan məlumata görə, nazir mayın 7-də Gəncə şəhərində olub və vətəndaşları qəbul edib.


Həmin gün Şəhər Polis İdarəsində Gəncə şəhəri, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy və Qazax rayonlarının bir qrup sakinini qəbul edən nazir müraciətləri şəxsən dinləyib, onların dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyəti üzrə Baş İdarə və xidmət rəislərinə müvafiq tapşırıqlar verib.


Daxili işlər naziri tərəfindən qəbul edilən 33 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə həll edilib. General-polkovnik Ramil Usubov qalan ərizə və şikayətlərin də mövcud qanunvericilik çərçivəsində obyektiv şəkildə araşdırılacağını və konkret tədbirlər görüləcəyini bildirib.
Devamını Gör »

6 May 2011

Kəmaləddin Heydərov Polşa səfiri ilə görüşüb

Mayın 6-da fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Polşanın Azərbaycandakı səfiri Mixal Labendanı qəbul edib. 

XezerXeber-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda, nazirlik tərəfindən həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. O, həmçinin, fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları ilə, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb.


Səfir də öz növbəsində, hər iki dövlətin müvafiq qurumları arasında əməkdaşlığın dərinləşməsinin əhəmiyyətini qeyd edib.
Devamını Gör »

Jurnalistlər indi də deputatlarla futbol oynayacaq

Mayın 12-də Azərbaycan jurnalistləri ilə Milli Məclisin deputatları arasında futbol matçı keçiriləcək.

Mətbuat Şurasından XezerXeber-e verilən məlumata görə, oyun Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Saat 16:30-da başlayacaq görüş Mətbuat Şurasının və Bakı Futbol Federasiyasının ölkə futbolunun 100 illiyinə həsr olunmuş tədbirlər planı çərçivəsində reallaşacaq. Bu münasibətlə ilk oyun bu il martın 19-da “Şəfa” stadionunda jurnalistlərlə polislər arasında təşkil olunub.

Qeyd edək ki, tədbirlər planına jurnalistlərin veteran futbolçularla da matçının təşkili və idman mövzusunda yazan jurnalistlərin mükafatlandırılmaları da daxildir.
Devamını Gör »

Gömrük Məcəlləsinin layihəsi ikinci oxunuşdan keçdi

Mayın 6-da Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi haqqında məsələ müzakirəyə çıxarılaraq, ikinci oxunuşdan keçib.

XezerXeber-in məlumatına görə, çıxış edən deputatlar layihənin ilk oxunuşa nisbətən daha da təkmilləşdirildiyini, mövcud olan bir sıra qeyri-dəqiqliklərin aradan qaldırıldığını diqqətə çatdırıblar. Layihədə mövcud olan bir çox maddənin ilk oxunuşa görə, sadələşdirildiyini, həmçinin hazırlanmış layihənin beynəlxalq standartlara uyğun şəkildə hazırlandığını qeyd edən deputatların əksəriyyəti layihənin üçüncü oxunuşa saxlanılmadan səsverməyə qoyularaq qəbul edilməsini təklif ediblər.

Sonda layihə ilə bağlı çıxış edən Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev hesabat xarakterli çıxış edərək, layihə ilə bağlı bəzi deputatlarda yaranmış suallara aydınlıq gətirib. O, həmçinin, layihənin ilk oxunuşu zamanı iradlarını nəzərə çatdıran deputatlara da minnətdarlıq edərək, həmin boşluqların artıq aradan qaldırıldığını bəyan edib.

Qanun layihəsi 59 fəsil 3 bölmədən ibarətdir. Spiker Oqtay Əsədov qanun layihəsinin böyüklüyünü nəzərə alaraq, 10 fəsil-10 fəsil səsə qoyulmasını təklif edib.

Səsvermənin yekununda qanun layihəsi ikinci oxunuşdan keçib.
Devamını Gör »

BAXCP-dən hicab aksiyasına sərt təpki

Partiya siaysi qüvvələrə, ziyalılara və mediaya çağırış edib

“Dünyəvi və demokratik inkişaf perspektivinə qarşı yönəlmiş bütün təzahürlərə qarşı sərt tədbirlər görməlidir”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) bir qrup şəxsin dini şüarlarla Təhsil Nazirliyinin qarşısında aksiya keçirməsini qətiyyətlə pisləyib. Lent.az-ın məlumatına görə, partiya məsələ ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: "Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası bir daha bəyan edir ki, Azərbaycanda din dövlətdən ayrıdır və təhsil dünyəvidir. Bu prinsiplərin Azərbaycan xalqının iradəsinə və seçiminə uyğun bir şəkildə Konstitusiyada əks olunduğunu bilə-bilə dünyəvi təhsil müəssisələrində dini atributların daşınmasına icazə verilməsiylə bağlı aksiyaların keçirilməsi isə ölkədə sabitliyin pozulmasına, düşmən dəyirmanına su tökülməsinə xidmət edir.

BAXCP hesab edir ki, Azərbaycanın müvafiq dövlət qurumları belə aksiyaları təşkil edən şəxslərin və onların arxasında dayanan qüvvələrin kimliyini dərindən araşdırılmalı, xalqımızın dünyəvi və demokratik inkişaf perspektivlərinə qarşı yönəlmiş bütün təzahürlərə qarşı sərt tədbirlər görməlidir".

Son zamanlar ayrı-ayrı xarici qüvvələrin Azərbaycanda sabitliyi pozmaqla bağlı təhdidləri nəzərə alan BAXCP siyasi qüvvələri, kütləvi informasiya vasitələrini, qeyri-hökumət təşkilatları və bütün ölkə ictimaiyyətini baş verənləri qətiyyətlə pisləməyə, Konstitusiyamızın təməl prinsiplərinə zidd davranışlara qarşı birgə mübarizəyə çağırır.
Devamını Gör »

İndoneziyanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb

Xarici işlər naziri Elmar Məmmədyarov İqamətgahı İranın paytaxtı Tehranda yerləşən İndoneziyanın Azərbaycandakı səfiri İvan Viranataatmacanı ölkəmizdə diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı səfir İ.Viranataatmaca Azərbaycanda İndoneziyanın səfiri olmasından məmnun olduğunu vurğulayıb.

İşlədiyi dövrdə ölkələr arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə XİN-lə faydalı əməkdaşlığını qeyd edib. Öz növbəsində nazir səfirə xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Devamını Gör »

İsveçrə Azərbaycanın notasına cavab verdi

Federal Departament təəssüfünü bildirib

Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin İsveçrə Xarici İşlər Federal Departamentinə göndərdiyi etiraz notasına cavab verilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən XezerXeber-e verilən məlumata görə, etiraz notası 25-ci Beynəlxalq Kitab və Mətbuat Sərgisinin aprelin 29-da İsveçrənin Cenevrə şəhərində keçirilmiş açılış mərasimində Ermənistana aid olan “stend”lərdə ölkəmizin ərazi bütövlüyünü təhrif edən müxtəlif materialların nümayiş etdirilməsi ilə əlaqədar göndərilib.

Federal Departamentdən səfirliyimizə daxil olmuş cavab notasında sərgidə ermənilər tərəfindən təhrif olunmuş materialların nümayiş edilməsinin təəssüf doğurduğu bildirilir. Materiallara görə stend sahiblərinin məsuliyyət daşıdığı, hüquqi təminatın yalnız İsveçrənin qanunları pozulduğu halda mümkün ola biləcəyi qeyd edilib. Məsələ ilə bağlı sərginin təşkilatçıları Departament tərəfindən məlumatlandırılıb və təşkilatçılar erməni stend sahiblərini inandırmaq üçün əllərindən gələni ediblər.

Məktubda ermənilər tərəfindən nümayiş etdirilmiş təhrifedici materialların Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ regionu və ətraf rayonlarla bağlı İsveçrə Hökumətinin mövqeyi ilə ziddiyyət təşkil etdiyi və İsveçrə Xarici İşlər Federal Departamentinin rəsmi internet səhifəsində İsveçrə vətəndaşlarına ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ regionuna və ətraf rayonlara səfər etməmələrinin rəsmən tövsiyə edildiyi xüsusi qeyd olunub.
Devamını Gör »

Aksiya keçirən dindarlar 1 polisi yaralayıb, 4 maşına zərər vurublar

Təhsil Nazirliyinin yaxınlığındakı obyektlərə ziyan vurulub

Bu gün bir qrup dindarın Təhsil Nazirliyinin qarşısında keçirmək istədiyi razılaşdırılmamış aksiya zamanı ətrafdakı obyektlərdə çalışan insanlara məxsus 4 avtomobilə ziyan dəyib. Hüquq-mühafizə orqanlarından XezerXeber-e verilən məlumata görə, aksiya iştirakçılarının polislərə atdıqları daşların bəziləri obyekt sahibləri və müştərilərə aid olan avtomobillərə dəyib. Nəticədə 4 avtomobilə zərər dəyib.

Verilən digər məlumata görə, aksiya zamanı 1 nəfər polis əməkdaşı qolundan xəsarət alıb.

Həmçinin bir neçə mülki şəxs də müxtəlif bədən xəsarətləri ilə ambulator müalicə üçün qeydiyyata düşüb.
Devamını Gör »

Məşhur müğənni oğluna 420 min dollarlıq “Lamborghini” aldı

Türkiyənin məşhur müğənnilərindən olan Səda Sayan oğlu Can Enginə “Lamborghini Gallardo” markalı avtomobil alıb.

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, oğlunun bu israrlı arzusunu yerinə yetirməzdən öncə Səda Sayan ona sərxoş vəziyyətdə avtomobil idarə etməyəcəyi və yolda hərəkət qaydalarına əməl edəcəyi ilə bağlı and içdirib.


Qeyd edək ki, Can Engin az əvvəl Səda Sayanın aldığı “Audi r8” markalı avtomobili sataraq pulunu cibinə qoyub, “Lamborghini Gallardo” almaq üçün lazım olan pulu isə anasından istəyib. Səda Sayan işlənmiş “Lamborghini Gallardo” üçün 420 min dollardan keçib.
Devamını Gör »

Rusiyada təzə avtomobillər texniki baxışdan azad ediləcək

Prezident Medvedyevin bir-neçə gün əvvəlki göstərişindən sonra Daxili İşlər Nazirliyi texniki baxışa dair yeni prosedur qaydalarının hazırlanmasına başlayıb.

Lent.az-ın rus saytlarına istinadla xəbərinə görə, yeni qaydaya əsasən, təzə avtomobillər ilk 3 il ərzində texniki baxışdan azad ediləcək. Digər ciddi dəyişiklik isə mühərriklə bağlıdır. Belə ki, indi texniki baxış zamanı mühərrik nömrəsi yoxlanmayacaq. Səhv nömrə texniki baxışdan imtina üçün əsas sayılmayacaq. Yeni qaydaların tətbiqi barədə son sözü prezident Medvedyev iyun ayında deyəcək. Texniki baxış prosedurunun DİN-dən alınaraq başqa quruma verilməsi də istisna edilmir.

Bu həftə aparılmış rəy sorğusuna əsasən Rusiya əhalisinin cəmi 19%-i texniki baxışın tərəfadrıdır. 66% isə bunu formal prosedur hesab edir.
Devamını Gör »

“Heydər Əliyev – dünya miqyaslı siyasətçi”

Qazaxıstanda konfrans keçiriləcək

Mayın 8-də tarixində Qazaxıstanın Qazax Texnologiya və Biznes Universitetində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev – dünya miqyaslı siyasətçi” adlı elmi-nəzəri konfrans keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransda tarix elmləri doktoru, Qazaxıstan Azərbaycanlıları Mədəniyyət Mərkəzləri İttifaqının sədri, “Turan-Times” beynəlxalq ictimai-siyasi qəzetinin baş redaktoru Vidadi Salahov “Heydər Əliyev və Qazaxıstan” mövzusunda nitq söyləyəcək.

Elmi-nəzəri konfransda eləcə də texnika elmləri doktoru, “Qazax Texnologiya və Biznes Universiteti”nin prezidenti Baybek Seytkasım, fəlsəfə elmləri doktoru, professor Serik Jalmakanov, fəlsəfə doktoru, “Avrasiya Universiteti”nin professoru Vladimir Koçinov, tələbələr Elçin Həsənov, Elmira Vlasova və digərləri çıxış edəcəklər.
Devamını Gör »

Dindarların aksiyası ilə bağlı cinayət işi başlanıb

26 polis əməkdaşına bədən xəsarəti yetirilib, onlardan 5-i hospitala yerləşdirilib

Mayın 6-da Təhsil Nazirliyinin qarşısında keçirilmiş aksiya ilə bağlı Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhər Prokurorluğu birgə məlumat yayıb. Lent.az-ın məlumatına görə, rəsmi açıqlamada bildirilir ki, saat 11 radələrində 150-dək radikal yönümlü dindar Təhsil Nazirliyinin qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Bəyanatda deyilir: “İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq, həmin şəxslər bu tələbi yerinə yetirməyib və ictimai təhlükəsizlik əleyhinə olan cinayət əməlləri törədiblər. Onların cəmiyyətə açıq hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv və qərəzli hərəkətləri nəticəsində nəqliyyatın intensiv hərəkəti təxminən 15 dəqiqə ərzində pozulub. Vətəndaşlara məxsus 4 avtomobilə və yaxınlıqda yerləşən bir neçə ictimai-iaşə və ticarət obyektlərinə ziyan vurulub. Xidməti vəzifələrini yerinə yetirən asayiş keşikçilərinin qanunsuzluqlara son qoymaları barədə təkrar xəbərdarlıq və tələblərinə məhəl qoymayan aksiya iştirakçıları ictimai qaydanın pozulmasının qarşısını alan polis əməkdaşlarına qarşı zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə 26 əməkdaşa müxtəlif dərəcəli bədən xəsarəti yetirilib. Onlardan 5-i hospitala yerləşdirilib. Görülmüş qətiyyətli tədbirlərlə ictimai qaydanı pozan hərəkətlərin genişlənməsinin qarşısı alınıb”.

Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb. İstintaqın aparılması Bakı şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə həvalə olunub. İstintaqın tam və hərtərəfli aparılması üçün istintaq-əməliyyat qrupu yaradılıb.

Birgə məlumatda bildirilir ki, qeyd edilən cinayətin təşkilatçıları və iştirakçılarının dairəsi müəyyənləşdirilməklə həmin şəxslər barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlərin görülməsi təmin ediləcək.
Devamını Gör »

“Rabitə” 5 qat çempion oldu

“Rabitə” klubu qadın voleybolçular arasında Azərbaycan çempionatının qalibi olub.

Lent.az-ın məlumatına görə, Çempionlar Liqasının finalçıları mövsümün başa çatmasına bir tur qalmış qızıl medalları təmin ediblər.

“Rabitə” ardıcıl 5-ci dəfə bu uğuru əldə edib.

Qeyd edək ki, Azərbaycan çempionatın 6 komandanın iştirakı ilə start götürüb. “Rabitə”dən əlavə, “Azərreyl”, “Lokomotiv” və “İqtisadçı” da medallar uğrunda yarışır. “Bakı” ilə “Şahdağ-Şirvan” isə seçmə mərhələdə ilk “4-lüy”ə düşə bilmədiklərindən, mübarizəni dayandırıblar.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı