3 May 2011

Vergilər Nazirliyi dəyişikliyə hazırlaşır

Fiziki və hüquqi şəxslərə elektron vergi bəyannaməsini təqdim etmək üçün elektron imza lazım olacaq

Fiziki və hüquqi şəxslər gələcəkdə elektron vergi bəyannamələrini elektron imza ilə təqdim edə biləcək. Lent.az-ın verdiyi məlumata görə, bunu Vergilər Nazirliyinin Baş Vergilər İdarəsinin rəisi Zaur Fətizadə söyləyib.


Zaur Fətizadə bildirib ki, hər bir vətəndaş elektron imza aldığı halda bu elektron imzadan istifadə edəcək: “Bu, ilk növbədə rahatlıqdır. Bir var ki, 15 kodu yadda saxlayasan, bir də var ki, vahid elektron imzan olsun. Bu, həm vergi ödəyiciləri, həm də bizim üçün rahatdır”.
Devamını Gör »

Azərbaycanla Vatikan arasında saziş imzalanıb

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində Azərbaycanla katolik kilsəsi arasında hüquqi münasibətləri tənzimləyən saziş imzalanıb.

APA-nın Müqəddəs Taxt-Tacın mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, sazişi komitə sədri Hidayət Orucov və Vatikan nunsisi arxiyepiskop Klavdio Qucerotti imzalayıblar.

Səkkiz bənddən ibarət saziş katolik kilsəsinin Azərbaycandakı hüquqi vəziyyətini, o cümlədən katolik dininə sitayiş etmək azadlığını tənzimləyir, katolik kilsəsinə kilsə qanunvericiliyinə uyğun olaraq missiya təşkil etmək və həyata keçirmək hüququ verir, katolik kilsəsini və onun bütün institutlarını hüquqi şəxs kimi tanıyır və qeydiyyatdan keçirir, yerli katolik icmasının Müqəddəs Taxt-Tacla sərbəst ünsiyyətini təmin edir, kilsə əməkdaşları üçün işçi vizaların verilməsi və yaşayış konsessiyası məsələlərini tənzimləyir.
Devamını Gör »

Azərbaycanda 150 kredit təşkilatının lisenziyası var

Bank olmayan kredit təşkilatlarının sayı artır

Aprel ayının 1-ə qədər olan müddətdə bank əməliyyatları aparmaq üçün 150 kredit təşkilatının lisenziyası olub.

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bunların 106-sı bank olmayan kredit təşkilatlarıdır.

Respublikada 44 bankın lisenziyası olub, onların 1-i dövlət, 43-ü isə özəl bankdır. Xarici kapitalın iştirakı ilə 22 bank fəaliyyət göstərib. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 13 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.

Fəaliyyətdə olan bankların yerli filiallarının sayı 646-a bərabər olub. Bunların 38-i dövlət, 608-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 39-a, bank şöbələrinin sayı 123-ə bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 8-ə bərabərdir. Bunlardan 5-i nümayəndəlik, 2-si törəmə bank, digəri filialdır.
Devamını Gör »

Əbülfəs Qarayev Fələstinin ölkəmizdəki səfiri ilə görüşüb

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül Kərim arasında görüş keçirilib.

Lent.az-ın məlumatına görə, görüş zamanı turizm və mədəniyyət sahələri üzrə iki ölkə arasında münasibətlərin daha da fəal surətdə inkişaf etməsini təmin etmək üçün mədəniyyət və turizm nazirlərinin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın Fələstində təbliğat və təşviqat kampaniyalarının təşkil olunması, habelə bəzi konkret tədbir və layihələr müzakirə edilib.

Tərəflər, həmçinin iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsinin göstəricisi kimi mədəniyyət və turizm sahəsində iki anlaşma memorandumunun imzalanmasının vacibliyini vurğulayıb. Eyni zamanda sözügedən anlaşmaların müxtəlif layihələrinin inkişafına xidmət edəcəyi fikrində olduqlarını bildirib.

Ə.Qarayev 2013-cü ildə təşkil olunması planlaşdırılan Ümumdünya Mədəniyyətlərarası Forumunda iştirak etmək üçün Fələstinin mədəniyyət nazirini dəvət edib. Həmçinin, görüş zamanı regional, qlobal və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Devamını Gör »

Oyun vaxtı dava, oyundan sonra qətl

Braziliyanın Qoyaniya ştatının çempionatında “Qoyas” və “Vila Nova” komandaları arasında keçirilmiş yarımfinal matçından sonra azarkeş güllələnib.

Lent.az-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, “Qoyas”ın 19 yaşlı fanatı “Serra Durado” stadion yaxınlığında başından aldığı güllə yarasından keçinib.

Oyunun özü də kifayət qədər qalmaqallı olub. Əvvəlcə qarşılaşma 20 dəqiqəlik dayandırılıb. Meydançaya soxulan arı beçəsini qovmaq üçün yanğınsöndürənlərin xidmətindən istifadə olunub. Görüşün sonlarında isə futbolçular arasında dava düşüb.

Qeyd edək ki, iyunda “Serra Durada” stadionunda Braziliya və Hollandiya yığmaları arasında yoldaşlıq görüşü keçirilməlidir.
Devamını Gör »

Azərbaycanda elektron imzanın tətbiqinə başlanır

Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Milli Sertifikasiya Xidmətləri Mərkəzinin təqdimat mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, tədbirdə elektron imza istifadəsi üçün yaradılan infrastrukturun təqdimatı olub.
Qeyd edək ki, layihəni tender yolu ilə qalib gəlmiş “Ultra”, “Azerin” və “Microsoft Azərbaycan” şirkətlərinin hazırlayıb. Tədbirdə elektron imzanın yaradılması və ondan istifadə ilə bağlı məlumat verilib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, elektron imza əl imzası ilə bərabər hüquqa malikdir. O deyib ki, elektron imzanın tətbiqi ölkədə elektron səsvermə, elektron təhsil, elektron ticarət və elektron müqavilə kimi yeniliklərə imkan verəcək.


Ə.Abbasov onu da qeyd edib ki, Azərbaycanda yaxın vaxtlarda elektron hökumətin də tətbiqinə başlanacaq: “Hesab edirəm ki, Azərbaycanda elektron imza geniş vüsət alacaq. Bu, həm vaxt, həm də digər məsələlərdə itkinin qarşısını alacaq”.

Devamını Gör »

Bin Laden neftin qiymətini ucuzlaşdırdı

Dünya bazarında neftin qiyməti ucuzlaşıb.

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qiymətin düşməsinə Üsamə bin Ladenin öldürülməsi ilə bağlı xəbər təsir edib.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 0,41 dollar düşərək 113,52 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,77 dollar itirərək 125,12 dollar təşkil edib.
Devamını Gör »

İlhamə Quliyevaya “Primadonna” adını verənlər məlum oldu

Düz 13 il sonra xalq artisti İlhamə Quliyevaya “Primadonna” adını verənlərin kimliyi məlum olub.

Lent.az-ın məlumatına görə, bu sirr mayın 2-də keçirilən “Yaxşıların yaxşısı” mükafatlandırma mərasimində açılıb. Sən demə, sözügedən mükafat ilk dəfə 13 il öncə İlhamə Quliyevaya “Primadonna” təltifnaməsi ilə təqdim olunub. O vaxtdan xalq artisti sənətin primadonnası kimi qəbul olunub.
Devamını Gör »

Abramoviçdən 90 milyon avroya seksual futbol sifarişi

İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç yeni futbolçuların alınmasına 80 milyon funt sterlinq (təqribən 90 milyon avro) ayırıb.

Lent.az-ın “The Sun”a istinadən verdiyi məlumata görə, Abramoviç komandasının baxımlı oyun göstərməsini istəyir.

Rusiyalı milyarder belə oyunu “seksual futbol” adlandırır. Onu darıxdırıcı matçlarda 1:0 hesablı qələbədənsə, dramatik və baxımlı mübarizə nəticəsində qazanılan 4:3 hesablı qələbə daha çox sevindirir. Heyətin gücləndirilməsinə ayrılan pullar yay transfer dövründə xərclənəcək. “Çelsi”nin yaradıcı yarımmüdafiəçi, sürətli cinah yarımmüdafiəçisi və cinah müdafiəçisi alması planlaşdırılır. Klubun əsas transfer hədəfləri “Arsenal”ın yarımmüdafiəçisi Sesk Fabreqas, “Tottenhem”in yarımmüdafiəçisi Qaret Beyl və Hollandiya “Ayaks”ının müdafiəçisi Qreqori van der Vildir. Komandanın yeni transferləri ola biləcək futbolçular arasında Uesli Sneyder, Tomas Müller, Adam Conson, Eşli Yanq, Luka Modriç və Andrey Arşavin də var.

Qeyd edək ki, Roman Abramoviçin bəhs etdiyi “seksual futbol” müxtəlif illərdə Hollandiya yığmasının oyununa deyilib.
Devamını Gör »

Kürdə də suyun səviyyəsi artır, Talaçay daşıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1-2 may tarixlərində yağan intensiv yağışlar nəticəsində Balakən-Şəki bölgəsinin ərazisindən axan Kişçay, Kürmükçay, Şinçay, Zəyzitçay, Küngütçay, Əyriçay, Başdaşaqılçay, Talaçay, Balakənçay, Katexçay, Mazımçay, Ağçay çaylarında sululuq kəskin artmış, Talaçaydan sel keçib.


Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 1167 m3/san, yəni ongünlük normanın 162 faizini (2010-cu ildə 825 m3/san olmaqla 115 faizini), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 350 m3/san, yəni ongünlük normanın 177 faizini (2010-cu ildə 448 m3/san olmaqla 226 faizini) təşkil edir.

Devamını Gör »

Xocavəndli məcburi köçkünlər limitdən artıq enerji istehlak edib

“Beyləqan Elektrik Şəbəkəsi”ndə 45 min manat debitor borc yığılıb

Beyləqan rayonu ərazisində müvəqqəti məskunlaşmış Xocavənd rayonundan olan 1000 məcburi köçkünün ilin əvvəlindən bəri limitdən artıq elektrik enerjisi istehlak etməsi nəticəsində “Beyləqan Elektrik Şəbəkəsi”ndə 45 min manat debitor borc yığılıb.


Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda pərakəndə məskunlaşmış təxminən 1200-ə yaxın məcburi köçkün istehlakçının sayğaclaşdırılmasına da hazırlıq görülür. “Beyləqan Elektrik Şəbəkəsi”ndə xocavəndli istehlakçılara 35/10 kV gücündə yarımstansiya, 10 KVA-lıq iki transformator xidmət göstərir. İstismarın daha da yaxşılaşdırılması istiqamətində də zəruri tədbirlər davam etdirilir. Belə ki, 110 kilovoltluq “Yeni Beyləqan” yarımstansiyasından qidalanan tələbatçıların çoxalması, xüsusən məcburi köçkünlər üçün daha 300 mənzillik qəsəbənin tikilməsi ilə əlaqədar əlavə güc artımı nəzərdə tutulur. Digər yarımstansiya və xətlərdə də qrafik üzrə nəzərdə tutulan tədbirlər reallaşdırılacaq.
Devamını Gör »

Üsamə bin Laden: “Məni ölüm gözləyir!”

Ərəb KİV-lərində “əl-Qaidə” liderinin toplantısının görüntüləri yayımlandı

Ərəb KİV-lərində “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin 2001-ci ilin dekabrında keçirdiyi toplantının görüntüləri yayımlanıb. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, 2001-ci il 11 sentyabrda Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin qoşa qüllələrinə hücumdan 3 ay sonra keçirilən toplantıda Üsamə bin Laden öldürüləcəyini gözlədiyini bildirib.

“Əl-Qaidə” lideri yaxın ətrafının satqınlığı nəticəsində öləcəyini vurğulayıb. O, arvadına ölümündən sonra ərə getməməyi, uşaqlarına isə “əl-Qaidə” və onun şəbəkələrində çalışmamağı tövsiyə edir.

Qeyd edək ki, amerikalılar Üsamə bin Ladenin yerini köməkçisinin sayəsində aşkarlayaraq öldürüblər
Devamını Gör »

Narkotik vasitə aludəçisi özünü öldürdü

Lənkəran rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər sakini, 1966-cı il təvəllüdlü İlham Bayramov yaşadığı mənzildə özünü öldürüb. İ.Bayramov kəndirlə özünü asıb. Onun narkotik vasitələrin aludəçisi olduğu bildirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.
Devamını Gör »

Müxalifətçi gəncin apelyasiya şikayətinə baxıldı

Mayın 3-də Sumqayıt Şəhər Məhkəməsində aprelin 29-da saxlanılaraq, 7 sutka həbs cəzası alan Nurlan Əliyevin qərardan apelyasiya şikayətinə baxılıb.

Bu barədə Lent.az-a məlumat verən vəkil Anar Qasımovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsilə (xırda xuliqanlıq) təqsirləndirilən N.Əliyev polisə söyüş söydüyü səbəbiylə 7 sutka həbs alıb.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin həbsi zamanı şəhər məhkəməsinin bir sıra qanunsuzluqlara imza atdığını söyləyərək, həmin faktları məhkəmənin diqqətinə çatdırdıqlarını bildirib.

Devamını Gör »

“Məhv olmuş gündəliklər” Gənc Tamaşaçılar Teatrında

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında daha bir yeni tamaşa hazırlanır.

Teatrda xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında eyniadlı yeni tamaşa üzərində yaradıcılıq prosesinə başlanıb. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, artıq xalq artisti Vaqif Əsədov pyesin Azərbaycan dilində yeni versiyası üzərində məşqlər aparır. Tamaşanın tərtibatı da rejissorun özünə məxsusdur. Musiqi tərtibatı Mixail Simanovskiyə, rəqslərin quruluşu Nicat Kazımova aiddir. Rejissor assistentləri isə Sona Mustafayeva və Elnur Kərimovdur.

Devamını Gör »

Məmməd Məmmədov “Şöhrət” ordeni ilə təltif edildi

Azərbaycan Prezidenti İlham Əliyev Məmməd Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycanın iqtisadi inkişafındakı xidmətlərinə görə Məmməd Əhməd oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.
Devamını Gör »

Azərbaycanda aqrar məsələ ilə bağlı Xüsusi Komissiya yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin inkişaf etdirilməsi ilə bağlı Xüsusi Komissiyanın yaradılması barədə sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Azərbaycan Respublikasında aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmin müasir tələblər səviyyəsində inkişafının təmin olunması məqsədi ilə Azərbaycanda aqrar sahədə idarəçiliyin təkmilləşdirilməsi və aqrar elmlərdə islahatların yeni mərhələsinin həyata keçirilməsi ilə bağlı təkliflərin hazırlanması üçün aşağıdakı tərkibdə Xüsusi Komissiya yaradılıb:

Komissiyanın sədri

Artur Rasi-zadə – Azərbaycan Respublikasının Baş naziri

Devamını Gör »

Ukraynalı model 3000 avroya sənətçimizin klipinə çəkilib

Bu gün “Faytonçu Nazim” ləqəbli Nazim Pişvəri yeni klipinin təqdimatını keçirib.

Lent.az-ın verdiyi xəbərə görə, klipin çəkilişi iki gün davam edib. Müğənnini klipində müşayiət edən ukraynalı Olqa öz ölkəsində həm model, həm də serial qəhrəmanı kimi populyardır. O, klipdə çəkilmək üçün Nazim Pişvəridən 3 min avro pul alıb.

Adətən, kliplərində dəbdəbəli kadrlardan istifadə edən Nazim bu dəfə fərqli ampluada görünüb. O, klipdə “Mercedes S-class” markalı taksi sürücüsünü oynayıb.

Klip “Bir axşam” adlı musiqiyə çəkilib.
Devamını Gör »

Böyük Vətən Müharibəsi iştirakçılarına və onların ailələrinə birdəfəlik yardım ayrıldı

Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımların müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılıb

Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 66-cı ildönümü ilə əlaqədar 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 500 (beş yüz) manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 200,0 (iki yüz) manat məbləğində birdəfəlik maddi yardım ayrılıb.
Devamını Gör »

İctimai Palatanın Koordinasiya Şurası toplandı

Mayın 3-də İctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısı keçirilib.

Koordinasiya Şurasından Lent.az-a daxil olan məlumata görə, bugünkü iclasda bir sıra məsələlər müzakirə olunsa da, İP-in növbəti mitinqlərlə bağlı qərarı müzakirəyə çıxarılmayıb.

Bununla belə, iclasda İP-in aprelin 29-da keçirilən axırıncı sessiyasında qəbul edilən qərarlar müzakirə edilib, həmçinin, bu ayın 6-da İP-in İqtisadiyyat Komissiyasının iclasının keçirilməsi qərarlaşdırılıb.

Məlumata görə, iclasda hazırda həbsdə olan qurumun üzvü, hüquq müdafiəçisi Vidadi İsgəndərlinin vəziyyəti ilə bağlı bəyanat qəbul edilib, həmçinin, Avropa Birliyinə müraciət qəbul olunub. Müraciətdə tələbələrin universitetlərdən çıxarılması və ya müxtəlif vasitələrlə təzyiqlərə məruz qalması gündəmə gətirilib.
Devamını Gör »

Azərbaycan yığmasının rəqibi qapıçısını itirdi

Qazaxıstan milli komandası iyunun 3-də Azərbaycan yığması ilə keçirəcəyi 2012-ci il Avropa çempionatının seçmə qrup matçı öncəsi futbolçu itkisi ilə üzləşib.

Lent.az-ın məlumatına görə, “İrtış” klubunda çıxış edən qapıçı David Loriya sıradan çıxıb.

O, ölkə çempionatının son turunda “Tobol”la oyun zamanı ciddi xəsarət alıb. 30 yaşlı qolkiper “sports.kz” saytına açıqlamasında sol ayağının axill vətərini qırdığını və ən azı 3 ayadək oynamayacağını bildirib.

David Loriya 2008-ci il Avropa çempionatının seçmə tsiklində Qazaxıstan yığmasının əsas qapıçısı olub. Lakin o, son iki seçmə mərhələ oyunlarında elə də şans qazanmayıb. Cari seçmə tsikldə Loriya yalnız martın 26-da İngiltərə ilə səfər matçında əsas heyətdə yer alıb. Lakin təcrübəli qapıçı 4 top buraxıb.

Qeyd edək ki, Qazaxıstan – Azərbaycan matçı Astana şəhərindəki eyniadlı stadionda baş tutacaq.
Devamını Gör »

Sərnişin qəzəblənməsin...

Argentinada onlarla sərnişin qatarların gecikməsindən əsəbiləşib və vaqonları yandırıblar.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, olay paytaxt Buones-Ayresin yaxınlığındakı Xaedo stansiyasında baş verib.


Sərnişinlər maşinisti və bilet yığanları qatardan atıb, vaqonları yandırmağa başlayıblar. Qarışıqlın qonşuluqdakı Ramos Mexia və Kidadela stansiyalarına da yayılıb. Ən azı 8 vaqon yandırılıb. Stansiyalardan birində bilet kassası da talanıb. Yanğınsöndürənlər bildiriblər ki, yanan vaqonları söndürmək istəyən zaman kütlə onlara da mane olmağa cəhd göstərib. Yanğınsöndürənlərə daş da atılıb.

Polis 3 nəfəri həbs edib.
Devamını Gör »

Eldar Mahmudov belaruslu həmkarı ilə görüşdü

Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri general-leytenant Vadim Zaytsev mayın 3-də Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun dəvəti ilə ölkəmizə səfər edib.

Lent.az-ın MTN-in İctimai Əlaqələr Mərkəzinə istinadən verdiyi məlumata görə, belaruslu qonaqlar və general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin rəhbər heyəti əvvəlcə, Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsini yad edərək, məzarı önünə əklil qoyublar. Akademik Zərifə Əliyevanın məzarı üzərinə də gül dəstələri düzüblər.

Nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsini də yad edərək, “Əbədi məşəl» abidəsinin önünə də əklil qoyublar.

Daha sonra milli təhlükəsizlik naziri Eldar Mahmudov həmkarı Vadim Zaytsevi qəbul edib. Nazir Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri ilə əvvəlki səmərəli görüşlərini xatırladaraq, Vadim Zaytsevi Azərbaycanda yenidən görməkdən məmnun olduğunu və bu səfərin hər iki ölkənin müvafiq strukturları arasında əməkdaşlığın daha da inkişaf etməsinə öz töhfəsini verəcəyini bildirib.

Görüşdə tərəflər arasında transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri, xüsusən də getdikcə daha geniş miqyas və təhlükəli xarakter almaqda olan terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, miqrasiya prosesləri, həmçinin, bundan irəli gələn problemlərlə bağlı fikir mübadiləsi aparılıb.

Eldar Mahmudov mövcud əməliyyat şəraiti və ona təsir göstərən amillər, ümumən təhlükəsizlik problemləri ilə əlaqədar Azərbaycanın həyata keçirdiyi tədbirlər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun doğurduğu fəsadlar barədə qonağa ətraflı məlumat verib.

Göstərilən qonaqpərvərliyə və hər iki ölkənin təhlükəsizlik maraqlarının təmin olunması sahəsində aktuallıq kəsb edən məsələlər ətrafında aparılan müzakirələr üçün yaradılmış şəraitə görə təşəkkür edən Vadim Zaytsev respublikamıza səfərindən xoş təəssüratlar aldığını söyləyib. Qonaq Belarus və Azərbaycan, eləcə də müvafiq strukturlar arasında münasibətlərin inkişafından məmnun qaldığını və keçirilmiş görüşlərin ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsi üçün faydalı olacağına əminliyini qeyd edib.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə maraq doğuran bir sıra digər məsələlər üzrə də fikir mübadiləsi aparılıb.
Devamını Gör »

Fələstində barışıq sazişi!

Bu gün Fələstin Azadlıq Təşkilatı və HƏMAS Qahirədə milli barışıq və vahid hakimiyyət orqanlarının yaradılması barədə saziş imzalayıblar. Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, razılaşma bitərəf peşəkarlardan ibarət texnoloqlar hökuməti yaradılmasını, eyni zamanda Fələstin Muxtariyyətində saziş imzalandığı andan başlayaraq parlament və prezident seçkilərinin keçirilməsini nəzərdə tutur.

Seçkiöncəsi kampaniyanı və səsverməni hər iki təşkilatın təmsilçilərindən ibarət olacaq 12 nəfərlik tribunal izləyəcək.

Qeyd edək ki, HƏMAS Qəzza sektoruna, Fələstin Azadlıq Təşkilatı isə Fələstin Muxtariyyətinin digər ərazilərinə nəzarət edir.
Devamını Gör »

Prokuror Cabbar Savalanlıya cəza istədi

Mayın 3-də Sumqayıt Şəhər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Cabbar Savalanlının növbəti məhkəmə prosesi keçirilib.

C.Savalanlının vəkili Əsabəli Mustafayevin Lent.az-a verdiyi məlumata görə, bugünkü prosesdə müstəntiq Ziyadxan Əliyev və AXCP üzvünü ilkin müayinədən keçirən həkim ifadə verib.

Ardınca çıxış edən dövlət ittihamçısı məhkəmədən Cabbar Savalanlının 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılmasını tələb edib.

Hakim C.Savalanlının vəkilləri müdafiə üçün vaxt istədiyi üçün prosesi sabaha – mayın 4-ə təxirə salıb.

Xatırladaq ki, C.Savalanlının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) mühakimə edilir. O, bu il fevralın 5-də saxlanılmışdı.
Devamını Gör »

Qusarda 50 yaşlı kişi intihar etdi

O, yaşadığı evdə özünü elektrik naqili ilə asıb

Qusar rayonunda intihar hadisəsi baş verib. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, Qusar şəhər sakini, 50 yaşlı Alik Seymur oğlu Səfərov yaşadığı evdə özünü elektrik naqili ilə asıb.

İlkin məlumatlara görə, intihar edən şəxs spirtli içkiyə meylli olub. Meyit tibbi ekspertizadan sonra ailəsinə təhvil verilib.

Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Devamını Gör »

Azərbaycanda 1 milyon dollarlıq telelayihəyə start verilir

Azərbaycanda ilk dəfə “Azərbaycansayağı ekstrim” adlı telelayihəyə start verilir.

Lent.az-ın məlumatına görə, bununla bağlı xalq artisti Aygün Kazımova mətbuat konfransı keçirib.


Qeyd edək ki, realiti-şouda Aygün Kazımova, Nadir Qafarzadə, Pişik Günel, Rüfət Axundov, Nurlan Əzizbəyli, “Dəyirman” qrupunun solisti Malik, psixoloq Dəyanət İsmayılov, Lətafət Ələkbərova, Lamiyə Rəhimli və başqaları iştirak edəcəklər.


Layihəyə təxminən 1 milyon dollar məbləğində maliyyə sərf olunacağı açıqlanıb.

Devamını Gör »

Prezident İlham Əliyev Belarus DTK-nın sədrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də Belarusun Dövlət Təhlükəsizlik Komitəsinin sədri Vadim Zaytsevi qəbul edib.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, Vadim Zaytsev Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın önəmi qeyd olunub, təhlükəsizlik sahəsində əlaqələri genişləndirməyin zəruriliyi bildirilib.

Dövlət başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş edib.
Devamını Gör »

Cəzaçəkmə müəssisələrinə baxış keçirilib

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə Nəzarət üzrə İctimai Komitənin üzvləri 2 saylı Cəzaçəkmə müəssisəsində və Uşaq Tərbiyə Müəssisəsində monitorinq keçirib.

Lent.az-ın məlumatına görə, komitənin koordinatoru Əliməmməd Nuriyev və üzvləri Nazir Quliyev, Şahin Camalov Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə müəssisəsində baxış-monitorinq aparıb. Monitorinq zamanı qida bloku, tibbi hissə, yaşayış yerləri, istehsalat sahəsi, asudə vaxt üçün nəzərdə tutulan yerlərə, kitabxana, qısa və uzunmüddətli görüş yerləri, cəza kameralarına, ibadət yerlərinə baxış keçirilib. Eyni zamanda məhkumların fərdi qəbulu olub.

11 saylı Cəzaçəkmə müəssisəsində məhkumlara hüquqi yardım göstərilib, kitabxana fonduna isə çox sayda kitab hədiyyə edilib. Başçəkmənin həyata keçirən İctimai Komitə üzvləri ötən illə müqayisədə məhkumların saxlanma şəraitinin, qida təminatının, eyni zamanda müəssisənin maddi-texniki təminatının yaxşılaşdığını qeyd ediblər.

Monitorinqin nəticələrinə dair rəy hazırlanaraq Ədliyyə Nazirliyinin müvafiq orqanlarına təqdim edilib
Devamını Gör »

“Böyük ömrün davamı” audio versiyada

Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” kitabının audio versiyasının ikinci hissəsi hazırlanıb.

“Böyük ömrün davamı” adlanan ikinci diskə şairin eyniadlı poeması daxildir. “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Gəray Əlibəyovun Lent.az-a verdiyi məlumata görə, poemanın audio versiyasını əməkdar artist Azad Şükürov ifa edib.
Diskə klassik və müasir Azərbaycan bəstəkarlarının musiqililəri, Heydər Əliyevin bəzi fikirləri də əlavə olunub: “Disk artıq hazırdır. Bizim bu layihəmiz görmə qabiliyyətini itirən, zəif görən şəxslər üçün nəzərdə tutulub. İstənilən şəxs hətta maşında bu diskə qulaq asa bilər”.



G. Əlibəyov qeyd edib ki, layihə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Yardım Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilib.
Devamını Gör »

Əqli mülkiyyət hüquqlarının idarə olunması sistemi sahəsində ilk addım atıldı

Qrant razılaşması layihəsi üzrə müzakirə protokolu imzalanıb

Bu gün Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında “Azərbaycanda əqli mülkiyyət hüquqlarının avtomatlaşdırılması” qrant razılaşması layihəsi üzrə müzakirə protokolu imzalanıb. Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müzakirə protokolu Koreya Respublikasının Xarici İşlər və Ticarət Nazirliyi və Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi arasında imzalanması nəzərdə tutulan Qrant Razılaşması layihəsinin müddəalarını təyin edir.

Müzakirə protokolunu Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan nümayəndəliyinin rezident nümayəndəsi Yonq-vu Kim ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov imzalayıb. İmzalanma mərasimində KOİCA baş ofisinin Mərkəzi Asiya və MDB ölkələri üzrə departamentinin rəhbəri xanım Hi Suk Koh, KOİCA Azərbaycan nümayəndəliyinin rezident nümayəndəsi Yonq-vu Kim, Namseul Universitetinin Kompüter elmləri departamentinin professoru Sanq Yeob Na və başqaları iştirak edib.

İmzalanması və həyata keçirilməsi nəzərdə tutulmuş Qrant Razılaşması layihəsinin məqsədləri aşağıdakılardır:

- İctimaiyyətə daha yaxşı xidmətlər göstərilə bilməsi üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən əqli mülkiyyət hüquqlarının idarə olunması sisteminin səmərəliliyini və məhsuldarlığını yaxşılaşdırmaq;
- Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əqli mülkiyyət hüquqları üzrə inzibati işlərinin avtomatlaşdırılması üçün kompüterləşdirilmiş sistemin yaradılması, Azərbaycanın əqli mülkiyyət hüquqları üzrə milli məlumat bazası toplusunun yaradılması və ictimaiyyət üçün Rəqəmsal Əqli Mülkiyyət Hüquqları Kitabxanasının yaradılması;
- Mütəxəssis hazırlamaq, zəruri texnologiyaların, bilik və bacarıqların maraqlı tərəflərə ötürülməsini təmin etmək məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzdində Təlim Mərkəzinin yaradılması;
- Azərbaycanda əqli mülkiyyət hüququ sisteminin davamlılığının təmin edilməsi.

Layihənin iki il davam etməsi nəzərdə tutulub. Əqli mülkiyyət hüquqlarının idarəolunması sisteminin hazırlanması təşəbbüsü Azərbaycan Hökumətinin e-hökumət prosesinə keçid çərçivəsində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən KOİCA-ya müraciəti əsasında yaranıb. Bu sahədə Komitə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) ilə sıx əməkdaşlıq edir. Təşkilatın tövsiyələrinə uyğun olaraq bu sahədə Koreya Əqli Mülkiyyət Ofisi (KİPO) ilə müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq Komitə ilə KİPO arasında əməkdaşlıq çərçivəsində, KOİCA-nın dəstəyi və ÜƏMT-nın iştirakı ilə Azərbaycanda mövcud əqli mülkiyyət sisteminin təkmilləşdirilməsinə dair layihənin həyata keçirilməsi barədə razılıq əldə olunub.
Devamını Gör »

TQDK-dan Milli Aviasiya Akademiyasına qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıq

I qrup ixtisaslarında təhsil almaq istəyənlər ərizələrində imtahan verəcəyi xarici dil kimi yalnız ingilis dilini seçə bilərlər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Milli Aviasiya Akademiyasına qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıq edib.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, TQDK Milli Aviasiya Akademiyasının I qrup ixtisaslarında təhsil almaq istəyən abituriyentlərin nəzərinə çatdırır ki, onlar ərizələrində imtahan verəcəyi xarici dil kimi yalnız ingilis dilini seçə bilərlər.
Devamını Gör »

Qərbin maraqlarını Liviyada Macarıstan təmsil edəcək

Macarıstan istisna ilə, Avropa Birliyinə üzv ölkələrin hamısı Liviyanın paytaxtı Tripolidəki səfirliklərini bağlayıb, diplomatlarını evakuasiya edib.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Avropa Komissiyası rəsmən Macarıstanı Liviyada bütün Avropa Birliyinin diplomatik maraqlarını təmsil edən ölkə kimi tanıyıb. Macarıstan hazırda Avropa Birliyinə rəhbərlik edir. Macarıstan hərbçiləri Liviyaya qarşı əməliyyatlarda iştirak etmir. Tripolidə Macarıstanla bərabər Rusiya, Çin, Cənubi Amerika və Afrika dövlətlərinin səfirlikləri fəaliyyət göstərir. Türkiyə isə səfirliyini mayın 2-də bağlayıb.



Qeyd edək ki, aprelin 30-da gecə Tripolinin bombalanması nəticəsində Liviya prezidenti Müəmmər Qəddafinin kiçik oğlu və 3 nəvəsi həyatını itirib. Bundan qəzəblənən xalq kütlələri Tripolidə Böyük Britaniya və İtaliyanın səfirliklərinə hücum çəkib.
Devamını Gör »

“Heydər Əliyev və Azərbaycan kinosu”

Mayın 6-da Dövlət Film Fondunda Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda tədbir keçiriləcək.

Fonddan Lent.az-a verilən məlumata görə, tədbirdə “Heydər Əliyev – mədəniyyətimizin hamisi” adlı film göstəriləcək. “Salnamə” studiyasında çəkilən filmin rejissoru Eldar Quliyev və İqbal Məmmədəliyevdir.

Fondun foyesində isə mərhum prezidentin fotolarından ibarət sərgi nümayiş olunacaq.
Devamını Gör »

Ərdoğan: “Qəddafi hakimiyyətdən çəkilməlidir”

“Övlad və nəvə itkisi böyük itkidir”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Liviya prezidenti Müəmmər Qəddafiyə çağırış edib. Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan deyib ki, Liviyada demokratiyanın bərqərar olması üçün artıq Müəmmər Qəddafinin hakimiyyətdən çəkilməsi lazımdır.


O deyib ki, Müəmmər Qəddafinin Türkiyənin tövsiyələrini nəzərə almayaraq ,qan tökməyə üstünlük verib: “Liviyada artıq söz bitdi. Müəmmər Qəddafi artıq tarixi addım atmaq məcburiyyətindədir. Mövcud vəziyyətdə ən məqbul çıxış yolu əmanəti sahibinə, xalqa təhvil verməkdir. Liviya ailə mülkiyyəti deyil. Liviyada tökülən qan liviyalıların qanıdır. Qarlaş qanı üzərində sülh və ədalət qurula bilməz. Liviya liderinin özünün və ölkəsinin gələcəyi üçün Liviyadan çıxmasını, hakimiyyətdən çəkilməsini istəyirik. Övlad və nəvə itkisi böyük itkidir. Ata və baba olaraq, Müəmmər Qəddafinin bu ağrı-acını yaşadığını bilirik və bu acını Liviya xalqının da yaşamasını istəmirik”.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı