3 May 2011

Abramoviçdən 90 milyon avroya seksual futbol sifarişi


İngiltərənin “Çelsi” klubunun sahibi Roman Abramoviç yeni futbolçuların alınmasına 80 milyon funt sterlinq (təqribən 90 milyon avro) ayırıb.

Lent.az-ın “The Sun”a istinadən verdiyi məlumata görə, Abramoviç komandasının baxımlı oyun göstərməsini istəyir.

Rusiyalı milyarder belə oyunu “seksual futbol” adlandırır. Onu darıxdırıcı matçlarda 1:0 hesablı qələbədənsə, dramatik və baxımlı mübarizə nəticəsində qazanılan 4:3 hesablı qələbə daha çox sevindirir. Heyətin gücləndirilməsinə ayrılan pullar yay transfer dövründə xərclənəcək. “Çelsi”nin yaradıcı yarımmüdafiəçi, sürətli cinah yarımmüdafiəçisi və cinah müdafiəçisi alması planlaşdırılır. Klubun əsas transfer hədəfləri “Arsenal”ın yarımmüdafiəçisi Sesk Fabreqas, “Tottenhem”in yarımmüdafiəçisi Qaret Beyl və Hollandiya “Ayaks”ının müdafiəçisi Qreqori van der Vildir. Komandanın yeni transferləri ola biləcək futbolçular arasında Uesli Sneyder, Tomas Müller, Adam Conson, Eşli Yanq, Luka Modriç və Andrey Arşavin də var.

Qeyd edək ki, Roman Abramoviçin bəhs etdiyi “seksual futbol” müxtəlif illərdə Hollandiya yığmasının oyununa deyilib.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı