9 Tem 2011

İsrail 5 ölkənin 64 vətəndaşını hava limanında həbs edib.

İsrail üzərindən Qərbi Şəria ərazisinə keçməyə çalışan onlarla fəal hava limanından çıxa bilməyib.

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Belçika, Fransa, İspaniya, Almaniya, Hollandiya və ABŞ vətəndaşı olduğu bilinən 64 fəalı Ben Qurion hava limanında həbs edilib. Bundan əlavə, hava limanında fəalları “Fələstinə xoş gəldiniz” şüarı ilə qarşılayan “Divar əleyhdarı anarxiyaçılar” təşkilatının 5 üzvü də həbs edilib. İsrailli fəalların yaxınlarını qarşılamaq üçün hava limanına gələn bəzi vətəndaşların hücumuna məruz qaldığı bildirilib. “Yerusalem Post” qəzetinin yazarlarından Larri Derfnerin də terminalda fəallara hücum edənlərə mane olmağa çalışarkən həbs olunduğu iddia edilir.

Ancaq İsrailin bütün maneələrinə baxmayaraq, bəzi fəalların Ben Qurion xəttini keçərək Fələstin torpaqlarına keçdiyi qeyd edilir.
Devamını Gör »

Qəddafinin iqamətgahı bombalanıb...

Bu gecə NATO qırıcı təyyarələri Liviya prezidenti Müəmmər Qəddafinin paytaxt Tripolinin Bab al-Aziz rayonundakı iqamətgahını bombalayıb.

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, iqamətgahda 2 güclü partlayış səsi eşidilib. Həmin vaxt Müəmmər Qəddafinin iqamətgahda olub-olmadığı barədə məlumat verilmir.

Qeyd edək ki, indiyə qədər NATO-nun hava əməliyyatları nəticəsində Liviyada 700 mülki şəxs həyatını itirib.
Devamını Gör »

Arvadını öldürəndən 9 ay sonra intihar edən narkomanın inanılmaz dramı...

“Arvadımla heroini uşaqlarımızın gözü önündə vurduğumuzun fərqinə varmırdıq”

2010-cu ilin oktyabrında Bakının Xəzər rayonunda dəhşətli qətl hadisəsi baş verib. Ailə münaqişəsi zəminində baş verən bu qətl hadisəsi beş yaşlı qız və üç yaşlı oğlanın gözü qarşısında törədilib. Xəzər rayon sakini Rövşən Əsədullayev münaqişə zəminində həyat yoldaşı Kəmaləyə 17 bıçaq zərbəsi vuraraq qətlə yetirib, qaynanası Zərxanımı isə döş qəfəsindən bir neçə bıçaq zərbəsi vuraraq ağır yaralayıb. O, daha sonra özünü öldürmək məqsədi ilə arvadını öldürdüyü bıçaqla damarını kəsərək intihar etmək istəyib, lakin bu məqsədinə nail ola bilməyib.

Lent.az uşaqlarının gözü qarşısında bu qətli tərədən Rövşən Əsədullayevin barəsində olan cinayət işini təqdim edir.


2004-cü ildə Rövşənlə Kəmalə ailə qururlar. Bu izdivacdan onların iki uşağı olur. Maddi çətinlik çəkdiyindən kirayə pulunu ödəyə bilməyən Rövşənə qayınatası həyətyanı sahə verir. Rövşən burda ev tikir. Lakin ailə daxilində münasibətlər yaxşılaşmaq əvəzinə daha da gərginləşir. Buna səbəb ər və arvadın hər ikisinin narkotik aludəçisi olması idi...


“Yoldaşım da, mən də heroin vururduq...”

Belə ki, Kamələnin iki qardaşı narkotik alverindən həbs olunmuşdu. Onlar həm narkotik alverçisi, həm də istifadəçisi idilər. Qardaşların həbsindən sonra evdə qalan heroini Zərxanım qızı Kəmalə vasitəsi ilə satışa çıxarmaq istəyir. Lakin Rövşən buna qarşı çıxır. Çünki o, Kəmalənin də qardaşları kimi həbs olunacağından qorxurdu. Evdə hər zaman heroinin olması Kamalədə də onlardan istifadə marağını artırmışdı. Kamalə narkotik vasitəni qəbul edir və eyni zamanda yoldaşı Rövşənə də həmin narkotik vasitədən gətirirdi. Ər və arvad həmin heroini inyeksiya yolu ilə qəbul edirlər, yəni damarlarına vururlar. Rövşən sonradan istintaqa ifadəsində heroini suda qaynatdığını və damarına vurduğunu söyləyir: “Yoldaşım da, mən də heroin vururduq. Bəzən elə vaxtlarımız olurdu ki, heroini uşaqların gözü qabağında vurduğumuzun belə fərqinə varmırdıq. Artıq narkotiksiz qala bilmirdik”.


“Qaynanam arvadımı məcbur edirdi ki, heroini satsın”

Zərxanım evdə olan heroini satmaq üçün Kəmaləyə verir. Kəmalə də Rövşəndən xəbərsiz heroni satmağa başlayır. Bundan xəbər tutan Rövşənlə Kəmalə arasında dava-qırğın başlayır. Rövşənin Kəmaləyə mane olduğunu görən Zərxanım Rövşəndən qurtulmağın yollarını fikirləşir. Sonda o, belə qərara gəlir ki, Kəmalənin rahat narkotik alveri eləməsi üçün Rövşənin həbsdə olması daha məqsədəuyğundur. Belə ki, o, Kəmaləyə saxta pul verərək onları Rövşənə verməsini və Rövşənin həmin pulu xırdalayan zaman polis tərəfindən həbs olunacağını fikirləşir. Kəmalə də anası ilə razılaşır. Lakin Rövşən bunlardan xəbər tutur. Qaynanasıgilə gedərək Kəmalənin narkotik satmağa məcbur etməyə son qoymasını tələb edir. Zərxanımgildə mübahisə edən Rövşəni Kəmalə sakitləşdirərək evə gətirir. Evdə isə Rövşənlə Kəmalə arasında dava başlayır. Kəmalə Rövşənin maddi vəziyyətinin pis olmasını səbəb gətirərək narkotik satışına davam edəcəyini bildirir. Bu, Rövşənin qəzəbini artırır. Aralarındakı mübahisə daha da qızışır. Səs küyə gələn uşaqların gözü qabağında Rövşən mətbəx bıçağı ilə Kəmaləyə zərbələr endirməyə başlayır. Aldığı ağır zərbələrdən qadın qanlar içində yerə sərilir. 17 bıçaq zərbəsi alan Kəmalə yerindəcə keçinir.


Kəmalənin öldüyünü görən Rövşən qaynanası Zərxanımı öldürmək qərarına gəlir. O, eyni həyətdə yaşayan Zərxanımı görərək üstünə cumur və bir neçə bıçaq zərbəsi endirir. Zərxanım huşunu itirərək yerə yıxılır. Rövşən Zərxanımın da öldüyünü fikirləşib daha sonra özünü öldürmək qərarına gəlir. O, arvadını qətlə yetirdiyi bıçaqla damarlarını kəsir.


Beş yaşlı qız sayəsində həyatları “qurtulan” ata və nənə

Bu zaman hadisələrin şahidi beş yaşlı qız dərhal qonşuya gedərək “atam anamı və nənəmi öldürüb, təcili yardım çağırın” deyir. Qonşu beş yaşlı uşağın sözlərinə inanmasa da, dərhal hadisə yerinə gəlir. Bütün bunlardan dəhşətə gələn qonşu hadisə yerinə polis və təcili yardım çağırır. Hadisə yerinə gələn təcili yardım yaralı olan Zərxanımı və damarlarını doğrayan Rövşəni xəstəxanaya aparır. Onların hər ikisinin həyatını xilas etmək mümkün olur.


Baş vermiş cinayət işi ilə əlaqədar Rövşən barəsində cinayət işi başlanır. O, cinayət məsuliyyətinə cəlb olunur. İbtidai və məhkəmə istintaqı zamanı Rövşən törətdiyi cinayəti etiraf edərək bu hadisənin baş verməsinin əsas səbəbi kimi qaynanası Zərxanımı göstərir. Lakin aparılan istintaqla Zərxanımı cinayət məsuliyyətinə cəlb etmək üçün heç bir sübut tapılmır.

Rövşən Əsədullayev barəsində olan cinayət işinə Bakı Ağır Cəza Məhkəməsində baxılır. Məhkəmənin hökmü ilə Rövşən 14 il müddətinə azadlıqdan məhrum edilir.


9 ay sonra gerçəkləşən intihar

Rövşən arvadını öldürdükdən sonra özünü də öldürmək istəsə də buna nail ola bilməmişdi. Lakin düz 9 ay sonra, yəni bu günlərdə bu istəyinə nail olub: cəza çəkdiyi müəssisənin hamamında özünü dəmir borudan asaraq intihar edib.

İndi iki azyaşlı uşaq yetim qalıb: atasının anasını öldürdüyü səhnəni görən körpələr...
Devamını Gör »

Malayziya da qarışdı...

Malayziyada seçki sistemində islahatlar aparılması tələbi ilə keçirilən çoxminlik aksiyanın dağıdılması üçün polis və ordu hərəkətə keçib.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, polis aksiyaçılara dərhal Kuala-Lumpurun mərkəzindəki meydanı tərk etməyi əmr edib. Aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə olunub, 672 aksiya iştirakçısı saxlanılıb. Çoxlu sayda yaralı var. Günün ikinci ordu vəziyyətə müdaxilə edib və aksiyaçılara dərhal şəhərin mərkəzini tərk etmək barədə göstəriş verilib. Əks təqdirdə atəş açılacağı barədə xəbərdarlıq olunub.

“Asia news” telekanalının yaydığı məlumata görə, aksiya iştirakçıları Kuala-Lumpurun mərkəzini tərk etsələr, onlar şəhərin müxtəlif yerlərində aksiya keçirməyə davam edirlər. Polis aksiya fəallarını, o cümlədən müxalifət lideri Ənvər İbrahimi axtarır.
Devamını Gör »

Erməni kişilər impotentə çevrilirlər

Keyfiyyətsiz qida və ekoloji vəziyyət Ermənistanda kişilərin çoxunu impotentə çevirir.

Lent.az-ın “nesw.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanın tanınmış seksopatoloqu Qeqam Vardanyan söyləyib.
O deyib ki, Ermənistanda ərzağın keyfiyyətinə yetərincə nəzarət yoxdur, qida əlavələri kişilərin cinsi sağlamlığına, spermanın keyfiyyətinə ciddi mənfi təsir göstərir: “Bu problem Ermənistanda çox geniş yayılıb, statistikanı açıqlamaq da çox çətindir...”
Devamını Gör »

7 Tem 2011

Belarusla “Elmi Əməkdaşlıq Haqqında” niyyət protokolu imzalandı

İşçi Qrupu yaradılıb, müştərək elmi proqram və layihələrin birgə qrant müsabiqələri keçiriləcək

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Belarus Respublika Fundamental Tədqiqatlar Fondu arasında “Elmi Əməkdaşlıq Haqqında” niyyət protokolu imzalanıb. Elmin İnkişafı Fondundan Lent.az-a verilən məlumata görə, protokolu Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və Belarus Respublika Fundamental Tədqiqatlar Fondunun Elmi şurasının sədri – icraçı direksiyanın direktoru Valentin Orloviç imzalayıblar.

Elmin İnkişafı Fondunun icraçı direksiyasında keçirilən görüş zamanı Belarus və Azərbaycan alimlərinin əməkdaşlıq səviyyəsi və onun vəziyyəti barədə müzakirələr keçirilib. Tərəflər böyük elmi potensialı və əməkdaşlıq üçün qarşılıqlı marağı nəzərə alaraq yekdil olaraq razılaşıblar ki, bu iki fond arasında elmi əməkdaşlığın hərtərəfli şəkildə genişləndirilməsi hər iki ölkənin alimlərinin köklü maraqlarına cavab verir. Tərəflər Belarus Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında bağlanmış 3 iyun 2010-cu il tarixli elm və texnologiya sahəsində əməkdaşlıq haqqında sazişin uyğun bəndlərini nəzərə alaraq, tərəflər üçün qarşılıqlı maraq kəsb edən və hər iki fondun nizamnamələrinə və müsabiqələrinin keçirilmə qaydalarına zidd olmayan müştərək elmi proqram və layihələrin birgə qrant müsabiqələrinin keçirilməsi və digər elmi tədbirlərin təşkili yolu ilə reallaşdırılması sahəsində fəal əməkdaşlıq etmək haqqında niyyətlərini bildiriblər.

Tərəflər hər iki respublikanın qanunvericiliyinə uyğun olaraq qarşılıqlı məsləhətləşmə və razılaşdırılmalardan sonra, EİF və BRFTF arasında Elmi əməkdaşlıq haqqında sazişin yüksək səviyyədə və hərtərəfli olaraq hazırlanması və bağlanmasının məqsədəuyğun olduğu qənaətinə gəliblər. Bu protokolun niyyətlərini reallaşdırmaq və birgə fəaliyyətin operativ koordinasiyasını həyata keçirmək üçün tərəflərin təmsilçilərindən ibarət İşçi Qrup yaradılıb.

Qeyd edək ki, Belarus Respublika Fundamental Tədqiqatlar Fondu 1991-ci ildə təsis olunub və əsas məqsədi qrant layihələrinin maliyyələşdirmə yolu ilə elmə dəstək göstərməkdir.
Devamını Gör »

132 il əvvəl törədilmiş cinayətin üstü açıldı

“BBC”nin produseri Devid Attenbruqun evində təmir işləri aparılan zaman aşkar edilən insan kəlləsi 132 il əvvəl törədilmiş cinayətin üstünü açmağa kömək edib.

Lent.az-ın xəbərinə görə, kəlləni müasir vasitələrlə araşdıran kriminalistlər 1879-cu ildə qətlə yetirilən Culia Tomasa aid olduğu qənaətinə gəliblər.

Polisin arxivindəki məlumatlara görə, 55 yaşlı dul qadın öz qulluqçusu tərəfindən qətlə yetirilib. Qətldən sonra qulluqçu öz qurbanının ətindən xörək bişirərək küçədəki uşaqlara paylayıb, cəsədin qalan hissəsini isə Temza çayına atıb. Polis hadisədən bir müddət sonra içində cəsəd olan sandığı çaydan çıxarıb, lakin kəllə tapılmayıb. Qatil isə sahibinin qızıl dişlərini çıxarıb, onun sənədlərindən istifadə edib. London məhkəməsinin qərarı ilə o, edam edilib.
Devamını Gör »

İtaliya futbolunda da “köhnə sandıqlar” açılır

İtaliyada da futbol aləmində köhnə sandıqlar açılmağa başlayıb.

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, “Yuventus” ilə “İnter” arasında 2006-cı ildəki çempionluq mübahisəsi yenidən gündəliyə gəlib.

Birinci liqanın 2005-2006 mövsümü sonunda ortaya çıxan “Kalkiopoli” qalmaqalından sonra verilən qərarların diskussiyası başlayıb. İtaliya Futbol Federasiyasının istəyi ilə məsələni araşdıran prokuror Stefano Palazzinin “İnter”in o zamankı prezidenti Qiaktino Facettinin bəzi hakimləri ələ almasını iddia etməsi idman aləminin bir nömrəli mövzusu olub.

Stefano Palazzinin “İnter”lə bağlı iddiaları “Kalkiopoli” skandalından sonra verilən qərarların da yenidən müzakirəyə çıxarılmasına yol açıb. O zaman qəbul edilən qərar əsasında “Yuventus”un 2004-2005-ci il çempionluğu ləğv edilib, 2005-2006 çempionluğu isə liqanın ikincisi olan "İnter"ə verilib.

İtaliya mətbuatı “İnter”lə bağlı iddiaların federasiya tərəfindən necə dəyərləndiriləcəyini maraqla gözləyir. “Yuventus”dan alınıb “İnter”ə verilən çempionluğun geri alınma ehtimalından danışılır.
Devamını Gör »

Bakıda müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında sərəncam imzalandı

Azərbaycan Respublikası prezidenti İlham Əliyev Bakıda müasir İdman-Konsert Kompleksinin inşa edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın “AzərTAc” agentliyinə istinadən verdiyi məlumata görə, kompleksin layihələndirilmə və tikinti işlərində sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.

Sərəncamda bildirilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Kompleksin yaradılması üçün torpaq sahəsinin müəyyən edilməsini və ayrılmasını təmin etməli, Kompleksin tikintisi üçün müvafiq sahədə təcrübəsi olan şirkətlərlə danışıqlar əsasında seçilmiş podratçı ilə birbaşa müqavilənin bağlanmasını, eləcə də peşəkar beynəlxalq məsləhətçi cəlb edilməklə müqavilənin icrası ilə bağlı layihə idarəetməsini həyata keçirməlidir.

Nazirlər Kabinetinə isə Kompleksin tikintisinin maliyyələşdirilməsi ilə bağlı bir ay müddətində müvafiq tədbirlər görmək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Devamını Gör »

Təyyarəmizin qəzaya uğradığı ərazidə 8 nəfərin qalıqları tapılıb

Əfqanıstanda Azərbaycan təyyarəsinin qəzaya uğradığı ərazidə 8 nəfərin cəsədinin qalıqları tapılıb.

Bu barədə APA-ya Azərbaycanın Pakistandakı səfirliyinin 3-cü katibi Çingiz Qəribli məlumat verib. O bildirib ki, hadisə yerində çalışan komanda təyyarənin və həlak olmuş 8 nəfərin qalıqlarını aşkarlayıb. Tanınmaz hala düşdüyü üçün qalıqların identifikasiyasını aparmaq hələlik mümkün olmayıb. Ç. Qəribli bu məqsədlə ekspertizanın təyin oluna biləcəyini söyləyib: “Ekspertizanın keçirilməsini və meyitlərin qalıqlarının nə vaxt göndəriləcəyini sabah hadisə yerinə gəlməsi gözlənilən komissiya həll edəcək”.

Qeyd edək ki, Əfqanıstanda baş verən qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycandan olan üzvləri bu gün Bakı vaxtı ilə saat 06.30-da Əfqanıstanın Baqram hava limanına çatıblar. Azərbaycan tərəfdən komissiyanın rəhbəri “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirovdur.

Xatırladaq ki, Bakı-Baqram marşrutu ilə uçuş yerinə yetirən təyyarə göyərtəsində 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanından havaya qalxıb. Əfqanıstana uçuşdan əvvəl həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan İl-76 4K-AZ 55 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan 5-i Azərbaycan, 4-ü Özbəkistan vətəndaşıdır.
Devamını Gör »

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı” təsdiqləndi

Azərbaycan Respublikası prezidentinin İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın “AzərTAc” agentliyiunə istinadən verdiyi məlumata görə, dövlət başçısı Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etməyi tapşırıb.
Devamını Gör »

“Əli və Nino” kitab evində qeyri-adi aksiya

Bu gün “Əli və Nino” kitab evində qeyri-adi aksiya keçiriləcək.

Lent.az-ın məlumatına görə, saat 19:00-dan etibarən kitab alıcılarına məşhur bloqçular xidmət edəcəklər. Mirzə Əliyev, Nigar Fətəli, Pərvanə Persiani, Leyla Əli və Aysel Ağayeva bir günlük kitab satıcısı olacaq.

Aksiyanın məqsədi bloqçuların və sosial şəbəkələrdə fəal olan gənclərin diqqətini kitaba cəlb etməkdir. Aksiyanın sonunda bloqçular öz təcrübələrindən yazı yazacaqlar.
Devamını Gör »

Gəncədə avtomobil sahəsində memorandum imzalandı

Belarusun baş naziri Mixail Miyasnikoviçin Azərbaycana səfəri başlayıb.

APA-nın Qərb bürosunun məlumatına görə, hökumət başçısı səfər çərçivəsində ilk olaraq Gəncəyə gəlib.

Belarus nümayəndə heyətini Gəncə Hava Limanında nəqliyyat naziri Ziya Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və başqa rəsmi şəxslər qarşılayıblar. Mixail Miyasnikoviç ilk olaraq Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra Nizami Gəncəvinin məqbərəsinə gələn ali qonaq ziyarətdən sonra xatirə dəftərinə ürək sözlərini yazıb.
Bundan sonra Mixail Miyasnikoviç Gəncə Avtomobil Zavoduna gəlib. Qonaqlar ilk olaraq zavodda traktor və MAZ avtomobillərinin yığım sexlərinə baxış keçiriblər. Daha sonra Azərbaycan, Almaniya və Belarusun birgə əməkdaşlığı ilə fəaliyyət göstərəcək yeni sexin rəsmi açılış mərasimi keçirilib.

Açılışdan sonra Almaniyanın “Haller” şirkəti, Gəncə Avtomobil Zavodu və Minsk Avtomobil Zavodu ilə birgə əməkdaşlığa dair memorandum, Minsk Təkərdartıcı Zavodu ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlığa dair, Minsk Avtomobil Zavodu ilə Gəncə Avtomobil Zavodu arasında 300 avtomobil alınmasına dair və Belarus traktorlarının ehtiyat hissələrinin alınmasına dair sazişlər imzalanıb. Üçtərəfli anlaşma memorandumuna əsasən MAZ avtomobillərinin bazasında “Haller”in kommunal avadanlığı quraşdırılacaq. Məişət tullantılarının yığılması üçün nəzərdə tutulan bu avtomobillərin ümumi tutumu 16 və 22 kubdur. Müəssisədə ilkin olaraq 100-150 avtomobilin quraşdırılması nəzərdə tutulur. Kommunal texnikaların Azərbaycanla yanaşı Türkiyə və Gürcüstanda satışı planlaşdırılır. Yeni istehsal sahəsinin işə düşməsi əlavə 100 iş yerinin açılmasına səbəb olacaq.

Bununla da Belarus baş nazirinin Gəncəyə səfəri başa çatıb. Mixail Myasnikoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya yola düşüb. Baş nazirin Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulur.
Devamını Gör »

Bakıda narkotik satan polis mayoru həbs olundu

Azərbaycan paytaxtında polis əməkdaşı həbs olunub.

APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməliyyat müvəkkili, polis mayoru Dursun Əliyev 2 qram narkotik maddəni vətəndaşa verərkən saxlanılıb. Onun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Daxili Təhlükəsizlik idarələrinin əməkdaşları tərəfindən tutulduğu bildirilib.
Devamını Gör »

“Kamaz” Bakıda şahə qalxdı

Elementar fiziki qanunların pozulması gülünc qəzaya səbəb oldu

Ötən gün saat 20:00 radələrində Yeni Yasamaldan şəhər istiqamətinə qalxan “Kamaz” qəzaya uğrayıb. Yükün düzgün yığılmaması nəticəsində “Gunəş Petrol” istiqamətində yoxuşda hərəkət edən avtomobilin qabaq oxu qalxıb. Sürücü avtomobili heç bir xəsarət olmadan dayandıra bilib. Maraqlı burasındadır ki, hadisə həmin ərazidə nəqliyyatın hərəkətinə heç bir maneə yaratmayıb. Avtomobil bir neçə saat sonra kranın vasitəsilə düzgün vəziyyətə gətirilib.

Hadisənin şahidi olan Lent.az-ın əməkdaşı komik situasiyanı kameraya köçürüb. Hadisə zamanı “Kamaz”ın yanından keçən nəqliyyat müfəttişləri əllərini yelləyib yola davam ediblər.
Devamını Gör »

“Facebook”da daha bir yenilik!

“Facebook” social şəbəkəsi daha bir maraqlı yeniliklə istifadəçilərini sevindirib.

Lent.az-ın xəbərinə görə, şirkət dünəndən etibarən məşhur “Skype” firması ilə əməkdaşlığa başlayıb. Bundan sonra internet istifadəçiləri həm “Skype”, həm də “Facebook”da dostlarıyla videogörüntü vasitəsilə danışa biləcək.

Həmçinin, daha bir yeniliyə görə, sosial şəbəkədə qrup söhbətləri də aparmaq olacaq. Hər iki yeniliyi şirkətin gənc sahibi Mark Zakerberq açıqlayıb. O bildirib ki, hazırda şəbəkənin 750 milyondan çox istifadəçisi var.

Zakerberq “bəzı şirkətlər özləri üçün sosial şəbəkə hazırlayıb, uğur qazanmaq istəyir” sözləri ilə də bir neçə gün öncə “Google +” adıyla sosial şəbəkə yaradan “Google” şirkətinə də sataşıb.
Devamını Gör »

Lavrov Bakıya Rusiya prezidentinin tapşırığı ilə gəlir

İyulun 8-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfərə gələcək.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat verilib.

Məlumatda bildirilir ki, nazir S. Lavrov prezident Dmitri Medvedevin tapşırığı ilə iyulun 7-8-də Azərbaycana və Ermənistana qısamüddətli səfər edəcək.
Devamını Gör »

5 Tem 2011

Avstriya Musa Yaqubun nəvəsini London Olimpiadasına göndərir

Avstriyada hazırlıq keçən “Xəzər Lənkəran” klubunun dünən axşam məşqini izləyənlər arasında İnnsbrukda yaşayan bir azərbaycanlı da var idi.

Əlindəki fotoaparatla futbolçularımızın şəkillərini çəkən bu gənc təbii ki, diqqətimizdən yayına bilməzdi.

Apasport.az saytının Avstriyaya ezam olunan əməkdaşı ilə söhbəti zamanı Gəray Gəraylı bildirib ki, əslən İsmayıllı rayonundandır. Görkəmli şair Musa Yaqubun nəvəsi olan 17 yaşlı boksçu artıq Avstriya milli komandasına da cəlb edilib: “12 yaşım olanda ailəmizlə birgə Avstriyaya köçdük. Artıq boks üzrə Avstriya yığmasının üzvüyəm. Hətta gələn il Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında da iştirak edə bilərəm. Bunun üçün şansım da var. 63 kq çəkidə mübarizə aparıram”.

Gəraylı bildirib ki, yerli federasiya onun London Olimpiadasına daha yaxşı hazırlaşmaq üçün Almaniyaya toplanışa göndərəcək.
Devamını Gör »

Şamil Əliyev “Çölçü”lüklə məşğuldur

“Azərbaycanfilm” yeni filmin çəkilişlərinə start verib.

Filmin rejissoru Şamil Əliyevin Lent.az-a verdiyi məlumata görə “Çölçü” adlanan filmin çəkilişləri əvvəlcə Goranboy rayonunda aparılacağından yaradıcı qrup hazırda həmin rayondadır. Ssenari müəllifi aktyor Vidadi Həsənovdur. Filmin mövzusu arxaizmlə neologizmin, daha dəqiqi təbiətlə-ilkin yaranışla sivilizasiyanın mübarizəsidir.


Əsərin qəhrəmanı çöldə yaşayan adamdır, hadisələr onun ətrafında cərəyan edir. Əsas rolu da elə müəllif Vidadi Həsənov oynayır. Onun gəncliyini Bəhruz Vaqifoğlu canlandıracaq. Qısasaçlı qız rolunda gürcü aktrisa Şalome Domiria çəkilir. Filmin operatoru Rafiq Quliyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Rauf Əliyevdir. Tammetrajlı bədii film payız aylarında hazır olacaq.
Devamını Gör »

TBMM üzvü: “Sərhədlərin açılması barədə qərarın qəbuluna imkan verməyəcəyik”

“Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən çəkilməsə, Türkiyəyə qarşı iddialarından vaz keçməsə, Türkiyənin bu ölkə ilə sərhədlərinin açılmasına heç vaxt yol verməyəcəyik”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan üzvü Sinan Oğan Bakıda jurnalistlərə açıqlamasında deyib.
Son zamanlar yenidən bəzi mətbuat orqanlarında sərhədlərin açılacağına dair məlumatların yer aldığını qeyd edən TBMM üzvü bəzi qüvvələrin sərhədlərin açılması məsələsini yenidən gündəmə gətirmək istədiklərini söyləyib: “Lakin mən qətiyyətlə deyə bilərəm ki, sərhədlər o zaman açılacaq ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkiləcək, Türkiyəyə yönəlik əsassız iddialarından vaz keçəcək. Bu olmasa, biz Türkiyə parlamentində sərhədlərin açılması barədə qərar qəbul olunmasına imkan verməyəcəyik”.


S. Oğan millət vəkili kimi fəaliyyəti dövründə Türkiyədə yaşayan 3 milyona yaxın azərbaycanlının hüquqlarının müdafiə edəcəyini də deyib.


O, eyni zamanda Türkiyə-Azərbaycan əlaqələrinin güclənməsinə, parlamentlərarası əlaqələrin genişlənməsinə çalışacağını da bildirib. TBMM üzvü digər ölkələrin parlament nümayəndələri ilə keçirəcəkləri görüşlərdə də Azərbaycan, Qarabağ mövzusunu gündəmə gətirəcəklərini vurğulayıb.

Qeyd edək ki, əslən azərbaycanlı olan Sinan Oğan Dünya Azərbaycanlılarının III Qurultayında iştirak etmək üçün Bakıya gəlib.
Devamını Gör »

Karate 2020-ci il olimpiadasının proqramına salına bilər

2020-ci il Yay Olimpiya Oyunlarının proqramına salınmağa namizəd idman növləri açıqlanıb. Lent.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) Cənubi Afrika Respublikasının Durban şəhərində keçirdiyi toplantıda qərar qəbul edib.

Siyahıya 8 idman növü - beysbol, karate, rolikli idman, softbol, idman qayayadırmanması, skvoş, veykbord və uşu salınıb. Bunlardan yalnız 1-i olimpiadanın proqramına daxil ediləcək. Yekun qərar İOC-un 2013-cü ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək 125-ci sessiyasında veriləcək.
Devamını Gör »

Moskvada məsləhətləşəcək həmsədrlər bölgəyə səfər edəcəklər

Həmsədrlər ATƏT-in yeni baş katibi və Minsk Qrupunun üzvləri ilə görüşüblər

İyulun 4-də Vyanada ATƏT-in Minsk Qrupunun həmsədrləri ATƏT-in yeni baş katibi Lamberto Zannyer və Minsk Qrupunun üzvləri ilə görüşüblər. APA-nın xəbərinə görə, həmsədrlər görüşlə bağlı bəyanat yayıblar. Bəyanatda deyilir:

“Həmsədrlər baş katibi və Minsk Qrupunu Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçirilmiş görüşü haqqında məlumatlandıraraq baza prinsiplərinin razılaşdırılmasının başa çatdırılması üçün vacib olan sonrakı addımları müzakirə ediblər. Tərəflər Kazanda əsas prinsiplərə dair yekun razılıq əldə etməsələr də, görüşdə tərəqqiyə nail olunub. Görüşdən sonra tərəflər baza prinsipləri üzrə mümkün qədər tez razılığa gəlmək məqsədilə danışıqlara davam edəcəklərini təsdiqləyiblər. Mövcud fikir ayrılıqları tərəflərin baza prinsiplərini qəbul etməsinə və sülh müqaviləsinin hazırlanması fazasına keçməsinə əngəl olmamalıdır. Prezidentlər D. Medvedev, N. Sarkozi və B. Obamanın Dovil bəyanatında bildirildiyi kimi, prosesin ləngidilməsi tərəflərin razılığa gəlmə istəklərini şübhə altında qoya bilər”.

Qeyd edək ki, həmsədrlərin yaxın vaxtlarda Moskvada məsləhətləşmə keçirməsi və bölgəyə səfər etməsi planlaşdırılır.
Devamını Gör »

Azərbaycan və Belarus müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirir

Müdafiə Sənayesi Nazirliyində Belarus Dövlət Hərbi Sənaye Komitəsinin sədr müavini ilə görüş keçirilib

Bu gün Müdafiə Sənayesi Nazirliyində Belarus Respublikasının Dövlət Hərbi Sənaye Komitəsinin sədr müavini İqor Bıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Belarus nümayəndə heyətinə Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə geniş məlumat verilib.

Görüşdə Belarus ilə Azərbaycan arasındakı müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Belarusun Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviç iştirak edib.
Devamını Gör »

İlham Kərimli: “Azərbaycanda yeganə rəqqasam ki...”

Dünya xalqlarının rəqslərinin mahir ifaçısı İlham Kərimli öz rəqs məktəbini yaradıb.

Lent.az-ın məlumatına görə, rəqqas arzu edənlərə milli rəqslərimizlə yanaşı dünya xalqlarının rəqslərini də öyrədir. Rəqqasın öz adını daşıyan məktəbdə rəqs dərsləri 3 qrupda keçirilir - uşaqlar, gənc xanımlar və fərdi. Məktəbdə bəylə gəlinə də öz toylarında gözəl rəqs etmək üçün xüsusi dərslər verilir.


İlham Kərimli Lent.az-a açıqlamasında bu məktəbi yaratmaq məcburiyyətində olduğunu və buna hamıdan çox onun haqqı olduğunu bildirib: “Azərbaycanda yeganə rəqqasam ki, bütün dünya xalqlarının rəqslərini peşəkar ifa edirəm. 2 il Hindistanda, 4 il Ərəbistanda, 6 ay Sibirdə yaşayıb bu xalqların milli rəqslərinin incəliklərinə yiyələnmişəm. Digər xalqların rəqslərini də peşəkar səviyyədə bilirəm. Və bildiklərimi arzu edənlərə öyrətməyi özümə borc bilirəm. Çünki Azərbaycanda həvəskar rəqqaslar, rəqqasələr çoxalıb. Bu da milli rəqs elementlərinin orijinallığının itirilməsinə, rəqslərin korlanmasına gətirib çıxarır”.


Peşəkar rəqqas rəqs məktəbinə gələnlər arasında bəyəndiyi qızları və oğlanları özünün “İlham” rəqs ansamblına üzv götürəcəyini düşünür.
Devamını Gör »

Litvada dövlət hesabına oxumaq istəyən gənclərimiz üçün müsabiqə

Litvada dövlət hesabına oxumaq istəyən gənclərimiz üçün müsabiqə

Bölmə: SOSİAL
05 İyul 2011 17:00
Abituriyentlərin ingilis dili fənnindən nisbi balı 70-dən az olmamalıdır

Heydər Əliyev Fondu və Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi arasında bağlanmış müqaviləyə əsasən, 2011/2012-ci tədris ili üçün Litvanın təhsil müəssisələrində Azərbaycan gənclərinin dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bakalavr təhsili üzrə müsabiqədə cari tədris ilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş və həmin ixtisas qrupu üzrə müəyyən edilmiş müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
I, II və III ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənnindən nisbi balı 70-dən az olmamalıdır. IV ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənni üzrə attestat qiyməti 5 olmalıdır.


Magistratura səviyyəsi üzrə müsabiqədə iştirak etmək hüququna cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturasına qəbul imtahanlarında müsabiqə şərtlərini ödəmiş, bununla yanaşı, imtahanın birinci mərhələsində ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmayan bakalavrlar malikdirlər.


Müsabiqədə iştirak etmək istəyənlər 2011-ci il iyulun 8-dən avqustun 2-dək TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər (ünvan: Akademik Həsən Əliyev küç. 17).
Müsabiqədə iştirak üçün namizədliyi qeydə alınmış şəxslərlə 2011-ci il avqustun 3-də TQDK-da təşkil olunacaq müsahibədə iştirak edəcəklər. Müsahibə zamanı onların ingilis dili üzrə bilikləri yoxlanacaqdır. Bu mərhələni müvəffəqiyyətlə keçənlər isə təyin olunacaq vaxtda Litvanın Azərbaycan Respublikasındakı səfirliyində ingilis dili üzrə əlavə test imtahanı verəcəklər.

Müsabiqədə müvəffəqiyyət qazananların Litvada təhsil alması dövlət hesabına maliyyələşdirilir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödənilməlidir. Aşağıdakı cədvəldə qəbul aparılan təhsil müəssisələrinin və ixtisaslarının siyahısı təqdim olunur.

Ali təhsil müəssisəsi Qəbul ediləcək tələbələrin sayı Təhsil Təhsil proqramının dili Təhsil proqramının adı
Ixtisas qrupu (bakalavr proqramı)
Tələbələr üçün əlavə tələblər
Vilnus Kolleci
(Vilnius College)
www.viko.lt
2professionalbakalavr dərəcəsi İngilisProqram təminatı mühəndisliyi
I
2professionalbakalavr dərəcəsi İngilisBeynəlxalq biznes (bu proqram 2011-ci il iyun ayına qədər təhsil proqramı siyahısına əlavə edilməsə, abituriyentlər Biznes Menecmenti proqramına qəbul ediləcəklər)
II
Hüquq və Biznes Beynəlxalq məktəbi
(International School of Law and Business)
www.ttvam.lt
2professionalbakalavr dərəcəsi İngilisTurizm və otel idarəçiliyi
II
İSM Menecment və İqtisadiyyat Universiteti (ISM University of Management and Economics)
www.ism.lt
2bakalavr dərəcəsi İngilisBeynəlxalq Biznes və Kommunikasiya
II
  • İngilis dilini bilmə səviyyəsi IELTS üzrə ən azı  5.5 və ya TOEFL IBT üzrə ən azı 60;
  • Abituriyentlər İngilis dili və Riyaziyyat fənləri üzrə attestat qiymətlərini təqdim etməlidirlər.
İqtisadiyyat və Siyasət
II
Vilnus Gediminas Texniki Universiteti
(Vilnius Gediminas Technical University)
www.vgtu.lt
2bakalavr dərəcəsi İngilisMemarlıq
I
Abituriyentlər qəbul imtahanı verməlidirlər (qəbul testləri ilə bağlı abituriyentlər Beynəlxalq Təhsil Mərkəzinə (International Study Center) müraciət etməlidirlər)
İnformasiya Sistemləri Mühəndisliyi
I
Mühəndis İnformatikası
I
Mexanika Mühəndisliyi
I
Tikililərin energetikası
I
İnşaat mühəndisliyi
I
Nəqliyyat mühəndisliyinin iqtisadiyyatı və menecmenti
II
Biznes menecmenti
II
Litva Kənd Təsərrüfatı  Universiteti
(Lithuanian University of Agriculture)
www.İzuu.lt
2bakalavr dərəcəsi İngilisTətbiqi ekologiya
IV
2bakalavr dərəcəsi İngilisHidravlika mühəndisliyi
I
Litva Səhiyyə Elmləri Universiteti
(Lithuanian University of Health Sciences)
www.Ismuni.lt
2Birləşmiş təhsil (birinci və ikinci təhsil dövrlərini əhatə edir)İngilisTibb
IV
Odontologiya (Dişlərin müalicəsi)
IV
Əczaçılıq
IV
Baytarlıq
IV
Vilnus Universiteti
(Vilnius University)
www.vu.lt
1magistr dərəcəsi İngilisBeynəlxalq Biznesin İqtisadiyyatı və Menecmenti
26,56
İngilisBeynəlxalq Turizm Menecmenti
22,26,56
İngilisİqtisadi Analiz və Planlaşdırma
26
İngilis və ya RusBeynəlxalq və Avropa Birliyi Hüququ
49
İngilisŞərqi və Mərkəzi Avropa Elmləri
47
İngilisİngilisşünaslıq
40,47
RusRus dilşünaslığı
39
Vilnus Gediminas Texniki Universiteti
(Vilnius Gediminas Technical University)
www.vgtu.lt
2magistr dərəcəsi İngilisƏtraf Mühitin Menecmenti və Təmiz İstehsalat
19,26,57
Elektrik Energetika Sistemləri Mühəndisliyi
3
Sənaye Mühəndisliyi və İnnovasiya Menecmenti
26,56
Biznes Menecmenti
26,56
Vytautas Magnus Universiteti
(Vytautas Magnus University)
www.vdu.lt
4magistr dərəcəsi İngilisTətbiqi İngilis dili Linqvistikası
40
Baltic regionu elmləri
47
Şərqi Asiya Regionu Elmləri
47
Sosial və Siyasi Tədqiqatlar
42
Jurnalistika
44
Sosial Antropologiya
46
Sosial iş
42,48
Devamını Gör »

Prezident İlham Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri oldu

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə qurumun icra katibi seçilib

Dünya Azərbaycanlılarının III Qurultayının ilk iş gününün yekununda bir sıra qərarlar qəbul edilib.


APA-nın xəbərinə görə, qərarları Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov elan edib.
Qəbul edilən sənədlər arasında qurultayın ümumi müraciəti, qurultayın dünya azərbaycanlılarına, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xarici ölkə parlamentlərinə müraciətləri də var.


Daha sonra Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının fəaliyyətinin yenidən təşkili ilə bağlı məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Qurultay Şuranın fəaliyyətini davam etdirmək barədə qərar qəbul edib.

Şuranın tərkibində Rəyasət Heyəti ləğv olunaraq, İcra Katibliyi yaradılıb.
Azərbaycan prezidenti İlham Əliyev yenidən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının sədri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə icra katibi seçilib. Əlaqələndirmə Şurası üzvlərinin sayı 107-dən 115-ə çatdırılıb.
Devamını Gör »

Türkiyədə nazirliklərin sayı artdı

Türkiyədə sabah tərkibinin açıqlanması gözlənilən yeni Nazirlər Kabinetinə daha iki nazirlik əlavə edilib.

Lent.az-ın “trtazerbaycan.com” saytına istinadən verdiyi məlumata görə, Ətraf Mühit və Meşə Nazirliyinin yerində iki nazirlik yaradılıb.

Bunlardan biri Ətraf Mühit və Şəhərsalma Nazirliyi, digəri isə Meşə və Su İşləri Nazirliyi olacaq. Beləliklə, Nazirlər Kabineti baş nazir də daxil olmaqla, 25 üzvdən ibarət olacaq. Yeni nazirliklərin strukturu və vəzifələrinə dair fərman bu gün “Rəsmi Qəzet”də yayımlanıb.

Fərmana görə, Ətraf Mühit və Şəhərsalma Nazirliyi yerləşməyə, ətraf mühitə və tikintilərə dair inşaat, ekologiya, tikinti qanunvericiliyini hazırlayacaq, tətbiq olunmasını izləyəcək və nəzarət edəcək. Qanunla verilən xüsusi səlahiyyətlərdən başqa bu nazirlik bütün dövlət binalarının tikintisi və təmirinə də məsuldur. Meşə və Su Təsərrüfatı Nazirliyi isə meşələrin və su mənbələrinin qorunması və inkişaf etdirilməsi ilə məşğul olacaq.
Devamını Gör »

Aziz Yıldırımın ürəyinə stend qoyulur

Türkiyədə danışılmış oyun qalmaqalı ilə əlaqədar həbsdə ikən halı pisləşən “Fənərbağça” klubunun prezidenti Aziz Yıldırımın ürəyinə stend qoyulması qərara alınıb. Lent.az-ın “Habertürk”ə istinadən verdiyi məlumatına görə, əməliyyat İstanbul Universitetinin Kardiologiya Xidməti tərəfindən aparılır.

Yıldırımın xəstəxanaya aparıldığını öyrənən həkimləri stendin Kadıköydəki bir xəstəxanada qoyulmasını istəyiblər. Lakin Haseki xəstəxanasının həkimləri ilə polislər əməliyyatın başqa yerdə aparılmasına qarşı çıxıblar. Bu zaman həkimlər arasında sərt mübahisə yaranıb.

Qeyd edək ki, Aziz Yıldırım şəkər və təzyiqindən şikayətlənir.
Devamını Gör »

Fransa səfirliyi İmişlidə yaşayan 83 yaşlı fransız qadından xəbərdardır

Səfirliyin əməkdaşı: “Artıq səfir Qabriel Keller bu barədə məlumatlandırılıb”

Bir neçə gün əvvəl Lent.az İnformasiya Agentliyinin əməkdaşı Səbuhi Məmmədli İmişli rayonunu Murğuzallı kəndində əslən Fransadan olan 83 yaşlı İoanna Botto Jakla görüşərək, onun haqqında material hazırlayıb. Həmin material Lent.az-da yayımlanıb.


Ötən il baş vermiş təbii fəlakət nəticəsində evi yararsız hala düşmüş İoanna xanımın - indiki adı Əminə - problemlərini işıqlandıran əməkdaşımız onun bir xahişini də dinləyib. İoanna xanım 83 yaşı olduğunu, ömrünün ahıl qalanını doğma vətəni Fransada keçirmək istədiyini bildirib. O, ölkəsinə getmək arzusunu dilə gətirib. Əməkdaşımız bunun bizdən asılı olmadığını onun nəzərinə çatdırmaqla, xanıma mümkün köməkliyi göstərəcəyimizi deyib.

Məsələ ilə bağlı Fransanın Azərbaycandakı səfirliyinə müraciət etdik. Səfirliyin mətbuat katibi Cəmilə Axundova bildirdi ki, Lent.az-da yayımlanan yazını oxuyub: “Artıq cənab səfir Qabriel Kelleri də yazıyla bağlı məlumatlandırmışam”.



Qeyd edək ki, İoanna Botto Jak 1928-ci ildə Fransanın Lion şəhərində anadan olub. Onun atası və qardaşları Fransa Azadlıq hərəkatının fəal iştirakçısı olublar. Qardaşı Pol isə Şarl de Qollun şəxsi mühafizəçisi imiş. Xanım Botto müharibə vaxtı sovet partizanı, əslən İmişli rayonunun Murğuzallı kəndindən olan Şəmməd Şirməmmədovla tanış olub və evlənib. Onların toyu Parisdə olub.


Müharibə bitəndən sonra xanım Botto əri ilə birlikdə Sovetlər İttifaqına gəlib və o vaxtdan da burda yaşayır. Xanım Bottonun 4 övladı olub. Onlarla nəvə və nəticəsi var. İndi ömrünün bu çağında ata və anasının, əzizlərinin qəbirlərini ziyarət etmək, sağ qalan qohumları ilə görüşmək məqsədi ilə Fransaya getmək istəyir
Devamını Gör »

Prezidenti bir qrup ictimai xadimə ordeni və medal təqdim edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev Sarayında keçirilən Dünya azərbaycanlılarının III qurultayında fasilə zamanı “xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə” təltif olunmuş bir qrup ictimai xadimə “Dostluq” ordenini və “Tərəqqi” medalını təqdim edib.


Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Başar Kömürə, Ertan Demirtaşa, İosif Şaqala, Mehmet Akkan Suverə, Suat Günselə, Vladimir Kolesnikova “Dostluq” ordenini, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya isə “Tərəqqi” medalını təqdim edib.


Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi olan Leyla Əliyeva bu mükafata xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərdiyi xidmətlərə görə layiq görülüb.

Sonda xatirə şəkli çəkdirilib.
Devamını Gör »

Türkiyə Futbol Federasiyasının rəhbərliyi prokurorluqda


Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Ali Aydınlar futbolda danışılmış oyun iddiaları ilə əlaqədar cinayət işini aparan prokurorla görüşmək üçün ədliyyə idarəsinə gəlib. Lent.az-ın məlumatına görə, Aydınlar TFF rəsmiləri ilə birgə prokurorluğa gəlib.

Onun cinayət işini aparan dövlət ittihamçısı Mehmet Bərklə görüşəcəyi məlum olub. TFF prezidenti jurnalistlərə açıqlamasında deyib: “Ölkəmizi Avropa kuboklarında təmsil edəcək komandaların adlarını UEFA-ya bildirməliyik. Lakin açılan cinayət işi ilə əlaqədar vaxtımız daralır. İstintaq başa çatmadan qərar verməliyik”.

Aydınlar daha geniş açıqlamanı görüşdən sonra verəcəyini əlavə edib.

Digər tərəfdən, İstanbul Ağır Cəza Məhkəməsi “Fənərbağça” klubunun futbolda danışılmış oyun iddiaları ilə əlaqədar istintaq xəbərlərinin yayımına qadağa qoyulması tələbini rədd edib.
Devamını Gör »

11 dövlətin BMT-dəki nümayəndəsi Azərbaycana gəlir


6-8 iyulda Azərbaycan Xarici İşlər Nazirliyinin dəvəti ilə ölkəmizlə daha yaxından tanış olmaları üçün Banqladeş, Burkina Faso, Konqo, Qambiya, Lesoto, Maldiv Adaları, Myanma, Nauru, Somali, Trinidad və Tobaqo, Dominikan Respublikasının BMT Yanında Daimi Nümayəndələrindən ibarət nümayəndə heyətinin ölkəmizə rəsmi səfərləri nəzərdə tutulub.

Lent.az-ın XİN-in mətbuat xidmətinə istinadən məlumatına görə, səfərin məqsədi ölkəmizin siyasi, iqtisadi, mədəni sosial həyatı və digər sahələrlə tanışlıqdır.

Səfər çərçivəsində qeyd edilən ölkələrin daimi nümayəndələrinin bir sıra dövlət rəsmiləri ilə, o cümlədən xarici işlər naziri Elmar Məmmədyarovla da görüşləri planlaşdırılıb.
Devamını Gör »

4 Tem 2011

Volkan Dəmirəl xanımına baxanın başında butulka qırdı

Futbol üzrə Türkiyə milli komandasının və “Fənərbağça” klubunun qapıçısı Volkan Dəmirəl barda dava salıb. Lent.az-ın məlumatına görə, Dəmirəl ötən il ailə qurduğu Belçika gözəli Zeynep Sevər Dəmirəldən gözünü çəkməyən şəxsin başında şüşə qab qırıb.

Davanın böyüməsini əngəlləmək istəyən bar mühafizəçiləri döyülən şəxsi və onun yoldaşlarını dərhal olay yerindən uzaqlaşdırıblar. Volkan isə Zeynep və dostları ilə birgə heç nə olmayıbmış kimi əyləncələrinə davam edib. Lakin bu əyləncə də çox uzun çəkməyib. Qapıçı “Fənərbağça”nın prezidenti Aziz Yıldırımın həbsini eşidən kimi Çeşmə tətillərini yarımçıq qoyaraq İstanbula qayıdıb.

Qeyd edək ki, Volkan Dəmirəl bir neçə ay öncə restoranda salfet kağızına telefon nömrəsini yazaraq, onun həyat yoldaşına uzadan şəxsi döyüb.
Devamını Gör »

Gürcüstanda yanan Qatar Azərbaycana məxsus deyil

Bu gecə Qərbi Gürcüstanın Merelisi məntəqəsində dəmir yolunun fəaliyyəti iflic olub.

“APA-ECONOMICS”in xəbərinə görə, Azərbaycandan gedən benzinlə dolu qatar relsdən çıxıb və nəticədə yanğın baş verib. “Gürcüstan Dəmir Yolları”nın məlumatına görə, dərhal Merelisi vağzalı yaxınlığındakı evlərin sakinləri evakuasiya olunub. Çünki yanğın artıq vağzalı da bürüyübmüş.


Səhərə yaxın yanğını söndürmək və dəmir yolunda hərəkəti bərpa etmək mümkün olub. Hazırda dəyən zərərin həcmi müəyyənləşdirilir. Tələfat barədə məlumat verilmir.


“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov “APA-ECONOMICS”ə bildirib ki, hadisə barədə məlumat alan kimi Gürcüstan tərəfi ilə əlaqə saxlayıblar: “Birmənalı şəkildə bildirirəm ki, həmin qatar Azərbaycana məxsus deyil. Gürcüstan tərəfi də bunu təsdiqlədi”
Devamını Gör »

Joze Mourinyo kapitanı dəyişir

spaniyanın “Real Madrid” futbol komandasının baş məşqçisi Joze Mourinyo qapıçı İker Kasilyası kapitan sarğısından məhrum etməyi qərara alıb. Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, Mourinyo meydan oyunçularından birini kapitan təyin etmək niyyətindədir.

Onun fikrincə, qapıçıya nəzərən belə futbolçunun hakimlərlə ünsiyyət qurması daha münasib olacaq. Portuqaliyalı mütəxəssis əvvəlki komandalarında məhz meydan oyunçularını kapitan təyin edib. Məsələn, “İnter”də sarğını Xavyer Zanetti, “Çelsi”də Con Terri daşıyıb. “Real Madrid”in yeni kapitanı isə müdafiəçi Serxio Ramos və ya yarımmüdafiəçi Xabi Alonso ola bilər.

Qeyd edək ki, İker Kasilyas kral klubu”nun kapitanı Raulun Almaniya “Şalke 04”ünə keçidindən sonra – 2010-cu ilin yayında sarğını qoluna taxıb. “Real Madrid” 2010-2011-ci il mövsümündə İspaniya Kubokunu qazanıb, ölkə çempionatında ikinci yeri tutub və Çempionlar Liqasının yarımfinalınadək irəliləyib.
Devamını Gör »

AXCP-nin rayon təşkilatının sədrinə 2 sutkalıq həbs

yulun 4-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli məhkəmə tərəfindən 2 sutkalıq inzibati həbs cəzası alıb.

Bu barədə Lent.az-a AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilov məlumat verib. T. Mirələmli iyulun 3-də yaşadığı rayonda Polis Şöbəsində saxlanılan oğluna yemək apararkən saxlanılıb. O, xuliqanlıqda təqsirləndirilir.


Onu da bildirək ki, T. Mirələmlinin oğlu aprel ayının 5-də məktəb yoldaşını bıçaqlayaraq, qətlə yetirməkdə şübhəli bilinir.
Devamını Gör »

“Eurovision–2012”-nin keçiriləcəyi yerlə bağlı təkliflərə baxılır

“Eurovision–2012” mahnı müsabiqəsinin Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası olub.

Lent.az-ın AzərTAc-a istinadla xəbərinə görə, iyulun 4-də Heydər Əliyev Fondunda keçirilən iclasda təşkilat komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva qarşıda müsabiqənin ən yüksək səviyyədə keçirilməsi kimi böyük məqsəd və vəzifələrin durduğunu diqqətə çatdırıb.


Müsabiqəyə qalan vaxtın o qədər də çox olmadığını vurğulayan Mehriban Əliyeva ən vacib işlərin görülməsi üçün ilk iclasda əsas istiqamətlərin müəyyən edilməsinin zəruriliyini bildirib.

Mehriban Əliyeva, həmçinin, müsabiqənin keçiriləcəyi yer ilə bağlı təkliflərə baxıldığını və yaxın gələcəkdə bu barədə qərar veriləcəyini deyib.

İclasda “Eurovision–2012” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsinə hazırlıq işləri və digər məsələlər müzakirə edilib.
Devamını Gör »

Sabah Göyçay, Ucar və Zərdab rayonlarında 9 saat təbii qaz olmayacaq

Sabah 1220 mm-lik “Qazıməmməd–Qazax” qaz kəmərində cari təmir işləri aparılacaq.

Lent.az-ın ARLNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, qaz kəmərində cari təmir işləri ilə əlaqədar olaraq saat 9:00-dan 18:00-dək Göyçay, Ucar və Zərdab rayonlarına mavi yanacağın verilişində fasilələr yaranacaq.
Devamını Gör »

Türkiyə Böyük Millət Məclisinin yeni sədri seçildi

Cəmil Çiçək Türkiyə parlamentinin sədri oldu

Bu gün Türkiyə Böyük Millət Məclisinin iclası keçirilib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, AKP-nin namizədləri Cəmil Çiçək, Zelkif Kazdal və MHP-nin namizədi Tunca Toskay parlament sədri postu uğrunda mübarizə aparıblar.


Səsvermənin birinci turunda Cəmil Çiçək 302, Tunca Toskay 50, Zelkif Kazdal 23 səs alıblar. Namizədlərdən heç biri birinci turda 367 səs toplamadığı üçün ikinci tur keçirilib.
Bu turda Cəmil Çiçək 322 səs toplayaraq parlament sədri seçilib.
Devamını Gör »

Azərbaycan hakimləri üçün “Tişina”

Azərbaycan futbol hakimlərinin iyulun 1-dən Sloveniyada təlim-məşq toplanışı başlayıb.

Lent.az-ın məlumatına görə, hazırlıq prosesi çərçivəsində hakimlərimiz bir neçə yoldaşlıq oyunu idarə ediblər. Onların arasında yerli klubların iştirakı ilə oyunlar çoxluq təşkil edib. Bundan başqa FİFA referisi Fariz Yusifov “Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi – Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının “Svase” (Sloveniya) ilə görüşünün baş hakimi olub.

“Tişina” (Sloveniya) – “Bakoviç” (Sloveniya)
Ramil Diniyev, Yaşar Abbasov, Mübariz Haşımov, İnqilab Məmmədov

“Mura 05” (Sloveniya) – “Riyeka” (Xorvatiya)
Anar Salmanov, Vaqif Musayev, Rza Məmmədov, Fuad Həsənov

“Arsenal” (Kiyev, Ukrayna) – “Zadar” (Sloveniya)
Elçin Məmmədov, Namiq Hüseynov, Rail Ramazanov, İnqilab Məmmədov

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Svase” (Sloveniya)
Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov

“Mura 05” (Sloveniya) – “İnter” (Xorvatiya)
Rövşən Əhmədov, Samir Hacıyev, Zeynal Zeynalov, Alik Yunusov

“Arsenal” (Kiyev, Ukrayna) – “Aliminium” (Sloveniya)
Orxan Məmmədov, İlham Əliyev, Mehman Mahmudov, Elvin Əsgərov

“Maribor” (Sloveniya) – “İstanbulspor” (Türkiyə)
Rauf Cabbarov, Coşqun Həsənov, Knyaz Əmiraslanov, Xəlil Hüseynli
Devamını Gör »

Azərbaycan yığması Avropa üçüncüsü oldu

Xorvatiyanın paytaxtı Zaqrebdə başa çatan Avropa çempionatında Azərbaycanın 23 yaşadək kanoeçi kişilərdən ibarət millisi ümumi komanda hesabında 3-cü yeri tutub.

Lent.az-ın məlumatına görə, yığmamız bu nailiyyəti Andrey Kraytorun uğuru sayəsində əldə edib. 19 yaşlı kanoeçimiz 200 metr məsafəyə yürüşdə qızıl, 500 metr məsafəyə yürüşdə isə gümüş medal qazanıb. Millimiz yalnız Rusiya (2 qızıl, 2 gümüş, 1 bürünc) və Almaniyadan (2 qızıl, 1 bürünc) geri qalıb.


23 yaşadək kişi kanoeçilərin mübarizəsində 6 dəst medal cəmi 8 ölkə arasında bölüşdürülüb. Azərbaycan yığması medal əyarında Polşa (1 qızıl), Belarus, Macarıstan, Çexiya (hərəyə 1 gümüş, 1 bürünc) və Ukraynanı (1 bürünc) üstələməyi bacarıb.


Qeyd edək ki, yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilmiş Avropa çempionatında 38 ölkə mübarizə aparıb. Azərbaycan 8 yeniyetmə, 3 gənc idmançı ilə təmsil olunub. Kayak və kanoeçilərimiz daha 5 yürüşdə əsas finalda çıxış etsələr də, mükafatçılar sırasına düşə bilməyiblər.
Devamını Gör »

Məbəddən 2,4 milyon dollar, 98 kq qızıl tapıldı

Sai Atanın yaxın ətrafının qalmaqalı xəzinənin aşkarlanmasına yol açıb

Hindistanda 50 milyon insanın Tanrının Yer üzündəki surəti kimi qəbul etdiyi Sai Ata bu ilin aprelində ölüb. Ölümündən sonra onun köməkçiləri arasında qalmaqal başlayıb. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, bundan sonra məbədi idarə edən dərnək araşdırmalara başlayıb.


Araşdırma üçün yaradılan qrup məbəddəki gizli otaqlarda qızıl, gümüş və puldan ibarət xəzinə aşkarlayıb. Gizli otaqlarda 2,4 milyon dollar, 98 kiloqram qızıl və 307 kiloqram gümüş tapılıb.
Devamını Gör »

Rəbiyyət Aslanovaya “Şöhrət” ordeni verildi

İyulun 4-də Azərbaycan Prezidenti İlham Əliyev Milli Məclisin üzvü Rəbiyyət Aslanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, prezident Konstitusiyanın 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Rəbiyyət Nurullah qızı Aslanovanı “Şöhrət” ordeni ilə təltif edib. O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə mükafatlandırılıb.
Devamını Gör »

Yol hərəkətinə dair əcaib təklif

Rusiyanın Liberal Demokrat partiyasının (LDPR) deputatları Dumaya maraqlı bir təklif verib.

Lent.az-ın rus saytlarına istinadla xəbərinə görə, deputatlar svetoforun qırmızı işığında sağa hərəkətə icazə verilməsini təklif edib. Onların fikrincə qırmızı işıq yalnız düz hərəkəti qadağan edir və bu zaman sağa hərəkəti dayandırmağın heç bir əsası yoxdur. Əgər sürücü sağa dönəcəksə nə üçün yaşıl işığı gözləməlidir?

Svetoforun qadağanedici siqnalında hərəkət etmək Rusiyada təqribən 25 manat cərimə ilə cəzalandırılır.

LDPR sədri Vladimir Jirinovski daima maraqlı açıqlamaları ilə gündəmdə olub. Məsələn, o bir-neçə il əvvəl ali məktəblərdə rüşvətin qarşısını almaq üçün imtahan və məqbulların ləğv edilməsini təklif etmişdi.
Devamını Gör »

Qalib İsrafilov Azərbaycanın Avstriyadakı səfiri təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev Qalib İsrafilovun Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Lent.az-ın dövlət başçısı Konstitusiyanın 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq, Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, ölkəmizin Avstriyadakı səfiri Fuad İsmayılov bu ilin fevralında vəfat etmişdi.
Devamını Gör »

“AFFA-nın baş katibi bizə bir az gözləməyi tövsiyə etdi” - MÜSAHİBƏ

“Bakı”nın aşağı yaş qrupları üzrə komandalarının türkiyəli baş koordinatoru Yüksəl Kepoğlu klubun rəsmi saytına müsahibə verib.

Lent.az 43 yaşı bu gün tamamlanan Kepoğlu ilə müsahibəni təqdim edir.


- 2010/11 futbol mövsümünü geridə qoyduq. Carı mövsümü “Bakı”nın aşağı yaş qrupu üzrə komandaları üçün uğurlu hesab etmək olarmı?

- Bu il qazandığımız uğurların təməli üç il öncə qoyulub. Bu il komandalarımızın çıxışından razıyam. 4 komandamız müxtəlif turnirlərdə çempion oldu. 1999 və 2000-ci il təvəllüdlülərimiz “Sabahın ulduzlarında”, 1996-lar U-15 liqasında, 1994-lər U-17 liqada və əvəzedici heyətimiz çempion titulu qazandılar. 2 komandamız mükafatçılar sırasından son anda qopdu. 1997-ci il təvəllüdlülər AFFA U-13 liqasında məğlubiyyət acısı yaşamasa da, finalçılar sırasına düşə bilmədi. Əslində bizim burada əsas məqsədimiz iştirak etdiyimiz birinciliklərdə çempionluq yox, əsas komanda üçün futbolçu yetişdirməkdir. Klub prezidenti cənab Hafiz Məmmədov da qarşımıza bu vəzifəni qoyub. Bu yaxınlarda istifadəyə verilən akademiya, yaradılan şəraitə görə uğur qazanmağa borcluyuq.


- Bu il “Bakı”nın uşaq komandaları kifayət qədər uğur qazandılar. Bu növbəti mövsümə də əlavə məsuliyyətdir. Bu uğuru təkrarlamaq çətin olmayacaq ki?

- Məşqçilər öz məsuliyyətlərini yaxşı başa düşürlər. “Bakı”nın necə böyük bir klub olduğunun da fərqindədirlər. Dediyim kimi, bizim üçün birinci dərəcəli məsələ istedadlı uşaqları tapıb, kluba cəlb etmək və onları əsas komandaya hazırlamaqdır. İkinci planda uşaqların müsbət əhval-ruhiyyədə olması üçün qələbə qazanmaqdır. Növbəti mövsüm bu ilkindən də ağır olacaq. Bütün klublar uşaq futboluna diqqət ayırır. Buna baxmayaraq yetirmələrimizin növbəti il bundan da yaxşı çıxış edəcəyinə ümid edirəm. Hamı bizdən bunu gözləyir.


- “Bakı” müxtəlif yarışlarda 11 komanda ilə mübarizə apardı. Ümumi götürsək, əsas rəqibləriniz hansı klublardır?

- “Neftçi”, “Qəbələ” və “İnter”i fərqləndirmək olar.


- Uşaqların seçiminə nə vaxt başlayacaqsınız?

- Qrup şəklində iyulun 20-dən seçimlərə başlamağı planlaşdırırıq. Avqust ayının ilk həftəsindən etibarən yaş qrupları üzrə seçimlərin son mərhələsini təşkil edəcəyik. Bu mərhələdə diqqətimizi çəkən uşaqlar klubun sıralarına qatılmaq şansı qazanacaqlar.


- Ötən il müxtəlif çempionatlarda 400-dən çox uşaq və yeniyetməni sınaqdan çıxardınız. Mövsüm boyu digər komandalarda izlədiyiniz yeniyetmələr də var. Dəyişikliklər barədə nə deyə bilərsiniz?

- Hər bir komandadan 3-4 futbolçu ilə yollarımız ayrılacaq. Əsas dəyişikliklər 1995-ci il təvəllüdlülərdən ibarət komandamızda olacaq. Bu heyətə 8-10 futbolçunu uzaqlaşdırıb, eyni sayda da cəlb etməliyik. İzlədiyimiz oyunçular var. Onların adlarını çəkmək istəmirəm. Onların bəziləri milli komandaların üzvləridir.


- 17 yaşlılarımız və əvəzedicilərimiz bu il çempiona yüksəldilər. Bu heyətdən ilk dəfə 2 futbolçu əsas komandaya göndərildi. Digər gənclərin isə belə bir şansı yoxdur. Onlar da U-19 liqası olmadığı üçün əvəzedici heyətə qatılırlar. Bu vəziyyətdən necə çıxmağı düşünürsünüz?

- Uşaq futbolunun əsas problemləri, məhz, bu mərhələdə yaranır. Hər iki komanda çempion olub. Bizə isə cəmi bir heyət lazımdır. Əlbəttə, bu qədər istedadlı gənclərin itməsi bizi düşündürür. İllərdir ki bu uşaqları yetişdiririk. Çıxış yolu ya U-19 liqasının yaradılması ya da həmin gənclərin komanda şəklində I divizionda oynamasıdır. İkinci daha sərfəlidir. Yaşı keçən gənclər burada oynamaqla əsas komandaya düşmək üçün təcrübə qazanacaqlar. Hər iki variant üzərində işləyirik. AFFA baş katibi Elxan Məmmədovla görüşümüzdə bu məsələni onun da diqqətinə çatdırmışam. Bizə bir az gözləməyi tövsiyə etdi.
Devamını Gör »

Zidan: “Barselona”nın uğuru bəxtlə əlaqələdir”

İspaniyanın “Real Madrid” klubunun sabiq futbolçusu Zinəddin Zidan “Barselona”nın hazırkı nəsil oyunçuları üçün fəxarətli tonla danışıb. Lent.az-ın məlumatına görə, Zidan İngiltərə “Mançester Yunayted”i ilə final matçına çıxan “Barsa”lı futbolçulardan 7-sinin məşhur La Masiya akademiyasından çıxdıqlarını xatırladıb.

Onların arasında Xavi, Lionel Messi və Andres İnyesta da var. Fransa yığmasının heyətində 1998-ci ilin dünya çempionu bildirib ki, “Barselona”nın belə futbolçu nəsli yetişməsində bəxti gətirib. “Real Madrid” prezidentinin məsləhətçisi bunların nadir hallarda baş verdiyini söyləyib.

“Real Madrid” öz akademiyasında perspektivli, istedadlı futbolçuları axtarmağa cəhd əvəzinə hazır dünya ulduzlarını almaqla tanınır. Zidan bu məsələyə belə reaksiya verib: “Biz daim mənim 75 milyon avroya, yaxud Kriştianu Ronaldunun 93 milyon avroya transferindən danışırıq. Lakin bizdən əlavə çoxlu oyunçunun yolu “Real Madrid”dən keçib. Kimisinə əsas heyətə düşmək çətin olub, kimisi də digər komandalarda daha az kəskin rəqabətdə bacarıqlarını açıblar”.
Devamını Gör »

Azərbaycan diasporunun nümayəndələrinə fəxri adlar verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan diasporu nümayəndələrinin bir qrupuna fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Lent.az Azərtac-a istinadən xəbər verir ki, elm, mədəniyyət, incəsənət, jurnalistika, bədən tərbiyəsi və idman sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə fəxri adlar verilib:

“Əməkdar Elm Xadimi”

Natiq Məmməd oğlu Atakişiyev
Eldar İsmayıl oğlu Vəliyev
Tofiq Davud oğlu Məlikli


“Əməkdar İncəsənət Xadimi”

Cahangir Mütəllib oğlu Novruzov
Ebrahim Ehrari

“Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”

Məmməd Həşimoviç Cəfərov


“Əməkdar Artist”

Arif Abdulla oğlu Mirzəyev
Mərdan Əhmədiyyə oğlu Feyzullayev


“Əməkdar Rəssam”

Teymur Rəsul oğlu Rzayev


“Əməkdar Jurnalist”

Mahir Canmirzə oğlu Həmzəyev


“Əməkdar Mədəniyyət İşçisi”

Gülşən Lətif qızı Kazımova
Devamını Gör »

Hakerlər “Apple”nin serverinə hücum ediblər

Haker qrupu “Apple İnc” serverinin istifadəçilərinin şifrələrini və qeydiyyatını əks etdirən sənədi yayıblar.

Lent.az-ın “lifenews.ru” saytına istinadən verdiyi məlumata görə, hakerlər dünya şöhrətli bu şirkətin parolunu hazırladıqları Antibezopasnost proqramı vasitəsilə “sındırıblar”.

Hakerlər Twitterdəki bloqlarında yazıblar ki, təhlükəsizlik şəbəkəsindəki boşluqlardan istifadə edərək “Apple”nin əsas serverinə daxil olublar. Buna sübut olaraq isə “Apple” şirkətinin 26 əməkdaşının şəxsi məlumatlarını yayıblar. “Apple” təmsilçiləri hələ ki, məsələyə şərh vermirlər.
Devamını Gör »

Ahmet Şafak “Tərəqqi” ordeni aldı

Bir qrup şəxs Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə” bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadla xəbərinə görə, Prezident “Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə” aşağıdakı şəxsləri təltif edib:


“Dostluq” ordeni ilə

Başar Ali Kemal oğlu Kömür
Eldar Faiq oğlu Əfəndiyev
Ertan Demirtaş
İosif Semyonoviç Şaqal
Mehmet Akkan Suver
Suat Günsel
Vladimir İvanoviç Kolesnikov


“Tərəqqi” medalı ilə

Adil Toğrul oğlu Bağırov
Ahmet Şafak
Akif Ənvər oğlu Ağatalıbov
Bilal Dündar
Ədalət Abuş oğlu Hüseynov
Əlzaman Sabir oğlu Rəhimov
Fazil Şəmistan oğlu Həsənov
Hüseyn Sözlü
Hüseynbala Yəhya oğlu Hüseynov
İqbal Vahid oğlu Hacıyev
İlhan Aküzüm
İlqar Hümbət oğlu Hacıyev
İslam Rövşən oğlu Hüseynov
Quram Rajdenoviç Marxuliya
Qod Semyonoviç Nissanov
Leyla İlham qızı Əliyeva
Məzahir Əbülfəz oğlu Həsənov
Mirkazım Heydər oğlu Seyidov
Murad Ənvər oğlu Ömərov
Niyazi Oqtay oğlu Hacıyev
Nüsrət Musa oğlu Məmmədov
Roman Səyyaf oğlu Əliyev
Sahil Məmmədyar oğlu Qasımov
Samir Adil oğlu İmanov
Samirə Telman qızı Patzer-İsmailova
Settar Sayın Sevigin
Seyran Hacı oğlu Rəhimov
Sinan Oğan
Tale Kəmaləddin oğlu Heydərov
Turqut Arat
Vidadi Koroğlu oğlu Salahov
Vüqar Şahmar oğlu Novruzov
Yusif Həsən oğlu Cəfərov
Devamını Gör »

“Kurtlar Vadisi”nin ssenaristini əzişdiriblər

“Kurtlar Vadisi” teleserialının ssenari müəllifi Bahadır Özdener döyülüb.

Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, olay bu il mayın 27-də baş verib. Bahadır Özdener saat 14:00 radələrində dostu İbrahim Halil Kaya ilə İstanbulda bir taksiyə minmək istəyib. Taksi sürücüsü Kamal Y. onların hara gedəcəyini soruşub. Bahadır Özdener Nişantaşı məhəlləsinə gedəcəklərini söyləyib. Sürücü də İstanbulun həmin hissəsinə müştəri aparmadığını bildirib. Bu cavabı eşidən Bahadır Özdener maşının qapısını bağlayıb.

Avtomobilin qapısının sərt örtüldüyünü iddia edən Kamal Y. söyüş söyərək maşından çıxıb və əlindəki gözyaşardıcı qarı Bahadır Özdenerin üzünə püskürtmək istəyib. Digər sürücülər də onların döymək üçün axışmağa başlayıblar. Bunu görən Bahadır Özdener və İbrahim Halil Kaya Dəniz Muzeyi istiqamətində qaçmağa başlayıblar. Taksi sürücüləri tərəfindən qovalandığını görən bir kiçik tutumlu avtobus sürücüsü onları maşına mindirərək qaçırmağa çalışıb.

Ancaq arxadan yetişən taksi sürücüləri avtobusa çatıb, Bahadır Özdener və İbrahim Halil Kayanı döyməyə başlayıblar. Dava-dalaş polisin müdaxiləsindən sonra dayanıb. Polis idarəsində sürücülərdən şikayətçi olduğunu söyləyən Bahadır Özdener deyib ki, 8-10 nəfər avtobusa daxil olub, yumruq və ayaqları ilə onun başına vurub. O, digər taksi sürücülərinin isə dostu İbrahim Halil Kayaya hücum çəkdiklərini, yerə endirərək döydüklərini bildirib. Taksi sürücüsü Kamal Y. isə əvvəlcə ona yumruq atıldığını söyləyərək Bahadır Özdener və İbrahim Halil Kayadan şikayətçi olub.
Devamını Gör »

Elmar Məmmədyarov Qırğızıstan parlamentinin sədrini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstan parlamentinin sədri Axmatbek Keldibekovu qəbul edib.

XİN-in mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, Azərbaycanda sürətlə gedən inkişaf prosesinin müşahidə olunduğunu qeyd edən qonaq, ölkəmizin xalqının uğurlarının Qırğızıstanda sevinclə qarşılandığını qeyd edib. İki xalq arasında dərin mədəni, tarixi, dini köklərin mövcudluğunu vurğulayan A.Keldibekov, ölkələrin biri-birinə dəstək olmalarının vacibliyini və Qırğız tərəfinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib.


E.Məmmədyarov ölkələr arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, hər iki ölkənin Avropa ilə Asiyanı birləşdirən tarixi “İpək yolu”-nun üstündə olmasının, nəqliyyat layihələrinin əhəmiyyətini artırdığını qeyd edib.


Tərəflər Orta Asiya və Cənubi Qafqaz regionlarında cərəyan edən proseslər və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Devamını Gör »

QHT nümayəndələri həbsxanada monitorinq aparıb

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev, Komitənin üzvü Zəlihə Tahirova və Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Eldar Zeynalov 15 saylı cəzaçəkmə müəssisəsində növbəti başçəkmə-monitorinq keçiriblər.


Lent.az-ın məlumatına görə, başçəkmə-monitorinq çərçivəsində müəssisənin bütün obyektlərinə, o cümlədən müəssisənin yataqxanasına, cərimə təcridxanasına, karantin zonasına, görüş yerlərinə, sanitar-tibb hissəsinə, ərzaq anbarına və mətbəxə, yeməkxanaya, dini ibadət otağına baxış keçirilib. Əvvəlki başçəkmələrlə müqayisədə CÇM-də əhəmiyyətli müsbət dəyişikliklər müşahidə edilib.


Belə ki, cəzaçəkmə müəssisəsinin bütün obyektlərində təmir işləri həyata keçirilib, kitabxana, görüş otaqları təmir olunub, həmçinin xristianar üçün də ibadət otağı yaradılıb. 2008-ci illə müqayisədə məhkumların məşğulluğu iki dəfə yarım artıb. Məhkumların idmanla məşğul olması və asudə vaxtının səmərəli keçirilməsi üçün zəruri şərait yaradılıb.


Eyni zamanda məhkumlarla görüşlər keçirilib və onlara hüquqi yardım göstərilib. Söhbət aparılmış şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan razı qaldıqlarını bildiriblər. Məhkumlarla söhbət zamanı onlar məhkəmələr tərəfindən qəbul olunmuş hökmlərdən şikayət ediblər.

Komirə üzvəri 10 nəfər məhkumla onların istəklərinə uyğun olaraq konfedisial söhbət aparıb.

Başçəkmə-monitorinqin nəticələri barədə rəy hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim edilib.
Devamını Gör »

ARDNŞ və “ConocoPhilips Exploration Azerbaijan LTD” şirkəti arasında saziş imzalanıb

Azərbaycan Respublikasının ərazisində quruda kəşfiyyatqabağı fəaliyyətə dair birgə tədqiqat aparacaqlar

Bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev “ConocoPhilips” şirkətinin birinci vitse-prezidenti Larry Archibaldın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Rövnəq Abdullayev “ConocoPhilips” şirkətinin Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə fəaliyyətə başlamış ilk nüfuzlu neft şirkətlərindən olduğunu söyləyib.


O, “ConocoPhilips”in Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında mühüm əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin payçılarından olduğunu qeyd edib və bu layihənin son illər qazandığı uğurlardan söz açıb.


“ConocoPhilips” şirkətinin birinci vitse-prezidenti Larry Archibald təmsil etdiyi şirkətin beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu, xüsusilə dərin sulu və yüksək təzyiqli ərazilərdə zəngin iş təcrübəsi topladığını bildirib. ARDNŞ prezidenti qarşıdakı illərdə iki şirkət arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inandığını dilə gətirib. Tərəflər digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.


Sonda Rövnəq Abdullayev və Larry Archibald ARDNŞ və “ConocoPhilips Exploration Azerbaijan LTD” şirkəti arasında “Azərbaycan Respublikasının ərazisində quruda kəşfiyyatqabağı fəaliyyətə dair birgə tədqiqat Sazişi”ni imzalayıblar.
Devamını Gör »

Tehran Ankaradan nə istəyir?

Yaxın Şərqdə vəziyyət gərginləşdikcə, bölgədə marağı olan dövlətlərdəki hakimiyyətlərin də iç üzü aşkarlanır.

Mətləbə keçməzdən öncə qeyd edək ki, “The Wall Street Journal”ın hesabatına əsasən, İran İslam Respublikası İraq və Əfqanıstandakı qanuni hakimiyyətlərə qarşı çıxış edən yaraqlılara yeni növ silah-sursat ötürür. Mənbə bildirib ki, son aylar İran bu yöndə fəallığı artırıb. Buna səbəblərdən biri kimi ABŞ-ın tezliklə bu ölkələrdən ordusunu çıxaracağı ilə bağlıdır.

Jurnal naməlum mənbəyə istinad edərək, bildirib ki, İran İslam İnqilab Keşikçiləri Qvardiyası bu ölkələrdəki yaraqlılara yeni raket sistemi və təlimçilər göndərib. “Talıban” döyüşçülərinə Tehran hakimiyyətinin uzaq radiuslu raketlər tədarük etdiyi də həmin hesabatda öz əksini tapıb.

Generala-mayor Ceyms Bükenen isə müsahibəsində deyib ki, məhz İrandan bu sayaq dəstək alan qüvvələr son zamanlar İraqda daha fəaldırlar. Onun sözlərinə görə, əvvəllər terror aksiyalarının çoxunu “əl-Qaidə” və ya özlərini “müstəqil” adlandıran yaraqlılar törədirdi.

Mənbənin yazdığına görə, son iki ay ərzində ABŞ hərbçiləri belə hərbi bazalardan açılan raket atəşi nəticəsində həlak olub. Jurnalın mütəxəssisləri hesab edib ki, İran Yaxın Şərqdə və Afrikanın Şimalında təsiretmə imkanlarını artırmaq üçün fəallaşıb. Onların qənaətinə görə, Tehran ümid edir ki, “ərəb inqilablarından” sonra Ağ ev bölgədə bir sıra müttəfiqlərini itirib. Bu isə Tehranın islam dini adı altında fəaliyyət göstərən qurumlarla əlaqələri genişləndirmək və onları dəstəkləmək cəhdidir.

Bu fəallıq özünü İran hakimiyyətinin apardığı siyasi-ideoloji təbliğat da göstərməkdədir.

Ötən həftəki cümə namazında Tehranın xütbə oxuyan Kazım Sədiqi ərəb ölkələrində baş verənlərin Avropa və ABŞ-a təsir göstərəcəyini söyləyib. Onun sözlərinə görə, “beynəlxalq oyanış dalğası tezliklə” bütün dünyanın bürüyəcək.

Tehran həm də bölgə dövlətləri üçün “örnək”, “model” olduğunu da sübut etməyə səy göstərir. Bu yaxınlarda Moskvada çıxan “Sovremennıy İran” (“Çağdaş İran”) jurnalının birinci sayında da bu xətt əsas götürülüb. Müəllif Nina Mixaylovna Məmmədova bu yöndə yazısı ilə İran İslam Respublikasının son 32 ildə güclü iqtisadi, sosial və başqa sahələrdə inkişaf etdiyi sübut etməyə çalışıb.

Bunun Tehran hakimiyyəti əslində Türkiyədəki hakim AK Partiyaya alternativ olduğunu göstərmək niyyətindədir. Bu niyyətini gerçəkləşdirmək üçün o, rəsmi Ankaraya böhtan atmaqdan və yeri gəldi-gəlmədi çeşidli səviyyələrdə onu hədələməkdən də özünü saxlaya bilmir. Nəzər almaq lazımdır ki, Türkiyə bu yaxınlarda İran İslam Respublikasını “stateji düşmənlər” siyahısından çıxarıb. Tehran təmsilçiləri isə bu sayaq davranış və çıxışları isə AK Partiyanın apardığı İranla strateji əməkdaşlıq siyasətinə qarşı həsədli davranış da sayıla bilər.

Məlum olduğu kimi Türkiyə iqtidarı Misir, Tunis, Liviya, Suriya, Yəməndəki rejimlərə islahat aparmağı məsləhət görüb. Bu ölkələrdəki islamçı müxalif qurumlar isə indiki Türkiyə hakimiyyətini özünə örnək olaraq, görməkdədir. Bundan heç şübhəsiz Tehran rahatsızdır.

Bu yaxınlarda Suriya prezidenti Bəşər Əsədin İranın ali rəhbəri ayətullah Xamneyiyə Türkiyədən “şikayət etdiyi” haqda xəbər yayılmışdı. Onda İran rəsmilərinə istinadən bildirilmişdi:”Öz ərazisindəki NATO bazalarından Suriyaya hücum üçün icazə verərsə, o halda İran Türkiyəyə zərbə endirəcək”.

İran Xarici İşlər Nazirliyi mətbuat xidmətinin katibi Ramin Mehmanpərəst Türkiyə ilə bağlı bu məlumatı təkzib etmişdi. Ancaq həmi n xəbərdən bir neçə gün öncə İranın rəsmi informasiya vasitələri Suriyadakı müxalifəti silahlandırmaqda Türkiyəni ittiham etmişdi.

Ötən gün isə İran məclisi müdafiə komitəsinin sədri Qulamrza Kərəmi çıxışı ilə R.Mehmanpərəstin “təkzibini” başqa şəkildə təkzib edib. O, deyib ki, ABŞ İrana qarşı ehtimal olunan hərbi hücumu müttəfiqlərinin ərazisindən gerçəkləşdirərsə, onda “biz həmin dövlətləri hədəfə almaq haqqını özümüzdə saxlayırıq”.

Heç şübhəsiz Türkiyə Mustafa Kamal Atatürkün “…Cahanda barış!” vəsiyyətinə 88 ildir əməl etməkdədir. Hakimiyyətə gələn qüvvələrin sağçı, solçu, islamçı olmasından asılı olmayaraq, rəsmi Ankara bu vəsiyyəti həmişə əsas tutub. Elə son illər Orta Şərqdə fəallaşdığı hiss olunan Türkiyənin təməl prinsipi bunun üzərində qurulub.

Yeri gəlmişkən, Qarabağ məsələsinin həllində Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq üçün rəsmi Ankara Ermənistanla sərhəd məsələsində belə anlaşmağa hazır idi. Ancaq ermənilər və onun havadarları Türkiyəyə verdikləri vədi yerinə yetirmədiyindən AK Partiya iqtidarı da sərhədi açmaqdan imtina etdi. Əslində Türkiyədəki islamçı AK Partiya dünyaya islamın İrandakından fərqli bir siyasət yeritməyin, dünya ilə barış içində yaşamağın mümkünlüyünü sübut etdi. Türkiyə təsdiqlədi ki, islamçı kimi Fələstini müdafiə edib, İsraillə, onu düşmən elan etmədən, habelə “İsrailə ölüm!” şüarı səsləndirmədən diplomatik müzakirələr aparmaq olar və s.

İranın davranışından isə belə çıxır ki, ölkənin içində və dışında ondan “ədalətlisi, məzlumların haqqını müdafiə edə biləcək, başqası yoxdur”. Elə bu niyyətlə də o, bölgədəki, Suriya hakimiyyətini, Livandakı “Hizbullah”ı və başqalarını dəstəkləməklə özünü bölgənin əsas söz sahibi kimi dünyaya sırımağa çalışır. Məlum olduğu kimi Tehran son illər Türkiyəni özünə yaxın saydığını bəyan edir. Ancaq o, hazırkı şəraitdə, özəlliklə, Suriya ilə bağlı məsələdə bu ölkəni başlıca rəqib, bəzi hallarda isə hədələməkdən belə özünü saxlaya bilmir.

Təbii ki bunun səbəblərindən biri də türklüklə bağlıdır. Çünki Güney Azərbaycandakı türklər həm Azərbaycan Respublikası, həm də Türkiyə Cümhuriyyəti ilə fəxr edir. Bu dövlətlərin inkişafı onların milli haqları uğrunda mübarizəsinə mənəvi dəstəkdir.

Tehran isə bunun qarşısını almaq üçün çeşidli “oyunlara” əl atır. Bir zamanlar, Rza şahın hakimiyyəti illərində Güney Azərbaycan türklərini “azəriləşdirməklə” onları Türkiyədəki soydaşlarından ayırmağa, assimiliyasiya etməyə çalışdı. Bu siyasət indi də davam etməkdədir. Çünki Tehran hakimiyyəti üçün islam dini panfarsçılığı ört-basdır etməkdən ötrü bir alətdir.

Bu yaxınlarda İranda belələri Güney Azərbaycandakı türklərin Türkiyədəki sodyaşlarından fərqli bir soya malik olduğunu “sübut etməyə” cəhd göstərib. Onlar Təbrizdə kimliyi və soyu bəlli olmayan bir neçə sakinin qanını guya araşdıraraq, Azərbaycan türklərinin genetikasının Türkiyədəki soydaşlarından fərqli olduğunu “sübut ediblər”. Ən gülüncü isə budur kİ, bu qərəzli yazı xaricidəki dərgilərdən birində dərc də edilib.

Beləliklə, Tehranın Ankara ilə rəqabətinin, müəyyən mənada düşmənliyinin səbəblərindən biri Türkiyənin daha mütərəqqi, islhatyönlü bir dövlət olmasındadır. İran hakimiyyəti isə davranışı ilə “Dostumun dostu dostumdur” prinsipinin heç də həmişə özünü doğrultmadığını sübut etməkdədir.
Devamını Gör »

3 Tem 2011

Neftin qiyməti düşüb

Dünya bazarında neftin qiyməti ucuzlaşıb.

Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət Çin və Avropada sənaye istehsalının aşağı düşməsi fonunda düşüb.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 0,48 dollar itirərək 94,94 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,71 dollar düşərək 111,77 dollar təşkil edib.
Devamını Gör »

“BMW X5” geri çağırılır

Almaniyanın “BMW” şirkəti “X5” ofroderinin “XDrive35d” (2012 variantı) modelini geri çağırır.

Lent.az-ın xəbərinə görə, geri çağırılmaya səbəb intiqal qayışının dartıcı kronşteyndəki qüsurdur. Kronşteyndə baş verən çat nəticəsində intiqal qayışı qırılır və nəticədə sükan gücləndirici nasos da sıradan çıxır. Yüksək sürətdə sükan gücləndiricinin sıradan çıxması isə qəza riski yaradır.

Çağırış kampaniyası 923 avtomobilə aiddir və benzin modellərə şamil edilmir.
Devamını Gör »

Yeni “Audi TT” 2013-də gələcək

“Audi TT”nin yeni modeli 2013-cü ildə təqdim ediləcək.

Lent.az-ın “novgorodauto.ru”ya istinadla xəbərinə görə, avtomobilin şassisi yenilənsə də, dizayn baxımından hazırkı modeldən əsaslı şəkildə fərqlənmir. Lakin gələcək modeldə istisnasız olaraq turbo mühərriklər quraşdırılacaq. Avtomobillərin əksəriyyətini 350 – 380 at gücünə malik benzin mühərrikləri ilə təchiz etmək nəzərdə tutulub.
Devamını Gör »

Rusiyada texniki baxış haqqında yeni qanun qüvvəyə mindi

Rusiya prezidenti Dmitri Medvedev ötən gün nəqliyyat vasitələrinə texniki baxışın yeni qaydalarını təsdiq edib.

Lent.az-ın “novgorodauto.ru”ya istinadla xəbərinə görə, indi texniki baxışdan keçməyən avtomobilin sürücüsü cərimə edilməyəcək. Bununla bellə texniki baxışdan keçməyən avtomobillər sığortalanmayacaq (sığorta RF-da məcburidir).

Yeni qaydaya əsasən 3-7 yaşlı avtomobillər 2 ildən bir, yaşı 7-dən çox olan avtomobillər isə hər il texniki baxışdan keçməlidir. Təzə avtomobillər isə texniki baxışdan azaddır.

Xatırladaq ki, qonşu Gürcüstanda da texniki baxış ləğv edilib.
Devamını Gör »

“Microsoft” “Office” paketinin yekun “bulud” versiyasını istifadəyə verib

“Microsoft” korporasiyası “Office 365 “bulud” servisinə çıxışın artıq bütün ölkələrdə açıq olduğunu rəsmi elan edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni işləmə özündə tanınmış “Microsoft Office” ofis proqram paketinin onlayn versiyasını əks etdirir və “Word”, “Excel”, “PowerPoint” (hər biri brauzerdə işləyir), eləcə də “Exchange”, “SharePoint” və “Microsoft”-un kommunikasiya platforması olan “Lync” kimi ofis əlavələrinin veb-versiyalarını birləşdirir.


Paket kiçik biznesdən tutmuş iri müəssisələrə kimi şirkətlərdə istifadə olunmaq üçün nəzərdə tutulub. “Office 365” üzrə lisenziyalar dünyanın 40 ölkəsində satılacaq. “Microsoft”-un yeni ofis paketi “Google Docs” servisinin bazarda birbaşa rəqibidir.
Devamını Gör »

Yaradıcılarından biri “Twitter”-i tərk edir

“Twitter”in yaradıcılarından biri olan 37 yaşlı Kristofer Ayzek Stoun sosial şəbəkəni tərk etməyə qərar verib.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Kristofer Ayzek Stoun deyib ki, “Twitter” komandası ilə 5 ildir, işləyir və artıq başqa xüsusi layihələrlə məşğul olmağın zamanı gəlib.


Bununla belə, o, gələcəkdə “Twitter”-ə dəstək verməyə davam edəcəyini dilə gətirib.
Devamını Gör »

Uşaqlar üçün planşet buraxılıb

İnkişafetdirici oyuncaq istehsalçısı “LeapFrog” şirkəti “LeapPad Explorer” planşet kompüteri buraxıb.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni planşet 4-9 yaşlı uşaqlar üçün nəzərdə tutulub. “LeapPad Explorer” 480x272 piksel təsvir ölçülü beş düyümlü sensor ekranla təchiz olunub və 400 meqahers tezlikli prosessor üzərində yığılıb. Uşaqlar üçün qurğuda foto və video çəkmək üçün kamera, akselerometr və mikrofon təqdim olunub. Öyrədici oyunlar və proqramlarla işləmək imkanı verən planşetin yaddaşı dörd əlavə ilə təmin edilib. Bundan başqa, “LeapFrog”-un saytında yüzə yaxın xüsusi proqram mövcuddur və bu əlavələri azyaşlı istifadəçilər öz planşetlərinə yükləyə bilər. Onların arasında oxu və yazı qabiliyyətlərinin mənimsənilməsi üçün xüsusi proqramlar (planşetlə komplektdə stilus da təqdim olunur), interaktiv boyama əlavələri, musiqi proqramları, eləcə də sağlam həyat tərzinin əsaslarının öyrənilməsi üçün əlavələr mövcuddur.


“LeapPad Explorer”-də “Wi-Fi” modulu olmadığından proqramların yüklənilməsi üçün planşeti kompüterlə birləşdirmək lazımdır. Planşet ABŞ-da u avqustun 15-də 99,99 dollar qiyməti ilə satışa çıxarılacaq. Onun digər ölkələrdə nə vaxt satışa çıxarılacağı açıqlanmayıb.
Devamını Gör »

“News Corp” “MySpace”-i satıb

“News Corp” media korporasiyası “Specific Media” reklam şirkəti ilə “MySpace.com” sosial şəbəkəsinin satılmasına dair razılığa gəlib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, media nəhəngi sosial şəbəkəni 6 il bundan əvvəl aldığından xeyli aşağı qiymətə satıb.


Şirkətlər hələ ki, əldə olunmuş razılığa dair heç bir şərh vermir. Yalnız “Spacific Media” öz saytında bu haqda xəbər verib, lakin məsələyə təfərrüatı ilə aydınlıq gətirməyib. Bununla yanaşı, müxtəlif mənbələrin məlumatına görə, “News Corp” “MySpace”-ə görə 35 milyon dollar, eləcə də “Specific Media”-nın səhmlərinin 5 faizlik hissəsini əldə edib.


Analitiklərin sözlərinə görə, “News Corp” resursu kiçik qiymətə satmasına baxmayaraq, şirkət bununla özünün ən problemli və ziyan gətirən aktivlərindən birindən qurtulub. Sosial şəbəkənin hazırkı baş direktoru Mayk Consun “MySpace”-i tərk edəcəyi gözlənilir. O, bu barədə artıq öz işçilərinə xəbərdarlıq edib.


Xatırladaq ki, “News Corp” 2005-ci ildə “MySpace.com” sosial şəbəkəsini 580 milyon dollara əldə edib.
Devamını Gör »

“Pic3D” plyonkası adi displeyi 3D-panelə çevirəcək

Yaponiyanın “Global Wave” şirkəti adi ekranda stereoskopik təsvirə baxmaq imkanı verən “Pic3D” plyonkasını təqdim edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni plyonkada işıq şüalarının keçirtmə qabiliyyəti 90 faiz, görünüş bucağı isə 120 dərəcə təşkil edir.

Bu zaman irihəcmli təsvirə baxmaq üçün xüsusi eynəyə ehtiyac yoxdur. “Global Wave” 12,1 (1280×800 pikselov), 15,6 (1366×768), 21,5 (1920×1080) və 23 (1920×1080) düym diaqonallı displeylər üçün plyonkalar istehsal etməyi planlaşdırır. Bundan əlavə, işləmənin “iPad 2” planşet kompüterləri, “iPhone” smartfonları və “iPod” touch pleyerləri üçün versiyalarının da təklif olunacağı nəzərdə tutulur.

3D təsvirə baxmaq üçün xüsusi proqram təminatı yükləmək lazım olacaq. “Windows” və “iOS” platformaları üçün artıq versiyalar hazırlanıb.

“Pic3D”-in satışı cari ilin avqust ayında başlanacaq. Onun qiyməti isə ölçüsündən asılı olaraq 25-186 dolları civarında olacaq.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı