3 Tem 2011

Neftin qiyməti düşüb

Dünya bazarında neftin qiyməti ucuzlaşıb.

Lent.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət Çin və Avropada sənaye istehsalının aşağı düşməsi fonunda düşüb.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 0,48 dollar itirərək 94,94 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,71 dollar düşərək 111,77 dollar təşkil edib.
Devamını Gör »

“BMW X5” geri çağırılır

Almaniyanın “BMW” şirkəti “X5” ofroderinin “XDrive35d” (2012 variantı) modelini geri çağırır.

Lent.az-ın xəbərinə görə, geri çağırılmaya səbəb intiqal qayışının dartıcı kronşteyndəki qüsurdur. Kronşteyndə baş verən çat nəticəsində intiqal qayışı qırılır və nəticədə sükan gücləndirici nasos da sıradan çıxır. Yüksək sürətdə sükan gücləndiricinin sıradan çıxması isə qəza riski yaradır.

Çağırış kampaniyası 923 avtomobilə aiddir və benzin modellərə şamil edilmir.
Devamını Gör »

Yeni “Audi TT” 2013-də gələcək

“Audi TT”nin yeni modeli 2013-cü ildə təqdim ediləcək.

Lent.az-ın “novgorodauto.ru”ya istinadla xəbərinə görə, avtomobilin şassisi yenilənsə də, dizayn baxımından hazırkı modeldən əsaslı şəkildə fərqlənmir. Lakin gələcək modeldə istisnasız olaraq turbo mühərriklər quraşdırılacaq. Avtomobillərin əksəriyyətini 350 – 380 at gücünə malik benzin mühərrikləri ilə təchiz etmək nəzərdə tutulub.
Devamını Gör »

Rusiyada texniki baxış haqqında yeni qanun qüvvəyə mindi

Rusiya prezidenti Dmitri Medvedev ötən gün nəqliyyat vasitələrinə texniki baxışın yeni qaydalarını təsdiq edib.

Lent.az-ın “novgorodauto.ru”ya istinadla xəbərinə görə, indi texniki baxışdan keçməyən avtomobilin sürücüsü cərimə edilməyəcək. Bununla bellə texniki baxışdan keçməyən avtomobillər sığortalanmayacaq (sığorta RF-da məcburidir).

Yeni qaydaya əsasən 3-7 yaşlı avtomobillər 2 ildən bir, yaşı 7-dən çox olan avtomobillər isə hər il texniki baxışdan keçməlidir. Təzə avtomobillər isə texniki baxışdan azaddır.

Xatırladaq ki, qonşu Gürcüstanda da texniki baxış ləğv edilib.
Devamını Gör »

“Microsoft” “Office” paketinin yekun “bulud” versiyasını istifadəyə verib

“Microsoft” korporasiyası “Office 365 “bulud” servisinə çıxışın artıq bütün ölkələrdə açıq olduğunu rəsmi elan edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni işləmə özündə tanınmış “Microsoft Office” ofis proqram paketinin onlayn versiyasını əks etdirir və “Word”, “Excel”, “PowerPoint” (hər biri brauzerdə işləyir), eləcə də “Exchange”, “SharePoint” və “Microsoft”-un kommunikasiya platforması olan “Lync” kimi ofis əlavələrinin veb-versiyalarını birləşdirir.


Paket kiçik biznesdən tutmuş iri müəssisələrə kimi şirkətlərdə istifadə olunmaq üçün nəzərdə tutulub. “Office 365” üzrə lisenziyalar dünyanın 40 ölkəsində satılacaq. “Microsoft”-un yeni ofis paketi “Google Docs” servisinin bazarda birbaşa rəqibidir.
Devamını Gör »

Yaradıcılarından biri “Twitter”-i tərk edir

“Twitter”in yaradıcılarından biri olan 37 yaşlı Kristofer Ayzek Stoun sosial şəbəkəni tərk etməyə qərar verib.

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Kristofer Ayzek Stoun deyib ki, “Twitter” komandası ilə 5 ildir, işləyir və artıq başqa xüsusi layihələrlə məşğul olmağın zamanı gəlib.


Bununla belə, o, gələcəkdə “Twitter”-ə dəstək verməyə davam edəcəyini dilə gətirib.
Devamını Gör »

Uşaqlar üçün planşet buraxılıb

İnkişafetdirici oyuncaq istehsalçısı “LeapFrog” şirkəti “LeapPad Explorer” planşet kompüteri buraxıb.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni planşet 4-9 yaşlı uşaqlar üçün nəzərdə tutulub. “LeapPad Explorer” 480x272 piksel təsvir ölçülü beş düyümlü sensor ekranla təchiz olunub və 400 meqahers tezlikli prosessor üzərində yığılıb. Uşaqlar üçün qurğuda foto və video çəkmək üçün kamera, akselerometr və mikrofon təqdim olunub. Öyrədici oyunlar və proqramlarla işləmək imkanı verən planşetin yaddaşı dörd əlavə ilə təmin edilib. Bundan başqa, “LeapFrog”-un saytında yüzə yaxın xüsusi proqram mövcuddur və bu əlavələri azyaşlı istifadəçilər öz planşetlərinə yükləyə bilər. Onların arasında oxu və yazı qabiliyyətlərinin mənimsənilməsi üçün xüsusi proqramlar (planşetlə komplektdə stilus da təqdim olunur), interaktiv boyama əlavələri, musiqi proqramları, eləcə də sağlam həyat tərzinin əsaslarının öyrənilməsi üçün əlavələr mövcuddur.


“LeapPad Explorer”-də “Wi-Fi” modulu olmadığından proqramların yüklənilməsi üçün planşeti kompüterlə birləşdirmək lazımdır. Planşet ABŞ-da u avqustun 15-də 99,99 dollar qiyməti ilə satışa çıxarılacaq. Onun digər ölkələrdə nə vaxt satışa çıxarılacağı açıqlanmayıb.
Devamını Gör »

“News Corp” “MySpace”-i satıb

“News Corp” media korporasiyası “Specific Media” reklam şirkəti ilə “MySpace.com” sosial şəbəkəsinin satılmasına dair razılığa gəlib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, media nəhəngi sosial şəbəkəni 6 il bundan əvvəl aldığından xeyli aşağı qiymətə satıb.


Şirkətlər hələ ki, əldə olunmuş razılığa dair heç bir şərh vermir. Yalnız “Spacific Media” öz saytında bu haqda xəbər verib, lakin məsələyə təfərrüatı ilə aydınlıq gətirməyib. Bununla yanaşı, müxtəlif mənbələrin məlumatına görə, “News Corp” “MySpace”-ə görə 35 milyon dollar, eləcə də “Specific Media”-nın səhmlərinin 5 faizlik hissəsini əldə edib.


Analitiklərin sözlərinə görə, “News Corp” resursu kiçik qiymətə satmasına baxmayaraq, şirkət bununla özünün ən problemli və ziyan gətirən aktivlərindən birindən qurtulub. Sosial şəbəkənin hazırkı baş direktoru Mayk Consun “MySpace”-i tərk edəcəyi gözlənilir. O, bu barədə artıq öz işçilərinə xəbərdarlıq edib.


Xatırladaq ki, “News Corp” 2005-ci ildə “MySpace.com” sosial şəbəkəsini 580 milyon dollara əldə edib.
Devamını Gör »

“Pic3D” plyonkası adi displeyi 3D-panelə çevirəcək

Yaponiyanın “Global Wave” şirkəti adi ekranda stereoskopik təsvirə baxmaq imkanı verən “Pic3D” plyonkasını təqdim edib.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni plyonkada işıq şüalarının keçirtmə qabiliyyəti 90 faiz, görünüş bucağı isə 120 dərəcə təşkil edir.

Bu zaman irihəcmli təsvirə baxmaq üçün xüsusi eynəyə ehtiyac yoxdur. “Global Wave” 12,1 (1280×800 pikselov), 15,6 (1366×768), 21,5 (1920×1080) və 23 (1920×1080) düym diaqonallı displeylər üçün plyonkalar istehsal etməyi planlaşdırır. Bundan əlavə, işləmənin “iPad 2” planşet kompüterləri, “iPhone” smartfonları və “iPod” touch pleyerləri üçün versiyalarının da təklif olunacağı nəzərdə tutulur.

3D təsvirə baxmaq üçün xüsusi proqram təminatı yükləmək lazım olacaq. “Windows” və “iOS” platformaları üçün artıq versiyalar hazırlanıb.

“Pic3D”-in satışı cari ilin avqust ayında başlanacaq. Onun qiyməti isə ölçüsündən asılı olaraq 25-186 dolları civarında olacaq.
Devamını Gör »

“Nokia” əsas mobil servisini satır

“Nokia” korporasiyası istifadəçiləri elektron poçt, ani ismarıclar və mobil rabitə operatorlarının digər xidmətləri ilə təmin edən “Nokia” “Messaging” bölməsini “Synchronica” şirkətinə satır.

Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, razılaşmanın bu ilin III rübündə tam yekunlaşacağı gözlənilir.

Sazişin məbləği isə hələ açıqlanmır. Danışıqların şərtlərinə əsasən “Nokia”-nın 10 mobil rabitə operatoru, o cümlədən “AT&T”, “Verizon”, “T-Mobile”, “Sprint’, “Rogers”, “Telus” ilə imzaladığı müqavilələr ‘Synchronica”-nın nəzarətinə keçəcək.

2008-ci ildə fin şirkətinin istifadəyə verdiyi “Nokia Messaging” servisinin məqsədi “Nokia” telefonlarının sahiblərini ‘Yahoo! Mail”, “Yahoo! Messenger’, “Windows Live Hotmail”, ‘Gmail və Google Talk”, “AOL Mail” və digər elektron poçt və ani ismarıc xidmətləri ilə təmin etməkdən ibarət idi.
Devamını Gör »

“VAZ 2106” 10 yaşlı piyadanı vurdu

Yaralının vəziyyəti ağırdır

Xaçmaz rayonun Xudat şəhərində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xudat şəhər sakini, 2001-ci il təvəllüdlü İslam Mirzəyev Qusar rayon Əniğoba kənd sakini Zabit Əkbərovun idarə etdiyi 05 BD 018 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil tərəfindən vurulub. Sürücü xəsarət alan şəxsi dərhal Xudat Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan Lent.az-a verilən məlumata görə, 10 yaşlı məktəblinin vəziyyəti ağırdır.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.
Devamını Gör »

“Uimbldon” turniri: Cokoviç və Nadal finalda

Tennis üzrə “Böyük dəbilqə” seriyasından “Uimbldon” turnirində kişilərin fərdi mübarizəsində də finalçılar müəyyənləşib.

XezerXeberin məlumatına görə, həlledici görüşdə serbiyalı Novak Cokoviçlə ispaniyalı Rafael Nadal üz-üzə gələcək.

Yarımfinalda Cokoviç fransalı Jo-Vilfrid Tsonqanı yenib - 7:6, 6:2, 6:7, 6:3. Bununla da serbiyalı tennisçi karyerasında ilk dəfə “Uimbldon”un finalına yüksəlməklə bərabər, Peşəkar Tennisçilər Assosiasiyasının yeni reytinqində birinci pilləni təmin edib.

Nadal isə digər yarımfinal görüşündə britaniyalı Endi Mürreyi üstələyib - 5:7, 6:2, 6:2, 6:4. İspaniyalı tennisçi “Böyük dəbilqə” seriyalı turnirlərdə 10 dəfə qalib olub ki, bunların 2-si (2008, 2010) “Uimbldon”a təsadüf edib.

Final matçı iyulun 3-də keçiriləcək. Bundan bir gün öncə isə qadınların fərdi mübarizəsində rusiyalı Mariya Şarapova ilə çexiyalı Petra Kvitova arasında həlledici qarşılaşma olacaq.
Devamını Gör »

“Bakı” Verpakovski ilə müqavilə bağladı

“Bakı” futbol klubu yeni transferini reallaşdırıb.

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Kiyev “Dinamo”sundan transfer olunan Maris Verpakovskidir.

Latviya milli komandasının hücumçusu ilə iki illik müqavilə imzalanıb. O, yeni klubunda 22 nömrəli formanı geyəcək.

Maris Verpakovski 1979-cu il oktyabrın 15-də anadan olub. O, karyerası ərzində əvvəlcə Latviyanın “Baltika”, “Metallurq”, “Skonto” klublarının formasını geyib. 2003-cü ildə Kiyev “Dinamo”suna transfer olunan Verpakovski 2007 - 2008-ci illərdə İspaniyanın “Xetafe” və “Selta”, Xorvatiyanın “Hayduk” və Yunanıstanın “Erqotelis” klublarında oynayıb. O, 3 dəfə (2001, 2002, 2003) Latviya çempionu tituluna sahib çıxıb, Latviya Kubokunun 2 qat (2001, 2002) sahibidir. 2004-cü ildə Kiyev "Dinamo"su ilə Ukrayna çempionu titulunu qazanıb, 2005-2006-cı illərdə ardıcıl 2 dəfə Ukrayna kubokunu başı üzərinə qaldırıb.

Maris Verpakovski Latviya milli komandasının heyətində 86 oyun keçirib və 28 qola imza atıb. 2004-cü il Avropa çempionatının final mərhələsinin iştirakçısıdır. Onun qolları sayəsində Avro-2004-ün “pley-off” mərhələsində Latviya Türkiyəni mübarizədən kənarlaşdırıb. Verpakovski 2003 və 2004-cü illərdə Latviyanın ən yaxşı futbolçusu seçilib.
Devamını Gör »

Devid Bekhemin onurğa sütununda çat aşkarlanıb

ABŞ-ın “Los-Anceles Qalaksi” klubunun futbolçusu Devid Bekhem ona məşq etməyə mane olan çiynindən şikayətlənib.

Lent.az-ın məlumatına görə, tibbi müayinə nəticəsində 36 yaşlı yarımmüdafiəçinin onurğa sütununda kiçik çat aşkarlanıb.

Bekhem deyib: “10 gün öncə çiynim daha çox ağrıyırdı. Lakin indi bir qədər keçib. Məşqləri və matçı buraxmaqdan zəhləm gedir. Həyatımda iki dəhşətli həftə keçirdim. Xüsusən ona görə üzgünəm ki, bu, mənim üçün yeni zədədir. Əvvəllər belə problem hiss etməmişəm”.

Qeyd edək ki, özünü pis hiss etdiyi üçün “San-Xose” ilə matçı buraxmış Devid Bekhem “Siettl”lə görüşdə də oynamayacaq.
Devamını Gör »

Voleybolçularımızın Çempionlar Liqasındakı rəqibləri

Voleybol üzrə Çempionlar Liqasının püşkatma mərasimi keçirilib.

Apasport.az saytının xəbərinə görə, Avstriyanın paytaxtı Vyanada baş tutan mərasimdə Bakının qadınlardan ibarət “Rabitə” və “Azərreyl” klublarının da rəqibləri bəlli olub.

B qrupuna düşən “Rabitə” “Fənərbaxça Acibadəm” (Türkiyə), “Myulhaus” (Fransa) və “Drezdner” (Almaniya) ilə mübarizə aparacaq.
D qrupunda yer alan “Azərreyl” isə “Berqamo” (İtaliya), “VaqıfGünəş Bank” (Türkiyə), “Tomis” (Rumıniya) ilə qarşılaşacaq.
Devamını Gör »

Avropa çempionatında ən azı 7 final!

Xorvatiyanın paytaxtı Zaqrebdə yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında keçirilən Avropa çempionatı davam edir.

Lent.az-ın məlumatına görə, yarışda Azərbaycanı 7 yeniyetmə, 4 23 yaşadək idmançı təmsil edir.

Onlar 13 qayıq tipindən ən azı 7-də əsas finala vəsiqə qazanıblar.

1000 metr məsafəyə yürüşdə yeniyetmə kanoeçilərin 1 nəfərlik qayıqla (C-1) mübarizəsində Radoslav Kutsev 4 dəqiqə 31,267 saniyə nəticə ilə öz qrupunda 6-cı yeri tutub. Yarımfinalda o, 4 dəqiqə 8,064 saniyə nəticə ilə 2-ci yeri tutaraq, əsas finala yüksəlib. Həlledici yürüşdə isə Kutsev 4 dəqiqə 22,377 saniyə nəticə ilə 7-ci olub.

Yeniyetmə kanoeçilərin 2 nəfərlik qayıqla (C-2) yürüşündə isə Aleksey Kupin – İqor Delistianov dueti 4 dəqiqə 14,650 saniyə nəticə ilə 4-cü olub. Yarımfinalda bu cütlük 3 dəqiqə 48,909 saniyə nəticə ilə 1-ci yeri tutub. Bununla da kanoeçi duetimiz əsas finala yüksəlib. Həlledici yürüşdə Kupin – Delistianov cütlüyü 4 dəqiqə 1,620 saniyə nəticə ilə 5-ci olub.

2 nəfərlik kayak qayığı (K-2) ilə çıxış edən Yasin Əhmədov – Amil Hüseynli dueti 4 dəqiqə 5,448 saniyə nəticə ilə 6-cı olub. Yarımfinalda onlar finişə 3 dəqiqə 35,893 saniyəyə 8-ci çatıblar. Bununla da Əhmədov – Hüseynli dueti 10 – 18-ci yerlər uğrunda mübarizəni nəzərdə tutan B finalına çıxıb. Bu yürüşdə isə təmsilçilərimiz 3 dəqiqə 41,727 saniyə nəticə ilə 8-ci, ümumi nəticədə 17-ci olublar.

23 yaşadək kanoeçilərin 1 nəfərlik qayıqla (C-1) yürüşündə Boqdan Kurudz finişə 4 dəqiqə 28,074 saniyəyə çatıb. O, öz yarımqrupunda 5-ci yeri tutub. Yarımfinal yürüşündə Kurudz 4 dəqiqə 4,180 saniyə nəticə ilə 4-cü olub və əsas finala yüksələ bilməyib.

500 metr məsafəyə yürüşdə yeniyetmə kanoeçimiz Aleksey Kuçer 1 nəfərlik qayıqla (C-1) 2 dəqiqə 4,778 saniyə nəticə göstərərək, 4-cü olub. Bu nəticə ilə Kuçer növbəti mərhələyə yüksəlib. Yarımfinalda o, 1 dəqiqə 59,925 saniyə nəticə ilə 6-cı yeri tutub və əsas finala çıxa bilməyib.

2 nəfərlik kayak qayığı (K-2) ilə çıxış edən Tamerlan Mustafayev – Rüfət Vəlizadə dueti isə 1 dəqiqə 36,650 saniyəyə finişə çataraq, öz yarımqrupunda 1-ci yeri tutub. Azərbaycanlı cütlük birbaşa əsas finala vəsiqə qazanıb. Həlledici mərhələ yürüşü iyulun 3-də Bakı vaxtı ilə saat 13:07-də olacaq.

Aleksey Kupin – İqor Delistianov dueti 2 nəfərlik kanoe qayığı (C-2) ilə 500 metr məsafəyə yürüşə də qatılıb. Bu cütlük finişə 1 dəqiqə 52,641 saniyəyə çataraq, öz yarımqrupunda 5-ci olub. Yarımfinalda isə Kupin – Delistianov dueti 1 dəqiqə 49,877 saniyə nəticə ilə 2-ci olub və əsas finala yüksəlib. Həlledici mərhələ yürüşü iyulun 3-də Bakı vaxtı ilə saat 13:21-də olacaq.

23 yaşadək kayakçıların mübarizəsində Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) seçmə yürüşdə finişə 1 dəqiqə 45,173 saniyəyə 3-cü sırada çatıb. Yarımfinalda o, daha yüksək – 1 dəqiqə 44,009 saniyə nəticə göstərib və öz yarımqrupunda 2-ci olub. Bununla da Cavadov əsas finala yüksəlib. Həlledici mərhələ yürüşü iyulun 3-də Bakı vaxtı ilə saat 15:25-də olacaq.

23 yaşadək kanoeçilərin mübarizəsində isə Andrey Kraytor 1 nəfərlik qayıqla (C-1) seçmə yürüşdə 1 dəqiqə 56,023 saniyə nəticə ilə 1-ci yeri tutub. Bununla da Kraytor birbaşa əsas finala yüksəlib. Həlledici mərhələ yürüşü iyulun 3-də Bakı vaxtı ilə saat 15:39-da olacaq.

200 metr məsafəyə yürüşdə yeniyetmələrin mübarizəsində Aleksey Kuçer 1 nəfərlik kanoe qayığı (C-1) ilə seçmə yürüşdə finişə 45,186 saniyəyə 5-ci çatıb. Kuçer bu gün Bakı vaxtı ilə saat 18:50-də keçiriləcək yarımfinal yürüşünə vəsiqə qazanıb.

2 nəfərlik kayak qayığı (K-2) ilə seçmə yürüşdə Tamerlan Mustafayev – Rüfət Vəlizadə dueti 36,200 saniyə nəticə ilə 4-cü olub. Bu gün Bakı vaxtı ilə saat 19:35-də azərbaycanlı cütlük yarımfinal yürüşünə qatılacaq.

23 yaşadək kayakçıların mübarizəsində Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) seçmə yürüşdə 38,598 saniyə nəticə ilə 4-cü olub. Cavadov bu gün Bakı vaxtı ilə saat 19:15-də keçiriləcək yarımfinal yürüşünə qatılacaq.

23 yaşadək kanoeçilərin yarışında isə Andrey Kraytor 1 nəfərlik qayıqla (C-1) seçmə yürüşdə 41,957 saniyə nəticə göstərərək, 1-ci yeri tutub. Bununla da Kraytor birbaşa əsas finala yüksəlib.
Devamını Gör »

Türkiyədə futbol “zəlzələsi”

Danışılmış oyunlarla bağlı istintaq çərçivəsində bir çox klub rəhbəri, futbolçular, məşqçilər və menecerlər saxlanılıb


Türkiyədə ölkə futbol tarixinin indiyədək görünməmiş ən böyük və ən geniş miqyaslı polis-istintaq əməliyyatı keçirilir. APA-nın xəbərinə görə, bu gün səhər tezdən polis “Fənərbağça”nın çempionluğu ilə nəticələnən 2010/2011 futbol mövsümündə danışılmış oyunlarla bağlı istintaq çərçivəsində 15 şəhərdə əməliyyat-axtarış tədbirlərinə başlayıb.

İstanbulda Türkiyənin ən böyük idman klublarından biri olan “Fənərbağça”nın prezidenti Əziz Yıldırımın həbs edilməsi xəbəri ölkə ictimaiyyətini şoka salıb. Ə. Yıldırım evində yaxalanaraq İstanbul Əmniyyət Müdirliyi (polis idarəsi) binasına aparılıb. Onun evində, “Fənərbağça” klubunun binasında və klubun “Şükrü Saraçoğlu” stadionunda axtarış aparılıb. Ə. Yıldırımdan sonra klubun vitse-prezidenti Şekip Mosturoğlu, klub direktoru İlhan Ekşioğlu, klubun baş mühasibi də həbs edilib. Bundan başqa, “Fənər”in bu sezon “Karabükspor”dan transfer etdiyi nigeriyalı futbolçu Emmanuel Emenike və “Əskişəhərspor”dan alınan Sezər Öztürk də həbs olunanlar arasındadır. E. Emenike ötən mövsümün 2-ci yarısında “Fənərbağça” ilə matçdan əvvəl zədəli olduğunu bəhanə göstərərək oynamayıb. Sonradan Emenikenin zədəli olmadığı ve “Fənərbağça” ilə transfer razılığına gəldiyi üçün oynamadığı bəlli olub. S. Öztürk isə “Əskişəhərspor”un aparıcı futbolçularından biri olmasına baxmayaraq, “Fənər”lə oyunda müəmmalı şəkildə çox zəif oyun nümayiş etdirib və 42-ci dəqiqədə əvəzlənib. Hər iki futbolçunun sezon bitdikdən sonra “Fənərbağça”ya transfer olması şübhələri daha da artırıb.

Əməliyyatı genişləndirən Türkiyə polisi “Əskişəhərspor”un baş məşqçisi, uzun illər “Fənərbağça”da oynamış Bülənt Uyğun və “Əskişəhərspor”un idman direktoru Ümit Karanı da həbs edib. Xatırladaq ki, “Fənərbağça” hazırda istintaq tərəfindən araşdırılan o qarşılaşmada “Əskişəhərspor”u 3-1 hesabı ilə məğlub etmişdi.

İstintaq tərəfindən araşdırılan digər şübhəli qarşılaşma isə çempionatın sonuncu turunda oynanılan “Sivasspor” – “Fənərbağça” matçıdır. “Sivasspor”un prezidenti Məcnun Odyakmaz, komandanın qapıçısı Korcan Çelikay, komandanın kapitanı olmuş və bir neçə gün əvvəl “Əskişəhərspor”a transfer olan Mehmet Yıldız da bu istintaq çərçivəsində həbs edilib. Qapıçı Korcan “Fənər”in 4-3 hesabı ilə qalib gəldiyi qarşılaşmada şübhəli qollar buraxmışdı.

Həbs olunanlar arasında “Fənərbağça”nın 2-ci kapitanı və Türkiyə milli komandasının kapitanı Əmrə Belözoğlunun yaxın qohumu da var.

Əməliyyat sadəcə “Fənərbağça” ilə məhdudlaşmayıb. 2-ci liqadakı danışılmış oyunlarla əlaqədar “Diyarbəkirspor”un sabiq prezidenti Abdurrahman Yaqut, “Giresunspor”un indiki prezidenti Ömər Ülkü və keçmiş prezidenti Olqun Peker, “Altay” klubunun baş direktoru Ərman Ərtaş, “Adanaspor”un baş məşqçisi Ləvənt Əriş, onun köməkçisi Sərdar Berkin, menecer Əli Kıratlı, “Gənclərbirliyi” klubunun futbolçusu Mahmud Boz da həbs edilib. “Gənclərbirliyi”nin başqa bir futbolçusu Sərkan Çalık haqqında da həbs qərarı var. Lakin o, hazırda Almaniyada olduğu üçün həbs olunmayıb.

Həbs edilənlərin sayı ümumilikdə 40 nəfərdən çoxdur. Əməliyyat davam edir. Həbs olunanların sayının 150-yə çatacağı bildirilir. Qanunlara görə, saxlanılan şəxslər 3 gün polis idarəsində saxlanıla bilər, sonra ifadə vermək üçün prokurorluğa göndərilməlidirlər. Prokurorun bu şəxsləri sərbəst buraxmaq və ya həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə göndərmək hüququ var.
Devamını Gör »

Almaniya rəsmisi Türkiyənin Avropa Birliyinə üzvlük müraciəti barədə danışıqlara çağırıb

Almaniya xarici işlər naziri qeyd edib ki, Türkiyənin ətrafındakı regionlar tarixi dəyişikliklərdən keçirlər və bu da Türkiyə ilə onun üzvlük müraciəti barədə danışıqlara başlamaq üçün zəruri bir səbəbdir.
Amerikanın səsinin türkcə redaksiyanın məlumatına əsasən Liberal FDP partiyasından Almaniyanın hazır ki, koalisiya hökümətinin xarici işlər naziri olan Gudo Vestervel Liviyaya bir günlük səfərindən sonra gəldiyi İstanbulda Türkiyə XİN-nin başçısı Əhməd Davudoğlu ilə işçi görüşündə Türkiyəli həmkarı ilə Liviya və Suriyadakı inkişaflar, Türkiyə Böyük Millət Məjlisində (TBBM) durum və ölkənin Avropa Birliyinə üzvlük prosesi məsələlərini müzakirə etdi. O Türkiyənin Ərəb aləmindəki və Yaxın Şərqdəki məsələlərin həllində açar ölkə olduğunu vurğuladı.





Misirdə başlayan hadisələrlə regionun çalxantılı bir dövrdən keçməkə olduğunu söyləyən Almanıya XİN-nin başçısı Almaniya və Türkiyənin regiondakı məsələlərin həll yolları sahəsində eyni görüşə malik olduqlarını və çox sıx əməkdaşlıq etdiklərini söylədi. O İranın nüvə proqramı məsələsi və Dəməşk hökuməti üzərində təzyiqlərin artırılması eləcədə BMT Təhlükəsizlik Şurasının məsələ ilə əlaqədar nəzərdə tutduğu qətnamə layihəsi üzərində də iki ölkənin mövqeylərinin üst üstə düşdüyünü qeyd etdi.

Bu il ikinci dəfə Türkiyəyə gələn Vestervel bu ölkənin strateji və iqtisadi cəhətdən Avropa üçün çox mühüm bir şərik olduğunu vurğuladı və Türkiyənin götürdüyü xətddin Avropa istiqamətində davam etməsi arzusunu bildirdi.

Türkiyənin xarici işlər naziri Davudoğlu da Türkiyənin qısa zamanda Avropa ilə inteqrasiyanı arzu etdiyini ancaq viza kimi çoxlu məsələlərdə fərqli standartların tətbiqindən narahatlığını bildirdi. Davud oğlu Vestervellin Türkiyənin Avropa Birliyinə üzvlüyünə dəsdək olmasını vurğuladı
Devamını Gör »

Azərbaycanın möhtəşəm qələbəsi dünya mətbuatında

Eldar Qasımov və Nigar Camalın Eurovision 2011'dəki uğurlu çıxışı beynəlxalq KİV-lərin əsas mövzusuna çevrilib

Azərbaycanın möhtəşəm qələbəsi dünya mətbuatında

Eldar Qasımov və Nigar Camalın “Eurovision 2011”dəki uğurlu çıxışı beynəlxalq KİV-lərin əsas mövzusuna çevrilib“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi olan həmyerlilərimiz Eldar Qasımov və Nigar Camalın uğurlu çıxışı dünya mətbuatının əsas mövzusuna çevrilib. Həmin şərhlərin bəzilərini təqdim edirik:

“CNN Türk”: "Yüksek Sadakat" qrupunun finala keçə bilmədiyi mahnı yarışmasının qalibi 4 favorit arasından seçildi. Bu, Azərbaycan oldu. Azəri ifaçı Nigar səhnəyə Türkiyə bayrağı ilə çıxdı".

ORT kanalı: “Yarışmaya gedən yol çətin, mükafata gedən yol isə gözlənilməz oldu. Azərbaycana nadir hallarda 8-dən az xal verilirdi. Səsvermənin sonunu gözləmədən mətbuat mərkəzində jurnalistlər öz sevincini yaşayan azəri kolleqalarını əhatəyə aldılar. Daha bir neçə ölkənin səs verməsi hələ qalırdı, amma Avropaya artıq bəlli idi - növbəti yarışma şərq ab-havası ilə olacaq. Eldar və Nigarın çıxışı gözəl bir nağıla, bioqrafiyaları isə iki şahzadə haqqında hekayətə bənzəyirdi. İki uşaq anası və xoşbəxt evdar qadın olan Nigar oxumağı həmişə arzu etmişdi. 19 yaşlı Eldar da “Eurovision”u fəth etməyi arzulayırdı. Belə də görüşdülər..."

BBC telekanalı: “Azərbaycan təmsilçiləri El və Nikki 221 xal toplayaraq, Avropanın ən yaxşı mahnısının ifaçıları olublar. 56 illik tarixi olan müsabiqəyə Azərbaycan 2008-ci ildə qoşulub, amma artıq ilk dəfədir ki, bu yarışmanın qalibi olur".

“Euronews" telekanalı: “Almaniyanın Düsseldorf şəhərində keçirilən mahnı müsabiqəsinin qalibi Azərbaycandan olan El və Nikki dueti oldu. Eldar Qasımov və Nigar Camal 221 xal toplayaraq, "Running Scared" mahnısı ilə qələbə çaldılar. Nikki hazırda Londonda yaşayır. O, 2001-ci ildə Bakıda Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" ixtisası üzrə ali təhsilini başa vurub. Eldar isə ötən il beynəlxalq münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. Cəmi 4 ildir ki, “Eurovision”da iştirak edən Azərbaycanın indiyədək ən böyük uğuru 2009-cu ildə Aysel Teymurzadə-Araş dueti ilə qazandığı 3-cü yer olmuşdu".
Devamını Gör »

Ortadoğu'da tansiyon yükseliyor

İran, Kuveytli üç diplomatı sınır dışı etme kararı aldı.
İngilizce yayın yapan Devlet Televizyonu Press TV, Kuveyt'in casuslukla suçladığı üç İranlı diplomatı sınır dışı etmesine misilleme olarak İran'ın da üç Kuveytli diplomatı sınır dışı etme kararı aldığını duyurdu.

Tahran yönetiminin, ülkeyi terk etmeleri için Kuveytli diplomatlara 10 gün süre verdiği belirtildi.

Kuveyt yönetiminin, kendi güvenlik birimlerinde görevli bazı kişilerin buradaki ABD askeri üssüne ait bilgileri İranlılara aktardığının belirlendiğini açıkladığı basında yer almıştı.

Kuveyt'in suçlamalarını reddeden İran, bölgedeki halk hareketlerinin bastırılmasını yasal göstermek için böyle bir iddianın ortaya atıldığını açıklamıştı.
Devamını Gör »

Azerbaycan 3 milyon dolar harcadı birinci oldu

Almanya'nın Düsseldorf kentinde düzenlenen 56. Eurovision Şarkı Yarışmasında 6. olan Bosna Hersek'i temsil eden Dino Merlin, ülkesine döndü.
Merlin, Saraybosna Havalimanı'nda gazetecilere yaptığı açıklamada, Eurovision Şarkı Yarışması'nda bu yıl birinci olan Azerbaycan'ın, stratejik olarak yıllardır bu yarışmaya yatırım yaptığını belirterek, “Daha iyi şarkıdan ziyade, yapılan iyi yatırım, sonuca götürdü. Azerbaycan geçen yıl Eurovision için 3, bu yıl ise yaklaşık 2 milyon avro harcadı. Azerbaycan bu yarışmaya iyi yatırım yaptı ve sonucunu aldı” dedi.
Bosna-Hersek'in yarışmada 6. olmasından memnun olduğunu ifade eden Merlin, “5 ay boyunca yoğun çalışma içerisindeydik. 43 ülke arasında 6. olmak bir başarıdır” diye konuştu.
Devamını Gör »

Misirin sabiq rəsmiləri korrupsiyaya görə mühakimə ediləcək

Misirin ədliyyə rəsmiləri sabiq baş nazir Əhməd Nazif və sabiq maliyyə naziri Yusif Butros Qalinin korrupsiya ittihamları ilə mühakimə olunacaqlarını bildirir.
Misirin ədliyyə rəsmiləri sabiq baş nazir Əhməd Nazif və sabiq maliyyə naziri Yusif Butros Qalinin korrupsiya ittihamları ilə mühakimə olunacaqlarını bildirir.
Rəsmilər bu iki şəxsi ictimai vəsaitləri mənimsəməkdə və dövlətdən 16 milyon dollar oğurlamaqda ittiham edir.
Rəsmilər hələlik məhkəmə tarixini müəyyən etməyiblər.  Sabiq baş nazir hazırda həbsdə saxlanılır.  Butros Qali isə xaricdədir.
Qarşıdan gələn mühakimələr devrilmiş Misir prezidenti Hüsni Mübarəkin və onun yaxın ətrafının mühakimə olunmasına dair nümayişçilərin israrlı tələblərinə cavabdır.
Devamını Gör »

Liviyanın xarici işlər naziri istefa verərək Londona gəlib

Rəsmi Tripoli Musa Kussanın istefasını "şəxsi qərar" kimi qiymətləndirir
Liviya lideri Müəmmər Qəzzafinin sözçüsü deyib ki, xarici işlər naziri Musa Kussanın istefası "şəxsi qərardır".  Onun sözlərinə görə sabiq nazir səhhətində olan problemlərdən əziyyət çəkirdi.  Musa İbrahim bildirib ki, cənab Kussanın istefası Liviya hökumətinə zərbə deyil və o, istədiyi vaxt vətənə qayıda bilər.
Britaniyanın xarici işlər naziri deyir ki, Liviyanın xarici işlər naziri Musa Kussanın istefa verərək Londona səfər etməsi Müəmmar Qəzzafi hökumətinin təyziq altında parçalandığını göstərir.
William Hague bu gün əlavə edib ki, Britaniya Koussaya diplomatik toxunulmazlıq statusu verməyib və o, Britaniya rəsmiləri ilə könüllü şəkildə danışıb.
Kussa Tunisdən Londona dünən səfər edib. O, Britaniya rəsmilərinə Qəzzafi hökumətində tutduğu vəzifədən istefa verdiyini bildirib.
Devamını Gör »

BBC Hacı Zeynalabdin Tağıyev barədə veriliş yayımlayıb

Süjet BBC-nin qeyri-adi insan talelərindən bəhs edən Outlook proqramında yayımlanıb.
Böyük Britaniyanın BBC radiosu Azərbaycanın neft milyonçusu, filantropluğu ilə tanınan Hacı Zeynalabdın Tağıyev barədə veriliş yayımlayıb.

Fuad Abdullayev ulu babasının Azərbaycanın ən zəngin adamlarından biri Zeynalabdın Tağıyev olduğunu biləndə 18 yaşı vardı. O, Sevinc Osmanqızına ulu babasının 1924-cü ildə vəfat etməsindən sonra ailəsinin acınacaqlı tarixçəsi, nənəsi Sara xanımın öz atasının adını bərpa etmək uğrunda gördüyü işlərdən danışıb. Süjet Zeynalabdın Tağıyevin ilk nefti aşkar etdiyi Bibi Heybətdə başlayır və bir vaxtlar Tağıyevlər ailəsinin evi olan, hazırda isə Azərbaycan Tarix Muzeyi yerləşən binanın qarşısında bitir.

ANS PRESS-in məlumatına görə, xalq arasında “millətin atası” kimi tanınan Zeynalabdin Tağıyev barədə süjet BBC-nin qeyri-adi insan talelərindən bəhs edən “Outlook” proqramında
Devamını Gör »

Qəddafinin həbsinə order verildi

Haaqa məhkəməsi həmçinin Liviya liderinin oğlunun həbsini sanksiyalaşdırıb Beynəlxalq Cinayət Məhkəməsi bu gün Liviya lideri Müəmmər Qəddafinin həbsinə order verib. Haaqa məhkəməsinin prokuroru Luis Moreno-Okamponun müraciətinə əsasən, həmçinin Müəmmər Qəddafinin oğlu Seyf-əl-İslamın və Liviyanın kəşfiyyat rəisi Abdulla Sənussinin həbsinə dair order verilib.

Qeyd edək ki, ittihamçı Luis Moreno-Okampo polkovnik Qəddafinin aksiya iştirakçılarının öldürülməsi ilə bağlı may ayında məhkəməyə müraciət etmişdi.
Devamını Gör »

Albaniya Azərbaycan vətəndaşları üçün vizanı ləvğ edib

Bir il müddətində bu qanun qüvvədə qalacaq Albaniya Azərbaycan, Qazaxıstan, Ukrayna və Ermənistandan 90 gün müddətinə səfər edən vətəndaşlar üçün viza tələb etməyəcək. Albaniya yerli kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, bu yeni qayda bir il müddətində qüvvədə qalacaq.

Qeyd edək ki, vizanın ləvğ edilməsi barədə Albaniya hökumətinin qərarı ölkənin miqrasiya qanunlarında gələcək liberallaşma islahatlarının həyata keçirilməsinə xidmət edir.

 Qeyd edək ki, bu vaxta qədər şərqi balkan ölkəsi 1 iyundan 31 oktyabr tarixi istisna olmaqla, bir il müddətində viza tələb edirdi
Devamını Gör »

Yunanıstanda 48 saatlıq tətil başlayıb

Tətili dövlət və özəl sektorda çalışan işçilərin həmkarlar ittifaqları elan edib
Yunanıstanda hökumətin yeni sərt iqtisadi tədbirlər planına etiraz olaraq dövlət və özəl sektorda çalışan işçilərin iri həmkarlar ittifaqları 48 saatlıq tətil elan edib. Tətil nəticəsində nəqliyyatın hərəkəti iflic vəziyyətə düşəcək. Belə ki, bütün ölkədə ictimai nəqlyyat fasilələrlə işləyəcək, qatarların hərəkəti dayandırılacaq. Aviadispetçerlərin də tətilə qoşulması turistlər üçün problemlər yaradacaq. Onlarla aviareys təxirə salınıb. Tətilə qoşulan xəstəxanalar isə məhdud iş rejimində işləyəcək. Həmkarlar ittifaqları və siyasi partiyalar kütləvi nümayişlər də planlaşdırıb.
Devamını Gör »

Universitetlər bağlanır

Şimali Koreyada tələbələr ölkə iqtisadiyyatını dirçəltmək üçün çalışacaq Şimali Koreya ölkədəki bütün universitetləri bağlayır. İngiltərənin "Daily Telegraph" qəzetinin yazdığına görə, universitetlərdə 10 ay dərs olmayacaq. Bu müddət ərzində yerli tələbələr ölkə iqtisadiyyatını yenidən dirçəltmək üçün nəzərdə tutulan tədbirlərdə iştirak edəcək. Universitetdə dərslər gələn ilin aprel ayına kimi olmayacaq.

Yerli mətbuata istinadən verilən məlumatda bir necə aya məzun olacaq şəxslərin və xarici tələbələrin bu qadağadan kənarda qaldığı yazılıb. Digər tələbələr isə inşaat layihələri ilə yanaşı, qasırğadan ziyan görən əkin sahələrinin bərpasında çalışacaq.

Bəzi mütəxəssislər hökumətin tələbələri ölkənin hər 4 tərəfinə dağıtmaq məqsədi altında başqa səbəblərin olduğunu düşünür. Tokionun Vaseda universitetinin professoru Toşimitsu Şigemura Şimali Koreya hökumətinin Şimali Afrikadakı "Yasəmən inqilabı”ndan qorxduğunu və eyni hadisələrin ölkədə təkrarlana biləcəyindən ehtiyat edərək belə addım atdığını bildirib. Onun sözlərinə görə, ötən ay Şimali Koreya toqquşmalar zamanı istifadə edilə biləcək gözyaşardıcı qaz və dəyənəkləri Çindən alıb.
Devamını Gör »

Maraqli xeberler

1.Gün ərzində bir qutu siqaret çəkən şəxs həyatinin hər ilindən bir neçə saniyə məhv edir.
* * *
2.Napaleonun əsgərlərinin generala 'SƏN' deyə müraciət etmək hüquqlari var idi.
* * *
3.Birinci minillikdə 365 min 250 gün,ikinci minillikdə 365 min 237 gün olub.üçüncü minillikdə isə 365 min 242 gün olacaqdir.
* * *
4.Dünyadaki canlilardan düzxətt çəkə bilən yeganə məxluq insandir.
* * *
5.Yaponiyaya atilan ilk atom bombasi 'Enola Gay',ikinci isə 'Bocks Car' adlanan təyyarələrdə yerləşmişdir.
* * *
6.Şampan şüşəsi tixacinin uçuş sürəti saniyədə 14,uçuş məsafəsi isə 12m-dir.
* * *
7.İlk reklam 1477-ci ildə İngiltərədə istehsal olunub.Bu,dua kitabinin reklami idi.

* *
8.Tarixdə ən qisa müharibə 1896-ci il avqustun 27də Böyük Britaniya ilə Zanzibar arasinda baş vermişdir.Bu müharibə 38 dəqiqə davam etmişdir.

* * *
9.Gülüş zamani insanin 17 əzələsi 'işləyir'.
* * *
10.İnsanin həyati boyu başinda çixan tükləri ölçsək,725km edəcək.
* * *
11.Cek-Petroşitel xıx əsrin ən taninmiş qatilidir.O,öz cinayətlərini yalniz və yalniz bazar günləri həyata keçirib.
* * *
12.Dahi fizik Albert Eynşteyn öləndə,son sözlərini özü ilə 'o dünyaya'aparmişdir.çünki ölən zaman onun yaninda olan tibb bacisi alman dilini bilmirdi.
* * *
13.'Yüzillik müharibə' (1337-1453) fasilələrlə 116 il davam etmişdir.
* * *
14.İnsan orqanizmində leykositlər 2-4,eritrositlər isə 3-4 ay yaşayir.
* * *
15.Fransizlar barmaqlari pus,indeks,macor,anyuler,orikyuler deyə adlandirilir.
* * *
16.# - işarəsi adətən 'çərçivə','nömrə nişanəsi' və ya 'funt' işarəsi sayilir.Əslində isə işarənin rəsmi adi oktotorpdur.
* * *
17.Alimlərin fikrincə insan məktəbi bitirdikdən 22 il sonra sinif yoldaşlarinin demək olar hamisinin adini və simasini yaddan çixarir.
* * *
18.Roma ordusunda hər çadirda 10 əsgər qalirdi.Hər çadirin öz başçisi seçilir və 'dekan' adlanirdi.
* * *
19.Taylandin milli himni 1902-ci ildə rus bəstəkari Pyotr Şurovski tərəfindən yazilib.
* * *
20.İnsan orqanizminə 4 mineral:apatit,araqonit,kalsium və krisbalit daxildir.
* * *
21.İnsan orqanizmində yaşayan bakteriyalar 2 kq təşkil edir.
* * *
22.Gi de Mopassan,Aleksandr Düma,Şarl Quna 'Parisdə Eyfel qülləsinin ucaldilmasina qarşi' protest imzalamişdilar.
* * *
23.Bütün ölkənin əsgərləri sag əllə salam verir.
* * *
24.İnsan beynində 1 saniyədə 100 000 kimyəvi reaksiya baş verir.
* * *
25.Uşaqlar diz qapaqsiz dogulur,qapaqlar 2-6 yaşda yaranir.
* * *
26.Həyati boyu insanin hər barmagi 25 milyon dəfə əyilir.
* * *
27.Bir ildə 21 milyon 557 min 600 saniyə var.
* * *
28.İlk cografi atlas e.ə.150-ci ildə alim Ptolomey tərəfindən yaradilib,1477-ci ildə Boloniya şəhərində çap edilib.
* * *
29.Tüdorun hakimiyyəti dövründə İngiltərədə six baglanmiş korset və biləkdə çoxlu qolbaqlar bakirəlik əlaməti hesab olunurdu.
* * *
30.İnsan bədənindəki əsəb impulslari saniyədə 90m sürətlə dəyişir.
* * *
31.Agciyərin üzəri 100 kvadrat metrdir.Onun üst qatinin sahəsi tennis kortunun sahəsinə bərabərdir.
* * *
32.Dünya əhalisinin qidasinin 70%dən çoxu 12 çeşiddə bitki və 5 növ heyvandan ibarətdir.
* * *
33.Stalinin 70 illiyinə bagişlanmiş hədiyyələrin siyahisi elə uzundur ki,onu qəzetlər 1949-cu ilin dekabrindan 1953-cü ilin martinadək dərc etməli olmuşdular.
* * *
34.İnsan beyni gündə dünyadaki bütün telefonlardan daha çox elektrik impuls edir.
* * *
35.Maksimal sayda krossvordu Adrian Bell hazirlayib.1930-cu ilin yanvarindan 1980-ci ilə qədər o,'Tayms' qəzetinə 4520 krossvord yollayib.
* * *
36.İngiltərədə çap olunan ilk kitab şahmata həsr olunmuşdur.
* * *
37.Kitab oxuyarkən hər saniyədə 70 hüceyrə ölür.
* * *
38.İnsanin gün ərzində orta gücü 100 vatt,ürəyinin gücü isə 10 vattdir.
* * *
39.Açiq gözlə asqirmaq qeyri-mümkündür.
* * *
40.Məşhur Volterin meyidi xıx əsrin əvvəllərində qəbirdən ogurlanib,bu barədə yalniz 1864-cü ildə xəbər tutulub.
* * *
41.İnsan agzinda 40 000 bakteriya var.
* * *
42.Qadinlar kişilərdən 2 dəfə artiq göz qirpir.
* * *
43.İnsanlarin 70%-i çoxlugun fikrindən asilidir.Yalniz 30% insan öz fikri ilə hərəkət edir.
Devamını Gör »

Tolik də oxuyacaq: Günel Məhərrəmova ilə prodüserin dueti yazılacaq

Məşhur prodüser Tolik müğənni ilə birgə mahnı oxuyacaq, Günel Məhərrəmova isə xaricdən ajiotaj yaradacaq klip gətirib.
Müğənni Günel Məhhərəmova yeni klip çəkdirib. Müğənninin prodüseri Pərviz Fəqanın məlumata görə, musiqisi Tunar Rəhmanoğluya, sözləri isə Oqtay Kamilə məxsus olan “Sevmərəm” adlı mahnıya Günel klip çəkdirib.

"Bu klip xarici ölkələrin birində çəkilib və Qafqazda, eləcə də Türkiyədə maraqla qarşılanacaq. Klipdə əks olunan görüntülər ajiortaj yaradacaq” - deyən Pərviz, klipin hazırda montaj prosesində olduğunu qeyd etdi.

Əlavə edib ki, Günel Məhərrəmovanın xaricdə çəkilən bu klipi maraqlı görüntüləri ilə tamaşaçıların yaddaşında qalacaq: "Klipdə nələr olacağını və hansı xarici ölkədə çəkilməsi haqqında məlumat verə bilmərəm. Çünki həmin xarici ölkədə görüşlərimiz oldu və görüş zamanı imzaladığımız müqavilyə əsasən, klip hazır olmayana qədər ictimaiyyətə heç bir məlumat verilməyəcək. Sadəcə olaraq, onu deyə bilərəm ki, klipin təqdimat mərasimində bütün suallara cavab tapılacaq. Hazırda klip montajdadır".

P.Fəqan onu da bildirdi ki, Günelin yeni duet ortağı prodüser Tolik (Tarix Əliyev) olacaq. Onun sözlərinə görə, Günel və Tolikin ifa edəcəkləri mahnı müğənni Röya Ayxanın repertuarından olacaq.

Günel Məhərrəmova ilə Tolikin birgə mahnı ifa etməsi şou xarakterli layihədir. Layihə yeni ildən sonra gerçəkləşəcək. İfaçılar müğənni Röyanın repertuarından olan bir mahnı seçib oxuyacaqlar. Hələ ki, layihə üzərində hazırlıq işləri gedir.

Tolik adı ilə məşhurlaşmış Tarix Əliyev müğənni Röyanın prodüseridir.
Devamını Gör »

Müğənni Günelin atasının qızılları oğurlandı

Polisə və prokurorluğa müraciət edən Rəhman Zeynalov şikayət ərizəsinə evi təmizləyən 5 nəfərdə mənzilin açarı olduğunu yazıb.
Azərbaycan əsilli müğənni Günel Zeynalovanın atası Rəhman Zeynalovun Türkiyədə yaşadığı mənzildən qızılları oğurlanıb. Ümumi dəyəri 25 000 türk lirə (13 500 manat) olan qızılının oğurlandığını deyən Zeynalov polisə və prokurorluiğa müraciət edib. Şikayət ərizsində mənzilinin açarı olan şəxslərin adlarını da yazan Rəhman Zeynalov oğruların tapılmasını tələb edib.

Qeyd edək ki, Zeynalov hadisənin 8 – 18 noyabr tarixlərdə, o Azərbaycanda olduğu vaxt baş verdiyini deyib. Şikayət ərizəsində evi təmizləməyə gələn T. Seyhan, C. Esra, C. Emre, Azərbaycan əsilli Səidə A. Və Fizuli İ.- də açar olduğu bildirilib. “Heç kimi təqsirləndirmək istəmirəm. Amma oğurluq hadisəsi açıqlığa qovuşmalıdır”.
Devamını Gör »

Səfurə Əlizadə İsveçrədə Şərq üslubunda oxuyacaq

 u günlərdə İsveçrədə dövlət səviyyəli bayramlardan biri qeyd olunacaq. Bu münasibətlə hazırlanan konsert proqramına azərbaycanlı müğənni Səfurə Əlizadənin də adı daxil edilib. Səfurənin bildirdiyinə görə, bayram konsertində o, bir neçə mahnı təqdim edəcək ki, bunlar da Şərq üslubunda olacaq.

Öyrəndik ki, tezliklə Səfurənin daha bir klipi ekranlaşdırılacaq. Sənətçinin yaşadığı İsveçrədə lentə alınacaq klip Amerika üslubunda olacaq:

«Çalışdığım komanda burada nəzərdə tutulan işlərimi bir-birindən fərqləndirir. Yeni klipim də məşhurların klipi kimi göz oxşayan və fərqli - amerikasayağı olacaq. Bundan başqa yeni mahnılar yazdırıram ki, bunların da müəllifi tanınmış bəstəkarlardır».

Qeyd edək ki, Səfurə dekabrın 2-də Bakıya gələcək və yaxın qohumunun toy mərasimində iştirak edəcək.
Devamını Gör »

Royanin yeni albomu Azerbaycan Sou-biznes tarixinde En bahali albom olacaq...

Azerbaycan estradasinin en qalmaqalli mugennilerinden biri olan Roya yeni albom uzerinde isleyir. Albom bu ilin sonuna kimi isiq uzu gorecek. Royanin dediyine gore bu albom diger mugennilerin albomundan qat-qat baha olacaq. Roya konkret qiymet soylemese de albomun kifayet qeder qiymetli olacagini bildirib. En son mahnilarin yerleseceyi bu albom dizayni ile de digerlerinden secilecek. Bu da bilavasite qiymete oz tesirini gosterir.
Fikirlerinizi bildirmeyi unutmayin. !
Devamını Gör »

Orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı açıqlandı


02.07.2011 13:00 Azərbaycanda ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu iyulun 5-də başlayacaq.
Bu barədə TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, Nazirlər Kabineti 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul planını artıq TQDK-ya təqdim edib. Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər iyulun 5-dən avqustun 10-dək internet vasitəsilə elektron ərizələrini doldurub, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən Sənəd Qəbulu Komissiyasına təqdim edərək ərizələrini təsdiq etdirməlidir.
Devamını Gör »

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı