23 Haz 2011

Şakira dünyaya ağıl verdi


Kolumbiyalı müğənni, BMT-nin xoşməramlı səfiri Şakira iyunun 22-də Qüdsdə olub.

Lent.az-ın məlumatına görə, estrada ulduzu ərəb-İsrail məktəbinə baş çəkdikdən sonra qısa nitq söyləyib.

Şakiranın İsrailə səfərində məqsəd təhsilin dünyada və regionda sülh-sabitliyə nail olunma vasitəsi kimi əhəmiyyətini göstərməkdən ibarətdir. Onun atası Uilyam Mebarek Çadid ərəb əsillidir. O, Livandan Kolumbiyaya emiqrasiya edib. Ərəb əsilli kolumbiyalı müğənni İsrail prezidenti Şimon Pereslə birgə mətbuat konfransı keçirib. İspaniyanın “Barselona” klubunda çıxış edən müdafiəçi Jerar Pikenin rəfiqəsi deyib: “Bütün dünya eyni komanda olsaydı, yaxşı olardı. “Barselona” kimi. Məni anlayın, hazırda bəşəriyyət qarşısında qlobal istiləşmə, xəstəliklər, dünyada insanların bərabərsizliyi kimi çoxlu çağırış və problem durur. Onları həll etmək lazımdır. İnsanlar birləşməli və bərabərsizlik, diskriminasiya və seqredasiyaya qalib gəlməlidirlər. Təhsil dünyanın mahiyyətidir. Mən buna dərindən inanıram”.

Qeyd edək ki, Şakira İsrailə tək yox, Pike ilə birgə gedib.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı