5 May 2011

Bin Ladenin ölümü ABŞ-ın bir sirrinin də üstünü açdı


“əl-Qaidə” lideri ilə bağlı əməliyyatda yaradıldığı məxfi saxlanılan vertolyotdan istifadə edildiyi üzə çıxdı

ABŞ “əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin öldürülməsi ilə bağlı Pakistanda keçirilən əməliyyatda bu günə qədər yaradılmasını gizli saxladığı xüsusi vertolyotlardan istifadə edib.
Lent.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu, həmin vertolyotlardan birinin Üsamə bin Ladenin olduğu evə gecə xüsusi təyinatlıları endirərkən divara sürtülməsi və çətinliklə yerə enməsi nəticəsində üzə çıxıb. Pentaqonun tapşırığına əsasən, xüsusi təyinatlılar “əl-Qaidə” liderini öldürdükdən sonra həmin vertolyotu partladıblar. Ancaq buna baxmayaraq, vertolyotun quyruq hissəsi qalıb və onun fotoşəkilləri internetdə yayımlanıb. Bu vertolyotun quyruq hissəsi hazırda dünyada məlum olan heç bir vertolyot tipinə bənzəmir. Hərbi mütəxəssislər bunun ABŞ-ın indiyə qədər məxfi saxladığı, bənzəri olmayan, radara yaxalanmayan bir vertolyot olduğunu bildirirlər. Leksinqton İnstitutunun professoru Dan Cour vertolyotun quyruğunun bu vaxta qədər bənzəri olmayan quruluşa sahib olduğunu söyləyib. O, vertolyotun hazırlanmasında çox səs çıxmasını təmin edən xüsusi materiallardan istifadə olunduğunu, vertolyotun pərinin üzərində radara yaxalanmayan bir diskin olduğunu qeyd edib.

ABŞ xüsusi təyinatlıların bir keçmiş döyüşçüsü “The Army Times” dərgisinə açıqlamasında deyib ki, bu vertolyotun “Eagle” vertolyotlarının modernləşdirilmiş variantı olduğunu ehtimal edir.

Sohbet

  © Google 2010 Arama Motoru | Search | Arama Yap

Yukarı